adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Atəş altında telefon zəngi, ürəyə çatmayan mərmi və katibin axşam qonağı???

REY KƏRİMOĞLU
22694 | 2012-12-11 22:54
Layihə: "Kəşfiyyatçının xatirələri"

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam.Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, ammagündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıbməni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşınelə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əslgündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxtunudulmur.

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdəqəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsindəsağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilkillərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməniişğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranmasıprosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədəntəsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam.

Fərrux əməliyyatından sonra biz əsasən Ağdamın Şelli, Abdal, Gülablı vədigər kəndləri istiqamətdə döyüşlərə qatılırdıq, kəndin müdafiəsində iştirakedirdik. Amma Qarabağda vəziyyət pis idi. Ermənilərin ardıcıl hücumlarınınqarşısını çətinliklə alırdıq. Rayonun müdafiəsində Ağdam rayon polisidarəsinin, onların nəzdində yaradılan OMON-un, "Qatır Məmməd" ləqəbiilə tanınan Yaqub Rzayevin, Şirin Mirzəyevin, Allahverdi Bağırovun, Fred Asifin(Asif Məhərrəmovun) rəhbərlik etdiyi batalyonların və digər kiçik silahı qruplarınyerli cəsur insanları iştirak edirdi. Döyüşlər şiddətlənmişdi.

Fevral ayında onsuz da durumu ağır olan Xocalıda vəziyyət daha dagərginləşdi...

Ağdam qaynayırdı...

Məni rəsmi şəkildə kəşfiyyat dəstəsinə göndərdilər

9-cu yazı

Haşiyə: Şirin Mirzəyevin əmri ilə fevralı ayının əvvəllərindən mənibatalyonun kəşfiyyat dəstəsinə keçirdilər. Açığı, çox sevinirdim, uçmağaqanadım yox idi... Çünki kəşfiyyat dəstəsi bizim batalyonun ən elitar dəstəsisayılırdı. Şirin Mirzəyev həmişə deyirdi ki, kəşfiyyat ordunun görən gözüdür,eşidən qulağıdır.

Burada mən əvvəlki döyüşlərdən tanıdığım kəşfiyyat dəstəsinin komandiriƏkbər Məmmədovu, onun müavini Eldar Səmədovu, kəşfiyyatçılar Əlabbasİsgəndərovu, Həsən Mehdiyevi, Rafiq Kərimovu, Çingizi, Şəfayəti, gənckəşfiyyatçı Sənan Rüstəmovu daha yaxından tanıdım, onun həmyaşıdları QırımxanNovruzovla, Fərmanla, Pərvizlə tanış oldum. Elə sonradan dəstəmizin ən qocamanüzvü olan 67 yaşlı İdris Hümbətovla da burada rastlaşdım.

Şirin Mirzəyevin tapşırığıyla üç-üç kiçik dəstələrə bölünüb Ağdam,Ağdərə, Xankəndi, Xocavənd istiqamətlərində müxtəlif kəşfiyyat əməliyyatlarınıhəyata keçirdirdik onlarla. Əldə etdiyimiz məlumatları Şirin Mirzəyevə təqdimedirdik. Məlumatları, adətən, iki formada verirdik: bizə rəsmi şəkildə verilmişhərbi topoqrafik xəritə üzərində izah edərək və gördüklərimizi adi qaydada, özbildiyimiz, başa düşdüyümüz kimi dəftər vərəqlərinə çəkərək. Əlbəttə, hər ikihalda biz rəsmi məlumat yazırdıq. (Çox təəssüflər olsun ki, indi həmin o unikalsənədlərdən birini də tapa bilmirik. Bəlkə da haradasa, arxivlərdə var və yakimlərdəsə qorunub saxlanıb)

Bu arada qeyd edim ki, batalyonumuzun yerləşdiyi ərazidə bir neçə dəstəvə rota var idi. Kəşfiyyat, minaatanlar (bizim kəşfiyyat dəstəsinin qapısıminaatanların qapısına açılırdı. Əksinə də demək olar. Onlara Seyidli rotası dadeyirdik), istehkamçılar, təsərrüfat-təminat, təmir dəstəsi, gənclərdən ibarətpiyada döyüşçülər rotası. Digər rotalarımız isə əsasən ermənilərlə həmsərhədkəndlərdə yerləşirdi. Onlar barədə ilk yazılarımızda məlumat vermişik.İstehkamçılar, təsərrüfat-təminat, təmir dəstəsi, gənclərdən ibarət piyadadöyüşçülər rotası barədə də yeri gəldikcə məlumat verəcəyik.

Batalyonun mühafizəsində növbəlilik prinsipi ilə bütün dəstələr, ocümlədən ermənilərlə həmsərhəd kəndlərdəki dəstələrdə iştirak edirdi. Bu, eynizamanda əsgərlərdə nizam-intizam qaydalarına əməl etmək mədəniyyətini dəformalaşdırırdı, hərbi tapşırıqlara daha ciddi əməl etmək vərdişi yaradırdı.

Hələ 1992-ci ilin yanvarından bilirdik ki...

Bir neçə aydır əlaqəsi Azərbaycanla kəsilmiş Xocalıda vəziyyət günbəgünpisləşirdi. Biz oradan məlumatları əsasən rabitə və gecələr gizli yollaXocalıya gedib-gələnlərin vasitəsi ilə alırdıq. Vəziyyət çox pis idi. Ağdamdaonsuz da gərgin olan vəziyyət daha da gərginləşmişdi. Çünki Qarabağ münaqişəsibaşlayandan Ağdam camaatı, rayonun rəhbərliyi, Xalq Cəbhəsinin və digərdəstələrin nümayəndələri daim Xocalılarla maraqlanmış, imkan daxilində həmişəonlara kömək göstərməyə çalışmış, bu əhali ilə qaynayıb qarışmışdı.

Xocalıda vəziyyətin gərginliyi Şirin Mirəzyevi daha çox narahat edirdi.Çünki bizim kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədovun başçılıq etdiyikəşfiyyat qrupu (Onunla bərabər Əlabbas İsgəndərov, Sənan Rüstəmov və adınıeşitdiyim Aydın adlı kəşfiyyatçı olub. Mənə bunlar məlum idi) xeyli əvvəl,yanvar ayında Abdal Gülablı istiqamətindən keçərək Şuşanın tez-tez hücuma məruzqalan kəndlərində, o cümlədən Xankəndi, Əsgəran ətrafında çox vacib məlumatlarəldə edilən unikal bir əməliyyat həyata keçirmişdilər. (Bu əməliyyatdakəşfiyyatçılarımız Xankəndi yaxınlığındakı hərbi hissədən mühüm sənədlər ələkeçirmişdilər)

Bu əməliyyatın və sözügedən əraziyə həmsərhəd kəndlərdəki yerlidöyüşçülərimizin də məlumatları qərargahda toplanıb, ətraflı müzakirə edildi,analiz olundu. Və əldə olunan nəticə bu idi - DÜŞMƏN HÜCUMA HAZIRLAŞIR! Ammahara, dəqiq nə vaxt hücum edəcəyi tam aydın deyildi. Şirin Mirzəyevin tapşırığıilə həmin ərəfədə biz Ağdərənin Ağdam və Əsgəranın şimal-qərbi istiqamətindəbir neçə kəşfiyyat işi apardıq. Toplanmış əməliyyat məlumatları ciddinarahatçılıq doğururdu.

Şirin Mirzəyev də olduqca narahat idi. Çünki həmin ərəfədə Ağdamda olanhərbi birləşmələr tam komplektləşməmişdi, ciddi silah və sursat, texnikaçatışmazlığı var idi. Yəni bütün ərazini, o cümlədən Ağdama yaxın ərazilərimüdafiə etmək çox çətin idi, buna baxmayaraq, Ağdam rayon polis idarəsinin,OMON-un, "Qatır Məmməd"in (Yaqub Rzayev), Şirin Mirzəyevin,Allahverdi Bağırovun, Fred Asifin (Asif Məhərrəmovun) rəhbərlik etdiyi batalyonlarınvə digər kiçik silahı qrupların hesabına o istiqamətdəki ərazilərimiz müdafiəolunurdu.

Bu səbəbdən Şirin Mirzəyev əldə olunmuş məlumatlarla bağlı dərhalMüdafiə Nazirliyinə yazılı məlumat verdi - müdafiə naziri Tacəddin Mehdiyevə vəonun müavini Dadaş Rzayevə telefonoqram göndərdi. (Bununla bağlı hərbijurnalist İbrahim İbadoğlunun 1995-ci ildə işıq üzü görən "Sərkərdə"kitabında da şahidlərin dilindən qeyd edilib) Şirin Mirzəyev təklif edirdi ki,ərazinin müdafiəsi ilə məşğul olan hərbi birləşmələr dərhal lazımisilah-sursatla təmin edilməli, düşmənin gözlənən hücumlarının qarşısını almaqüçün əlavə qüvvələr toplanmalıdır.

