ALLAH İNSAF VERSİN

ƏBÜLFƏT MƏDƏTOĞLU
86463 | 2013-12-14 07:37
Hər dəfə qəzetimizin şənbə sayı üçün yazacağım yazını içimdə götür-qoy edirəm. Lap səmimi desəm, həftənin yazısı səhifəyə qoyulan gündən növbəti yazını düşünməyə başlayıram. Amma bəzən iş elə gətirir ki, düşündüyüm, yazmaq istədyim, hətta cizgilərini, parametlərini , lap loru dildə desəm, skiletini hazırladığım yazı təxirə düşürg Ya hansısa bir sifariş olur, yaz qəfil bir hadisə baş verir, ya da hansısa bir söz məni tuturg
Bax, bu mənada mən indi oxuyacağınız yazıdan çox-çox fərqli bir mövzu düşünmüşdüm. Amma alınmadı, daha doğrusu, imkan vermədilər. Günahkarı siz də tanıyırsınız. O da söz, qələm adamıdıg onu da "Ədalət"in səhifələrində oxuyursunuz. Deyəsən darıxdınız, adını öyrənmək üçün təntidiniz. Odur ki, məşhur filmimizdə, yəni "Yeddi oğul istərəm" filmində deyildiyi kimi, sizləri çox intizarda saxlamıram, pərdəni açıram. Lap eləcə konkret deyirəm:
- Mənim yazı planımı pozan, açıq-aşkar təxribat aparan Cəlil Cavanşir oldu!
Düşünəcəksiniz ki, görəsən bu Cəlil hansı günahı işlədib, hansı terror aktını planlaşdırıb, həyata keçiribg Ağlınıza yüz fikir gələck. Amma inanın ki, bu yüz fikrin heç biri, nə də topası Cəlilin etdiyi hərəkətin nə özünü, nə də mənasını ifadə etməyəcək. Bilməyəcəksiniz o Allah bəndəsi hansı günahın sahibidi!.. Ona görə də yenə sizi intizardan qurtarıram, yenə açıqlama verirəm:
- Cəlil Cavanşir "Ədalət" qəzetinin dünənki sayında "Üşüyürəm Hacı" adlı bir yazı yazıb. Bax, o yazı da mənim içimdə bir bomba kimi partlayıb, fikirlərim dolaşıq düşüb, xatirələrim çözələnib. Özüm də bilmədən, hətta bilmək istəmədən evimin yandığı günə gedib çıxmışam. O vaxtı yazdığım və müəyyən məqamlarda oxuculara pıçıldadığım 4 misra yenə ürəyimə bıçaq kimi sancılıb.

Yandı evim, eşiyim,
Yandı divarım, daşım
İsit, qoyma üşüyüm-
İsit məni, göz yaşım!

Bəli, Cəlil Cavanşir Hacıya məktub yazıb, üşüdüyünü dilə gətirib. Mən o məktubu oxuyanda əvvəlcə əlimi telefona uzatdım. İstədim sözümü telefonla deyim. Sonra bir anlıq fikirləşdim ki, birdən yaxşı alınmaz. Cəlil elə fikirləşər ki, mən də onun Hacıdan umduğu isti bir paltara, bir gödəkçəyə şərik oluram. Ona görə də telefonu bir kənara qoydum və başladım üşüyən əlimi, buz kəsən ayaqlarımı yerimdə idman etməklə, nəfəsimin gücü ilə isitməyəg əllərimi hovxurdumg Amma içimdəki hava da soyuq idi, isitmədi əllərimi. Görünür, soyuq lap iliklərimə qədər işləyib. Özü də tək havanın soyuqluğu yoxg
Bu yerdə bir iynə boyu nəfəs dərib mövzuya dəxli olmasa da, rəhmətlik Nüsrət Kəsəmənlini xatırlayıram:

Əllərin əlimin buz əlcəyidi,
Əllərin nə yaman soyuqdu gülüm?!

Bəli, Cəlil qardaş, Cəlil bəy, niyə yazdın bu yazını? Mən göz yaşımla özümü isidə-isidə başımı dolandırırdımg uşaqlarımı qışdan çıxarmağa çalışırdımg qoymadın. Heç mən də bu məsələni belə qoymayacam. Əgər işdi-şayətdi, Hacı sənə isti bir gödəkçə göndərsə, (buna şübhəm yoxdu! - Ə.M) mütləq onun təqdimat mərasiminə qatılacam, bir xoş kəlmə də mən deyəcəm. Baxma, üşüyənlərin sayının bir nəfər də olsa azalması özü də bir savab işdir. Allah savab sahiblərinə insaf versin, olanına da, olmayanına dag
Bəli, indi Bakının buz kimi havasında əlim qələmə yatmasa da, ürəyimdəki bir ulduz boyda istinin hökmü ilə bizləri, yəni söz adamlarını, duyğusalları üşüdən bəndələrə üz tuturam və deyirəm:

Soyuq baxışlarınla
İçimi üşüdürsən.
Dönüb qara, çovğuna-
Kökümü üşüdürsəng

Bir qisas var içimdə
Bəxtim yapılmış kündə!
Olanım bərbad gündə-
Heçimi üşüdürsəng

Ruhuna sevgi yığmış
Səbri dişiylə sıxmış
Dəstədən önə çıxmış-
Seçimi üşüdürsəng

Ömrümə sahib mələk
Çaşdırır səni fələk
Düşündünmü, de, bilək-
Heç, kimi üşüdürsən?!

***

Həyatın qəribəlikləri kifayət qədərdi. Hətta adamın boyundan da hündürdü. Təbii ki, söhbət həyatla çarpışan, qurub-yaratmaq istəyən, həyata nəyisə verib, nəyisə almaq amacını gizlətməyən insanlardan gedir. Bax, bu mənada həyat insandan səbr, dözüm də tələb edir. Doğrudu, böyük şairlərimizdən biri, yəni Mirzə Ələkbər yazmışdı ki:

Səbrilə halva bişər ey qora səndən,
Bəsləsən atlas olar tut yarpağından.

Biz indi yaman səbirsiz və dözümsüz olmuşuq. Görünür, bu da səbəbsiz deyil. Mənim məntiqimə görə, indiki dözümsüzlüyün, səbirsizliyin kökündə elmi-texniki tərəqqi durur. Bu cür yanaşma sizi çaşdırmasın, mən heç də tərəqqinin düşməni deyiləm. Amma ağlım kəsəndən görmüşəm ki, məktub yazıblar, onu aparıb atıblar poçt qutusuna. Sonra da onu müxtəlif vasitələrlə, müxtəlif şəhərlərə çatdırıblar, oradan da poçtalyon o məktubu gətirib təqdim edib sahibinə.
Bu adi bir məsəlin timsalında insanların hərəkət etdiyni, müəyyən fiziki, psixoloji anlar yaşadığını xatırlatmaq, göstərmək istəyirəm. İndiki məqamda bunlar yoxdu. Məktubu da intetrnetlə yola salırlar, mesajla çatdırırlar, sevgini də!.. Eləcə də xeyli fiziki işləri də artıq texnika, kompüter həyata keçirir. Bu da inslarda süstlük yaradır. Hamı oturmağa, göstəriş verməyə, bilgisayarın düymələriylə günü axşam etməyə üstünlük verir. Nəticədə bədənin müqaviməti, dözümü də azalır, səbri də, lap sonda isə bu insanları da bir-birindən uzaqlaşdırır, soyudur. Daha heç kim hansısa bir dostunu, tanışını görmək üçün evdən çıxmaq, müəyyən məsafə qət etmək fikrinə düşmür. Bunu da internet vasitəsilə, görüntülü telefonlarla və sairələrlə həyata keçirirlərg
Doğrudan da bütün bunlar insanın elmə, texnikaya olan həvəsini, kəşflərə meylini nə qədər artırırsa, bir o qədər də insanı öz fiziki və fizioloji varlığından, imkanlarından uzaqlaşdırır. Görünür, robotlar nə vaxtsa insanları "yeyəcək". Tarixdən yəqin ki, bu termini bilirsiniz. Azı bir vaxtlar qoyunlar insanları "yeyib"g
Hə,həyatın qəribəliyinin fonunda üşüyə-üşüyə özümün də get-gedə dözümsüz, səbirsiz olduğumu hiss edirəm. Hətta bunu mənə işarə edənlər də, üzümə vuranlar da olur. Amma neyləyim, mən də bu həyatda, bu cəmiyyətdə yaşayıram, mən də sizlərin içərisindəyəm, necə deyərlər, siz çəkənlər, siz yaşayanlar mənim də çəkdiklərimin, yaşadıqlarımın başqa bir üzüdü. Hardan baxsan, mütləq görünəcək. Bir də ki, gizlətməyin və ümumiyyətlə, gizlənməyin nə mənası var ki, olan budur.

Səsim ortalıqdadı
Özüm quyu dibində
Ruhum ortalıqdadı-
Gözüm quyu dibindəg.

Şumlandım kədər üçün-
İl boyu əkin, biçin!
Yanıram için-için-
Közüm quyu dibində!

Bir açar, bir kilidlə
Gah aç, gah da kilidlə!
Bir kəndirə ümidlə-
Dözüm, quyu dibində!

***

Bu soyuq havada yəqin ki, çoxlarımızın evdən bayıra çıxmağa heç də həvəsi yoxdu. Təbii ki, həvəs özü də elə-belə yaranmır. Əgər hər şey yerli-yerindədisəg ehtiyac deyilən qılınc başının üzərində dayanmayıbsag əynin, ayağın yalın deyilsəg cibindən toz da qopmursag ondag Hə, bax onda həvəs dediyin özü öz qığılcımını, alışqanını hardan olsa tapacaq, mütləq səni evdən çəkib çıxaracaq. Axı hər şey yerdi-yerindədig ailə-uşaq arxanca dörd gözlə baxmır və sən də kiminsə qatığını təsadüfdən tökəndə vəziyyətdən rahatlıqla çıxa biləcəyinə əminsən. Odur ki, belə yerdə az qalıram qışqıram ki, yaşasın imkanlı həvəs!
Neyləyək ki, Cəlil bəy bizim ehtiyacımızın ən vacib bir ilişkisini, bir nöqtəsini dilə gətirdi. Bununla da necə yaşadığımızı, hansı həvəslərin sahibi olduğumuzu dolayısı ilə büruzə verdi. Lap açığı, bir tərəfimizin üstündən örütüyü çəkdi. Eybi yox, görünür belə məsləhət imiş. Ammag
Amma onu da deyim ki, hər qaranlığın bir aydınlığı olduğu kimi, hər ziyanın da bir xeyirli tərəfi var. Bax, bu mənada Hacıya yazılmış məktub inşallah bizlərin də ümid çırağına neft tökərg bizlər də bir insaf sahibinin (bütövlükdə insaf sahiblərinin - Ə.M) savab əməllərinin həm şahidinə, həm də ünvanına çevrilərik. Qapımız döyülər, gözümüz, könlümüz bir yana qalsın, əynimiz, ayağımız isinər, özü də bu qış günündə. Və mən də həmin o adamı həvəsləndirən, əhvalını tumurcuq kimi çırtladan notlar üstündə daha əllərimi hovxurmadan, hətta bir az yay havasına köklənib sinəmi söykəyərəm yazı masama:

Canımdan cana doyub
Canımdan bir can soyub
Nə varsa evdə qoyub-
Qaçıb üstünə gəldim!

Könlümə əkdiyindən
Qovruldum çəkdiyimdən!
Üşüdüm təkliyimdən-
Qaçıb istinə gəldim!

Aşkarlıqda qanırsan
Sevgiyə inanırsang
Gördüm, sən də yanırsan-
Qaçıb tüstünə gəldim!

Hə, bilmirəm yazı necə alındıg bilmirəm Cəlil bəy ona ünvanlanan fikirlərimə hansı reaksiyanı verəcəkg Amma doğrudan-doğruya mən də üşüyürəmg Və bir də məni isidən göz yaşlarım da get-gedə quruyurg Deyəsən bu quyu da öz ömrünü başa vurmaq üzrədi.

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV