Gədəbəy - Əfsanə ilə reallıq arasında

ETİBAR CƏBRAYILOĞLU
86581 | 2012-12-14 23:22

Yol üstə olan 2012-ci il dağlar qoynunda yerləşən Gədəbəy rayonu və buqədim məkanda yaşayan zəhmətsevər, mehriban, saf insanlar üçün əlamətdar oldu.Gədəbəy bu il "Azərbaycanın Əfsanələr Paytaxtı" kimi tanındı və həryana səs saldı.

Mədəniyyət və Turizm Nazirliyinin həyat keçirdiyi "2010-2014-cüillər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq Gədəbəy2012-ci ildə "Azərbaycanın Əfsanələr Paytaxtı elan olundu.

Nominasiyanın qalibi kimi Gədəbəydə ilboyu maraqlı tədbirlər həyatakeçirilib. Bir neçə gün öncə tədbirlərə rəsmən yekun vuruldu. Mədəniyyət vəTurizm Nazirliyi "Azərbaycanın Əfsanələr Paytaxtı"nı yaxındantanımaq, yekun tədbirdə iştirak etmək üçün bir qrup mətbuat nümayəndəsinəşərait yaratmışdı. Bir qədər irəli gedib deyim ki, Gədəbəyə info-tur maraqlıalındı. Dağlar qoynundakı əfsanələr paytaxtında reallaşan işləri görməyədəyərdi. Elə yazmağa da...

Gədəbəy paytaxta gəlməyəndə paytaxt Gədəbəyə gəlir

"Gədəbəy- Azərbaycanın Əfsanələr Paytaxtı-2012" silsilətədbirlərinin təntənəli bağlanış mərasimi rayon mədəniyyət evində keçirildi.Bayram ovqatı ilə bəzənmiş zala rayon ictimaiyyətinin nümayəndələri, ziyalılartoplaşmışdı. Mərasimi açıq elan edən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısınınbirinci müavini Qüdrət Paşayev "Azərbaycanın Əfsanələr Paytaxtı"nominasiyasının qalibi elan olunmasını rayonun həyatında mühüm rol oynadığınıbildirdi. Qüdrət Paşayev qeyd etdi ki, bununla bağlı il ərzində silsilətədbirlər həyata keçirilib. İcra başçısının birinci müavini bu tədbirlərinhazırlanmasında və keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi,Mədəniyyət və Turizm Nazirliyinin, nazir Əbülfəs Qarayevin diqqət və qayğısınıxüsusi vurğuladı.

Qüdrət Paşayev rayonda aparılan geniş-abadlıq, quruculuq işlərinə dətoxundu: "Azərbaycan elminə, mədəniyyətinə böyük töhfələr verən Gədəbəyqədim yaşayış məskənlərindən biridi. 1229 kvadrat kilometr ərazisi, 95 minəyaxın əhalisi, 114 kəndi olan Gədəbəy Ermənistanla 123 kilometr sərhədəmalikdi. Dağlıq şəraitində, düşmənlə sərhəddə yerləşməsinə baxmayaraq, rayonsakinləri düşmənə qarşı mübarizə aparıb, ermənilərə bir qarış torpaq beləverməyiblər. Son illər bütün ölkədə uğurla aparılan abadlıq-quruculuq işləribizim rayondan da yan keçməyib. 70 illik sovet hakimiyyəti zamanında Gədəbəydəcəmi 4 məktəb tikilmişdisə son 10 ildə rayonumuzda 70 məktəb tikilib.Mədəniyyət və səhiyyə müəssisələrinin inşasına, turizm obyektləriningenişləndirilməsinə və tarixi abidələrin qorunmasına xüsusi diqqətgöstərilib".

Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiriFikrət Babayev nazir Əbülfəs Qarayevin salamlarını rayon ictimaiyyətinəçatdırdı. Şöbə müdiri bu il "Azərbaycanın Əfsanələr Paytaxtı" elanolunan Gədəbəydə görülən işləri müsbət qiymətləndirdi, rayon mədəniyyət vəturizm şöbəsinin bununla bağlı fəaliyyətini xüsusi qeyd etdi.

Kürsüyə dəvət olunan Gədəbəy Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiriFazilə Məmmədova 2012-ci ildə "Azərbaycanın Əfsanələr Paytaxtı" elanolunduqdan sonra rayonda keçirilən tədbirlər barədə məlumat verdi. Şöbə müdiribildirdi ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yedigarovun birbaşarəhbərliyi və köməyi ilə müxtəlif tədbirlər həyata keçirilib. Layihəyə uyğunolaraq, loqotip, buklet, açıqca hazırlanıb, banerlər rayonunun müxtəlifyerlərində vurulub. "Dağın yazı-aşığın sazı" ədəbi-bədii gecə,"Siemins" Muzeyinin təşkilatçılığı ilə "Siemenslər yarım əsrGədəbəydə" adlı sərgi və elmi-praktiki konfrans keçirilib. "Kitab bayramı", "DastanGünü", "Turizm" sərgisi, elmi-praktiki konfrans rayon sakinləri və turistlərin marağına səbəbolub. "Daşınmaz tarixi abidələr foto görüntülərdə" adlı sərgi təşkilolunub. "Gədəbəylə bağlı əfsanələr şagirdlərin bilgilərində" deviziilə keçirilən müsabiqədə musiqi məktəblərinin şagirdləri yaxından iştirakediblər. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzlə birgə təşkil olunan"Azərbaycan xalqının ədəbi irsi" adlı dəyirmi masa da yadda qalanolub. Rayonda fəaliyyət göstərən "Miskin Abdal" ədəbi məclisi mərkəzikitabxananın veb-saytında "Gədəbəyin qızıl fondu" adlı məlumat bazasıyaradıb. "Gədəbəy rayonunun Azərbaycan aşıq sənətində önəmli rolu"mövzusunda keçirilən elmi-praktiki konfransda tanınmış ziyalılar, istedadlısənətkarlar iştirak edib.

Fazilə xanım onu da bildirdi ki, il ərzində təşkil olunan tədbirlər ölkəmətbuatında, telekanallarda müntəzəm işıqlandırılıb. Şöbə müdiri veriləndəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlıq etməyidə unutmadı.

Sonra tədbirin bədii hissəsinə start verildi. Yerli aşıqların,müğənnilərin ifası maraqla qarşılandı.

Tədbirə gələnlərə Fazilə Məmmədova və Etibar Əliyevin nəşr etdirdikləri"Azərbaycanın Əfsanələr Paytaxtı- Gədəbəy-2012" və "Gədəbəy:Turizm Perspektivləri" kitabları hədiyyə olundu. Hər iki nəşr rayonuntarixi və bu günü ilə maraqlanan insanlar üçün ciddi mənbədir. MüəlliflərGədəbəyə olan sevgilərini, ziyalı mövqelərin ortaya qoya biliblər.

Burdan Siemenslər keçdi

Rayon Mədəniyyət Evində "Siemenslər muzeyi" yaradılıb.Mədəniyyət Evinin direktoru Etibar Əliyev muzeyin yaradılmasında böyük əməksərf edib. Tarixdən məlum olduğu kimi, alman əsilli Siemens qardaşları- Verner,Karl, Vilhelm, Otto və Fridrix 1864-cü ildə Çar Rusiyasının rəsmi icazəsi iləGədəbəydəki mis mədənlərinə tam sahiblik ediblər. Sənayenin inkişafı üçün çoxböyük işlər görən bu qardaşlar o zaman üçün inqilabi sayıla bilən addımlaratıblar. Onlar 1914-cü ilə qədər Gədəbəydə çalışıblar. Siemens qardaşlarınınizlərini Gədəbəyin çox yerində görmək mümkündü.

Bu izlərdən biri Düzyurd kəndinin ərazisindədi. 1879-cu ildə burada inşaolunun körpü ilə mis mədənlərinə odun daşınıb. Etibar Əliyevin sözlərinə görə,rayon ərasizində 30-a yaxın belə körpü olub, sovetlərin bu ərazilərə gəlişindənsonra körpülərin bəzisi məhv edilib. "Siemens körpüləri"nin 12-si bugünə kimi qorunur.

Əl atdım, qızıla dəydi

İnfo-turda iştirak edən mətbuat nümayəndələri Gədəbəydə qızılçıxaranlarıniş şəraiti ilə də yaxından maraqlanmaq imkanı qazandı. "Azərbaycanİnterneyşnl Mayninq Kompani Limitet" Şirkəti əvvəlcə əraziyə məhdud saydajurnalistin daxil ola biləcəyini bildirsə də sonradan qələm adamlarını seçimqarşısında qoymadı. Təhlükəsizliklə bağlı sənədə imza atdıqdan və xüsusiqoruyucu geyimlərlə təchiz olunduqdan sonra əraziyə buraxıldıq.

Bizi şirkətin əməliyyat meneceri Tim Zeler qarşıladı. Tim özü CənubiAfrika Respublikasındandı. Dünyanın bir çox ölkəsində qızıl axtarıb. BeynəlxalqMədən Əməliyyat Şirkəti fəaliyyətə başlayandan burada çalışır. Bu dörd ilərzində bəzi Azərbaycan sözlərini də öyrənə bilib.

Zeler bildirdi ki, Gədəbəy ərazisində 26 tona yaxın qızıl ehtiyatı var.Beynəlxalq Mədən Əməliyyat Şirkətinin açılış mərasimi 2009-cu ildə reallaşıb vəölkə başçısı İlham Əliyev müəssisəyə xeyir-dua verib.

Şirkətin Gədəbəydə çalışdığı ərazi Azərbaycanda qızıl istehsal edən ilkmədəndi. Bura da gümüş və mis də çıxarılır. Bu işləri görmək üçün 480 nəfərçalışır, onların 300-ə yaxını yerli işçilərdi. İşlər açıq mədən üsulu iləaparılır. Zeler onu da əlavə etdi ki, qızıl çıxarmaq bəzilərinin düşündüyükimi, o qədər də asan məsələ deyil.

Ərazini gəzərkən şirkətin təmsilçisi Süleyman Qədimov bir məsələni dəvurğuladı. Onun sözlərinə görə, geoloji qazıntı işləri, aparılan analizlər buərazidə 2023-cü ilə qədər qızıl istehsal etmək mümkün olacaq. Bəs sonra?Süleyman müəllim dedi ki, qazıntı işləri aparılan bu geniş ərazinin münbittorpağı başqa yerdə mühafizə olunur. 2023-cü ildən sonra ərazi bərpa olunabilər. Hətta buralarda park da salmaq mümkündü. Şirkət təmsilçisi deyir ki,aparılan qazıntı işləri ekologiyaya ziyan vurmur. Ekologiya və Təbii SərvətlərNazirliyinin mütəxəssisləri burada tez-tez monitorinqlər aparır.

Mənə və yol yoldaşlarıma istehsalın ən son prosesini-qızılın hazırolmasını görmək də nəsib oldu. Şirkət əməkdaşları dedilər ki, açılış mərasimizamanı dövlət başçısını müşayiət edən media nümayəndələrindən sonra bu sexə heçbir əli qələmli adam buraxılmayıb.

Səfər yoldaşlarım kimi mən də sobadan yenicə çıxan təxminən 16 kiloluqqızıl külçəsinə əlimi toxundurdum. Bir neçə saniyəlik də olsa özümü dünyanınvarlı adamlarından biri hesab etdim.

İnfo-turun sonunda Gədəbəydən ayrılarkən rayon mədəniyyət və turizmşöbəsinin müdiri Fazilə Məmmədovadan rayon haqqında əfsanə danışmasını xahişetdim. Fazilə xanımın cavabı maraqlı oldu: "Bu yurdun qədim tarixi,coğrafi şəraiti, saf insanları, yeraltı və yerüstü sərvətləri, bugünkü uğurlarıəfsanə deyilmi?"

Düz sözə nə deyəsən...

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV