ÜZÜK

FAİQ QİSMƏTOĞLU
40608 | 2012-12-07 23:45
... Gözlərinə inanmadı. Amma hiss edirdi ki, qarşısına çıxdığı bugözəl qızı nə vaxtsa yuxusunda görüb. Yuxusunda görmüşdü ki, ortaboylu, qarasaçbir qızla tanış olur. Sonra da qız ona dönüb baxır, gülüb gedir...

Fikirləşirdi ki, elə qarşısına çıxdığı qız yuxuda gördüyü qızdı. Özüdə bu qız çox uzaqda deyil, onların kirayənişin yaşadığı həyətdə olur. Qız birqədər duruxdu. Oğlansa onun sakit hərəkətlərinə diqqət yetirir və qızınçöhrəsinə baxırdı. Qızın çöhrəsində isəçox şirin və ilıq bir təbəssüm vardı. Oğlanın adı Rafiq, qızın adı isə Nisəidi. Hər ikisi Azərbaycan Dövlət Universitetində oxuyurdu; qız filologiya,oğlan isə hüquq fakültəsində təhsil alırdı.

Elə bayaqdan gözləri qızın çöhrəsinə dikilmişdi. O, şirin və ilıqtəbəssüm Rafiqin ürəyinin sarı siminə toxunmuşdu. Qız bir addım yeriyib ayağınısaxladı. Sonra da dilləndi:

- Bizim həyətə deyəsən, təzə köçmüsünüz?

Oğlan:

- 10 gündür.

- Amma mən sizi universitetdə görmüşəm, - bu sözləri Nisə dedi. Sonrada baxışlarını yerə zilləyib susdu. Bəlkə də oğlandan bir cavab gözləyirdi.

Rafiq bir qədər duruxub dedi:

- Mən də sizi filologiyafakültəsində görmüşəm. Şəkliniz də "Şərəf lövhəsi"ndədir.

- Onsuz da mən orta məktəbi də qızıl medalla bitirmişəm. Qəbulda birimtahan vermişəm, ondan da "5" almışam.

Rafiq qızın danışıqlarını çox böyük maraqla dinləyirdi. Özünü o yerəqoymayıb dedi:

- Mən də orta məktəbi "əla"qiymətlərlə qutarmışam. Attestatımda bir "4"-üm dəolmayıb. Sadəcə olaraq, atam varlı adam olduğu üçün mənə qızıl medalvermədilər. Heç atam da qızıl medalı mənə almaq istəmirdi. Deyirdi, lap pulverib qızıl medal alaram, amma mənim savadıma, biliyimə və bacarığıma inanırdı.Mən də qəbul imtahanı zamanı 4 imtahanın üçündən "5" qiymət,birindən isə "4" alıb hüquq fakültəsinə qəbulolmuşam.

Hər ikisi ilk söhbətdən və tanışlıqdan məmnun qalmışdı. İkisinin dəsavadı, düşüncəsi və həyat tərzi hardasa bir-birinə çox yaxın idi. Bu yaxınlıqonları birləşdirə bilərdi, amma onları ayıran şeylər də vardı.

Qapının ağzında çox danışmaq olmazdı. Çünki "Sovetski" deyilən yerdə qızla oğlanınsöhbət eləməsi, bir yerdə getməsi vəzarafatlaşması heç cürə qəbul edilməzdi. Bunu həm oğlan yaxşı bilirdi, həm dəqız. Sadəcə olaraq, onlar qapının ağzında bir neçə dəqiqə ləngidilər. Qızhəyətə girib, ikinci mərtəbəyə qalxdı, oğlansa birinci mərtəbədə kirayələdiyimənzilə girdi...

Özləri də bilmədən bir-birinin qarşısına tez-tez çıxırdı. Çıxanda dagözləri bir-birinə sataşır və qeyri-adi baxışları onları bir-birinə cəlb edirdi.Hər ikisi hiss edirdi ki, bu baxış adi baxış deyil.

