adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

MODERNİST ŞAİR

VAQİF YUSİFLİ
41532 | 2012-12-14 23:34
Adil Mirseyid altmış yaşına keçdi. Bu yaş-ömrün bu çağı onun üçün zirvədə sayıla bilər. Zahirən qocalıb. Görünüşü bir ağsaqqal görkəmi timsalındadır.Amma söhbət şair ömründən gedirsə, o, hələ ekvator xəttini keçir. Dünya hələbütün heyrətləri, sevincləri, ağrıları ilə bu ömrü davam etdirir. Dünya buşairə verdiyini-ilahidən bəxş etdiyi o poetik istedadı zərrə-zərrə ondan-onuncismindən, canından qoparmağa çalışır. Dünyanın bu Adil Mirseyid deyilənbəndəsi yazdığı və yazacağı şeirlərlə həmin o şərəfli missiyanın yolçusudur.

Dünən də, bu gün də Adilinşeirləri barədə professional söhbətlər gedir. O. artıq yaradıcılığı ilə bütünmübahisələrdən, bütün inkarçı fikir və mülahizələrdən, şübhə və tərəddüdlərdənxilas olmuşdur. Kimsə onun qarasına deyinə də bilər, lakin bunların şair AdilMirseyidin şeirlərinə heç bir dəxli yoxdur. Başqa birisi Adili tərifləyibgöylərə qaldıra bilər, onda olan yaxşı sifətləri tərifləyib ideallaşdırar onu,bu təriflərin də Adilin şeirlərinə heç bir dəxli yoxdu. Bir başqası Adilinmaddi cəhətdən sıxıntı çəkdiyini, Ağdaşdan götürüb gəldiyi ailəsini normal birotağa-evə yerləşdirə bilməməsini, bəlkə elə bu səbəbdən paltosunun içindəsıxıla-sıxıla gəzməsini əlində bayraq eləyir, kimlərisə günahlandırır. Ancaqbunun da Adilin şeirlərinə heç bir dəxli yoxdur.

Adil Mirseyid şairdir, nə etmək, "şair olan qəm də yeyir".

Müasir Azərbaycan poeziyasında Adil Mirseyid heç kimə bənzəmir-AdilMirseyidə də bir kimsənin bənzərliyini hiss etməmişəm. "Vağzallarındantanınır şəhərlər"-bu, Adilin misrasıdır.Adil də öz şeirlərindən tanınır. Və o dərəcədə tanınır ki, bu şeirlərinqoxusunu, rəngini, səsini belə hiss edirsən.

Ağaclar bu yazı da

bayram etdiyi gündə,

bir pəncərə önündə,

üz-gözündə sayrışan,

göz yaşına qarışan

qara sevda damlaları

çırpınır Ay işığında.

Kimdi bu bəxtəvər,

cənnətə düşüb-

göydə bədrlənmiş Ay,

solunda bəyaz mələk,

sağda Adil Mirseyid.

Bəs sən hardasan, könlüm,

hardasan, qönçə gülüm?..

Şükür, şükür bu gün də

bizdən yan keçdi ölüm..

Adilin şeirlərində rəssamlıq duyğusu çox güclüdür, bunu onunşeirlərindən söz açanlar dönə-dönə qeyd ediblər. Bəziləri bu cəhəti onunrəssamlığı ilə bağlayır. Amma mənim fikrimcə, bu cəhət Adilin peşəkarrəssamlığından yox, elə şairliyindən gəlir. Adilin elə şeirləri var ki, doğrudanda, bu şeirlərdə sözlər rəng içindədir, şeiri oxuyub qurtardıqdan sonraqarşında bir tablo görürsən. Məsələn:

Toğrulun hər tablosundan

eyni bir nar gülümsəyir

hər tabloda eyni narın qırmızısı

müxtəlif notda

qırmızı-alt,

qırmızı-tenor,

qırmızı-soprano

bəzən sehrli çıraq olur gülümsəyən nar

çox iri gözlü bir uşağın əlində-

uşağın gözlərində o narın parıltısı

uşağın dodağında o narın təbəssümü.

Toğrulun rəsmini çəkmək istəsən

sən qollu-budaqlı çinar çək

amma unutma, qardaş

Toğrul yüz illik çinar da olsa

Budaqları nar gətirəcək.

