adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTİMİZ 2-ci DÖNƏM

TOFİQ ABDİN
35269 | 2013-11-02 10:13
Öncələr qəzetimizdə gedən "Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə və xüsusilə qardaş Türkiyədə haqqımızdı gedən yazılar bizim diqqətimiz çəkməyə bilməz. Müxtəlif illərdə yazılın və arxivdən aldığımız bu yazılardan görünən bu ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
TANIŞLIQ: Çingiz Candar - Türkiyənin tanınmış qəzetçi-yazarlarından biridir. Uzun müddət "Sabah" qəzetində Köşə yazıları yazan və Qafqaz münasibətləri haqqında dəfələrlə geniş tarixi və çağdaş bilgilərə dayanaraq silsilə yazıları ilə diqqəti çəkən bir yazar. "Sabah" qəzetində çap olunan bir sıra mübahisəli yazılarından sonra qəzeti tərk etmək məcburiyyətində qalan Çingiz Candar bir müddətdir dini əynəmli qəzet olan "Yeni Şəfəq" qəzetində köşə yazıları yazır. Çingiz Candar prinsipiallığı ilə seçilən bir qəzetçi və rəhmətlik Əbülfəz Elçibəyə simpatiyası olan və eyni zamanda Heydər Əliyevin də politikasının üstünlüklərini hər zaman yazılarında ifadə eləməyə çalışan Qafqaz əsilli bir Türk yazarı.
Beynəlxalq arenada səsi, sözü, yeri olan bir şəxsiyyət.
Bu gün və o biri sayımızda oxuyacağınız "Dağlıq Qarabağ və Münaqişəli Qafqaz üçlüyü" onun bu mövzudan vaz keçməyəcəyinə bir örnək.

