adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Radikal fanatizm və Hitlerin türkləri!

FƏRHAD ŞABANOV
31986 | 2012-12-14 23:25

Ankarada piyada yollarına çıxıntılı sarı zolaqlar döşənib. Görməproblemi olan vətəndaşlar bu çıxıntılı sarı zolaq vasitəsi ilə yollarınırahatlıqla tapır. Yollarını tapmasalar belə, ən azından, çaşıb maşın yolunaçıxmırlar, çuxura düşmürlər, palçığa batmırlar, və s.

Əksər universitetlərdə, dövlət idarələrində, şəhərdəki alt v::: ya üstkeçidlərdə qüsurlu vətəndaşlar üçün ayrıca yollar var. Azərbaycanda belə şeylərgörmədiyimiz üçün bizim diqqətimizi tez cəlb edir. Ancaq hər hansı bir avropalıüçün bunlar sıradandır.

Azərbaycanda qüsurlu vətəndaşlar evdən çölə çıxmağa utanır. Çünki onlarüçün heç bir şərait yaradılmayıb. Çıxsa guya nolacaq ki. Üzərinə daha çoxdiqqət çəkib depressiyaya düşəcək.

Mən Türkiyədəki ilk ilimdə universitetdə qüsurlu tələbələr gördüyümdətəəccüblənmişdim. Sonra isə get-gedə öyrəşirsən, dost olursan, əslində onlarında bizdən heç bir fərqi olmadığını anlayırsan...

Ötən həftə Türkiyə Qüsurlular Basketbol Liqasında Qalatasaray-Beşiktaşoyunu keçirildi. Daha doğrusu keçirilə bilmədi. Azarkeşlərin vəhşiliyiucbatından oyun yarımçıq qaldı. Polis idman salonuna daxil oldu və bibər qazıistifadə edərək başı boş güruhu çölə çıxartdı. Qüsurlu idmançılarqırğın-davanın ortasında qaldı. Əlil arabaları parça-parça oldu. Ümidləri parça-parçaoldu...

Türkiyədə radikal fanatizm bu hadisə ilə ən pik nöqtəyə çatdı. Bundansonrası, dahası, pisi, iyrənci yəqin ki yoxdur. Bəs əvvəli?!

Əvvəli var...

Futbol matçlarından qabaq rəqib komandanın avtobusunu daşlayıbpəncərələrini çilik-çilik etmələr... Rəqib komandanın azarkeşlərinibıçaqlayaraq öldürmələr... Qadın azarkeşlərə belə "kişi" azarkeşlərtərəfindən vəhşicə edilən hücumlar... Oyun davam edərkən futbolçuların başınaatılan rakı şüşələri, bıçaq, qəpik, daş, taxta-əllərinə nə keçsə yəni... Oyunbitdikdən sonra stadionu yandırmalar... Şəhərin mərkəzi küçələrində xuliqanlıqaktları... Polis maşınlarını aşırmalar... Benzin doldurma məntəqələrinipartlatma çabaları... Azarkeşlik etdiyi komandanın kapitanını komanda məğlubolduğuna görə döymələr... Silahlı hücumlar...

Bu sayılanlar radikal fanatizmlə açıqlanırdı. Qüsurlu insanların həyatadaha möhkəm bağlanmaq üçün açdıqları ümid qapısı olan bir basketbol topu və birəlil arabasını əllərindən almavəhşiliyini göstərən - göstərə bilən - bu məxluqlar etdikləri qarşısında nəcavab verəcəklər? Cavab vermək üçün düşünmək lazımdır, düşünmək üçün beyin.Onlarda isə beynin olduğunu zənn etmirəm. İnsanı insanlığından utandıran buhadisənin heç bir dayanağı yoxdur. Bu bədbəxt, gözü dönmüş kütlənin sonu haragedir?

Qüsurlu idmançıların nə özəl həyatı olur, nə dost-tanış məclisi, nə dəbaşqa bir şey. Onları həyata bərk-bərk bağlayan yeganə səbəb idmandır. Çünkionlar həyatının ilk illərində fiziki qüsurları ilə barışmır və evə qapanırlar.Onları evdən çıxaran, həyatı sevdirən, həyatın rənglərini onlara göstərən idmanolur. Səhər oyananda idman edəcəyi salonu düşünür. Gecə yatanda sabahoynayacağı çəkişməli oyunu düşünür. Başına yastığa qoyduqda məsum duyğularlayuxuya gedir. Onların bu marağını əllərindən almağa kimin haqqı var? Heç kimin!Heç bir canlının!

Bu hadisə Türkiyədə olmuş və dünyada bənzəri olmayan yeganə hadisədir.Qüsurlu insanlara qarşı başqa ölkələrdə hansı haqqsızlıqlar edilir bilmirəm.Ancaq Türkiyədə yaşanmış bu olay istidi, göz qabağındadır, görüntüləri var.Görüntüləri izlədikdə onların gözündəki qorxunu insan içində hiss edir. Həminanda salonda bir yanğın baş versə onları kim xilas edəcək?! Çünki daha əvvəltürklər salonları az yandırmayıb.

Türklər dünyadakı ən duyğusal millətdi. Türklər tarixlərindəki ən kritikqərarları həmişə duyğularına əsaslanaraq vermişdir. İstanbulu fəth edəndə də,Qurtuluş savaşında da...

Duyğusal olmaq pis deyil. Ancaq duyğulara qapılaraq insanlıqdan çıxmaqinsanlığın yaradılış məqsədinə ziddir. Çünki insanı insan edən həm dəduyğularıdır.

Son hadisəyə qarışanlar və ondan öncə sayılan radikal fanatizmnümunələrini bütün türklərə aid etmirəm. Ancaq dünyanın heç bir yerində türklərqədər rəng fanatizmi, rəng nifrəti, rəng ayrı-seçkiliyi edən başqa millət dətanımıram. Çünki bütün komandaları bir-birindən ayıran rənglərdən başqa bir şeydeyil. Sadəcə rənglər...

Və belə bir hadisə haqqında yazılan bir yazının sonluğunu tarixişəxsiyyətlər arasında ən az simpatiya duyduğum insanla bitirmək istəyirəm.

Kütlələri istədiyi yöndə sürüyə bilmə bacarığı heç bir şübhəyə yerburaxmayan Adolf Hitler deyirdi ki; kütlələr axmaqdır, çünki onları duyğularlavə qorxularla hərəkətə keçirmək çox asandır. Bu sözü hər hansı bir filosofdesəydi, fikir yürütmə şansımız ola bilərdi. Ancaq kütlənin yönləndirilməsi vəHitlerdən söhbət gedirsə, səsləndiriləcək bütün fikirlər əbəs olacaq. Sağlıqlaqalın...

Fərhad Şabanov

[email protected]

TƏQVİM / ARXİV