adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Vəziyyət çox pisdi: Yoxa çıxırıq

CEYHUN MUSAOĞLU
75715 | 2013-11-04 11:23

Gələcəyin təhsil, elm,yəni beyin üzərində qurulacağını dəqiqliyilə bilən insanlar şou-biznesə qarşı o qədər müzakirələr açdılarki, mövzunun özü bayağılaşdı. Artıq efirdəkibiabırçılıqlar barədə nə mətbuat yazır, nə televiziyalar göstərir. Aydınfikirli insanlar problemə fərqli konteksdən yanaşmalıydı. Lənətlə ləkəsilinmir.

Telekanallarda ucuz şouların başalıb getməsi normal haldır. Rusiya, Türkiyə, Amerika və Avropada bu burulğanıniçərisindədi. Yüngül, estetik baxımdan qüsurlu olan şou-bizneslayihələri dünyanı idarə etməyə çalışan qüvvələrin ortaya atdıqlarıdı.İnsanları bu yolla elm və təhsildən uzaq salırlar ki, gələcəkdə onlardan heç nəsoruşmasınlar. Savadsız adamın başı çalıb-oxumağa qarışanda necə idarəolunduğunu düşünə bilmir. Buna həm vaxt çatmır, həm də beyin yüngülinformasiyalarla dolur. Hər beyinin tutumu var. Təbii ki, savadsız beynin tutumu daha az bayıtlıdı. İnsanlar artıq əməlli-başlı robotlaşıblar. Bayağıverilişlər – manıslar demiş, "qastanı mahnılar”, meyxanalar,fərdlərin ailə problemlərinin ekranlaşdırılması, şoular insan psixologiyasınıkökündən sarsıdır. Televiziyalar gələcəkdə qurulacaq cəmiyyətin 1-ci dərəcəliəlil olduğunu düşünmədən, hesablamadan şoulara qucaq açıb, onları qucaqlarındangötürüb başımıza vururlar.

Telekanallar elə bir iqtisadi məngənə içərisindədirlər ki, beləyollarla maddi problemlərini aradan qaldırmağa çalışırlar. İnsanlarınəksəriyyəti pis gündədir, birinin şalvarı yoxdur, birinin papağı, biri mənəvi boşluqiçərisindədir, birinin pulu var, ağlı yoxdur. Nəsə çatışmır. Təbii ki, bu cürinsanlar ucuz meyxanaya, bayağı şoulara, kriminal kitab oxumağa qaçırlar.Onların Aqata Kristisi də yoxdur. Aqata Kristi təkcə dedektiv yazmırdı, o həmdə quldurların necə olduğunu detalları ilə oxucuya açıb göstərirdi ki, sabahhəyatda beləsi ilə rast gəlsə, bilsin ki, o, cinayət etmək arzusu iləalışıb-yanır və ondan yan qaçsın. Aqatanın obrazları, maraqlılıq baxımındanDostayevskinin obrazlarından geri qalmır. Bizdə oxucuda təfəkkür oyanışıyaradan kriminal əsərlər də yoxdu. Tamaşaçını meyxanaya qulaq asdırmaq, Aygününalt paltarlarına baxdırmaq, gəlinin qaynananınsaçını yolması səhnəsinə maraq yaratmaq televiziyalar üçün çox asandı. Həm dəbu işə görə çox da pul xərcləmirlər. İki avara meyxanaçını efirə çağırıb,səviyyəsiz qafiyələrlə şou yaradırlar. Efirdə o qədər meyxanaçı gördüm ki,narkotikanın ən ağır forması olan iynədən istifadə edib kresloya yayxınıblar.Onların uy olduğunu adi tamaşaçı görür, efir rejissorları görmür? Əlbəttəgörürlər. Ancaq nə veclərinə... Məgər onları studiyaya cəmiyyəti düşünməyəgöndəriblər, yoxsa pul qazanmağa?! Hanı televiziyalarda yaradılan şuralar?Aydındı, onlara işləməyə imkan vermədilər. O şuralarda cəmiyyətindüzəlməsindən yazan, danışan, kənardan baxanda ziyalıya oxşayan tanınmışşəxslər vardı. Niyə etiraz etmirlər? Niyəmətbuata çıxıb demirlər ki, bizim şura işləmir, işləmirsə mənim orda nə işimqalıb?.. Hərə çəkilib bir kənara deyinməklə məşğuldu. Fransızlarda böyük məmnuniyyətlə meyxanaya qulaqasarlar. İngilislər də, ruslar da... "Davay do svidaniya”meyxanası Rusiya, Faransa, İngiltərə televiziyalarında nümayiş olundu. HəttaBBC meyxanaçıları çağırıb veriliş hazırladı. Onlar bu hadisəyə xəbər gözü iləbaxdılar, yayımladılar, bitdi. Rusların da "çastuşka”sı var. Nə vaxt efirdəgörmüşük? İldə bir dəfə milli bayramlarında olar, ya olmaz.

