NUH PEYĞƏMBƏR ŞİRİNCƏDƏ GÖRÜNÜB

AQİL ABBAS
101359 | 2012-12-14 23:19

Neçə vaxtdır dünyanın sarı mətbuatından tutmuş ən ciddi qəzetləri, televiziyakanalları 21 DEKABR QİYAMƏTİNDƏN yazır.Tanrıdan əvvəl qəzetlər, televizyonlar, falçılar, dərviş məstəlişahlar Qiyamətiartıq qoparıblar. Mağazalarda ərzaq mallarına daraşan kim, şam üstdə başyaranlar kim, zirzəmilər tikən, tikdirənlər kim, Nuh tufanından qorunmaq üçündağlara qalxan kim. Hələ Qıl körpüdən keçmək üçün dəmir ayaqqabılar sifarişverənləri, inkir-minkiri ələ almaqdan ötrü yollar axtaranları, nəzir-niyazpaylayanları demirəm.

Deməli, belə. 21 DEKABRDA dünya kəllə-mayallaq olacaq, Antraktida iləArktika yerini dəyişəcək, Asiya gedəcək Avropaya, Avropa da gələcək Asiyanınyerinə. İrlandiya ilə Yaponiya, Kuba ilə də Madaqaskar yerlərini dəyişəcək, Bəşər Əsəd də gedib düşəcəkVenesuelaya.

Amma Türkiyədə Şirincə adında birkənd qalacaq yerində. Neçə gündürTürkiyə televizyonları dünyaya xəbər yayır ki, bəs Şirincədə Qiyamətqopmayacaq. Pulu olanlar da, pulu olmayanlar da, hətta dünyanın başqaölkələrindən axışırlar bu kəndə. Hökumət məcbur olub jandarmanı, polisi töküb Şirincəyə. Hətta belə bir xəlvətgöstəriş də verib ki, hər yoldan ötənikəndə buraxmayın. Çox qəribədir ki, həqiqətən də ərəbləri bu kəndə buraxmırlar. Görünür, bu kəndincamaatı CHP-dəndilər, sayın Ərdoğanın acığına belə edirlər. Otellər bahalaşıb,evlərin qiyməti vurub kəllə-çarxa, həyətləri çarpayılarla doldururlar və sair və ilaxır.

Bərdə ilə Ağdam arasında birŞahvəlilər kəndi var, meşənin içindədi.Və bu meşənin içində də Ədalətinsəliqəli bir yeməkxanası var. Nəinki Qarabağda, bəlkə də Azərbaycandaburdakı kimi kabab çəkəbilmirlər.

Bu yeməkxananın yalnız özünəməxsus çox qəribə bir özəlliyi var. Qarabağda tanınmış, saytal vəya vəzifəli kişinin özü və ya yaxın qohumlarından biri öləndə ölkənin həryerindən tökülüb gəlirlər yasa, təbiiki, babat kişilər. Belədi də, babat kişilərin yasına babat adamlar gedir,kasıbların da yasına kasıblar. Dəxli yoxdu, yas Ağcabədidədi, Bərdədədi,Tərtərdədi, Ağdamdadı, hətta Yevlaxdadı.

Bir saat, yarım saat məclisdə oturur və başsağlığı verib çıxırlar. Yassahibinin qohumlarından və yayaxınlarından biri qonaqları mütləq Şahvəlilərə gətirməli, burdayedirdib-içirdib yasdan çıxarmalı və yola salmalıdı. Bu artıq aksiomadı.

Qarabağda da infarkt cövlan eləyir. Bəndəniz də ayda bir-iki dəfə yasdançıxmaq üçün Şahvəlilərə dəyməli olur.

Deməli belə. Ağdamın sayılıb-seçilən kişilərindən Şahin Rüstəmovun birəzizi rəhmətə gedir. Quzanlıda "AA" nömrələr göz çıxarır. Ən ucuzmaşın qıyıqgöz "Mercedes"di.Təbii ki, bunların hamısı mütləq yasdan sonra Şahvəlilərdə yasdan çıxmalıdı. Bəndəniz altısında getmişdi, bir az dilxorgörkəm alırıq, nədən öldü, niyə öldü, neçə yaşı vardı və sair və ilaxır. Şahinmüəllimin dərdinə şərik oluruq, sonra da başsağlığı verib yollanırıq üzüGüləbətinə, yəni Şahvəlilərə, yasdan çıxmaq lazımdı, ya yox. Birtəhər bizə stol düzəldirlər. Ədalət o boyda yeməkxanasıolmasına baxmayaraq, çox vaxt dostlarınaözü qulluq edir. Görürəm ki, Ədalətdə, işçilər də çox gərgindilər, elə qaçhaqaçdadılar.

Soruşuram:

- Ədalət, nə qaçhaqaçdı, nə vurhavurdu, niyə belə gərginsən?

- Müəllim, Şahin müəllimin əzizinin üçünü birtəhər yola vermişik, indiyeddisinə hazırlaşırıq.

İndi Türkiyədəki Şirincə kəndinin kaymakanı da, bələdiyyə başçısı da,camaatı da Ədalət və Ədalətin işçiləri kimi 21 DEKABR QİYAMƏTİnin üçünə, yeddisinə, qırxına hazırlaşırlar.

Şirincə kəndinin 21 Dekabrdansalamat çıxacağını bəs hardan biliblər? Məlum olub ki, adamlar Nuhpeyğəmbərin kənddə və kəndin ətrafında tez-tez gəzdiyini görüblər. Deməli, Nuhpeyğəmbər Şirincədə zühr edibsə, inşallah, bu kəndi qoruyacaq. Hətta adamlardeyir ki, Nuh peyğəmbər özü ilə bir neçəbatalyon mələk də gətirib.

Bu insan deyilən məxluq nə Tanrıya inanır, nə peyğəmbərə, nə"Tövrat"a, nə "İncil"ə, nə "Quran"a, nə alimə.Bir düşüyün və ya bir para düşüklərin dünyanın kəllə-mayallaq olacaq 21 Dekabriddiasına inanır. Bu məxluq ölür bir düşüyün və ya bir para düşüklərin düşükşoularından ötrü.

Aqil ABBAS

[email protected]

TƏQVİM / ARXİV