adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Oktyabr 2013 09:28
97921
AVTOMABİL
A- A+

Pərdələr yenidən söküləcək

Azərbaycan ərazisində maşınlara pərdə vurulmasına verilmiş icazə bitmək üzrədir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin qərarına əsasən, iqlim şəraiti nəzərə alınmaqla hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə icazə verilir.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, noyabrın 15-də avtomobillərdə sənaye üsulu ilə hazırlanmış pərdələrin istifadəsinə verilmiş icazə başa çatır. Artıq maşınlarda arxa qapıdakı pərdələrin istifadəsinə icazə verilməyəcək.