Bir xəbər oxudum: Finlandiyadaxanım iki əri və məşuqu ilə bir evdə yaşayır. Ardınca da yazılmışdı ki, şəhərinəhalisi bu hadisədən çox qəzəblənib və mətbuatda etirazlara qalxıblar.Azərbaycanda bundan daha pis olan əxlaqsızlıqları canlı verilişlərdə göstərirlər,ailə tərbiyəsizliklərini təbliğ edirlər, bir nəfər etiraz etmir. Bəs deyirdik,Qərb, Avropa əxlaqsızlığa yuvarlanıb?.. Bizim televiziyalar Flora Kərimova kimimüğənnini göydən yerə düşürüb, heç elədilər. Şövkət Ələkbərova sağ olsaydı, budəqiqə Röya ilə qırğındaydı - Röya Şövkəti söymüşdü. Qulu Əsgərov ölməsəydi,İzzət Bağırov ona kəllə atardı.

İnsanlar artıq tamam bayağılaşıb. Təcili şəkildə skandal yaradanşouları azaltmaq lazımdır. Bizdə telekanalların çoxusu reytinq xatirinəinsanları uçurumdan kəllə-mayallaq aşağı buraxırlar. Mirşahinin "Milli metr”,Həmid Herişçinin kinolarımızla bağlı verilişi, reytinq vermədiyi üçün bağlandı.Yalan idi, çünki kimi dindirirdinsə, Mirşahinin, Həmidin verlişindən danışırdı.Telekanallardakı verilişlərin reytinqlərini ingilis şirkəti ölçür. Xalqınişıqlı gələcəyinə xidmət edən verlişlərin reytinq vermədiyini deyirlər.Belə edirlər ki, masonik təfəkkür beyinlərə otursun. Qiymətimizi özümüzverməliyik, ingilis yox. Azərbaycan onsuz da başqa ölkələr kimi qlobollaşmanınqurbanı olacaq. Ancaq zaman qazana və itkilərimizi azalda bilərik.Övladını tərbiyəsiz cəmiyyətdə böyütməkistəməyən valideyin başqasının övladının tərbiyəsizliyinə göz yummamalıdı.

Özünə şair görkəmi verən kitablarmüəllifi ilə maşında gedirdik. Mən qonaqidim, bir-birimizi tanımırdıq. Qabaq oturacaqda onun 11-12 yaşlı nəvəsioturmuşdu. Nəvəsi ilə küçə jarqonunda danışırdı, onu bazlığa aparacağınıdeyirdi. Dözmədim, dedim düz eləmirsən. "Uşaq mənimkdi” deyəndə isə daha sərtüzümü çevirdim. Necə yəni səninkidi?.. Sənin uşağın verdiyin tərbiyəsizlikləböyüsə, sabah mənim uşağımın qarşısna çıxıb ona tərbiyəsizlik edə bilər. Niyəmən bunu bilə-bilə indidən sənin və uşağının ağzından sillə ilə vurmamalıyam?

Təbii ki, susdurdum onu. Sonra bir çayxanada oturası olduq.Ətrafımızda yeniyetmələr vardı. Mən onlara Əli bəy Hüseynzadədən danışdım.Dedim çox nəhəng insan olub, dövlətçilik konsepsiyası yaradıb. Bu "şair” yenədilləndi. Təsəvvür edin ki, Əli bəy Hüseynzadənin heç kim olduğunu dedi. Onususdurmasaydılar, kobudluq edəcəkdim. Mənim atamı aşağılaya bilərsən, ancaqtarixin sınaqlarından alnı açıq çıxan millətin atasına güldən-ağır söz deməkolmaz.

Vəziyyət çox pisdi: Yoxa çıxırıq.

TƏQVİM / ARXİV