adalet.az header logo
  • Bakı 13°C

Küçədə soyunan qadın...

SAMİRƏ ƏŞRƏF
65664 | 2012-12-14 23:30
Əslində bu yazımı nikbin notlara köklənib yazmağı fikirləşmişdim. Çünki,qarşıdan viranə qalmış qədim sovet elindən madar yadigarımız olanbərli-bəzəkli, qarlı-çovğunlu (hərçənd o çovğunlardan hələ ki, əsər-əlamətyoxdu) yeni il bayramı gəlir. Bu bayram,indiki dövrün insanlarına deyə bilmirəm, amma sovet adamına çox böyük sevincaşılamaqla yanaşı, həm də yüksək kədər bəxş edir. Bir çoxlarımız hələ də oillərin təmizliyinin, səliqə-sahmanının, mədəniyyətinin həsrətini çəkirik. Vəhaqsız da deyilik.

Məsələn mən, hələ də özündə o zamanın dəqiqliyini qoruyan insanlarlarastlaşanda, onların indiyədək saxladığı səksən doqquzuncu ildə çap olunmuş2-ci sinif rus dili kitabını, köhnə rus bir manatlığını görəndə hədsiz dərəcədəhəyəcanlanıram.

Bəli... Bu həftəki yazımı məhzbelə əhval-ruhiyyədə yazacaqdım.

Ancaq, məmləkətin xoş günlərdən yoxsul olması imkan vermədiyindən bulirik-sentimental, nostalji məsələləri qatlayıb qoyuram bir tərəfə. Nə də olsa,bizim camaatımız dekabrın 31-dən sonra hələ iki ay da bayram edib, fişənguçurdacaq. Onacan da ya qismət, Novruz bayramı da gəlib özünü çatdırar. Mən dəiki bayramı bir-birinə qatıb əhvallı yazı yazaram.

Ölkədə bu qədər işsiz-gücsüz, savaddan yarımayan, cahil insanların çoxolması ucbatından olmalı ki, hansı daşın altını qaldırırsan, ordan elə zəhərliilan sürüşüb gedir ki, salamat qalmağına şükür edirsən.

Ömrünü kefdə-damaqda keçirənlər, əlbəttə ki, bu dediklərimi anlamaqdaçətinlik çəkərlər. Amma bir də var, şad-xürrəm yaşasalar da, geridə qalanların heçolmasa halına yanıb, köks ötürənlər.

Tutaq ki, hansısa bir əcnəbi müğənninin biletinə bir çətən külfətinaylıq maaşı qədər pul verib gedən birisinə nəyisə anladıb, dəridən-qabıqdançıxmağa hacət yoxdu. Anlayan, o konsertə getməz. Vəssalam!

Pulunu o konsertin biletinə çatdırmayıb, Coşqunla, Rəfaelin konsertinəgedənlər də var.

Ancaq bu məsələ ayrı dərddi. Bunun daha heç bir çarəsi yoxdu. Çünki,burda hər iki tərəf məhv olmuş vəziyyətdədi.

Həm komediya çıxardan, həm də o komediyaya baxıb özündən gedən, elə okomediyadakı qəhrəman tamaşaçı.

İndi bir çoxları aktyorları qınayır ki, əyinlərinə qadın paltarlarıgeyinib, şəbeh çıxardırlar. Ancaq onlar nədənsə anlamaq istəmirlər ki, aktyorunişi birbaşa paltarladı.

İkinci bir tərəfdən də tutaq ki, bu aktyorlar qadın paltarlarıgeyinməsəydilər, onda onlar da başqa tay-tuşları kimi repertuar ümidi ilə aylıqqəpik-quruşa möhtac "tifil" aktyorların günündə olacaqdılar.Baxmayaraq ki, adlarını çəkdiyim hər iki aktyor çox istedadlı insanlardı. Lakinbizim məmləkətdə istedadları cürbəcür üsullarla yandırıb məhv etmək dəbdədi...

Fərz edək ki, Rəfaelnən, Coşqun səhnədə oyun çıxardıb hansısa birmüğənnini loru dildə desək, lağa qoyur, zaldakı bər-bəzəkli tamaşaçı da onabaxıb qəşş edir gülməkdən. Və işin ən dəhşətli tərəfi də odur ki, gülməkdən özünü unutmuş həmin adam bilmir ki,öz aləmində lağ elədiyi müğənnini toyuna gətirib cibinə pul basan, o müğənninindəvət olunduğu dəngüş verilişlərə gözünü qırpmadan baxıb onlara reytinq qazandıranda elə onun özüdür. Müğənni isə əla şəraitli mənzilində əyləşib, ondanqazandığı pullarla aldığı itini, meymununu, nə bilim canavarını çimizdirib,tumarlamaqla məşğuldur.

Məni heç kim qınamasın, bu ölkənin nanay-ninayçısı qədər siyasətidərindən bilən ikinci bir sənət sahibi tanımıram. Onlar, bu barədə o qədərpüxtələşiblər ki, handa özündə deyən siyasətçi belə bu məsələdə ən zəifmüğənniyə uduzar.

