adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR

TOFİQ ABDİN
30760 | 2012-12-07 23:46
CƏMİL ƏLİBƏYOV - 85 (2)

"Altmışıncılar" proyektimizə ara davam edir.

Bu günlərdə (3 dekabr) Azərbaycanın qəzetçilik, jurnalistika vəyazarlıq dünyasında 1950-ci illərdən 1990-cı illərə uzanan bir tarixi məkandaunudulmaz xidmətləri olan çox sevimli bir İNSANIN və ZİYALININ 85 illiyi buaranın davam etməsinə vəsilə oldu. Əslində bu gözəl şəxsiyyəti də eləALTMIŞINCILAR ruhunda sevmək mümkündür. Çünki, o illərin ən demokratikziyalılarından və baş redaktorlarındanbiri olan Cəmil Əlibəyov həqiqətən o illərin yaradıcılarının bir çoxunun hamisiolmuşdur.

Məmməd Oruc (yazar): Bakıda yer tərpəndi, yadıma Tofiq düşdü.Dəli-dolu dostum Tofiq Məhərrəmoğlu. Ötən il də belə idi. Hər dəfə Türkiyədənzəlzələ xəbərləri alanda Tofiqi xatırlayırdım: görəsən indi neynəyir? Türkçülükonun qanında idi. On il qabaq onu Türkiyəyə də mən bilən ehtiyacdan daha çox buqan apardı. Ötən bu on il ərzində onu bir dəfə görmüşəm.

O da yuxuda. Gördüm ki, cavanlıq çağlarımızdı, Tofiq "Gənc qələmlər" dərnəyində şeir oxuyur,coşub-daşır, raketləri ölkələrin bir-birinə silkələdiyi barmaqlara oxşadır. Buyuxudan ayılandan sonra yadıma düşdü ki, həqiqətən də mənim Tofiqlə ilktanışlığıma səbəb bu misralar olub. Raketlərin bir-birinə silkələn barmaqlarabənzədildiyi misralar. Heç bilmirəm, o zaman bu misralar məni niyə beləsilkələdi? 1969-cu ilin payızı idi. Mən hələ tələbə idim. Tofiq isə mən biləntələbəçiliyin daşını atmışdı. Cəmil müəllimin (Cəmil Əlibəyovun) başçılıqetdiyi o dərnəkdə bəyənilən şeirlər bir qayda olaraq "Azərbaycan gəncləri" qazetində çap olunurdu. AmmaTofiqin o şeiri o gecəki məclisdə bəyənilsə də, üstündən uzun illər keçəndənsonra mətbuatda göründü. O zaman cavan yazarların çap olunması ümumiyyətləçətin olsa da, Tofiq daha çox bu problemlə üzləşirdi. Çünki Tofiqin savadı,səviyyəsi imkan vermirdi ki, ənənəvi Azərbaycan şeirinin müstəvisində qalsın. "Gənc qələmlər" dərnəyinin məşğələlərində kəskinçıxışları ilə seçilirdi. O zaman mən hərdən bu dərnəyin məşğələlərinə getməyəona görə can atırdım ki, görüm Tofiqdən təzə nə eşidəcəm? Əksəriyyət tərəfindənsevilməsə də, Tofiq bu dərnəkdə diqqət mərkezində idi. Və o zaman yazıları iləqan-qan deyən mövcud ideyaya boyun əyməyən Tofiqi ona görə təkləyə bilmirdilərki, onun Vidadi Paşayev, Vidadi Məmmədov, İsa İsmayılzadə, Azər Abdulla, RamizRövşən kimi əqidədaşları var idi. Bu gün də Tofiq şeir yazırmı? Bilmirəm, ammabir şeyi bilirəm ki, o, nəyə qadir olduğunu nəhayət ki "Qobustan" toplusunun səhifələrində sübutelədi".

Aman allahım, bütöv bir epoxa. Cəmil Əlibəyovun "Gənclər qəzeti" demokratik ədəbiyyatın vəaltmışıncıların müdafiəsinə qalxan ilk qəzetlərdən idi. Halbuki, bu qəzet heç də ədəbiyyat qəzeti deyildi, sənətqəzeti deyildi.

... Və mən bir çox ziyalının bəzən unudulmasını, onların taleyininacılı - xoş tərəfi hesab eləyirəm, əlacsızlıqdan və təsəlli üçün fəxr olunasıməqam hesab edirəm. Amma, neyləsən, bu həyat davam edir və bu həyatın içində öztaxtında mütəvazi bir ömür yaşayan vəçox zaman yaxınları və dostlarıyla birlikdə doğum gününü qeyd eləyən vədostları, qohumları başına yığışan bir gözəl ziylının həyatı bu düşük yaşam vədüşük həyat içində öz parlaq işığı iləneçə-neçə insana təsəlli versə də, bu işığın daha çox yayılmasına imkanolmadığını düşünüb, yenə də üzünü təsəlli ola biləcək şeylərə tutursan ki: nəyaxşı ki, Cəmil Əlibəyov kimi insanlar və azərbaycanlı ziyalı kişiləri var.

Çox məsul vəzifələrdə çalışan və indi son dərəcə sadə, son dərəcəmütəvazi həyat yaşayan, heç bir iddiadaolmayan, içində heç bir kin və kidurət görünməyən bu insana, bu yaradıcıyaqarşı olan sevgini azaltmaq gərək deyil, dostlar, gərək deyil! Biz əslində bunubir borc kimi yox, bir insan kimi başa düşməliyik, çünki ZAMAN amansızdır və buzaman bizimlə Cəmil müəllim arasında çoxaz bir məsafənin olduğunu bizə hər gün deyir və buna görə də heç bir iddiadaolmayan bu insana nə böyük bir məhəbbətin olduğunu o başa düşür və başa düşsə,yenə də içində BİR NİSGİL var. Lapçoxdan, onun içində bir nisgil var.Məncə onun içindəki o nisgil onu yaxşıinsan eləyib, onun içindəki o nisgil ona MƏNİM ANALI DÜNYAM adlı trilogiyanıyazdırıb, o nisgil ona diqtə eləyib ki,sən böyük yazar Çingiz Aytmatovun DƏNİZ SAHİLİYLƏ QAÇAN ALABAŞ əsərini anadilimizə çevir, bəli, məhz o nisgil bu cür gözəl sənət nümənələrininyaranmasına təkan olub və o nisgil olmasaydıCƏMİL ƏLİBƏYOV belə ola bilməzdi.

Baxmayın, bəylərin nisgili də BƏY nisgilidir...

...Mən bu yaşa gəldim və hələ də məni o qədər adi şeylərheyrətləndirir ki, məndən çox-çox gənc yaradıcılar mənim bu heyrətiminqabağında çox sakit və çox təmkinli görünürlər. Və elə bu baxımdan da Cəmilmüəllim haqqında yazdıqlarım bir çox insanlar tərəfindən bəlkə də, müəmma kimibaşa düşülə bilər. Üstəlik də, kimsə ortaya belə bir sual da qoya bilər: canıməfəndim, nədən siz bu qədər təəssüflənirsiz? Cəmil müəllim görəcəyi işlərigörüb, yazacağı əsərləri yazıb və yenə də yazır. Nədən siz onu diqqətdən uzaqhesab edirsiniz? Bunu hardan çıxardınız?

Bu sualların nə dərəcə haqlı və haqsız olduğunu mən bir türlüaraşdırıb cavab tapa bilmərəm. Bəlkə də yaradıcı insanın müəyyən bir məqamdaguşənişə çəkilməsi də, haqqın işidir. Şayət belədirsə, o zaman mən haqsızam vəbuna alışmaq üçün də bir zaman kəsimi və alışmadığımız bir tərbiyə lazımdır.Rasim Qaraca demişkən: TOFİQ ABDİNUNUDULMAQDAN ÇOX QORXUR. Doğru: unudulmaqdan qorxuduğum, bu qorxunu dabaşqalarına rəva görmədiym üçün bu qədər narahatam.

Bu qorxunu yaşamamaq üçün fikrim kompüterin, barmaqlarım klavyeninüstündədir. Düşüncələrim mənə görəunudulmağa məruz qalan insanların yanında.

Yazıçı-dramaturq AslanQəhrəmanlı: Cəmil Əlibəyov gözəl yazıçı, istedadlı jurnalist, həm də xeyirxahbir insandır. O, çox vəzifələrdə işləyib və hamısında da səmərəli fəaliyyətgöstərib. Fikrimcə, onun hər işdə uğur qazanmasına fitri təşkilatçılıqqabiliyyəti ilə yanaşı xeyirxahlığı da kömək etmişdir. Yadımdadır, "Azərbaycan gəncləri" qəzetində redaktor olduğu dövrdəo, qəzetə çoxlu istedadlı gənc cəlb etmişdi. Bu qəzet respublikamızın ən çoxoxunan qəzetlərindən birinə çevrilmişdi. İndi hamının tanıdığı, o zamanlar isəyaradıcılığa təzəcə başlamış şairlər, naşirlər, ilk qələm təcrübələrini Cəmilmüəllimin yanına aparır, onun xeyir-duasını almaq istəyirdilər. Bilirdilər ki,o pisə yaxşı, yaxşıya pis deməz, öz xeyirxah məsləhətlərini heç kimdənəsirgəməz, O dövrdə "Azərbaycan gəncləri" qəzetində cavanların bədii yaradıcılığından nümunələrdaha çox dərc olunurdu. Yeni rubrikalar, cəsarətli fikirlər bu qəzetdə asanlıqaözünə yol tapırdı. Qəzetin payız fəslinə həsr olunmuş buraxılışı indiyədəkmənim yadımdan çıxmayıb.

O zamanlar Yazıçılar Birliyinin Natəvan adına klubunda "Gənc qələmlər" ədəbi dərnəyi fəaliyyətgöstərirdi. Bu dərnəyin yaradıcısı və aparıcısı Cəmil Əlibəyov idi. Artıqtanınmış şairlər və yazıçılar da cavanların yeni əsərləri barədə öz fikirlərinideyir, onları həvəsləndirirdilər. Xəlil Rza Ulutürk, Məmməd Araz, Cabir Novruz,Tofiq Bayram o dərnəyin demək olar ki, bütün məşğələlərində iştirak edir, bəzənöz şeirlərini də oxuyurdular. Bəyənilən əsərlərin bir hissəsi "Azərbaycan gəncləri" qəzetində dərc olunurdu. Mən dəilk hekayəmi həmin dərnəkdə oxumuşdum. Sonralar Cəmil müəllim radioda işləyəndədə yenə istedadlı gənclər ətrafına yığıldılar. Onun insanı maqnit kimi cəzbetməxüsusiyyəti burada da özünü göstərirdi. Cəmil Əlibəyovun nəsri də gənclərtərəfindən sevilə-sevilə oxunurdu. Keçən əsrin 80-ci illərində onun "Dözümlü məhəbbət", "Qızıl at və torpaq", "Mənimanalı dünyam"kitabları ən çox yayılan kitablardan idi.

Povest və hekayələrimdən ibarət "Qızıl zəncirli açar" kitabımın çap olunmasında Cəmil müəllimin xeyirxah köməyini heçzaman unuda bilmərəm. O, 1990-cı ildə "Yazıçı"nəşriyyatına təzəcə baş redaktor təyin edilmişdi. Mənə dedilər ki, Cəmilmüəllim səni soruşur, onun yanına get. Getdim. Çox səmimi qarşıladı. Stolunüstündə yalnız özünə məxsus səliqə-sahman vardı. Qarşısındakı siyahıya ötərigöz gəzdirib soruşdu ki, sənin keçən ildən planda olan kitabın nə vaxt çapdan çıxacaq? Cavab verdim:

- Cəmil müəllim, bir ildən artıqdır ki, mətbəədədir. Deyirlər çoxdanyığılıb. Amma nə vaxt çıxacağını bilmirəm.

Dedi:

- Elə bu saat get mətbəəyə. Xahiş, minnət elə, çapa versinlər. Sonragec olacaq.

Başa düşmədim:

- Nə gec olacaq? Hazır kitabdır, çap edəcəklər.

Qayğılı-qayğılı gülümsədi:

- Eləməyəcəklər. Ölkə dağılır. Get,kitabını buraxdır.

Həmin gün mətbəəyə gedib kitabımın çapını tezləşdirdim. Doğrudur,buraxılmış səhvləri düzəltməmişdilər. Amma hər halda kitab çıxdı. Həmin ilmətbəədə olan kitabların çox az hissəsi işıq üzü gördü.

Gözəl yazıçımız Cəmil Əlibəyov indi də yazıb-yaradır. Ona cansağlığı,uzun ömür, yaradıcılıq müvəffəqiyyətləri arzu edirəm.

***

Not: Yazar Qalib Toğrulun birvaxtlar "525-ci qəzet"də çap olunmuş ÖRNƏK ZİYALI yazısından bilgilər: ...Cəmil Əlibəyov hərşeydən əvvəl böyük bir nəslin (YAZAR -bu söz mənim əlavəmdir, Qalib bəlkə də insani anlamda nəsil davamınınəzərdə tutur) yetişməsində müstəsna rol oynayıb. "Azərbaycan gəncləri", "Kommunist" qəzetlərindəbaş redaktor olduğu dövrlər Azərbaycan sovet mətbuatında mərhələlər kimixarakterizə olunub, Azərbaycan radiosuna, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərliketməklə sənət tariximizin (SƏNƏT-bu mənim əlavəmdir) şərəfli bir dövrünüformalaşdırıb. Harada çalışmasından asılı olmayaraq o, öz işinin vurğunu kimiyenilik axtarıb, sələflərindən fərqli olaraq xüsusən yaradıcı işçilərə (yaxşıolardı ki, İNSANLARA - bu mənim əlavəmdir) çox həsas yanaşıb, onlarınistedadının üzə çıxmasında bütün mümkün vasitələrdən yararlanmağa çalışıb.

(SON)

Tofiq Abdin

[email protected]

www.tofigabdin.com

TƏQVİM / ARXİV