Elə oldu ki, bir gün universitetdə keçirilən tədbirdə hər ikisiyenidən görüşdü. Amma bu dəfə ilk görüşdən fərqli olaraq, həm Nisənin, həm dəRafiqin dili açıldı, əlləri bir-biribətoxundu. Əlləri bir-birinə dəyəndə elə bil ki, Rafiqin gözlərində ildırımçaxdı. Daxilinə, varlığına və ürəyinə bir ilğım, bir qeyri-adi enerji axdı.Tədbirin sona çatmasını gözləyirdilər. Daha doğrusu, hər ikisi bu cansıxıcıtədbirin uzanmasından lap bezmişdi.

Tədbir gec çəksə də axır ki, başa çatdı.

Rafiq:

- İcazə versəydin, səni o biri binaya taksi ilə aparardım.

Nisə:

- Yox, qardaşıma xəbər çatdırarlar ki, mən başqa bir oğlanla taksiyəminib harasa getmişəm. Qardaşım bilsə, başımı kəsər. Elə yaxşısı budur avtobusaminək və köhnə binaya qayıdaq.

Onlar avtobusa mindilər və köhnə binaya qayıtdılar: qız filologiyafakültəsinə, oğlansa hüquq fakültəsinə doğru addımladı.

Qış təzə girsə də, hava çox soyuq idi. Bakının sərt küləyi isəşaxtalı havanı daha da sərtləşdirir və şaxta adamı qılınc kimi kəsirdi. Dərsbaşa çatmışdı. Oğlan tində durub Nisəni gözləyirdi. Nisə də tələbəyoldaşlarından ayrılıb üzü "Sovetski" məhləsinə doğru getdi. Rafiq isə onu çox aralanmağa qoymadı.Tezliklə özünü Nisəyə çatdırdı. Rafiq paltosunun yuxarı hissəsini qaldırmışdıki, külək onu vurmasın. Çünki bir neçə gün əvvəl bərk soyuqlamışdı. Bir müddətheç birisi dillənmədi. Axırda Nisə dedi:

- Rafiq, dərsdən qayıdanda mənim yanımda çox görünmə. Çünki bilirsəndə, buranın camaatı çox sözbazdır və məhlənin uşaqları da qardaşım Cabiri yaxşıtanıyır, ona çatdırarlar, sonra da aləm bir-birinə dəyər.

Nisənini qardaşı Cabir müəllim texnikumlardan birində direktormüavini işləyirdi. Özü də yaxşı hörməti vardı. Qəşəng də tar çalırdı. Amma bunabaxmayaraq, onun bir gözü bacısının üstündə idi. Çünki evdən belətapşırmışdılar ki, qız uşağını nəzarətsiz buraxmasın. Hətta Cabir müəllimtez-tez universitetə gedər, bacısı ilə maraqlanardı.

Davamlı olaraq bir-biri ilə görüşürdülər. Hər görüşdə bir qədərdoğmalaşır və bir qədər də yaxınlaşırdılar. İlk görüşdə danışanda dodaqlarısəyriyən Rafiq artıq Nisəyə o qədər öyrəşmişdi ki, bir gün onu görməyəndə özünəyer tapa bilmirdi. Hətta üç-dörd günlüyə kəndə gedəndə elə bil ki, bu üç-dördgün onun üçün bir il qədər vaxt idi. Ona görə də son vaxtlar heç kəndə dəgetmək istəmirdi.

Artıq qız 5-ci kursda oxuyurdu, Rafiq isə 3-cü kursa gedirdi. Hərikisi əhdi-peyman eləmişdi. Qız demişdi ki, bizi ancaq ölüm ayıra bilər, ammaonları ölüm yox, çox imkanlı və varlı bir oğlanını qıza gözü düşməsi ayırdı.Qış imtahan-sessiyasından sonra Rafiq Nisəni bir neçə ay görmədi. Həttagünlərin bir günündə onlar yaşadıqları Sovet küçəsindən köçdülər. Onlar köçəndəsanki Rafiqin sevgi dünyası alt-üst oldu. Artıq Rafiq bilmirdi ki, onlar haraköçüb və harda yaşayırlar. Bircə köç aparan maşınının sürücüsünə qızın xalasıoğlunun dediyi söz yadında qalmışdı: "Maşını şestoy paralelniyə sür!". Bundan savayı, day onun yadında heç nə qalmamışdıi.

