ÖZÜM HAQQINDA NAĞIL

ƏBÜLFƏT MƏDƏTOĞLU
109790 | 2012-12-20 11:00
Çoxdandı özüm haqqında bir nağıl yazıram. Və çoxdandı özüm haqqındayazdığım bu nağılı üzə çıxarmağa cürətim çatmır. Çünki nağılda baş verənlər nə"Məlikməmməd" nağılında olub, nə "Təndirə salınan Fatma"da,nə "Ağ atlı oğlan"da. Bizimdünya görüşümüz, daha doğrusu, bizim mayamız həmin nağıllardan doğulduğuüçün, ondan kənar nağıllar təsəvvür etmək və bu nağılları da yazıb kiməsəoxutmaq türklər demiş, çox zor bir işidi. Bax, bu səbədən də mən özüm haqqındayazdığım bu nağılı ortalığa çıxara bilmirdim. Amma çox götür-qoydan sonra buaddımı atmağa qərar verdim. Bu da səbəbsiz olmadı, səbəbi də axtarmağa ehtiyacqalmadı. Səbəb özü öz ayağı ilə gəldi qapımıza. Özü də təkcə mənim qapıma yox,bütün insanların qapısını döydü. İndidünyanın ən ucqar guşəsində belə hamı o səbəblə əlbəyaxa olub, hamı onamünasibət bildirir, hamı onunla çəkişir və elə hamı da o səbəbin yaratdığınarahatçılığı yaşayır. Hiss edirəm ki, tələsirsiniz, səbirsiz olursunuz. Onagörə də səbrin adını deyirəm:

- 21 DEKABR!

Hə, bu səbəbdən də özüm haqqında olan nağılı bilgisayara diktə edirəm.Düşünürəm ki, dünya dağılsa da, yerin altı üstünə çevrilsə də, yaranan növbətiKürə nə olur olsun, orda da ədalət axtaracaqlar, orda da "Ədalət"olacaq. Düzdür, orda nə bu nağılı diktə eləyən Əbülfət Mədətoğlu, nə onubilgisayarda yazan Gülər xanım olmayacaq. Amma hansısa bir araşdırıcı mütləq elmi-texnikanın gücüilə keçmişə baş vuracaq. Bax onda mənim nağılımüzə çıxacaq. Bax onda biləcəklər ki, bizim nağılların qəhrəmanı təkcəMəlikməmməd, Ağ atlı oğlan və yaxud göyçək Fatma olmayıb. Bizim nağıllarınhəyatda yaşayan qəhrəmanları da olub. Bir az təvazökarlıqdan uzaq olsa da, eləmənim kimi qəhrəmanı...

Hə, bu nağılda biri vardı, biri yox idi deyilməyəcək. Bu nağıl beləbaşlayacaq... Allahın yaratdığı bir Yerkürəsi var idi... Allahın yaratdığı o Yer kürəsinin bir guşəsi Azərbaycanadlanırdı... Həmin o Yer kürəsinin bir guşəsi olan Azərbaycanın Qarabağ bölgəsivar idi... Həmin o Yer kürəsinin bir guşəsi olan Azərbaycanın Qarabağ adlıguşəsinin Tuğ adlı bir kəndi də var idi... Bu kənddə insanlar yaşayırdı...əkinlə-biçinlə məşğul olurdular, mal-davar saxlayırdılar, meşəyə odun yığmağagedirdilər, çaya balıq tutmağa. Bu kənddə insanlar çox xoşbəxt yaşayırdı. Hamıbir-birini əlifba sırası ilə uşaqdan böyüyə tanıyırdı. Bir-birinin qapısınıərklə döyür, bir-birinin xeyrinə-şərinə yarayır, bir-birinin acı sözünə can,şirin sözünə qurban deyirdi. Bax, bu kənddə işi-gücü yer şumlamaq, əkin əkməkolan bir kişi də var idi. Həmin o yer şumlayıb, əkin əkən kişinin bir sağıcıxanımı da var idi. Elə mehriban yaşayırdılar ki, sanki dünyanın bütünxoşbəxtlikləri bu evdəki süfrədə, bu evdəki işıqda, bu evdəki münasibətlərdə,halallıqda, zəhmətdə öz əksini tapmışdı. Kənradan baxan olsa bu evi filmlərdəkiailələrə, evlərə bənzədərdi, inanmazdı bütün bunlara. Amma Tuğ kəndində beləbir ev var idi. O evdə doğuldum. Sonra qulağıma pıçıldadılar ki, il səninləbaşladı. Uşaq olsam da sevindim. Düşündüm ki, mənimlə başlayan il heç bitibtükənməyəcək, ayı aydan, günü gündən uğurlu gələcək.

Uşaqlıqdı də. Mən də quzu otardım, mən də təndirdə yandırmaq üçün çırpıyığdım, mən də göy çəməndə quzu otaranda başım kitablara qarışdı və bir dəgördüm ki, bağın çəpəri, örüşün, çəmənliyin, zəminin qaravulçusu əlində çomaqdurub başımın üstündə. Gözlərimdən imdad oxudu, "bağışla" oxudu,etiraf oxudu. Qolu boşaldı, əsəbi soyudu, amma səsinin kobud yerinə salıb dedi:

- Get, kitablarını evdə oxu. Qoy o biri uşaqlar otarsın quzuları...

... Hə, quzu otara-otara, kitab oxuya-oxuya bir də gördüm ki, nə isəyazıram, nə isə pıçıldayıram. Əvvəl utandım üzə çıxarmağa, sonra müəlliməməgöstərdim. Oxudu. Bir vaxtlar daraq sındıran saçıma əlini çəkib təbəssümlədedi:

- Yaz, çox yaz, çox oxu. Mütləq alınacaq!

Mən də yazdım, özü də lap çox yazdım. Bunu isə heç kim bilmədi. Təkcə oqızdan başqa. Çünki yazdıqlarımın hamısı ona aid idi, ona ünvanlanmışdı.Günlərin birində yazdıqlarımdan bəziləri qəzetlərdə çap olundu. Onlardanbirinin sonu belə idi:

Bizi ömür boyu sınayır həyat

Əlinin altında saxla ehtiyat,

Sən ki, bu hallısan... həyatdı, bir vaxt

Ürəyim ehtiyat ürəyin olar...

Bundan sonra başladı bu pıçapıçlar... bundan sonra bizi yanaşı görəndəbizə qımışanların sayı artdı... bizi baxışları ilə bir-birinə nişan verənlərinsırası çoxaldı...hətta qaratikan kolları da görünməyə, göyərməyə başladı... sözgəzdirənlər, simsiz telefonlar işə düşdü və mən nağılın yuxulu dövrünü kəndimdəqoyub şəhərə üz tutdum...

***

Bu da şəhər... bu da onun izdihamlı küçələri...bu da onun parkı,bulvarı... bu da şəhərin bir-birinə laqeyd adamları. Elə bil sudançıxarılmış balıq idi... elə bil ormandan səhraya qovulmuş bir Allah bəndəsiidi. Bu şəhər sıxırdı məni...Bu şəhər tapdalayırdı, əzirdi, təkcə qol-qabırğamyox, ürəyim də sızıldayırdı. Adamlar mənə elə baxırdılar ki, sanki meşəyə adamgəlmişdi. (Bu yerdə oxucu təbəssümlə, yəqin məşhur cizgi filmlərindən biriniyadına salıb başını bulayacaq - Ə.M).

Hə, mənə bu cür baxan adamların əlinin-qolunun altından sivrilib çıxır,nəfəs almağa, özümü göstərməyə çalışırdım. Yuxulu uşaqlığın yeri göynəyirdiürəyimdə. Qayıtmaq istəyirdim o uşaqlığa, o kəndə, amma qayıda bilmirdim.Verdiyim kişi sözü kəsirdi qarşımı. Dərinə gedəndə o sözü tək Allah qarşısındao qıza vermişdim, başqa heç kimə. Amma verdiyim sözün yükü, çəkisi o qədər ağıridi ki, mən onun altından çıxa bilməzdim. Bir də yəqin xatırlayırsınız, məşhurbir rəvayət var. Deyirlər ki, kəndə gəlmiş mirzə öz şagirdlərinə bir tapşırıqverir:

- Hərəniz bir toyuq kəsin. Amma elə edin ki, heç kim görməsin.

Səhəri gün hər kəs torbasında bir toyuq gətirir. Tək bir nəfərdən başqa.Mirzə soruşur:

- Oğul, sən niyə toyuq gətirmədin?

Uşaq cavab verir:

- Mirzə, toyuğu tutub evin, həyət-bacanın hər tərəfini gəzdim, həttatövləyə də girdim ki, orada kəsim heç kim görməsin, mümkün olmadı. Çünki Allahgörürdü...

Mənim bildiyimə görə, həmin uşaq Seyid Əzim Şirvani olub. Amma dəxliyoxdu. Hər kim olursa-olsun böyük insan olub...

Hə, yazdığım nağıldı deyə, mən də özümü böyüklərlə müqayisə etdim,bərabər tutdum. Üzrlü sayın, nağılda belə şeylər olur. O ki, qaldı sözə, mənimverdiym sözü bir Allah eşitmişdi, bir də özüm. Ona görə də nə o kəndə, nə də oqızın yanına əliboş qayıda bilməzdim. Arxasınca bu böyük şəhərə gəldiyim istəyiəldə etməmiş geri qayıdası deyildim. Hətta onda bir şeir də qaraladım. Tələbəqızlara yazmışdım. Bir-iki misrası yadımdadı.

ölüb bu şəhərdə qalasan gərək,

sinəmdə gözəllər cığır açsınlar...

Hə, yavaş-yavaş şəhər sorurduşirəmi, hopdururdu məni özümə. Kənd-şəhər qarışıq bir bəndəyə çevirirdi məni.Amma pişik kürəyini yerə vermədiyi kimi, mən də bu şəhərə yıxılmırdım. Kürəyimiyerə gəlməyə qoymurdum. Köməyimə də verdiyim sözlə, yazdığım söz çatırdı. Vəmən yazırdım:

bu tale...

çəkir hey bərkə məni

götürmür tərkə məni

əlsiz-ayaqsız canım

oyna "Tərəkəmə"ni

sümüyünə düşəcək...

Sümüyümə düşüb-düşməyən havaların içində mən öz havamı çoxdanmüəyyənləşdirmişdim və bütün ruhumla nəfəsimə çevirdiyim həmin o öz havamı birzarafatla şeirimə hopdurmuşdum. Yazmışdım:

o baxışın adını

kim tapıbdı de, mənə

o öpüşün dalınca

durub gəldim Yəmənə

ya sənə verə Allah

ay əizizim, ya mənə.

o təbəssüm cəlladım

o işvə, ox, təmənə

onları duymaq üçün

durub gəldim Yəmənə

ya sənə verə Allah

ay əzizim, ya mənə.

o söz dildə tumurcuq

bir "hə" denən, "hə" mənə

o "hə"nin şirinliyi

çatar bütün Yəmənə

ya sənə verə Allah

ay əzizim, ya mənə.

dil əmib, dodaq öpüb

hopdum gülə, çəmənə

səni alıb apardım

bir od qoydum Yəmənə

ya sənə verə Allah

ay əzizim, ya mənə.

***

Nağıl dili yüyrək olur. Ona görə məcburam bir az qısa danışım, qısayazım. Doğrudur, qısa söylədiklərimin içərisində bütöv aylar, illər əriyibgedəcək.

Amma neyləyək, sizi də nəzərə almalıyam, vaxtınızı da. Ona görə dəqaynar gəncliyin üstünə su səpməli oluram. Çünki göydən "qrad" yağır,"mərmi" tökülür. Mənim yuxulu uşaqlığım, gözəl kəndim, cənnət evimyerlə-yeksan olur. Sanki divlər, əjdahalar qaranlıq dünyadan bu işığa doğruhücuma keçiblər. Qarşılarına çıxan nə varsa, hamısını uçurub dağıdır, yandırıbyaxırlar. İlahi, necə də dəhşətlidi, necə də vahiməlidi. İnanmaq mümkün deyil.Bütün bu baş verənlər qorxulu və fantastik filmlərdə seyr etdiklərimizin əndəhşətli səhnələri, ən dəhşətli məqamlarıdı. Mənim nağılımın qəhrəmanlarısırasına indi düşmənlər, qorxulu adamlar daxil olur. İndi bu ikiayaqlıyırtıcılar hər şeyi viran qoyurlar.

Elə bil insanlığa, gözəlliyə, təbiətə qənim kəsiliblər. Niyə belədi?Bilmirəm. Harda doğub-törədi bunlar? Anlamıram. Doğrudanmı onları Allahyaradıb? Bəlkə onlar insan cildindəki şeytanlar, iblislərdi, yeddibaşlıəjdahalardı? Vallah, heç nə anlamıram. Bircə onu bilirəm ki, nağılın döyüşsəhnələri başlayıb. Yanan evim, şəhid gedən çevrəm, axıdılan göz yaşları,tökülən qanlar, bir sözlə vəhşət... İndi mən ömür nağılının bu qaranlıqdöngələrini, cığırlarını addımlayır, işığa doğru sürünürəm. Bilmirəm hara qədərgedəcək. Bilmirəm kim kimə güc gələcək. Bircə onu bilirəm ki, içimdə işıq var.O işıq məni irəliyə doğru itələyir, mənətəkan verir. Mən də dizlərimin, dirsəklərimin gücünə irəliləyirəm...

Hə, indi nə evim var, nə kəndim. Amma içim doludu dərdlə, kədərlə,hadisələrlə, xatirələrlə, göz yaşıyla, hərsətlə... içim doludu inamla, ümidlə,dost sevgisiylə... içim doludu yazmaq istədiklərimlə... içim doludu elə indicəsizə pıçıldayacağım bir şeirdə demək istədiyim böyük mənalarla.

günüm söz oyununda

gecəm qələmlə keçdi.

əlim qaldı qoynumda

ömrüm ələmlə keçdi.

sevinc göyün dibində

kəndir tapmadım atım

nə pul yoxdu cibimdə

nə uçmağa qanadım.

yol ölçdüm xəyalımda

fikirlərim dolaşdı

əlimi hara atdım

əlim qəmə bulaşdı.

təsəllim gələcək gün

o da mən tək piyada

möcüzə gözləyirdim

qısır qalıbdı o da...

Hə, nağıla burda ara verməli oluram. Çünki qapı döyülür. Düşünməyin ki,niyə göydən üç almadüşmədi və niyə bu nağıl üç almasız başa çatır. Düşünməyin, sadəcə təxmin edinki, qapını döyən hər kimdisə, o almagətirəndən də, elə o almanın özündən də, hətta o nağılı deyənin özündən dədoğma və əzizdi. Doğma və əzizləri qapı dalında gözlətməzlər.

Əbülfət MƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV