adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

İLİN SON SAYI "AZƏRBAYCAN"

ƏBÜLFƏT MƏDƏTOĞLU
30872 | 2012-12-13 23:27

Yəqin ki, dəyərli oxucular söhbətin əbədi məcmuələrdən getdiyini hissetdilər. Həmişə maraqla izlədiyimiz və söz adamlarımızın bu məcmuələrdə həvəsləçap olmaq istəklərindən xəbərdar olduğunuz "Azərbaycan" jurnalının bu ilin sonuncu sayı, yəni 12-ci nömrəsi artıq köşklərdədir.

Baş redaktoru İntiqam Qasımzadə olan "Azərbaycan" jurnalı bəlkə də son illərdə ilk dəfədir ki, özünün son sayınıdekabrın ilk yarısında oxuculara təqdim edir. Maraqla oxuduğumuz bu jurnalınson sayında da kifayət qədər əbədi nümunələr işıq üzü görür. Əgər ardıcıllığınəzərə alsaq, təbii ki, onda söz sırası poeziyanın olacaq. Bax, bu mənadajurnalın poeziya bölümündə Azərbaycan oxucusunun imzasını maraqla izlədiyi,artıq özünü təsdiq etmiş şairlərlə baş-başa qalacağıq. Jurnalın ilk səhifəsişair Rizvan Nəsiboğlunun şeirləri ilə açılır. Müxtəlif mövzulara üz tutan şairöz oxucularına maraqlı poeziya çələngi bağışlayıb. Şair yazır:

Nəğməli səsində, gülüşündəyəm,

Səsinin şəklini böyütdürmüşəm.

Hər gecə yuxunda, görüşündəyəm,

Qolunu qolumda gətirməmişəm...

İltifat Saleh də Lənkəranda yaşayıb, yazıb-yaradan şairlərimizdəndi.O da ilin sonunda, yeni ilin astanasında oxuculara öz misralarını hədiyyə edib.İltifat müəllim yazır:

Ömür küsdü, yaş da artdı nə eybi,

Hardan gəldi, hara getdik bilmədik.

Çeşid-çeşid insanlarla dost olduq,

Necə gəldi, hardan ötdü bilmədik.

Şairə Fərqanə Mehdiyeva "Ulduz"dərgisinin poeziya şöbəsinə rəhbərlik edir. Təbii ki, bu imzanı söz adamlarıkifayət qədər tanıyırlar. Elə bu səbəbdən də Fərqanə xanımın "Azərbaycan"nın son sayındakı şeirləri onunpoeziyasını sevənlərin ürəyincədir. Həmişə rəngarəng mövzulara müraciət edən,öz dəst-xəttinə sadiq olan Fərqanə xanım yazır:

Nə uzun yol çəkir gözün,

Gəlib çatmağa qoymursan.

Nə bir yol tuta bilirsən,

Nə də atmağa qoymursan.

Həsrət sərib gəzdirirsən,

Şirin candan bezdirirsən,

Nə bir yolluq üzdürürsən,

Nə də atmağa qoymursan.

Sizdən aralı evimdə,

Uçuq, sarpalı evimdə.

Sözdən yaralı evimdə,

Ocaq çatmağa qoymursan.

Bu ürəyə simsən elə,

Sualsan, tilsimsən elə.

Ay Adam, sən kimsən elə,

Məni yatmağa qoymursan.

Qələm dostumuz Elçin İsgəndərzadə və Fərid Müslüm də öz şeirləri iləjurnalın son sayının qonaqlarıdır. Naşir, alim, publisist və şair kimi kifayətqədər turk dünyasında tanınan Elçin İsgəndərzadənin yeni şeirləri təbii ki,onun öz oxucularına bayram sovqatıdır. Elçin İsgəndərzadə söz ərmağanını beləçatdırır:

Hardan əsdi dəli ruzgar,

Bir bahar günü yağdı qar.

Aramızda boz dağlar var,

Mərhaba dostlar, mərhaba.

Ümumiyyətlə, jurnalda ədəbi gəncliyə də, onların yaradıcılığına daböyük yer ayrılıb. Bu ədəbi gəncliyin təqdim edilməsi jurnalın öz dəst-xəttinəsadiqliyinin nümunəsidir.

Təbii ki, jurnalda nəsr əsərləri də, yeni tərcümələr, xatirədüşüncələr, tənqid və ədəbiyyatşünaslıq bölümləri də əvvəlki nömrələrdə olduğukimi, mükəmməl bir şəkildə davam etdirilir. Jurnalın bu sayında xalq yazıçısıƏkrəm Əylislinin 75 illiyi ilə bağlı, şair Yusif Həsənbəyin 80 illiyi ilə bağlımateriallar da verilibdir. Bir məqamı da xatırladaq ki, "Azərbaycan" jurnalı zaman-zaman özünün sonsəhifələrində kitab rəfi də təqdim edir. Həmin o rubrikada əsasənnəşriyyatlarımızın oxuculara təqdim etdiyi yeni əsərlər barəsində ədəbiictimaiyyətə məlumatlar verilir. Düşünürəm ki, ilin son sayı da "Azərbaycan" oxucularının ürəyincə olacaq.

"YADA DÜŞDÜ"

Baş redaktoru Nahid Hacızadə, təsisçisi Nəzakət Məmmədova olan "Yada düşdü" bu il üçün sonuncu sayınıoxucularına çatdırıb. Əsasən nostalji duyğular üzərində köklənən, xatirələrlə,ötən günlərlə aramızda körpü yaradan, bizi keçmişə səsləyən, o xoş anlarıyenidən yaddaşımıza təzələyən "Yada düşdü" bu dəfə də ədəbi və əzəli prinsiplərindən çıxış edir.

Bu jurnal baş redaktorun, tanınmış yazıçımız Nahid Hacızadənin "Sadəliklə müdrikliyin ucalığında" adlı yazısı ilə başlayıb. Həminyazı ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunub. Bu yazıdasöhbət Dağlıq Qarabadan, Heydər Əliyevin Şuşaya səfərindən, Molla Pənah Vaqifinabidə kompleksinin açılışından, böyük öndərin söz adamlarına diqqətindən bəhsedir. Jurnalda həmişə xatırladığımız və çoxlarımızın əzbər bildiyi məşhur birşeir də dərc olunub. Şeirin müəllifi unudulmaz Mikayıl Müşfiqdir. Şeirin adı "Yenə o bağ olaydı". Mikayıl Müşfiqin bu məşhurşeiri şairin xanımı ilə birlikdə çəkilmiş fotosunun fonunda verilibdir.

Ümumiyyətlə, jurnalın bu sayında şair Ramiz Qusarçaylının, Nəzakətin,Xaliq Rəhimlinin bir-birindən maraqlı şeirləri, Altay Məmmədovun Rəsul Rza iləbağlı xatirələri, Kamran Məmmədovun Hüseyn Cavidlə bağlı düşüncələri, TeymurƏhmədovun xalq şairi Süleyman Rüstəmlə bağlı xatirələri, Qədir Tərtərlinin, Gülayəninhekayələri, Firuz Mustafanın nəsr əsəri, eləcə də şair Sərdar Hüseynovungörkəmli alim Qəzənfər Paşayevlə müsahibəsi oxuculara təqdim olunub. "Yada düşdü"nün bu sayında xalq şairi HüseynArifin özünəməxsus lətifələri və bir də Bakı metropoliteninin rəisi TağıƏhmədovun müsahibəsi də oxucuların ixtiyarına verilib.

Bütövlükdə "Yada düşdü"nün bu sayı da rəngarəng və maraqlıdır. Oxumağa tələsin!

TƏQVİM / ARXİV