adalet.az header logo
  • Bakı 21°C

Bədbəxt taleli diktator

CƏLİL CAVANŞİR
29272 | 2012-12-07 23:52
Benito Mussolini II Dünya Müharibəsi əsnasında İtaliyanın baş naziriidi və Adolf Hitler ilə birlikdə faşizmin ən əhəmiyyətli tətbiqedicilərindənidi. İtalyan diktatoru Benito Mussolininin həyatında çoxlu sayda qadınlar olub.Bəziləri onu sevirdi, bəziləri nifrət edirdi.

Yeganə onu sevən iri gözlü, gur saçlı italyan xanım Klara Petaççıidi. Klara ideal bədən quruluşuna malik, zərif və baxımlı xanım idi. O, ziyalıvə varlı ailədə böyümüşdü. Mussolinini 24 aprel 1932-ci ildə görüb və gördüyüanda vurulub. Özündən 29 yaş böyük Benitoyla tanış olduğunda Klara hələ 20yaşında idi və gənc təyyarəçi ilə evli idi. Evliliyi uğurlu alınmamışdı; həyatyoldaşı içirdi, qısqanırdı, hətta döyürdü.

Benito Mussolini ele uşaq vaxtından şöhrət və təhsil həvəskarı olub.Faensedə monastr məktəbini bitirdikdən sonra, bir müddət kənddə müəllimişləyir. 1902-ci ildə gənc əsgərlik etməmək üçün İsveçrəyə qaçır, 1907-ci ildəqayıdan Mussolini 10 il qəzetçilik edir. Bütün bu qaçışlara baxmayaraq, BirinciDünya Müharibəsi dövründə Mussolinini orduya aparırlar və o, burada aktivliyiilə seçilir. Savaşda yaralanan diktator Milana gedir, orada "il popolo d":::italia"qəzetinin redaktoru olur. Gənc oratorluqqabiliyyəti ilə, güclü xasiyyəti ilə dövlət zirvəsinə qalxmağı bacarır. O,qadınlar arasında da sevgi zirvəsinə çatmışdı. Deyilənlərə görə, diktatorlarahəyat yoldaşı gərək deyil, onlar dünənki sevgililərini belə sabah unudurlar.Mussolinin yeganə bağlılıq hiss etdiyi qadın Klaritta onu dahi hesab edirdi.Evli Klara Petaççı ilə sadəcə rəsmi dostluq edirdi. Çünki, o dövrlərdəİtaliyanın öndə gedən xanımlarından biri də məhz Petaççı idi. Nə vaxt ki,yoldaşı Yaponiyaya ezamiyyətə göndərilmişdi, Klara bir ay boyu bütün gününüMussolinin yanında keçirirdi. Görüşdükləri yer: Palasso Venesiya, intim üçünayrılmış xüsusi otaq. Uzun müddət görüşdükdən sonra Petaççı məktubunda hamiləolduğunu söyləyir. Bu hadisədən sonra, Petaççı peritonit (qarın pərdəsininiltihabı) xəstəliyinə tutulur. Həkimlərin məlumatına görə, onun bu xəstəlikdənxilas olması qeyri-mümkün idi. Amma bütün bu proqnozlara baxmayaraq, KlaraPetaççi xəstəlikdən xilas olur və tam sağalır. Uşağın isə olub-olmaması haqdaheç bir məlumat yoxdur. Adolf Hitlerin təsirində qalan Mussolini, 10 iyul1940-cı ildə müttəfiqlərə döyüş elan edir. Hadisədən sonra Klara siyasətdənuzaqlaşır və Mussolinidən bir xahiş edir: Mussolini onun kasıb dost,qohumlarına pul ödəməli idi. Mussolini istənilən məbləği onlara təqdim edir.Həqiqətən Klaranın kasıb insanları bu cür düşünməsi tərifə layiqdir. Xasiyyətcəçox sərt, soyuqqanlı insan olan Mussolini tam başqa insana çevrilir: başadüşən,səbrli.

Musolininin nikahlı arvadı və 5 uşağının anası Raşel Mussolini ərininyaşadığı gizli eşqi ancaq 11 il sonra öyrənə bilmişdi: "Məni Klara ilə aldatdığınıməğlubiyyətindən dərhal sonra öyrəndim. Həyatımda heç bir şey üçün bu qədərağladığımı xatırlamıram. Benito çox yaxşı və mehriban ata idi. Bir gecəni beləevindən uzaqda keçirməmişdi. Amma əvvəlki sevgilisi Klaritta ilə görüşmüşdüm,çox insanın onu öldürmək istədiyini söylədim (bu həqiqətən belə idi). O mənəcavab verəcəyi halda ağlayırdı".

28 aprel 1945-ci ildəMussolini, Klara və yanlarında qalma riskini gözə alan bir neçə insanpartizanlardan qaçmağa çalışarkən saxlandıqları yerdə tutularaq tək-tək gülləyədüzüləcəkdilər. Benito alman əsgəri forması geyərək kamuflyaj (binanı,təyyarəni, topu və sairəni maskalamaq üçün onları xüsusi rənglərlə boyanması)etməyə çalışmış, ancaq bahalı dəri ayaqqabıları onu ələ vermişdi. Partizanlartutduqları qrupu bir boşluq yerə və ertəsi səhər Klara ilə Benitonu ətrafdakıbir villaya aparırlar. Ölümə ilk gedən Klara oldu. Güllələrin səsinieşitməsiylə ölməsi eyni anda reallaşdı. Partizanlar ardından Benitonu vurdular.İki dəfə atəş etdikləri diktatorla Klaranın cəsədləri yaxınlıqdakıbenzindoldurma məntəqəsinə aparıldıqdan sonra ayaqlarından asılır. Toplananxalq kütləsini yatırmaq mümkün deyildi. Cəsədlərin üzərinə tüpürür, küfrləredirdilər...

Ancaq bütün bu həngamənin ortasında maraqlı bir detal gözdən qaçacaqkimi deyildi: Azens.az saytının məlumatına görə, başıaşağı asılan Klaranınüzərindəki ətək açılmasın deyə dizaltından bağlanmışdı... O, özündən 29 yaş böyüksevgilisinə 13 il boyunca sadiq bir sevgili oldu... İtalyan diktator əlaqələriboyunca Klaraya 600-dən çox məktub yazdı. Bu məktublar indiyədək İtaliya dövlətarxivlərində saxlanır.

TƏQVİM / ARXİV