adalet.az header logo
  • Bakı 18°C

Hissiyyatımla əlaqədar rastlaşdığım qeyri-adi macəralar

MƏMMƏD DƏMİRÇİOĞLU
47434 | 2012-12-14 23:32

"İnsan mənzərələri"-ndə təqdim olanucaq növbəti yazımız İncəDərəsinin Qaymaqlı kəndindən olan Ağakişi Əfəndiyevin həyat yollarını işıqlandıracaqmənzərədən ibarət olmalı idi. İncə Dərəsinə olan bu səfərimdə məqsədim də məhzdövrünün, zamanının cox maraqlı şəxsiyyətlərindən biri olub, igidlik, mərliklədolu ömür yolu keçmiş bu insanın qohumlarından, nəvələrindən onunla bağlıxatirələri, maraqlı əhvalatları dinləmək idi. Belə də oldu və nəvəsi CavanşirMusayevlə görüşüb gözəl bir məkanda onu dinləyərək qeydlərimi apardım.Sorğu-suallar bitdikdən sonra Cavanşir müəllim başqa maraqlı əhvalatları daxatırlayaraq özüylə bağlı möcüzəyə bənzər bir əhvalatı nəğl etdi və doğrusunu deyim ki, söylədiyiqeyri-adi hekayət məni ovsunladı. Sonra xahiş etdim ki, bu maraqlı, eynizamanda möcüzələrə bənzəyən həqiqətləri özü qələmə alıb mənə göndərsin.Xahişimi nəzərə alan Cavanşir müəllim həmin hekayətlərdən bir neçəsini mənəgöndərdi.

İncə Dərəsində Əfəndilər ocağının layiqli davamçılarından olan Cavanşirmüəllim halal bir ömür yaşayan ən urvatlı İncəli kişilərindən biridir və 26 iləyaxın bir zamanda Qazax rayonunda Kommunal Müəssisələri Kombinatının müdirivəzifəsində çalışıb, hələ də həmin vəzifədə işləyərək bölgənin hörmətlişəxslərindən biri kimi tanınmaqdadır.

O, 1948-ci ildə Qaymaqlı köyündə dünyaya gəlmiş, hal-hazırda Qazaxşəhərində yaşayır.

Hörmətli oxucular, Savanşir Musayevin yazılarını xırda redaktələriistisna etməklə olduğu kimi sizin ixtiyarınıza veririk. Ümidvarıq ki, buhekayətlərin səmimiliyinə inanacaqsınız.

1

Azərbaycan Politexnik İnstitutunun III kursunda oxuyarkən qrupun rəhbəri idim. Siyasi iqtisad müəllimimənim hərəkətlərimdən narazı olaraq dərs otağını tərk etməyimi bildirdi. Mənməcbur olub dərs otağını tərk etdim. Tənəffüs zamanı kurs yoldaşlarım mənə bildirdilərki, müəllim çox çətin andlar içib səni dərsə buraxmayacağını, institutdanqovacağını söylədi. Mən müəllimə yanaşıb üzr istədim və günahımı bağışlamağınıxahiş etdim. O, mənə çox təkidlə: "mən kişiyəm, söz vermişəm vəssalam. Sənbu institutda oxumayacaqsan" - dedi. Mən də açıqca dedim ki, bəlkə sənmüəllim olmayacaqsan, amma mən oxuyub qurtaracam. Onu bir allah bilir. Hərgünün bir hökmü var.

Məni heç vaxt dərsə buraxmadı, imtahan günü yaşlı bir kişi gəlib soruşduki, 1286-cı qrup sizsinizmi, sizdən imtahanı mən götürəcəm. Kimdi qrup rəhbəri?Mən irəli durub özümü təqdim etdim. Müəllim mənə bildirdi ki, mən sizə dərsdeməmişəm, hansı uşaq necə oxuyur mənə de, ona uyğun qiymət yazım. Belə dəoldu, özümə də əla yazdı.

Bir neçə ay keçmişdir ki, əsas müəllimimi karidorda kastillə gələngördüm. Yaxınlaşıb hal-əhval tutdum və ilk görüşümüzü xatırlatdım. O əsəbihalda mənə çəlik atdı.

***

Hərbi xidmətə getməyə hazırlaşırdım. Qardaşlığım rəhmətlik Arif məniyola salırdı. Mən dedim ki, Arif sən Rusiyada harada olubsan, olduğun yerinünvanını ver bəlkə ora düşdüm. O, mənə Moskva ətrafında Norafaminski rayonununKalinens qəsəbəsinin ünvanını verdi. Bir neçə gündən sonra mən həmin ünvandanməktub göndərəsi oldum.