Xocalının xilası ilə bağlı rəsmi heç bir əməliyyat planı olmayıb

İndi çoxları deyir ki, Xocalı ilə bağlı o zaman hansısa xüsusi birəməliyyatı planlaşdırılıb, guya kimlərsə bunu pozub. Amma əslində məsələ eləolmadı. Hələ 1992-ci ildə, fevralın əvvəllərində Dadaş Rzayevin rəhbərliketdiyi batalyon Ağdama gəldi. Onlar Ağdamdakı İdman kompleksindəyerləşmişdilər, 6-7 ədəd BMP-ləri di var idi. Səhv etmirəmsə, fevralınortalarında (Tarixlə bağlı bir neçə gün yanlışlıq ola bilər) Dadaş Rzayevinrəhbərliyi ilə Xocalının mühasirəsini yarmaq üçün Əsgəran istiqamətində qısamüddətli bir hücum əməliyyatı oldu. (Bizim batalyonun bir neçə dəstəsi, o cümlədənmən də D.Rzayevin Ağdamdakı qərargahına gəlsək də, biz əməliyyata aparmadılar.R.K.) Amma hava şəraiti və əvvəlcədən nəzər alınmamış coğrafi vəziyyət buəməliyyatı yarımçıq saxladı. Onlar bunu nəzərə almamışdı...

O zaman real hərbi mövqelər və coğrafi vəziyyət belə idi: AğdamdanƏsgərana girəndə sağında ermənilərin yaşadığı Xoramurt, Xanabad kəndi vəXanabad yüksəkliyi, solunda isə Naxçıvanik kəndi və Kətik yüksəkliyi dururdu.Əsgərandan sonra isə Xocalı idi.

Şirin Mirzəyev təklif edirdi ki, əvvəlcə hər iki tərəfdəki kənd vəyüksəklikləri alıb, sonra Əsgərana tərəf irəliləyək. Amma Müdafiə Nazirliyinino vaxtkı rəsmiləri onunla razılaşmadılar və yuxarıda qeyd etdiyim əməliyyatıreallaşdırmaq istədilər bu isə əvvəlcədən də gözlənildiyi kimi alınmadı. O zamanŞirin Mirzəyev bunu avantürist palan adlandırmışdı. Və deyirdi ki, hər birəməliyyat rəsmi qaydada, yəni əmrlə olmalıdır. O zaman isə bu döyüşlə bağlı eləbir əmr almadığını deyirdi.

Onu da qeyd edim ki, həmin dövrdə çox xoş olmayan bir vəziyyət yaranmışdı.Əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə işğal olunmamış kəndlərdəndinc əhalini çıxarılması yaxşı qarşılanmırdı. O saat deyirdilər ki, filankəskəndi satıb və ya əksinə, deyirdin dinc əhali qalsın, onda da deyirdilər ki,kəndin camaatını qırğına vermək istəyir, satqındır. Çox mürəkkəb hərbi-siyasibir mühit var idi, belə bir situasiyada heç kəs rəsmi əmr verib məsuliyyəti özboynuna götürmək istəmirdi...

Xocalıya gedirik...

Bundan başqa, o vaxt Azərbaycan Müdafiə Nazirliyi və ya ölkə rəhbərliyitərəfindən hər hansı bir əməliyyat planlaşdırılmayıb. Bəlkə də kiminsə hansısatəklifi olub, amma bu, rəsmi şəkildə hazırlanmış əməliyyat halında olmayıb.Bütün bunlardan sonra fevral ayının 20-dən sonra vəziyyət kritik həddə çatandaŞirin Mirzəyev Xocalıdan dinc əhalini çıxarmaq üçün dərhal yerli əhəmiyyətliplan hazırladı. Ağdam rayonunun o zamankı rəhbərliyi də bunu bilirdi və lazımıköməklik göstərdilər. Batalyonun kəşfiyyat dəstəsi daxil olmaqla, o cümlədənmən, təxminən 25-30 nəfərlik əvvəlki döyüşlərdə döyüş qabiliyyəti ilə fərqlənənbir qrup hazırlandı.

Bizə əlavə olaraq patron, qumbara, qumbaraatan, onun mərmiləri,olmayanlara "ştik-noj" (hərbi təyinatlı xüsusi bıçaq) verdilər. Bütünsənədlərimizi və üzərimizdə olan digər əşyaları aktla rəsmi şəkildə alıbqərargahda seyfə qoydular. Bu, təxminən fevralın 20-21-də oldu. Biz bir neçəgün batalyonda hazır vəziyyətdə gözlədik. Mənə verilən məlumata görə, bizfevralın 22-si, ya da 23-də gizli yolla Xocalıya getməliydik. Bizimlə birlikdəgedəcəyimiz yolları yaxşı tanıyan daha 15 nəfər Xocalıdan olan döyüşçühazırlanmışdı. Fevralın 22-dən 24-dək Xocalıdan olan həmin 15 nəfəri gözlədik.Fevralın 24-də axşam onları gətirəcək avtobus batalyona gəldi. Avtobus boş idi,heç kəs yox idi... Sürücü dedi ki, o, həmin adamları nə qədər gözləsə də gələnolmayıb, kimsə deyib ki, onlar gəlməyəcək. Sürücü bunun səbəbini də bilməyib.Şirin Mirzəyev bərk əsəbiləşdi...

Səhəri gün - fevralın 25-də Xocalıdan hər kəsin eşidə biləcəyi, mülki"ratsiya"ilə (O zaman polis, yerli hakimiyyət nümayəndələrininavtomobillərinə quraşdırılmış antenalı, bir kanallı rabitə vasitəsi)ermənilərin Xocalı ətrafına texnika toplaması ilə bağlı həyəcanlı xəbərlərgəlməyə başladı. Bəzən kimlərsə "ratsiya" ilə araya girib "panika"(həyəcan) yaratmamağı tələb edirdi. Vaxt getdikcə Xocalıdan gələn həyəcanlıxəbərlər də artırdı...Artıq axşam çağı "ratsiya"dakı qızlar ağlayaraqXocalıya kömək istəyirdilər... Buna kömək istəmək demək də olmaz, onlar fəryadedirdilər...

Xocalı qızlarının imdad çağırışı

Qulaqlarımdan getmir o qızların səsləri...

- Nolar, bizə kömək edin! Allah xatirinə, bizi tək qoymayın, qıracaqlarbizi...

Yenə haradansa, həmin səs araya girdi:

- Panika yaratmayın!

Amma ratsiyadakı qızlar imdad diləyirdilər... Ağlaşırdılar! Hönkürtülərikəsilmirdi! Bizim batalyonun qızları da qoşulmuşdular onlara. Aidə, Xalidə,Nüşabə, Sima, Diləfruz, Raisə... hamısı ağlaşırdı. Əslində bunu sözlə ifadəetmək mümkün deyil, indi xatırladıqca yenidən yaşayıram o anları. Çox çətindimənə o anları xatırlamaq, o səhnəni təsvir etmək.

Əsəblərim tab gətirmədi, dözə bilmədim, "ratsiya" otağını tərkelədim. Bayırda həzin qar yağırdı, atəş səsləri eşidilmirdi... bir siqaretyandırdım, tüstünü ciyərlərimə çəkdim. Hələ məni, eləcə də Azərbaycanımızıgözləyən sabahdan xəbərim yoxdur.

Ratsiya otağından qızlar məni çağırdı:

- Rey, ay Rey! Xocalıdakı qızların səsi kəsildi!

Üstündən 20 il keçib, amma hələ də Xocalıda ratsiyada imdad diləyənqızların səsi qulağımdan getmir...

Aləm qarışmışdı bir-birinə, Ağdamda hamı narahat idi. Gecəni yatabilmədik...

Səhərə yaxın Xocalıdan ilk sağ çıxan adam Ağdamın Şelli kəndinəyetişmişdi. Xəbəri də elə o, gətirmişdi:

- Xocalıları qırdılar!

...Fevralın 26-da səhər saat 5-6 olardı Şirin Mirzəyevin əmri ilə bizəbatalyondan Ağdamın Şelli kəndi istiqamətinə gətirdilər. Şirin Mirzəyev dəoradaydı. Ora çatanda dəhşətli bir səhnəylə üz-üzə gəldik. Qocalar, qadınlar,uşaqlar... qarın, palçığın içində, həyəcanlı, çaşqın, gözləri yaşlı, üst-başıqan içində. Ətrafda çoxlu təcili yardım maşınları. Yaralılar, dərddən başınıitirənlər. Ağdamın yerli batalyonunun əsgərləri buradaydı. Ağır xəstə olan FredAsif də buradaydı... Ağdamlılar xocalıları xilas etmək üçün Qara qayaistiqamətində özlərini irəli atırdılar...

(Ardı var)

[email protected]

TƏQVİM / ARXİV