***

Türkiyənin başgicəlləndirici gündəmi və baş verən bir çox hadisələr bizim Ermənistana və Dağlıq Qarabağa son səfərimizin nəticələri haqqında oxuculara məlumat verməyimizi bir az da olsa gecikdirdi. Bir zamanlar hətta Üçüncü Dünya Müharibəsi başlana bilər söyləntiləri yaradan və müharibəyə nədən ola biləcək hala gələn və Əfqanıstan bataqlığı da daxil olmaqla Sovet İttifaqı kimi nəhəng bir imperiyanın dağılmasında mühüm bir amil olan Dağlıq Qarabağ münaqişəsinin həlli o torpaqlarda olarkən və bu torpaqlardakı insanların vəziyyətilə tanış olduqdan sonra daha yaxşı anlaşılır. Nəyin ola biləcəyi və nəyin olmaya biləcəyi də eləcə.
11 Avqust hadisələrinin baş verməsilə coğrafi ölçülərin dəyişə biləcəyi söhbətlər də daxil olmaqla Avqust hadisələrinin Şimali Qafqazda nəyisə dəyişə biləcəyini gözləmək imkansız. Bu aralarda beynəlxal aləmdəki hadisələrin də Asiya qitəsində və (Kəşmir və Pakistan-Hindistan məsələsi də) və Əfqanıstanda mərkəzləşməsi və İraqın da bu ərəfədə diqqətdən bir qədər yayınması da daxil olsun bura, Fələstin-İzrail davası - bütün bunlar bir münaqişələr yumağını xatırlatdığı üçün bu yumağı açmağa tələsənlər, onu əsla bir dəfəlik açmaq niyyətində deyillər.
Bizim Ermənistana və Qarabağ getdiyimiz günlərdə Anadolu kimi boydan boya qarla örtülü olan və Ermənistanın doğusundan başlayıb və Naxçıvanı da içinə alan bir ərazidə uzanıb gedən dağlar uzaqlaşandan sonra görəcəyik ki, Dağlıq Qarabağın özü qarla örtülüdür. Bu qarla örtülü dağlar bir anlığa mənə Qarabağ münaqişəsinin də üstünü örtüb, onu gizlədən bir amil təsiri bağışladı.
4000 km olan dağlıq, amma bu kiçicik torpaq sahəsinin - bu torpaqlar siz deyən elə bir alt və üst zənginliyi də sahib deyil - yaxın keçmişdə qos-qocaman Sovet imperatorluğunu dağıdıb yerlə- yeksan eləyən və bu gün də həlli tapıla bilinməyən (və tapılmayan) bir uluslararası arenaya qaldırılan bu məsələnin bu gün də nədən həll olunmaması inanılır kimi deyil.
Təəssüflər olsun ki, bu belədir.
Hələ burada yaşayan əhalinin dörddə birini təşkil edən azərilərin bu torpaqlardan didərgin düşməsindən sonra iqtisadi baxımdan daha da dağılmağa doğru üz alan bu torpaqlarda 80-90 min ermənin də pis gündə yaşadığını düşünəndə, kadrları kecikdirilərək çəkilən bir kino kimi yaşayırsan burada gördüklərini. Və bütün bunları da əlavə eləyək ki, bu məsələ ilə kimlər və haralar məşğul olmaqdadır: Türkiyə, Ermənistan, Amerikadakı erməni diasporası, Amerikanın özü şəxsən və şəxsən Rusiya və üstə gəl AGİT tərkibində təşkil olunan Minsk qrupug
Və bu məsələnin uluslarası bir sorun olmasına, vallah adam heç inana bilmir və qərib bir paradoksla üz-üzə qalırsan.
Yoxsulluq və dilənçilik halına çatan bir ortam, adamsız QARABAĞIN mərkəzi Stepanakertdə (Xankəndində) qalına biləcək doğru dürüst bir mehmanxana belə yox, amma adına mehmanxana deyilən başımızı soxa bildiyimiz buz kimi qutuları xatırladan otaqlarında DURU sabunları qoyulmuşdurg
Dağlıq Qarabağ "bir strateji dəyər" olmaqdan ziyadə Azərbaycan və Ermənistan (yada ermənilər) arasında tarixi və mənəvi-duyğusal bir maraqdır və məhz elə bu xüsusiyyətlərinə görə çox dərin bir tarixi yaradır və bu yaranın da sağlamlığında ordakı şərtlərdən biri də indiki vəziyyətdə (zero-sum-qam) - yəni tərəflərdən birinin mütləq itirmək qorxusudur kig bir oyun olan bu münaqişənin həll olunmasına mane olan və onu həll olunmaz eləyən də zatən elə bu.
Bu işin qərib yanı, romantik bir dövlət başçısı kimi indi də tənqid olunan Azərbaycanda bir zamanlar Cümhurbaşqanı olan və vəfat edən Əbülfəz Elçibəy Dağlıq Qarabağ münaqişəsinin ən doğru təşhis-diaqnoz qoyanlardan biriydi. Tomas Qoldz adlı bir jurnalistlə görüşündə ona verdiyi intervüdə Elçibəy demişdi: "Ermənilərin Qarabağla bağlı iddiaların təməlində qaba bir surətdə torpaq ələ keçirmək kimi bir iddia var. Bu İraqın Küveyt üzərindəki iddiasına oxşayır. Avropalılar, Alsaçe-Lorraine ilə bağlı olaraq milliyyətçi bir düşüncənin sərhədini qıraraq inkişaf və barışıq yolunu tapdılar.
AB üzvləri olan ölkələr də könüllü olaraq egemenliklərinin bir çox tərəflərin daha çox olan tərəflərə tərk etdilər. Neyçin eyni şey Qafqazlarda olmasın. Azərbaycan, Ermənistan və Gürcüstanı birləşdirən şeylər onları ayıran şeylərdən qat-qat artıqdır. AB ortaq bir Qafqaz vətəni olan könülü bir federasiyon üçün sinəsini irəli verməlidir və nümunə olmalıdır".
Belə bir məqamda 11 Avqust hadisələrinin kürəmizdəki dəyişikliyini görməzdən gələn və xüsusilə Orta Asiya-Xəzər neft yolları üzərindəki strateji üstünlükləri qiymətləndirməkdən boyun qaçıran, ya da istəməyən və bu məsələdə Erməni lobbisinin təsiri ilə bir 907 maddəsini də ortalığa soxan və bu maddənin də ortadan qalxa biləcəyini belə görmək istəməyən aciz "Dağlıq Qarabağ" idarəçiləri Elçibəyin bu fikirlərinin üfüqlərin yalnız qaraltmaqla məşğuldurlar.
Ancaq İstanbulun kiçik bir səmti qədər əhalisi olan "Dağlıq Qarabağ Cümhuriyyəti"nin də bugünkü durumuna dodaq büzmənin də bir mənası yoxdur. Çünki Qarabağ Yerevanın bugünkü siyasətini təşkil edir. Məsələn: Dağlıq Qarabağın bugünkü Cümhurbaşqanı Stepanakertli, yəni, Qarabağlı. Bütün ömrünü oralarda keçirmiş və Yerevana gəlməzdən də qabaq siyasi iştahını burada Cümhurbaşqanı olmaq üstündə kökləmiş birisi. Bu arada Ermənistanda yaşayan əhalidən daha qüvvvətli və sözü keçən Amerikadakı diasporadan sərbəst yaşamaq kimi bir gücü də yox. Bu çox çətin bir şeyg
Və düşünmək lazımdır ki, Dağlıq Qarabağ bu gün Türkiyə-Ermənistan münasibətlərinin də qabağını kəsən bir faktor. Soyqırım məsələsi və iddiası yalan belə. Əsasən Yerevanda görüşdüyümüz ermənilər soyqırımı Türkiyə Ermənistan münasibətlərinin inkişaf etməsi, yəni, diplomatik münasibətlərin qurulması və sərhəd qapılarının açılması üçün birinci şərt olaraq görmədiklərini daima söyləyirlər. Bu arada ermənilər Türkiyənin Ermənistan politikasında, siyasətində Azərbaycandan asılı olduqlarını söyləyib dururlar və bu haqda şikayətçidilər. Azərbaycanın da Ermənistanla davası isə Qarabağ...
Türkiyənin Azərbaycan ordusunu təlimləndirib hazırlanmasını da boynuna götürdüyünü də düşünsək, Bakının Qarabağ qayğısına arxa çevirib qulaq ardına almaq kimi bir məqsədi belə yox, ola da bilməz və bu heç həqiqətə uyğun da deyil. Üstəlik o da məlum deyil ki, Türkiyənin bu mövqeyi bu Qarabağ münaqişənin həllinə köməkmi göstərəcək, yoxsa ona manemi olacaq bunu da müzakirə etməyə dəyər.
Türkiyənin də içində olduğu bu Dağlıq Qarabağ münaqişəsinin necə həll olunacağı və bu məsələ Türkiyənin və bölgənin gələcəyi baxımından hansı bir strateji dəyər qazana biləcəyini o biri məqaləmizdə müzakirə edərik.
(Davam edəcək)


Tofiq Abdin
[email protected]
www.tofigabdin.com

TƏQVİM / ARXİV