Sən demə, qızın yaxın qohumu və kəndlisi, imkanlı biznesmen olan biroğlan onlara elçi göndəribmiş və qızın da atasının razılığını alıbmış.

Nisə qış imtahan sessiyasından sonra gec qayıtdı. Elə oldu ki,Rafiqlə o filologiya fakültəsinin pilləkənlərində rastlaşdı. Rafiqin gözü onunubarmağındakı nişan üzüyünə sataşdı. O üzük sanki bir anlıq əfi ilan olubyapışdı onun boğazından. Qıza bir söz demək istəsə də dili söz tutmadı vəgözləri doldu. Qız onun gözlərinin dolduğunu görüb, Rafiqi bir qədərsakitləşdirdi:

- Mən özüm də istəmirdim, atamzor gücünə məni bir pullu oğlana verib. Bu nişan üzüyü də onundur. Heçürəyim də istəmir. Amma atamdan keçə bilmirəm. Çünki atam xəstə adamdı, etirazedərəm, ürəyi partlayar...

Rafiqin gözləri yenidən doldu və ha istədi ki, qız göz yaşlarınıgörməsin, ancaq özündən asılı olmayaraq, o göz yaşları gözlərindən yanaqlarınadoğru axırdı. Rafiq dilləndi:

- Mənim sənə heç bir sözüm yoxdur. Yəqin şair Vaqif Bəhmənlinin "Üzük" şeirini oxumusan. Bu şeir həm mənim, həm də sənin həyat rəmzindir.Qoy bir-iki bənd deyim, ürəyim sakitləşsin:

Köçdüm gözlərinə günün birində,

Varlığım qəlbində durmadımı bəs?!

Sənin o nişanlın bəbəklərində,

Mənim nişanəmi görmədimi bəs?!

Qız bu misaraları eşidəndən sonra hönkür-hönkür ağladı. Rafiq sənəqurban olum, mənim ürəyimi, qəlbimi tarı-mar eləmə. Bir Allah bilir ki, mənsəni nə qədər çox sevirəm. Amma gərəksəninlə ailə qursaydım atamı itirməli idim. Atamınsa sözünü heç vaxtyerə salmamışıq...

Qar yağırdı. Ağappaq yağan qarın bu sevgidən, bu həsrətdən və bukədərdən xəbəri yox idi. Qız pilləkənləüzü aşağı düşüb bayıra çıxdı və bir neçə addım irəlilədi. Rafiq isəarxadan gəlirdi. Qız getdikcə, geriyə boylanır, Rafiq isə donub yerindəqalmışdı. Elə bil ki, ağappaq yağan qar və qışın şaxtası onu ayaqlarından yerəmıxlamışdı. Bakını ağ örpəyə bürünən qarında qız gözdən itdi.

İllər ötdü, həm Nisə, həm də Rafiq ailə qurmuşdu. Hər ikisibaşqa-başqa insanlarla talelərini bağlamışdılar. Artıq Rafiq hüquq fakültəsinibitirib, rayonlardan birində prokuror işləyirdi. İlk sevgisi də yaddançıxmışdı, qarlı və şaxtalı günlər də. Birdən köməkçi otağa keçib prokuroradedi:

- Sizin yanınıza bir qadın gəlmək istəyir. Deyir ki, Rafiq müəllimlətələbə yoldaşı olmuşuq, oğlu da bu ərazidə maşınla qəza törədərək adam vurub.Oğlumu milisə aparıblar, özümsə ərimlə onun yanına köməyə gəlmişik.

Prokuror bir qədər fikrə daldı. Fikirləşdi ki, yəqin bu elə həminxanım olacaq. Amma həmin xanımın olacağına bir o qədər inamı yox idi. Dedi ki,yəqin hüquq fakültəsini mənimlə bitirən qızlardan biri gəlib.

Prokuror:

- Buraxın gəlsin!..

Qadın qəbul otağına gəldi və birbaşa prokurorun otağına keçdi.Prokuror isə başının qaldırmadan sənədlərə baxıb nəsə düzəliş eləyirdi.

Xanım:

- Rafiq müəllim, sizi xoş gördük!..

Prokuror başın qaldıranda gözlərinə inanmadı. Səs ona çox doğma gəldivə 40 il bundan əvvəl eşitdiyi doğma səs idi. Başını qaldıranda gördü ki, onasalam verən xanım Nisədi.

Prokuror, kreslodan qalxıb irəli yeridi və dilləndi:

- Xanım, xoş gəlmisiniz. Heç mənim ağlıma gəlməzdi ki, tələbə yoldaşıdeyəndə siz olarsınız. Amma adamın ağlına gəlməyən bəzən, başına gəlir.

Nisə prokurorun isti münasibətindən özünü rahat hiss elədi vədilləndi:

- Bura gəlməkdə məqsədim sizdən kömək istəməkdi. Oğlum maşınlakeçəndə bir piyadanı vurub, sonra da onu götürüb xəstəxanaya aparıb.Xoşbəxtlikdən piyadaya bir şey olmayıb.

Prokuror:

- Hadisədən xəbərim var. Oğlunuzpiyadanı vurandan sonra, ona kömək göstərib və bu da onun əməlləriniyüngülləşdirib. Narahat olmayın, oğlunuz indi milis şöbəsindədi. Heç zərərçəkəntərəf də elə bir şikayət eləmir. Müəyyən istintaq hərəkətləri aparılıb və məlumolub ki, piyadanın günahı üzündən hadisə baş verib.

Prokurorun belə səmimi danışması Nisəni çox sevindirdi. Fikirləşdiki, o əhdinə dönük çıxsa da, prokuror çox saf adamdı. Tələbəlik illərindəolduğu kimi, səmimi, savadlı və iradəli insandı.

Prokuror irəli yeriyib Nisəyə dedi:

- Bu dəqiqə zəng edərəm, uşağı bura gətirərlər. Elə burdan da uşağıgötürüb evinizə gedərsiniz.

Birdən prokurora zəng gəldi. Zəng eləyən də onun balaca qızı Almazidi:

- Ata, bu gün mənim adgünümdür. Mənə nə almısan? Özü də evə axşam tez gələrsən ha?!

Prokuror "yaxşı qızım" - deyib, dəstəyi yerinə qoydu. Sonra da üzündə ilıq bir təbəssümyarandı. Nisə bu təbəssümü isə 40 il bundan əvvəl görmüşdü. Görmüşdü kü, buadam çox sadə, çox səmimi oğlan idi. Amma hər şey keçmişdə qalmışdı. İlkməhəbbət də, ilk təbəssüm də...

Onların yolu çoxdan ayrılmışdı. Elə bəlkə də bu yolun ayrılması dahayaxşı idi. Çünki Rafiq çox gözəl birailə qurmuşdu və çox gözəl də övladlar böyütmüşdü. Nisə onun kabinetindənçıxanda özü də bilmirdi ki, nə eləsin. Bir onu bilirdi ki, gəncliyində elədiyisəhvi və yanlış addımı heç vaxt düzəldə bilməyəcək.

Bayırda isə müğənninin oxuduğu "Ayrılıq"mahnısı səslənirdi. Bu mahnını eşidəndə Nisənin gözləri doldu və maşınaəyləşəndə hönkür-hönkür ağladı. Elə bilirdilər ki, oğlu üçün ağlayır. Ammaartıq oğlu da azad olunmuşdu və onları gözləyirdi.

... Maşın milis şöbəsinə tərəf irəliləyirdi. Oğlu yolun kənarındadayanıb, onları gözləyirdi. Uşaq sevinclə maşına əyləşib "məni buraxdılar" - dedi. Bu sözləri eşidəndənsonra Nisənin həyat yoldaşının çiynindən elə bir ağır bir yük götürüldü. Uşaqmaşının arxa salonunda əyləşdi və avtomobil bir göz qırpımında milis şöbəsindənuzaqlaşdı...

FAİQ QİSMƏTOĞLU

[email protected]


TƏQVİM / ARXİV