adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ZƏİF DAMARIMIZ

FƏRİDƏ RƏHİMLİ
83924 | 2012-12-07 23:41
Bu mənim dilənçilər barəsində dördüncü, ya beşinci yazımdı. Mövzuyayenidən qayıtmağımın səbəbi millət vəkili, çox hörmətli Qənirə Paşayevanındilənçilər və onlara cəmiyyətin laqeydliyi haqqındakı fikirləri oldu.

Hörmətli millət vəkilimizin həmin fikri ilə tamamilə əksdüşüncədəyəm.

İllər öncə dilənçilər ehtiyacdan yol kənarlarında, əhalinin sıx olduğuyerlərdə bir küncdə dayanaraq utana-utana səslərini çıxarmadan əl açıbdilənərdilər. Hər rayon mərkəzində (kəndlərdə dilənən olmazdı, çünki kənddəehtiyacı olanı hamı bilirdi və gücü çatan köməyini edirdi. Onun kiməsə ağızaçmasına ehtiyac qalmırdı...) bir "tanınmış" dilənçi olardı. O da ya həddən artıq kasıb, kimsəsiz, ya da şüurcəhətdən bir az zəif olması ilə seçilərdi. Bizim rayon mərkəzində Bayram adlıbir dilənçi vardı. Dəlidi, deyirdilər. Gənclər onun bayağı sözlərini eşitməküçün başına yığışaraq danışdırıb gülər, onu ehtiyac çəkməyə qoymazdılar...

Həmin vaxtlar Bakıda da eyni vəziyyətin şahidi olardıq. Və hər kəs dəgücü çatan köməyi edərdi dilənçilərə. İndi isə tamam başqa vəziyyətdi. Birvaxtlar "168 saat" qəzetinin səhv etmirəmsə, Azəradlı yazarı vardı. Onun işlətdiyi bir cümləni hər gün rastlaşdığım dilənçiləryadımdan çıxmağa qoymur: "Millətimin dilənçisinə də inanmıram..." Mən bu sözlə tamamilə şərikəm. Çünki "yetiməm, anam xəstədi,bacım xəstədi, rayondan gəlmişəm məni soyublar,qayıtmağa pulum yoxdu, türmədən çıxmışam, evə getməyə yol pulu..."və sair yalanları hər gün o qədər eşidirəm ki, artıq o sözü deyənlərənəinki mərhəmət göstərmək, onları döymək keçir içimdən. Bir dəfə avtobusdahamının halına acıdığı əl-ayağı şikəst bir gənc dilənirdi. O, pulu yığdıqdansonra sayaraq dostlarına: düzəldi, getdik! - deyərək avtobusdan yerə enərkənəl-ayağının "düzəlməsinə" lap məətəl qaldım.Günü-gündən artan dilənçilər ordusu doğrudan əhalinin əsəbləri iləoynayır. Millət vəkili dilənçilərəmərhəmətlə yanaşmanı təklif edirsə, onda mənim də bir millət nümayəndəsikimi sualım ola bilər: Sizcə, bu qədər inkişafdan, tərəqqidən, artan büdcədənsöhbət getdiyi bir neft ölkəsində bu qədər dilənçi ordusunun "fəaliyyəti" normaldımı? Onların əlindənküçədə rahat yerimək də olmur. Bir-iki nəfərin həqiqətən ehtiyacı olsa da,göstərdiyimiz o "mərhəmətlə" yüzlərlə asan qazanc yolunututan adamların fəaliyyətinə rəvac vermiş olmuruqmu? Adı çoxlarına bəlli olanbir aran rayonundan tökülüşüb ailə-uşağıyla Bakıya "işləməyə" gələn bu dilənçilərin çoxunun həmin rayonda rahat ev-eşiyi, maşını,şəraiti olduğunun şahidləri var. On beş yaşlı qızın avtobuslarda özü yaşda,yaxud özündən böyük oğlanların ayaqlarından öpərək yalvarıb pul istəməsi hərkəsdə mərhəmət hissi deyil, ikrah hissi yaradır. Doğrudan "çörək pulu"na ehtiyacı olan kəs o pulu əldəedəndən sonra çəkilib gedər. Bunlar nə qədər çörək yeyirlər??? İlin bütünfəslini səhərdən axşamadək çörək pulu dilənməkmi olar? Həm də abırsızlıqla,saymazyana, sanki onlara borcun varmış kimi əlindən, qolundan tutaraqçəkişdirməklə...

Qənirə xanımın adamlarındilindən məzəmmətlə işlətdiyi "bunların əlindən cana yığıldıq" kəlməsini mən də işlədirəm, özü də tez-tez. Çünki doğrudan onlarınəlindən nə bazarda, nə avtobusda, nə metroda, hətta xəstəxanada belə, tərpənəbilmirsən. Fürsət gözləyib insanların zəif damarını tuturlar: Allah xəstənizəşəfa versin! Söz yox ki, əlini Allahın ətəyindən üzməyən ağır xəstə sahibiəlini cibinə atmağa məcbur olur. Burda hansı mərhəmətdən söhbət gedə bilər. Buabırsızlıqdı, dəllallıqdı, insanlıqdan kənar hərəkətlərdi. Qaldı ki həqiqətənşikəst olub, köməyə, mərhəmətə ehtiyacı olanlar, onlara o birilərin ucbatındaninanmırlar. Odur ki, vətəndaşları mərhəmətə səsləməkdənsə, onların dövlətqayğısıyla təmin olunması daha ədalətli qərar olar.

Hər gün keçdiyim 20 yanvarmetrosuna yaxın ərazidə yolun bir tərəfində qıpqırmızı yanaqları olan qadın mənBakıya gələndən (80-ci illərdən) o ərtafda dilənir. Sifətinə yazıq görkəm veribuca səslə elə yalvarır ki, tanımayanın doğrudan yazığı gəlir. (Amma o illərdənbəri mən neçə iş yeri dəyişmişəm. Ya işim bağlanıb, ya maaş qane etməyib. Onunişi və yeri isə sabitdi!!!) Ondan bir az aralıda sağlam görkəmli bir cavan kişişalvarının balağını qatlayaraq, dərisi yanıb büzüşmüş ayağına işarə edərəkyardım istəyir. O yara uzun illər bundan qabaq sağalıb, izləri qalıb. Və o kişiillər boyu yığdığı pullarla olanından yaxşı yeni iki dənə ayaq da düzəltdirəbilərdi... Yolun o biri tərəfindəki körpünün altında cavan gəlin maşınların sıxolduğu yerdə dayanıb keçən sürücülərə əl açır. Sağlam və gözəl qadın! Üzünü dəgizlətmir. Güclü alibi də var: əxlaqsızlıq eləməkdənsə, dilənirəm. Güya ki, oəxlaqsızlıq etmir deyə millət onu yedizdirməlidi... Bu millət niyə bu günəqaldı?!

Bir iki addım o yanda iki gözündən zəlil olan qoca kişi dayanır. Onun taleyindən xəbərdaram. Deyilənə görə,onun qızı atası üzündən boşanıb. Yəni əri "ya atan, ya mən!" - dedikdə qız atasını seçib. Bəs bu fədakarlıq qarşısında onu soyuqda,istidə diləndirmək nə üçün?.. Kişidənbir az o yanda kardon parçasının üstündəoturub dönər yeyən dörd-beş yaşlı qızcığazsa təzə başlayır deyəsən. Hələ utanırnəsə istəməyə, sadəcə yanına qoyduğu qutuya, sonra da yolu keçənlərə baxır.Gözəl gözləri var. Hələ təmizdi, məsumdu gözləri. Ona "dönər alanın" kim olduğunu bilmək istəyirəm. Qıza yaxınlaşıb nəsəsoruşmağa macal tapmamış, hardansa müdafiəçisi çıxır. Utanmırsanmı bu körpənidiləndirməyə? - deyə soruşuram. Halını da pozmadan: neyniyim, çörək pulu...cavabını verir. Uşaqdan o yandagözlərini yumub, əyri əlini irəli uzadaraq nəsə deyən cavan qadın... Birərazidə bu qədər dilənçi... hələ qaraçıları demirəm...

Aktrisamız NaibəAllahverdiyeva bir neçə il əvvəl dilənçi rolunda, qucağındakı "körpəsiylə" bir neçə saat "dilənməli" oldu. Və çəkilişin axırında etiraf etdi ki, bir aylıq maaşını birneçə saatda yığıb...

Yazımla məqsədim insanları mərhəmətdən uzaqlaşdırmaq deyil. Mərhəmətbizi yaradanın sevdiyi ali insani hisslərdən biridi. Yeri gələndə bir - birinəəl tutmaq müsəlmanın, ümumiyyətlə, insan övladının borcudur. Amma mərhəmət biziələ salanlara, insani hisslərimizdən sui-istifadə edənlərə deyil, əsl ehtiyacıolanlara göstərilməlidi. İnsan sifətindən abır-həya getdisə, ondan hər şeygözlə!

P.S. Deyilənə görə millət atası Hacı Zeynalabdin Tağıyev onunqarşısına çıxan erməni dilənçisinə pul verib uzaqlaşır. Bir azdan həmyerlimizlərastaşanda isə ona pul vermədən nəsə deyib ayrılır. Ondan soruşurlar ki, niyəerməni dilənçisinə pul verdin, özümüzünkünə yox? Cavab verir ki, mən millətimidilənçi görmək istəmirəm. Əgər həqiqətənonun çörək puluna ehtiyacı varsa, onu buruqda işə dəvət etdim, pulu halalzəhmətlə qazanıb yesin. Allah rəhmət eləsin Hacıya! İndi elələri varmı, bir dəolacaqmı, bilmirəm...

Heç olmasa, bu millətidilənçiliyə həvəsləndirməyək!

Fəridə RƏHİMLİ

[email protected]

TƏQVİM / ARXİV