adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTİMİZ 2-ci DÖNƏM

TOFİQ ABDİN
34002 | 2013-11-16 11:50
Öncələr qəzetimizdə gedən "Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə və xüsusilə qardaş Türkiyədə haqqımızda gedən yazılar bizim diqqətimizi çəkməyə bilməz. Müxtəlif illərdə yazılan və arxivdən aldığımız bu yazılardan görünən bu ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
Amerikalı Yazarın İttihamı

Nə eləmək olar. Dərd elə dərddi ki, əsrlərin o üzündən bu üzünə adlamış və nəsildən nəslə keçərək artıq bir qan yaddaşını da çürüdərək bu yaddaşı çürümüş kifir halına gətirmişdir. Deyilənlər və yazılanlar təkrar-təkrar əsrin müxtəlif etaplarında ortaya atılsa da və yaşansa da heç bir aqil nəticə əldə edilə bilməmişdir.
Və mən bir zamanlar Türkiyədə yaşayarkən elə bu temada dəfələrlə yazılar yazdım, bu yazıların birində birdən ağlıma gəldi ki, əcaba dünya yaranandan bəri bu türk və erməni qavğasında ilk ölən İNSAN kim olub görəsən? Və bu suala cavabın çətinliyini başa düşüb belə bir informasiya ilə özümü ovutmağı seçdim. Bu da ibarət olsun ondan ki, ÇOX UZAQ ZAMAN DEYİL 1980 HADİSƏLƏRİNDƏN SONRA BELƏ MƏLUM OLDU Kİ, BƏS İLK ÖLƏN İNSAN AZƏRİ TÜRKÜ OLMUŞDUR. (Ağdam hadisələrini xatırlayın).
Təbii ilk ölən İNSAN azəri türkü olsa da (belə deyək) və bunu dünyaya bağırsaq da, ortada bir şey yoxdur və bu gedişlə olmayacaq da.
Bu dəqiqə kimsəni qabağına alıb günahlandırmaq belə artıq bizim üçün bir problem olub və hətta iş o yerə gəlib çıxdı ki, xanım yazar Mehriban Vəzirova vaxtiylə anlaşılmaz olsa da, belə bir iddia ilə çıxış etdi ki, "Qarabağın əldən getməsində, rusların Bakını zəbt etməsində, didərginlərin bu günə düşməsində Nazim Hikmətin də böyük payı" var.
Baxmayın, bizə düşmən lazım deyil, bunu təkrar-təkrar deyirik və artıq dilimiz bu "düşmən" sözündən elə şirinləşib ki, düşmən gəlib çıxıb qapıya.
Mən bunun yolunu-izini bilən birisi deyiləm, amma vallah həqiqətən adamı heyrət götürür: bu erməni deyilən xaliqi qüdrət nə işdirsə Türkiyə kimi bir dövlətin və Türk adlı bir dünyanın başının üstündə bir Demoklis qılıncı kimi dayanıb durub.
Və bir az şairanə desək, əsrlərdir bir düdük çalırlar, artıq bu düdüyün səsindən onların arxası olan Amerikan yazıqlar belə bezmək üzrədirlər və bunun nəticəsidir ki, vaxtiylə Amerikada yayınlanan bir kitabın müəllifi yana-yana bu ermənilərin xəyanətindən yazmış (türklər demiş: kaç kərə) və biz də bu amerikan yazarın bu kitabı barədə sizə bəzi şeyləri çatdırmaq düşüncəsindəyik. Bu düşüncələr Türkiyədə çap olunan qezətlərdən alınmışdır.
Yazı belə adlanır: AMERİKALI YAZARIN ERMƏNİLƏRƏ ÜSYANI
Erməni FİTNƏKARLARI (fitnəsizləri var kig - T.A.) iki millətin türklərin və ermənilərin dostluğuna (? Sual bizimdir) xələl gətirmək üçün heç zaman fitnələrindən əl çəkmədilər. Niyə eləyirlər bunu, kimə xeyri var? Artıq bunu başa düşmək belə çətinləşir. Bir yandan Uluslararası təşkilatlara qızara-qızara hücum edərək bu SOYQIRIM məsələsini sırıyırlar, bu məsələni yaşadacaq abidələr tikirlər, filmlər çəkirlər və min cür hoqqadan çıxırlar. Bütün bunların altında bir məqsəd yatır: DÜŞMƏNÇİLİK. Bu düşmənçiliyin iç üzünü açacaq bir kitab çap olunmuş Amerikada və bu kitabdakı məlumatlar həm də onu oxuyanların tüklərini belə biz-biz edir.
Kitabın adı "::Armenia-Great Deception/Ermeni Hilesi"::
Yazarı Amerikanın Arkansas vilayətindən Sam Vemss adlı təqaüddə olan bir müstəntiq.
