adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Ata, niyə qışqırırdın?

ANAR ALBƏNDƏYEV
30339 | 2012-12-13 23:20
Xalqımızın azadlıq eşqi ilə yanıb-tutuşan insanları arasındaazadlığın əslində nə demək olduğunu neçəsi bilir? Ağızlarına skoç vuran,əllərində plakatlarla küçələrə çıxıb "azadlıq"qışqıran, hüquq istəyən, demokratiya haraylayankütlənin tələb etdiyi nəsnənin mahiyyətindən xəbəri varmı?

"Bir dəqiqə sakit olun görüm!!" - deyib kütlənin qarşısınaçıxasan, sükut çökəndə soruşasan: "Azadlıq üçün nə etmisiz?". Sən, məhz sən, əziz dostum,hüquqlar tələb etməzdən öncə öz hüququnu qorumaq üçün hansı addımı atmısan?Beynindəki buxovlardan azad ola bilirsənmi ki, anlayasan azadlığın,demokratiyanın nə olduğunu? Kim göndəribsə səni bura, get ondan soruş gördemokratiya, qışqır-bağır salmaq deməkdi? Danışa bilirsən axı, niyəqışqırırsan? Çağa süd istəyəndə qışqırır, ağlayır. Danışa bilsə, dili ilə deyər, ağlamaz. Sənin isə iradını,şikayətini və bir az da beynin inkişaf etsə təkliflərini bildirmək üçündanışmağı bacardığın doğma dilin var. O dildən istifadə edib hökumətqurumlarına müraciət ünvanlaya bilərsən, cavabını da mütləq alarsan. Səni razısalmayan cavab olanda, daha üst qurumların qapısnı döyərsən. Çətin işdi, eləmi?Yazmaq, qanunları öyrənmək, getmək, gəlmək, gözləmək... eh, asanınıseçirsən-QIŞQIRMAĞI. Qışqırmaq seçim deyil, mənim qardaşım. Bu DEMOKRATİYA yox,XAOS əlamətidir. Hər ağızdan bir hava çıxsa, övladlarımız məktəblərdəsəs-küydən elm öyrənə bilməz. Və bir gün qarşını kəsib övladın da sənə iradtutar: "Ata, niyəqışqırırdın? Bax, mən savadsız böyüdüm".

Yalnız tənbəllər belə istəyər: qərarları başqaları versin. Bupsixologiya ilə azadlığın və demokratiyanın mahiyyətini öyrənmək mümkün deyil.

2007-ci ildə ölkə prezidenti şəxsən göstəriş verdi ki, avtomobillərinşüşələrindəki qara "plyonka"laryığışdırılsın. İcra olundu. Amma söhbət "plyonka"danvə əmrin icrasından getmir. O vaxtaqədər hansı birimiz hər hansısa bir orqana bu məsələ ilə bağlı narahatlığımızı,şikayətimizi bildirmişdik? Niyə cəmiyyətdəki əyrilikləri düzəltmək bizim yox,prezidentin işi olmalıdı? Bu məntiqlə əlbəttə ki, Şuşaya gedib çıxa bilmərik.

Almaniyada "BMW"-ninX5 modeli istehsal olunan zaman şirkət avtomobil detalları hazırlayan zavodlarabu marka üçün "quluşitel" tenderi elan etmişdi.Zavodlardan biri bu tenderi udub X5-ləri "quluşitel"ilə təmin etmişdi. Bu gün Bakıküçələrində vahimə ilə səslənən "xor-xor quluşitellər" həminkilərdi. Avropada bu "quluşitellər"in səsi vətəndaşları narahat etdi, şikayət etdilər... Və çanaq bizimbaşımızda çatladı. Çünki biz belə istədik. İstədik ki, avtomobilimizə hamıtamaşa etsin. Niyə axı? Məgər avtomobilimizə tamaşa etməsələr o bizi mənzilbaşına aparımayacaq?!

Almaniya "quluşitellər"in istehsalını dayandırdı. Necəki, bizdə "plyonka" dəbi sona çatdı. Amma orda vətəndaşetdi bunu, bizdə prezident.

Dinc yaşamaq hüququmuzu necə, qoruya bilirikmi?

İran fanatları Təhsil Nazirliyi qarşısında hicab aksiyası keçirir.Yaxşı eləyir, amma beyinlərinə yerləşdirilmiş o cümlələri qışqırarkənmollaların ölkəsində kəndirlərdən asılı qalan azərbaycanlı cəsədləri onlardanbirinin gözləri qarşısında niyə canlanmır?! İran olaq? İran qadınlarınınTehranda təyyarəyə hicabla minib Ankarada mini ətəklə düşdüklərini az görmüşük?Əxlaq insanın daxilində olur. Bir daha soruşuram, İran olaq?

Aksiyaları göstərən videolara baxıram, hər tərəfdə su butulkaları, pozulmuş konturkartları, peraşkiyə bükülmüş yağlı salfetlər...Hüquqlarımızı tələb edərkən vəzifələrimizi unuduruq. Haqqımız var ətrafızibilləməyə? Yox! Haqqı-hüququ qoyaq bir tərəfə. Axı təmizlik imandan gəlir.Gərək bunu da bir şüar kimi yazaq və öz vicdanımıza qarşı mitinq keçirək. Nəqədər düzgün davranırıq? Əlimizdəki kağızdan tutmuş, ağzımızdakı saqqıza qədərnə gəldi küçəyə tökərək dinimizin tələblərini və dövlətimizin qanunlarınıpozmuruqmu?

Sürücülər piyadaların, piyadalar sürücülərin hüquqlarını pozur.Birincilər yerüstü piyada keçidinə məhəl qoymur, ikincilər yeraltı. Demokratiyaçıxıb var gücünlə qışqımaqdırsa, onda gəlin qışqıraq, bu problemlər həllolnunacaqmı?

Çayxanalarda namusdan danışan, küçədə isə qızların arxasınca baxıbsöz atan oğlanlar pozmurlarmı insanhüquqlarını?

Cinayət Məcəlləmizin 153-cü maddəsi əxlaqsız hərəkətlərə aiddir.Bəlkə küçədə oğlanların bu davranışını da 153-cü maddəyə daxil edək? Çünki sünietiketlər, mədənilik şablonlar o qədər çoxalıb ki, gerçək etikanın nə olduğuyaddan çıxıb. Məsələn, cavan xanımlara ictimai nəqliyyatda qalxıb yer verməetiketimiz, həmin xanımların isə yaşlıları görməməzlikdən gəlmə "mədəniyyəti" və yaxud avtobusdan düşərkən, "gediş haqqını verdim, düşərsən" mədəniliyimiz... Bəlkə eləmetronun qapısını tutub saxlayanda maşinistin hüquqlarını pozuruq?

Demokratiya bir-birinin haqqına girməməkdir. Metro stansiyalarındakassir qadınlara xırdalaması üçün pul verərkən qarışıqlıqdan istifadə edibsərnişinə on qəpik əksik pul qaytarması kimi... Guya dili ilə istəsə verməz heçkim? Dilənçi istəyir, veririk axı. Deməli, dilənçilər ən demokratikinsanlardır.

Bir qədər elmi yanaşaq: Qloballaşma üç səviyyədə inkişaf edir:iqtisadi, sosial (mədəni), siyasi.

Çox sevdiyimiz Avropa mədəniyyətini, "McDonalds"-ı, "KFC"-ni, "Coca cola"-nı, pizzanı, fərqli-fərqli geyim və saç stillərini, musiqiləri vədavranışları Avropaya sosial inteqrasiya prosesində mənimsəyirik. Bəsdüşüncələri, bəs demokratiya deyə qışqırdığımız dəyərləri? Onları kim verəcəkbizə, özümüz istəməsək? Kim öyrədəcək bizə süni olmamağı, asana qaçmamağı, haqqyeməməyi, məsuliyyətli olmağı, QIŞQIRMAMAĞI?

Əgər hər hansısa bir vətəndaşöz qərarını özü qəbul etməyi, özünün və qarşısındakının hüquqlarını qorumağı,sosial münasibətlərini quramağı, vəzifələrini icra etməyi bacarmırsa və "qışqırmağı"demokratik dəyər hesab edirsə... Dəyməz!

TƏQVİM / ARXİV