***

Rayon Komsomol Komitəsindəişləyərkən rəhmətlik Namazov Arif öz iş otağında Nəsibov Arifə, Rəhimov Xasayavə mənə bildirdi ki, Sizə bir qonaqlıq vermək istəyirəm. Mən ona sənin cəmi birbelə manatın var, ona qonaqlıq düşürmü?- dedim. O, təəccüblə bildirdi ki,doğrudan da məndə bir o qədər pul var, sən haradan bildin. Mən həminyoldaşların yanında istəyirsən həmin pulların nömrələrini də söyləyim dedim.

O mənə bunu desən qonaqlığı mütləq verəcəyini söylədi. Belə də oldu,pullar sanki, gözümün önündə idi. Mən söylədikcə o kalendarın üstündə qeydəaldı və sonda hamını təəccüb bürüdü, içində də özümü. Bunu necə dediyimə özümdəməəttəl qaldım. Dediyim rəqəmlərinhamısı düz oldu.

***

Bir gün yeməkxanada yemək yeyərkən qohumlardan Bakıda yaşayanın birininadını andım və zarafat etmək məqsədi ilə yalandan qapıya tərəf gedib qapınıarxadan basdım. Bu zaman qapı üzümə açıldı və həmin adını andığım insan içərigirdi .

2

Bir gün Qazax şəhərində bir çayçıda çay içmək istədim. Tək idim, çayıstəkana süzdükdən sonra fikrə dalmışam. Xəyalən gördüm ki, Şıxlıdan çöl yoluilə Qaymaqlıya gedirəm. Baharın orta ayı olduğundan taxıl zəmiləri bir boyqalıxmış, yollar boyu səpələnmiş qıpqırmızı lalələr alışıb yanırdı. Kəndimizəçatanda "Su yolu" adlanan sahədə kəndiçəlirimizdən Nəbi və Nəsib adlışəxslər qarşımdan gəldilər və məndən hardan gəldiyimi soruşdular. Qazaxdangəlirəm deyəndə onlar bərkdən güldülər.

Elə bu anda diksinib xəyaldan ayıldim, gördüm ki, çayım soyuyub. Tezqalxıb getmək fikrinə düşdüm. Yola çıxmışdım ki, "Qaz-51" markalıavtomaşın yanımda dayandı və məndən haragedəcəyimi soruşdu. Gördüm ki, Yuxarı Salahlı kəndindən olan Mahmud adlı tanış sürücüdür. MənNərimanov qəsəbəsinə gedəcəyimi bildirdim. O, söylədi ki, bu gün futbol üzrədünya birinciliyinin oyunu var, gedək kənddə bizim evdə futbola baxaq, sonraşəhərə qayıdarıq. Mən onunla razılaşdım.Yuxarı Salahlı kəndinəgirmişdik, yolda bir uşaq avtomaşını saxlatdı və Mahmudun qohumlarından kiminsətəcili Qazağa xəstəxanaya çatdırılmasının vacibliyini bildirdi. Mən Salahlıdadüşüb hara gedəcəyimi müəyyən etmək istəyirdim ki, yol ayrıcında bir minikmaşını yanımda dayanıb məni götürdü. İbrahim adlı kəndiçimiz maşının içindəidi. Kəndə tərəf yeni istiqamət götürmüşdük ki, sürücü bildirdi ki, məniaxtaracaqlar, evə dəyim sonra Qaymaqlıyagedək. Sən demə, sürücü İbrahimlə yeznə-qayın imiş, özü isə I Şıxlı kəndindəyaşayırmış.

Qayıdıb I Şıxlı kəndinə gəldik, o evdən razılıq alıb çöl yolu iləQaymaqlıya yola düşdük. I Şıxlıdan İncəyə gedən çöl yolunun belə füsunkarmənzərəsini çoxdandır seyr etmirdim. Yamyaşıl taxıl zəmiləri əsən mehinnəfəsiylə dalğalanır, al-qırmızı lalər yalların, yamacların ətəyindəalışıb-yanırdı. İncə çayına çatanda gördük ki,çay daşıb, kiçik maşının keçməsi mümkün deyildi.

Dostlarım məni orada düşürdüb qayıtmalı oldular. Mən ayaqlarımı soyunubçayı keçdim və həmin vaxt Nəbi ilə Nəsib hər ikisi birlikdə qarşımdan gəldilərvə məndən haradan gəldiyimi soruşdular. Mən - Qazaxdan gəlirəm deyəndə onlarbərkdən gülüşdülər. Qazaxdan gələn niyə bu tərəfdən gəlir? -deyə sual edəndə,bir anlıq həmin xəyalı xatırladım və özümdə bu möcüzəyə məəttəl qaldım.

***

1979-cu ilin oktyabr ayında Moskva şəhərində ixtisas artırma kursundaidim. Şəhərdə təsadüfən Göyüşov Abbasla görüşdüm, onunla Moskva Mehmanxanasınagəldim və orada Osmanov Fuadla da görüşdüm. Bir neçə saatlıq onların otağındadincəldim, yatdım və yuxu gördüm. Qalxıb yuxumu onlara danışdım. Gördüm ki,Namazov Arifi Avtobazaya, məni isə harasa müdir təyin ediblər.

Bir neçə gündən sonra mən kursdan geri çağrıldım. Məni Qazax KommunalMüəssisələri Kombinatına, Arifi isə Avtobazayamüdir təyin etdilər. Bu ilk mözücəzələrdən biri oldu.

***

Bir gün rəhmətlik qayınanam mənə dedi ki, məni apar Krımda Saki şəhərində sanatoriyaya yerləşdir.

Mən idarə müdiri olsam da icazəsiz onu aparıb yerləşdirməyi qərara aldımvə düşündüm ki, təxminən bir sutkaya qayıdacam. Təyyarə ilə uçub həmin yerdəqayınanamı yerləşdirdim və Sinferopol şəhərinə qayıdıb geriyə uçmaq üçün biletaxtardım. 18-20 kassanın hamısına Soçi,Tbilisi, Yerevan, Bakımarşurutları üzrə xahiş edib 10 dəfə baha qiymətə bilet almaq istəsəm də mümkünolmadı. Mənə bildirdilər ki, 15 gündən sonraya bilet verilə bilər. Mən geriqayıdıb Sakiyə getdim və mehmanxanada gecə saat 12 radələrində yer aldım.Təxminən 10 dəqiqə uzanmışdım ki, xəyalən nurani bir şəxs gözümün önünə gəldivə mən onunla söhbət edib, geriqayıtmağıma bilet tapa bilmədiyimi söylədim. O, mənim adımı anıb get, mütləqbilet alıb mənzilinə çatacaqsan - dedi və gözümdən getdi. Həmin nurani sifətliqocanı eşidib mən yerimdən qalxıb yenidən Sinferoppol şəhərinə qayıdasıoldum. Birinci kassadan soruşan kimiSoçiyə bilet olduğunu bildirdi və 250 manata ala bilmədiyim bileti 12 manataaldım. Təyyarənin reysi Sinferoppol Soçi-Daşkənd reysi idi. Mənimlə oturancavan bir qız söhbət əsnasında Bakıyauçmasını bildirdi və bu təyyarənin Bakıya eniş edəcəyini söylədi. Məntəyyarənin bələdçisindən soruşdum ki, təyyarə hara uçur, o bildirdi ki, təyyarəSoçidən Daşkənddə uçur. Nə isə... Təyyarə Soçiyə eniş etdi. Qız mənə dedi ki,səndə xahiş et, bəlkə yenidən minə biləsən.Mən qıza inanmırdım, təyyarədəndüşüb aerovağzala daxil oldum. Bir az düşündüm, qızın həmin reysə minməsinikeçiddə gördüm və bir də soruşdum. Qız təyyarənin mütləq Bakıya gedəcəyinibildirəndə mən cavanlığıma salıb gedib qeydiyyat yerindəki qızdan xahiş etdimki, məni bu reysə gedən təyyarəyə minməyimə kömək et. Çox təəccüblü haldır ki,əvvəlcədən yox deyən rus qızı sonradan özü məni vağzalda tapıb, təkidlə yolasalacağını bildirdi və məni aparıb birinci olaraq təyyarəyə mindirdi. Bir azdan həmin qız yenəgəlib yanımda oturdu. Mən ondan bir də soruşanda ki, bu reys Daşkəndindir Bakıya necə gedəbilər? Qız bildirdi ki, Gəncə kənd təsərrüfatı institutunda oxuyuram. Özüm Bakışəhərində yaşayıram. Krımda Yevpatoriyada praktidayam. Praktikada olduğumuzkolxozun Bakının inqibator fabriklərindən biri ilə yumurta alışı müqaviləsivar. Bir neçə milyon yumurtagöndərirlər.

Onun da etibarnaməsini mən müəllimimin köməyi ilə öz adıma yazdırmışam. Dedim həm də özailəmizlə görüşüm. Bakı reysində yer olmadığına görə yumurtanı bu reysə doldurublar. Ona görə butəyyarə Bakıya eniş edəcəkdir. İnanın ki, belə də oldu. Mən pulsuz olaraqBakıya qədər uçdum. Oradan dəmiryolu vağzalına yenicə gəlmişdim ki, bir minikmaşınının sürücüsü - Kim Tbilisiyə gedir - deyə qışqırırdı. Mən ona yaxınlaşıbavtomaşına əyləşdim və həmin gün axşamüstü evə çatdım.

Doğrudan da analoqu olmayan bu hadisənin şahidi olmasa, inanılmasımümkün deyil.

(ardı var)

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV