adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Heyvan dərisi

XURAMAN HÜSEYNZADƏ
31130 | 2012-12-14 23:24
Bəlkə də dünyanın heç bir ölkəsində ədəbiyyatla bizdə olduğu kimiməzələnmirlər. Cəmiyyətin çox az kəsiminəsrə, poeziyaya, publisistikaya ciddi hadisə kimi baxır. Ədəbiyyatı bu mənadamadam Düras kimi qavramağa əşhədü-ehtiyac var: "Ədəbiyyat ölməyə xidmətedir-öz içində ölməyə. Amma ədəbiyyatın öldürdükləri də az deyil..." Mənimməcazlaşan ölümüm də bu kontekstdə oldu...

***

Hələ də bəzi qadınlarımız kitabdan süfrəni yandırmasın deyə çaynikinaltına qoymaq, kişilərimiz soba yandırmaq üçün istifadə etməkdədir. İlin-gününbu vaxtında kəndlərimizdə kitabxanaların olmaması ilə ayaqyollarındakitablardan istifadə edilməsi alayı paradoksdur. Selincer, Flober haçansabilsəydi ki, əsərləri bizim xalqın bəzi kəsiminin kafası üçün deyil, ayrıorqanı üçün lazım olacaq, vaxtından bir az da əvvəl ölərdilər-heçtənhalığa-filana çəkilmələrinə də ehtiyac qalmazdı... Bir sözlə, xüsusən bizimkəndlərdə ilanlar kol-kosda, düzəngahlıqda deyil, kitabla zəhmətkeşlərin, nəşəçəkənlərin, tində tum çırtlayanların arasında yatıb... Bu, kitaba olanmünasibətin bir tərəfi. İkinci bir qism də var ki, kitabdan məşhurlaşmaq, necədeyərlər-barmaqla göstərilmək məqsədilə istifadə edir (!). Bu da bəlliməsələdir. Deyək ki, pulu-sərvəti var, kafası eşşək qədər düşüncə ifraz edəbilmir.

Odur ki, sərvətinə bir az da şöhrət qatmaq amacıyla ətək-ətək pul tökübcild-cild kitablar buraxdırır. Bir qonaqlıq müqabilində beş-üç ütülü-kraxmallıziyalıyla təqdimat düzənləyir, cəmiyyətə özünü ziyalı kimi təqdim edir. Yaxşıki, onları görəndə səcdəyə gələn çoxsaylı əhli-qələmdən fərqli olaraq, azsaylıtükü-tükdən seçən kitab oxuyanlarımız, kitabyazanlarımız da var və bu cürnüansları görəndə hələ mənəvi dəyərlərin itmədiyinə sevinə bilirsən.Utanmasalar, şöhrətə daha tez qovuşa bilmək üçün nəinki mikrofon götürüboxuyar, hətta göbək rəqsi də edərlər. Sadəcə, eldən ayıb edirlər...

***

Gələlim, məcazi mənada qeyd etdiyim ölümümə... Bu günlərdə yeni şeirkitabı nəşr etdirmək haqda danışmışdım. Və maddi gücüm yetmədiyi üçün istəyiminardından bir köks də ötürmüşdüm. Neyləməli, ziddiyyətlərlə zəngin dövrdəyaşayırıq. Bir yazıçının, şairin adını, bir hekayəsini, bir misrasını bilməyən,əvəzində istənilən avtomobil, telefon modellərini sadalaya biləcək qədər dardüşüncəli biri hardansa bunu eşidib və sifariş göndərib ki, o xanıma da, başqayazarlara da deyin, mən onların kitabını çap etdirərəm, bu şərtlə ki, kitabıniçərisində göstərsinlər ki, bu kitab mənim maliyyə dəstəyimlə həyata keçirilibvə şəkilimi də versinlər. Təqdimatlarını da "muzıka" ilə-filan(beləcə də deyib-müəll.) keçirərəm, bu şərtlə ki, məni başda oturtsunlar...

Əslində təəccüblənməli heç nə yoxdu. Və üzünü belə görmədiyim o adamı daqınamıram. Sadəcə, onun da avamlığınıhiss etdim. Çünki bilmir ki, əksər yazarlarımız elə acınacaqlı vəziyyətdəyaşayır ki, belələrinin ilk öncə şok effekti verən bu tip təkliflərindənard-arda bir neçə dəfə alsalar, götür-qoydan sonra razılaşmalı olacaqlar vəsonradan belə təkliflər onlarda narkotik kimi asılılıq yaradacaq. Bu hallarlaazmı rastlaşmışıq?

***

O məqama isə sevindim ki... demək ki, varlıların da kasıblara işidüşürmüş. Burda da bir ziddiyyət var-daxili kasıblıq zahiri kasıblığınqarşısında qolları bağlı quldur. Bahalı avtomobillər belə 120-130 səhifəlik kitablarınqarşısında heç eşşək arabası qədər dəyərli deyilmiş. Mən bunu anladım...Nədənsə yadıma bir çəkilişdə yanımda əyləşmiş gənc bir yazarın üstü cırıqayaqqabısı düşdü. Utandığından ayağını arxaya tərəf uzadırdı ki, görünməsin.Bir daha anladım ki, "Prado"lu, "Rang Rover"li yekəqarınkişilərin timsah dərisindən olan ayaqqabıları belə həmin yazarın utandığındangizlətdiyi ayaqqabılarının yanında... sadəcə və sadəcə heyvan dərisidir...

Xuraman Hüseynzadə

[email protected]

TƏQVİM / ARXİV