adalet.az header logo
  • Bakı 18°C

KEÇMİŞİMİZİN ÇİYNİNDƏ

VƏSİLƏ USUBOVA
28122 | 2012-12-14 23:26
Bəzən oxuduğum bir cümlə kifayət edir ki, bütün fikirlərim alt-üstolsun. Beynimdə sahmana saldığım uyuşan və uyuşmayan nə varsa, darmadağın olur,yerini bir-birinə zidd, alışmağa çətinlik çəkdiyim düşüncələr zəbt edir."İnsan gələcəyə öz keçmişinin çiynində gedirg" Buyurung Yaxa qurtarabilmədiyim keçmiş təklifsiz-filansız çiyinlərini verdi gələcəyimin altına.Mənsə ondan qaçmaq-gecələrimi onsuz ötürüb, sabahlarımızı onsuz açmaqistəyirəm. O isə yaxamdan yapışıb buraxmaq istəmir. Təkcə yaxamdan tutsaydı,dərd yarıydı; ya əllərini kəsər, ya yaxamı dəyişərdim. Birbaşa beynimə, ürəyimətəcavüz edirsə, onda neyləməliyəm?!.

Cavab tapmaq çətindi...

Söhbət duyğulardan gedirsə, onda lap müşküldü...

***

Keçmiş xatirələrə güvənir. Onu yaşadana. Arxayındı ki, bundan heç kəsyaxasını qurtara bilməyəcək. Xatirələrinsə pisi olmur. Ona görə olmur ki, insanpisi yaşatmaq istəmir. Fikrən də olsa, ondan uzaqlaşmağa, ruhunusakitləşdirməyə meyllidi. Unutmağa çalışır və... çox zaman da buna nail olur.Yaxşı xatirələr ruhu təzələsə də, ağrıverici tərəfləri də yox deyil. Deməli,hər iki halda onları kənarlaşdırmaq lazım gəlir. Amma həmişə işə yaramır bu.Bəzən insan təkcə xatirələrin ümidinə qalır, çarəsiz qəlbini dadlı xəyallarınqanadında keçmişinə baş vurmaqla ovutmağa çalışır. "Xəyal şirin nemətidibu acı kainatın" deyən bənzərsiz şairimiz də, yəqin elə bunu nəzərdətutub. Xəyallara baş vurmaq bu günlə qurtarmaq, sabaha inamı itirməkdənyaranır. İrəlidə nəsə görməyəndə geriyə boylanmağa, arxada nəyisə axtarmağaməhkumsan. Dünənki şirinliyi bu günündə dadmayanda, sabahından da gözləməyəndəkeçmişinə qəzəbli olmayıb, neyləyəsən?! Qoynunda yaşayanda duymadığın, qədrinibilmədiyin, əbədiliyinə inandığın xoşbəxtlik deyilən o yarıgerçək, yarıxülyanəsnənin xiffətini çəkməyə başlayırsan. Sənə qalan da elə bu olur. Yamanağrıdıcı mirasdı. Bir tərəfdən də, kimsə onun nə özünü, nə də ağrılarını səndənala bilməz. Sevinməlidi, yoxsa, təəssüflənməli?! Hər ikisindəndi... Keçmişininsevinclərini, xoş yaşantılarını səndən ala bilsəydilər, ömründə nə qalardıböyük, sıxıcı bir boşluqdan savayı?!. Sevinə bilərsən buna. Ala bilmirlərsə, ağrılarını da almayacaqlar.Ömürlük qalacaq canında. Yandıra-yandıra, göynədə-göynədə. Yanırsan,göynəyirsən ona görə ki, dünən əlindən tutub bu gününəcən gətirməli birisivardı. Mütləq vardı. Amma tanıya bilmədin onu. Tanısan da, qədrini bilmədin.Qədrini biləndə də gücün çatmadı əlindən tutmağa, özünlə gətirməyə. Amma nəgözəl olardı... Meydan oxuyardın ömrə də, yaşa da, həyatın hər türlüağrı-acılarına, dövranın şıltaqlarına. Çünki O yanındaydı, həmişə səninləydi...Gözlərinin rastlaşdığı sevgi dolu baxışlarıyla axşamlarını da, sabahlarını daişıqla doldururdu...

***

İndi isə O yoxdu. Ha axtar, ha gözlə. Köksünü deşən ahları sinəndən qovabilirsənmi?! Bu, sənin taleyindimi?! Alın yazısı kimi qəbul edirsənmi?! Bəs,nədən ürəyincə deyil? Təkəbbürün qoymadı, nadanlığın kəsdi qabağını,qədirbilməzliyin tutdu gözlərini... Gələcəyin yaman sürətlə gəlir. Bilirsənminiyyətini? Keçmişini səndən almaqçın, bu gününü zəhərləyib sabahınıyaxınlaşdırmaqçın... Gələcək həmişə baş qatmaqçındı... Qəlbindəkini unutdurmaq,qəlbini boşaldıb özünə yer almaqdan ötrü gəlir... Sən də elə tez razılaşır,təslim olursan ki... Çünki o, baş qatmağı bacarır. Başının qatılmağı sənin dəürəyindəndi... Bəs, niyə sızıldayır o ürək?!

Çünki onun içindəki həmişə sənin yanındakından Gözəldi...

***

Hə... Bizim həm də ümumi gələcəyimiz vardı, axı... Dünyamızla birgəgələcəyimiz... Ağlımız kəsəndən inandırmışdılar ki, bizim, lap elə bütün bəşərövladının gələcəyi kommunizm qurmaqdan, onun qoynunda insan kimi yaşam aqdanibarətdi. İnanmışdıq... Sən demə, geriyə-başqalarının artıq yaşayıb ayrıldığıkeçmişə doğru gedirikmiş... Bəs, bu nədi?!

Alın yazımız, yoxsa... çaşqınlığımız?!

***

Keçmişin çiynində... Çiynimizdə uşaqları gəzdirir, çiyinlərimizdəölüləri aparırıq həmişə. Uşaqları ayaqları bərkimədiyinə, ölüləri isə bir dahaayaq üstə dura bilməyəcəklərinə görə çiyinlərimizə alırıq. Bəs, keçmişimizinməqsədi nədi sabahımızı çiyninə götürməkdə?!.

Cavabı da elə həmin fikri deyən müdrikdən alıram: "Biz gələcəyəçatanda məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş..." Məsələaydındı. Keçmişimiz öz bildiyi yerə götürür bizi. Özünün əvvəlcədən çəkibhazırladığı məkana aparır. Özünün davamına. Bizlik heç nə qalmır daha.Sabahımız dünənimizdən başlanırmış, sən demə. Bizsə elə bilirdik, hər şeyi özəllərimizlə yazacağıq. Ömrümüzün günəşi biz istəyəndə üfüqdən boylanacaq, ancaqbizim üzümüzə güləcək. Günəşi üfüqdən boylanmayanlara, taleyi üzünəgülməyənlərə rişxənd edirdik, əfəl sanırdıq...

***

Məmnuniyyətlə gəldiyimiz yolla geri qayıdardıq. Bizi yorub əldən salanenişlərə enər, yoxuşlara dırmanardıq. Bəlkə o yollarda itirdiklərimizi tapabildik. Bir də o günləri yaşayacağımıza inanmasaq da, heç olmasa ətrinialardıq. Bəlkə bizdən sonra gələnlərə nəsə öyrədə bilərik bu halımızla. Qoygörsünlər ki, insan sabahını qura bilməyəndə keçmişinin tör-töküntülərinəyalvarır, geri qaytarmağa, təzədən yaşamağa can atır...

Qoy qibtə eləməsinlər bizə...

Əllərində olanı qorusunlar...

Qoruya bilsələr...

Vəsilə USUBOVA

[email protected]

TƏQVİM / ARXİV