Fikir vermişəm, savadları orta səviyyədən də aşağı olan"şıkıdımçılar" dəvət olunduqları proqramlarda onlarla yanaşı başqaqonaqların kim olduqlarını əvvəlcədən hesablayıb ona görə hərəkət edirlər. Yənibir növ türklər demiş, özlərini qoruma altına alırlar.

Tutaq ki, qonaq yazıçıdırsa, onlar hər şeylə razılaşır, hamıya cansağlığı, xoşbəxtlik arzulayırlar. Qonaq həkimdirsə, onlar həmin dəqiqə türkəçarələrdən, nənə babalardan, qədim zamanlardan danışmağa başlayırlar. Yox, əgəronunla yanaşı hüquqşünas və yaxudsosioloq əyləşibsə, baho bu dəfə də efirə zəng vurmuş hansısa problemli insanamütləq kömək edəcəklərini vəd edib, özlərini az qala məsul səlahiyyətli şəxs,"xalqının" dərdinə yanmağa çalışan biri kimi təqdim edirlər.

Ölüsü öləndə, camaata görk olsun deyə, ağlayıb üz-gözünü cıran,doqquzuncu mərtəbənin eyvanından bir vedrə zibili guppultuyla aşağı ataninsanın müğənnisi də belə olmalıdı.

Əlindən çıxan zibili küçənin ortasına boşaldan adam, ertəsi günü küçədəyol gedən adamın kürəyinin ortasına bir bıçaq da saplaya bilər. Yəni mənim üçüno hərəkətlə, bu hərəkətin heç bir fərqi yoxdur.

Bu zibil məsələsini mən elə belə yerdən yazımın ortasına gətiribçıxarmamışam. Sözümün üzü-astarı var.

Uşaq olanda bizi, indi də biz öz uşaqlarımızı süpürgəçilikləhədələmişik. Məktəbdə dərs oxumayan uşağı müəllim "oxumasan, böyüyəndəgedib süpürgəçi olacaqsan" sözləri ilə cəzalandırır.

Həqiqətən də xadiməlik çox ağır, qamət əyən bir işdir. Təsəvvür edin ki,çox cüzi əməkhaqqına başqalarının atdığı zir-zibili küçədən yığmaqməcburiyyətindəsən. Həm də bizim küçələrdən.

Əlbəttə, Almaniya, İtaliya kimi bir ölkədə bu iş bəlkə də asan və könülbulandırmayan ola bilər. Amma bizdə vəziyyət tamam başqadı. Məsələn, bizdə sarıpaltarlı küçə süpürgəçiləri küçədə hər cürə natəmizliklə rastlaşırlar. Onlarınpaltarlarını dəyişmək üçün balaca bir kabinələrimi deyim, otaqlarımı deyimyoxdu.

Bu yaxınlarda süpürgəçi qadınlardan birinin işə hazırlaşma prosesi sözünəsl mənasında məni utandırdı.

Səhər vaxtı uşaq bağçalarının birində işim olduğundan ora getmişdim.Bağçadan çıxanda, təxminən otuz yaşlarında bir qadın balaca qız uşağını bağçayatəhvil verib çıxdı. Əlində göy rəngli iri çanta tutmuşdu. Qadın məndən təxminənyüz-yüz əlli metr irəlidə gedirdi. Sonra o, beşmərtəbəli binalardan birinəyaxınlaşıb, sıx yarpaqlı ağacın altında dayandı. Əlindəki çantanı şehli otlarınüstünə atıb içərisindən pal-paltar çıxarmağa başladı. Açığı qadının bu hərəkətimənə təəccüblü gəldiyindən addımlarımı yavaşlatmağa məcbur oldum. Əvvəl eləbildim ki, köhnə pal-paltardı ağacın altına qoyur ki, kimsə gəlib götürsün.Sonra gördüm ki, o, əynindəki gödəkcəni, daha sonra, jaketi soyunmağa başladı.Bircə köynəklə qalan qadın sözün əsl mənasında məni çaşdırmışdı....

Yolun əks istiqamətindən gələn maşın da sürətini azaltdı. Qadın isə heçkimə əhəmiyyət vermədən, çantadan çıxardığı çirkli, rəngi solmuş qalın evpaltarını, sonra da sarı rəngli süpürgəçixələtini əyninə geyinib, əlindəki yaylıqla üz-gözünü sarımağa başladı. Həminvaxt mən başa düşdüm ki, qadın küçə süpürgəçisidi.

Bayaqdan sürətini azaltmış maşının sürücüsü də baş verənlərin fərqinə varmışdı ki,yerdəki gölməçənin suyunu sıçradaraq sürüb ordan uzaqlaşdı. Qadın isə ağacınarxasında gizlətmiş olduğu süpürgəsinigötürüb küçələri təmizləməyə getdi.

Həmin qadının arxasınca baxarkən mən bir daha anladım ki, bu məmləkətinbütün işləri elə həmin qadının küçədə paltarını dəyişməsi kimi qanunsuz,dözülməz və ədəbsiz formadadır.

Samirə Əşrəf

TƏQVİM / ARXİV