Çox tərəfkeş bir xristian olan Vems ermənilərin türklərə şər atmaq və onları qaralamaq üçün olmazın iftiralar yağdırmasını və yalanlarla dolu faktları dünyaya yaymasını və bunları eləyərkən də əsasında dinlərini bazara qoyduqlarını təkzib olunmaz sənədlərlə və bilgilərlə ortaya çıxarmışdır. Sam Vemss kitabını yazmaq üçün Vaşinqtonda, Moskvada olmuş, Londonda, Parisdə və İstanbulda aylarla vaxt keçirmişdir. Müəllifin dediyinə görə yalnız Ermənistandakı arxivləri onun üzünə bağlamışlar, yaxın buraxmamışlar.
Hələ bu bir yana: müəllif ermənilərin Bostondakı Erməni Federasyonu arxivlərinə baxması üçün ona imkan yaratmadıqlarını acı-acı yazır.
Kitabda ermənilərin insani şeylərdən nə qədər yoxsun və uzaq olduqları və düşmənləri saydıqları Türklərin arxivlərinə bu baxmağın nə qədər çətin olduqlarını vurğulamaları belə müəllif tərəfindən faş edilmişdir. Türkiyədə neçə-neçə erməni kilsəsinin bu gün də var olmasına baxmayaraq, Ermənistanda bir vaxtlar boy göstərən onlarla, yüzlərlə caminin və məscidlərin yerlə-yeksan olduğu acı FAKTLARLA AŞKARA ÇIXARILMIŞDIR.
Vemss kitabında bu gün ermənilərin əllərində olduğu sənədlərlə türklərin onlara soyqırım elədiklərini heç cür isbat edə bilməyəcəklərini müxtəlif variantlarda və təkzib olunmaz, danılmaz tarixi faktlarla açıqlayır və bunun heç zaman həyata keçə bilməyəcəyini də deyir. Yazar Osmanlı Anadolusunda bir zamanlar müxtəlif vəzifələrdə olan və oralarda yaşayan amerikalı və ingilis məmurların bir zamanlar yazdıqları bir raporun olduğunu açıqlayır və həmin raporda SOYQIRIM deyilən bir şeyin heç cür həqiqət olmadığını ifadə edir.
Yazarın gəldiyi nəticələrdən bir də budur ki, o zamankı demoqrafik hesablamalar belə bu soyqırımın olunduğunu isbatlamır, buna imkan vermir.
Yazar sonra soruşur: erməni propaqandaçılarına və ya onların komutanlarınamı inanaq, yoxsa ÖZÜMÜZÜN OLAN AMERİKANLARAMI? Vemss bütün türk arxivlərinə istənilən zaman baş vurmağın imkanı olduğunu yazaraq ermənilərin hay-küy salıb bu arxivlərə yaxın düşməmək kimi qeyri- obyektiv addımlarını da onların gözünə soxur. Öz gördüklərindən və praktikasından çıxış eləyərək bunu İKİÜZLÜLÜK adlandırır. Və hətta bəzən öz təmasından qırağa çıxan yazar ABŞ konqresinin qeydlərinə əsasən belə bir faktı da ortaya atır ki, SON ON İLDƏ AMERİKA ERMƏNİSTANA 1.4 MİLYAR DOLLAR YARDIM ETMİŞDİR.
Bütün bunları böyük bir haqsızlıq hesab eləyən yazar sonda həqiqətən acı-acı yazır.
Sitatı eynən veririk: "::Bu saldırgan, kavgacı, işkenceci, kindar, hırsız, yalancı ve dilenci Ermenistan:::a benim vergi paralarım neden verilmektedir? Bu paraları veren politikacılar kimlerdir?"::
Bütün bunları ası bir dillə yazan yazar sonunda isə sanki özündən çıxmış kimi yazır? Sitat eynən verilir: "::Ermeniler hiç utanmadan, sıkılmadan Washington:::da milyonlarca dolar verip bir bina satın alıyorlar ve soykırım müzesi kurmaya kalkıyorlar. Bu Hıristiyanlık adına utanç verici bir durumdur. Eğer bir soykırım müzesi kuracaklarsa sergileyecekleri arasında Türkler de olmalı. Yoksa kurdukları müze ırkçı nefret müzesi olmaktan öte bir anlam taşımaz"::.
Tarixi sənədləri böyük bir səbirlə incələyən və bir çox yeni faktlar aşkara çıxaran Yazar qarşılaşdığı həqiqətlər önündə sanki çaşmış kimi olur və erməniləri suçlayacaq bir çox faktları da yenidən açıqlayır.
Kitab haqqında məlumat verən bir çox Türk qəzetləri hətta özləri də heyrətlə yazırlar: bu kitabı oxuduqdan sonra bir daha belə bir qənaətə gəlmək mümkündür ki, biz bu ermənilərə daha mədəni, daha insaflı və daha insancıl yanaşırıq.
Amma nə faydası, qardaş...
Bir oyun hələ də davam etməkdədir. Ha yordu yordu yordu... görək kim kimi yordu...

Tofiq Abdin
[email protected]
www.tofigabdin.com

TƏQVİM / ARXİV