"Akvarel", "Mircavadın rəsmləri önündə", "Bəyazqadının portreti", "Bənövşə rəngli axşam" və s. bu qəbildən olanşeirlərində Adilin rəssamlığı daha çox gözə görsənir, Adil bu şeirlərindəgördüklərini kətan üzərinə köçürür. Amma Adil sözlə rəngi fərqləndirməyibacarır, onun sözlə çəkdiyi rəsmlər təbiətin öz rəngləridir. Amma bir də varşairin öz içindəki rənglər: qüssə, sevinc, dərd, ehtiyac, nifrət.

Axşam düşür yalqızam

Qar üstündə çılpaq ağac kölgəsi

Qar üstündə iz salmadan gəlir qəm, qüssə

Bütün günü yağdı qar

Nə gündü namərd dostlar

ürək-dirək verir mənə çılpaq ağac.

buz bağlamış göl kimidi sənin gözlərin

mən pul borc almaq üçün yox

sənə şeir oxumaqçın döymüşdüm qapını.

Şeir "Etüd" adlanır. Ancaq bu peyzaj təəssüratı verən etüd deyil,insan laqeydliyinin mənzərəsidir. Bəlkə də bu laqeydliyi-"buz bağlamış gölkimidi sənin gözlərin" -hər hansı rəssam öz tablosunda canlandıra bilər,amma "mən pul borc almaq üçün yox, sənə şeir oxumaqçın döymüşdümqapını" - bu hissi, bu duyğunü heç cür rəsmə çevirmək olmaz. Bu baxımdanAdil Mirseyidin şeirlərində rəssamlığın şairliyə yox, şairliyin rəssamlığatəsirindən söz açmaq olar.

Öncə söylədim ki, Adil Mirseyid müasir Azərbaycan poeziyasında heç kiməbənzəmir. Ancaq dünyada elə şair yoxdur ki, onun poeziyasında hansışairlərdənsə gələn təsir dalğaları hiss edilməsin. Təbii ki, bu təsir dalğalarıgenetik ötürücü rolunu oynayır. Bu mənada Adil Mirseyidin şeirlərində çağdaşAzərbaycan və türk poeziyasının ən yaşarı ənənələri ilə üzləşirsən. Hardasa onunbir şeirində Nazim Hikmətdən, başqa bir şeirində Rəsul Rzadan, digərində VaqifSəmədoğludan nəsə oxşayış hiss edə bilərsən, amma bu mexaniki oxşayış deyil,eyni poetik ruhdu ki, şairlərdən şairlərə, şeirlərdən şeirlərə keçə bilir.

Adil Mirseyid əsası Rəsul Rza tərəfindən qoyulan Azərbaycan modernistşeirinin gözəl nümunələrini yaradan şairlərdəndir.

Modernist şeirin mahiyyəti barədə çox fikirlər söylənilib. Qısaca beləizah edək: modern şeir maksimum dərəcədə ənənəvilikdən qaçmaq, şeirin təzəifadə çalarlarını, obrazlar və epitetlər yaratmaq, dünyaya, gerçəkliyəmünasibətin və reallığı əks etdirmənin yeni poetik formalarını ərsəyə gətirməkdeməkdir. Modern şeirdə gördüyün dünya sanki sənə təzə görünür. Şairinaşıladığı hisslər, duyğular sənin üçün təzədir. Təbii ki, həmişə şeirin təzəsi,artıq öz ömrünü başa vurmaqda olan yaxud hələ yaşamaqda davam edən şeirinköhnəsiylə mübarizədə diqqəti cəlb edir. Adil Mirseyidin bir çox şeirləri artıqbu mübarizədə qalib görünürlər. Yəni Adil Mirseyid üslubu bir çox trafaret vəşablonları qırıb, özünün bu poeziya məkanında yaşatmaq hüququnu təsdiqləyib.

Qeyd edək ki, Adil Mirseyid ədəbiyyata səksəninci illərdə gəlmişdi, ammabir modernist şair kimi formalaşması və özünü təsdiq etməsi doxsanıncı illərdənbaşladı.

Ağ kətanda bəyaz qadın;

bəyaz qadın bəyaz saçlı,

kipriyi nəm, gözü yaşlı.

xəyalı, yuxusu, ömrü, arzusu,

keçdiyi yol, ruzusu,

təbəssümü bəyaz,

ölümü bəyazg

yandırır məni göz yaşım,

bu bəyaz qadın anamızdı,

qardaşım...

Beləcə Adil, "sərxoş qış gecəsinin" də, axşam tənhalığının da,Toğrul Nərimanbəyovun nar ağacının da, bədirlənmiş ayın da "rəsmini"yaradırdı. Ancaq bu rəsmlər hisslərin, duyğuların rənginə boyanmışdı. Bu tiplişeirlərdə tədricən modernist cizgilər də boy atırdı, amma hələ tam deyildi.Doxsanıncı illərdə yazdığı şeirlərində isə Adil Mirseyid artıq bir modernistşair kimi diqqəti cəlb edir, onun şeirlərindəki təzəliklər ən çox bənzətmələrdəözünü büruzə verir. Ay işığını fil sümüyü rənginə, yaxud pəncərədəki kəpənəyəbənzətmək-bu təzədir.

pəncərədən baxıram

astanada oturub

siqaret çəkir kölgəm.

bir gül ləçəyi altında

ölmək istəyirəm mən

öldüyümü bilmədən

yenə ovutdum könlümü

bir göyərçin gözlərində

dünya gəlir ağlıma.

Bunlar assosiativ təfəkkürdən doğur. Əgər bizim düşüncəmizdə,qavrayışımızda bu tipli şeirlərdəki mənalar, obrazlar dərhal naməlumluqdanməlumluğa çönürsə (məsələn, dünyanı bir göyərçin gözlərində görmək kimi, yaxudbaşqa bir görünüş: pəncərədən baxıb öz kölgəsinin astanada siqaret çəkdiyiniseyr etmək) və bunlar get-gedə qavrayışımızda qeyri-adilikdən adiləşməyə üzqoyursa, bu, təbii ki, modernist şeirin qələbəsidir.

Bilirik ki, modernist şeirin vətəni Avropadır, amma Şərq şairləri bumodernizmi qəbul edərkən çox zaman öz milli stixiyalarından çıxış edirlər. YəniAvropa modernizmi ilə şərqli baxışı birləşir. Məsələn, Adilin bir şeirində("Elçin Əfəndiyevə məktub") Şərq şairinin Parisdə yaşayırmış kimikeçirdiyi düşüncələr əks olunur, özünü yaşadığı şəhərdə parisli sanan bu şərqşairinin əhvalı bizə tanışdır.

dəli-divanə elədi məni

itirilmiş umudların həsrəti

ürəyim parçalanır axşamlar

ah kafirlər məmləkəti

ah kafir adamlar

hamınız qəhr olasız

bir şair yoxmu aranızda

güllələsin məni

budaqda portağal kimi

parıldayır bir umud

oğlum, aç pəncərəni.

Bu şeir xalis Şərq modernizmi nümunəsidir, necə deyərlər, VətəniAzərbaycan, müəllifi Adil Mirseyid.

Onu da qeyd edək ki, Adil Mirseyid modernist təmayülün yeni dalğasınıpoeziyaya gətirməkdə mühüm rol oynadı. Tənqidçi Cavanşir Yusifli yazır ki, AdilMirseyid Salam Sarvanın şeirlər kitabına belə bir şəkil çəkib: saatınəqrəblərinə ağır bir kilid vurulub, bu məngənə içində olsa-olsa vurnuxmaq olar.Bu rəsmin aşıladığı ovqat hamıdan qabaq Adilin özünün poetik təfəkkürünəaiddir. Adil və ondan sonra ədəbiyyatagələn bir çox şairlər də məhz sükutun səsini yazmağa, ifadəsi mümkün olmayanşeylərin ifadəsinə çalışmağa can atırlar.

Adil Mirseyid 60 yaşındadır, rəssam və şair kimi yoluna davam edir.Dünya Adil Mirseyid üçün hələ bitib-tükənməyib, Adilin dünyaya nə verdiyinisöyləmək olar. Amma dünyanın Adilə verəcəkləri gələcəyin işidir.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV