MƏHƏMMƏD BAHARLININ SÖZ ALƏMİ

VAQİF YUSİFLİ
73456 | 2012-12-07 23:40
Azərbaycanın tanınmış ziyalılarından biri - pedoqoji, elmifəaliyyəti, publisistik və bədii yaradıcılığı ilə diqqəti cəlb edən MəhəmmədBaharlı yaşının altmış beşində Seçilmiş əsərlərinin dördcildliyini oxucularaçatdırıb: birinci cilddə müəllifin publisistik yazıları əks olunub. Biz MəhəmmədBaharlını ilk növbədə, bir publisist kimi tanıyırıq və Seçilmiş əsərləri butipli yazılarla başlamağı təbii və qanunauyğun hesab edirik. İkinci cilddəM.Baharlının şeirləri, üçüncü cilddə isə povest. Hekayə və yumorları təqdimolunur. Nəhayət, sonuncu cilddə Baharlının"Məktəbdəpedaqoji işə rəhbərlik" başlığı altında silsilə yazıları öz əksini tapır.

Bu qısa təqdimatdan da hiss etdiniz ki, Məhəmməd Baharlının söz və fikir aləmi çoxçalarlıdır.Həm elmi pedoqoji fəaliyyətlə məşğul olmaq, ardıcıl və sərasər publisistikməqalələr yazmaq, həm də ürəyinin dediklərini şerə çevirmək, həyatda, yaşadığıcəmiyyətdə müşahidə etdiyi, şahidi olduğu hadisələri nəsr dililə oxucularatəqdim etmək... bütün bunlar bir insan ömrünün - bir ziyalı ömrünün axtarışlarıkimi dəyərləndirilməlidir.

Seçilmiş əsərlərin birinci cildində Məhəmməd Baharlınınnəsil-nəcabətinə, soy kökünə, ulu mənşəyinə aid olan "Azərbaycan tarixi: Baharlılar" adlı çox qiymətli bir yazıdiqqəti cəlb edir və cild elə bu yazıyla açılır. Mən istəmirəm bu gözəl yazıdaolan məlumatları, dəyərli faktları təkrar edim, amma bir neçə faktı gərəknəzərə çarpdırım. M.Baharlı Azərbaycan xalqının formalaşmasında ayrı-ayrıetnoslar, tayfalar, boylar əsas rol oynamışlar, belə tayfalardan biri min ildənçox tarixi olan Baharlılardır - orta əsrlərdə Azərbaycanda və Hindistanda böyükdövlətlər yaratmış Baharlılar. İlk dəfə XV əsrə aid məxəzlərdə adı çəkilənBaharlılar müəllifin yazdığına görə Qaraqoyunlu Tayfa İttifaqında (1980) vəQaraqoyunlu dövlətində (1410-1468) hakim mövqe tutmuşlar. Bu, adicə faktolmayıb, bir nəslin şanlı tarixinin başlanğıcını əks etdirir. Məhəmməd Baharlıgörkəmli tarixçilərin fikirlərinə müraciət edir və Baharlılar haqqında elmifikrin gəldiyi qənaətləri oxucularla bölüşür. Məsələn, 1994-cü ildə nəşredilən, akademik Ziya Bünyadovun və professor Yusif Yusifovun redaktəsi ilə çapolunan "Azərbaycantarixi" dərsliyindəbelə bir faktı nəzərə çarpdırır ki: "1410-cu il avqust ayının 30-da Təbriz yaxınlığındakı Şənbi-Qazan adlıyerdə Qara Yusifin (1355-1420) hakimiyyət yaratmaq uğrunda apardığı son döyüşqələbə ilə nəticələndi. Beləliklə,Baharlı tayfasından olan sülalənin başçılığı ilə və səyi nəticəsində AzərbaycanQaraqoyunlu dövləti yarandı. Kürdən cənuba doğru uzanan Azərbaycan torpaqları,Ərməniyyə, Kürdüstan, Gürcüstanın bir hissəsi (habelə Qarabağ, Gəncə, Şamxor),Qərbi İran və İraq bu dövlətin tərkibinə daxil edildi. Təbriz dövlətin paytaxtıoldu".

Məhəmməd Baharlı Azərbaycan tarixində silinməz izlər buraxan məşhurBaharlıları unutmur, Qara Yusifi, Gövhərşah bəyimi, Əli Şəkər bəy Baharlını, Xətainin əmiriMəhəmməd Baharlını, II İsmayılın yaxın tərəfdarı olmuş Xan Vəli bəy Baharlını,Qulu Qütbşahı, Cahanşahı, türk, fars, hind dillərində şeirlər yazmış Həsən bəyŞəkəroğlunu, divan yaratmış məşhur şair və riyaziyyatçı Nişa Mirzə Əbdülbaqini,"Leyli vəMəcnun", "Şahnameyi-Şah Təhmasib" əsərlərinin müəllifi SalimMahmud bəyi, Məhəmməd Bayram xan Baharlını, Mirzə Vəli Baharlını, MəhəmmədşəsənBaharlını xatırlayır, bəziləri haqqında sadəcə məlumat verir, bəzilərindən isəbir qədər ətraflı söz açır. Bu Baharlılardan biri-Mirzə Vəli Bayram oğluBaharlı və onun faciəli ölümü barədə vaxtilə mətbuatda bir sıra yazılar çapolunmuşdu. Müəllif də belə bir faktı nəzərə çarpdırır ki, Mirzə Vəli Baharlıİbrahim xan tərəfindən İrana, şah sarayına girov göndərilmişdi. Ancaq İbrahim xanla İran şahı arasında şərtpozulduğundan Mirzə Vəli top ağzına bağlanılıb faciəli surətdə öldürüldü.

Baharlılar mərd və igid insanlar olmuş, bu xüsusiyyəti əsrlər boyunəsildən nəsilə ötürə bilmişlər. Müstəqillik dövrümüzün ilk daxili işlərnaziri general Məhəmməd Əsədov da(1941-1991) Baharlılar nəslinin nümayəndəsi idi.

Fikrimcə, Məhəmməd Baharlı öz ulu mənşəyi ilə bağlı bu tədqiqatınıdaha da genişləndirməli, Baharlılar şəcərəsinin bütün tarixini tədqiqetməlidir. Hər halda, buna onun potensial qüvvəsi çatar.

Məhəmməd Baharlının publisistikası bir çox nümunələrdə elmi faktlarlavə mülahizələrlə qaynayıb qovuşur, yəni elmilik onun publisistikasının tərkibhissəsi kimi diqqəti cəlb edir. Biz bunu"155 yaşlı ilkəlifba dərsliyimiz: "Əlifbeyi-cədid", "İllərləyeriyən yalanlar, yaxud gizlədilən həqiqətlər" yazıları dediklərimizə sübut ola bilər. Bu yazılarda TarixləPublisistika birləşir.

Belə bir ifadə də var: "Açıq publisistika". Burada publisist nə fakta doğru yüyürür, nə də elmilik nümayişetdirir. Sadəcə oxucusu ilə açıq söhbət, dialoq, sərbəst danışıq tərzi buradaleytmotivə çevrilir. M.Baharlının birinci cilddə belə bir yazısı var: "Altmışıncı illər: SovetAzərbaycanında demokratiyanın əvvəli və sonu, yaxud müstəqillik mübarizəsi". Qeyd edim ki, M.Baharlının buyazısındakı hissləri, duyğuları mən də keçirmişəm. Çünki mən də altmışıncıillərin tələbəsiydim, Universitetdə, Bakıda, ümumən respublikamızda baş verənbir çox hadisələrdən xəbərim vardı. Bəxtiyar Vahabzadə bizə "Azərbaycan sovet ədəbiyyatı" fənnindən dərs deyirdi, ammaproqram bir yana qalırdı, o, bizə Vətən və Azadlıq dərsi keçirdi. Məhəmməd Baharlı da bütün bunların şahidiidi. Yazının bir yerində oxuyuruq: "O vaxtlar universitetin müəllimiƏbülfəz Əliyev auditoriyalarda tələbələr qarşısında tarixdən oxuduğumühazirələrdə lap açıq şəkildə Leninin şovinizmindən, rus millətçiliyindən,onların xalqları istismar etmələrindən və s. danışırdı. Nəzərə almırdı ki,KQB-nin sədri rusdur və az qala hər humanitar fakültədə, hər kursda özagentlərini yerləşdirmişdi.

Biz bir dəfə Əbülfəz müəllimin iştirakı ilə qərara gəldik ki, 1 maynümayişində Hökumət evinin qarşısındakı Leninin heykəli önündən "Müstəqillik! Müstəqillik!" çığıra-çığıra keçək. Elə də etdik və tələbələrimizdən birini tutubDövlət Təhlükəsizlik Komitəsinə apardılar. Onu orada hədələdilər və dedilər: "Get o uşaqlara da de, "Müstəqillik" çağırışı üstündə burayadüşsələr, onlara müstəqilliyin nə olduğunu göstərəcəyik". Həmin yazıda Azərbaycanın böyükoğlu, milli düşüncənin dirçəlməsində mühüm rol oynayan Şıxəli Qurbanovun insanivə siyasi obrazı yaradılmışdır. "Şıxəli müəllim dəfn edilən gün Bakı ayaq üstə idi. Onunla ElmlərAkademiyasının binasında vidalaşırdılar: tez-tez Bülbülün ifasında "Sənsiz" romansı səslənirdi. Bir neçə gün sonra Şıxəli Qurbanovun "Sənsiz" dramının ilk tamaşası olacaqdı. Hamı ağlayırdı, mən də onlardanbiriydim"...

Qeyd edim ki, M.Baharlının "Azadlığa aparan yol: güllələr işığında""Sərhədrayonunun uşaqları" yazıları da onun sərbəst düşüncə tərzini, açıq mükalimə üsulunu əksetdirən maraqlı publisistik məqalələridir.

Məhəmməd Baharlının bir sıra yazıları var ki, o, bu yazılardapublisistdən daha çox ədəbiyyatşünas kimi nəzərə çarpır. "Böyük ədəbiyyatşünas Səməd Vurğunsənət, sənətkarlıq və sənətkarlar haqqında" məqaləsini biz bir publisistin ədəbiyyatşünas düşüncəsinin məhsuluhesab edə bilərik. Bu yazıya tanınmışşair-ədəbiyyatşünas Qasım Qasımzadə gözəl bir rəy yazmışdır. Məqalədə Səməd Vurğunun ədəbi-tənqidifəaliyyətinin mühüm bir məqamı işıqlandırılıb-şairin sənət və sənətkarlarhaqqında fikir və mülahizələri öz əksini tapır, həmçinin şairin bədii əsərlərinsənətkarlıq xüsusiyyətlərinə münasibəti də tədqiq olunur. Qeyd edək ki, S.Vurğununədəbiyyatşünaslıq fəaliyyəti ilə bağlı indiyə kimi bir sıra monoqrafiyalar,onlarla məqalələr çap olunmuşdur. Amma Məhəmməd Baharlının məqaləsi də busırada özünəməxsusluğu ilə seçilir. Həmin özünəməxsusluq bundan ibarətdir ki,M.Baharlı mövzuya bir qədər fərqli şəkildə yanaşır, yəni qətiyyən alimlikiddiasında olmayıb fikrini çərçivəyə salmır, açıq şəkildə ifadə edir.

M.Baharlının bir jurnalist kimi müsahibə aparmaq mədəniyyəti dətəqdirəlayiqdir və gərək cavan curnalistlər bu müsahibələrdən çox şey öyrənsinlər.Öyrənsinlər ki, məsələn, tanınmış bir şairlə (S.Rüstəmlə) müsahibəni necəapararlar. Yaxud Mirzə Fətəli Axundovun kötücəsi ilə görüşdə nəyi, hansıməsələləri daha çox nəzərə çarpdırarlar?

Seçilmiş əsərlərin ikinci və üçüncü cildləri öncə qeyd etdiyimiz kimiM.Baharlının bədii yaradıcılığını əks etdirir. Şeirləri "Qoca türkün şərqiləri" başlığı ilə təqdim olunur.Açığını deyək ki, burada toplanan şeirlərin səviyyəsi heç də eyni deyil,Baharlının ən yaxşı şeirləri ilə səviyyəcə bir araya gələ bilməyənləri də var.

Amma fikrimizcə, səviyyəsindən asılı olmayaraq bu şeirlərin hamısınaxas olan bir xüsusiyyət var ki, o da səmimiyyətdir. Baharlı heç bir şeirindəözünü zorlamır, çalışır ki, ürəyindən keçənləri şeir dililə izhar eləsin.Məsələn, bir gözəl gecənin romantik təəssüratı üç bəndlik bir şeirdə belə ifadəedilib:

Bu gecə həmən gecədir,

Ay göldə çimən gecədir.

Bülbüllər gülə sarılan,

Yar yara sinən gecədir.

Şeh sırğa taxır çəmənə,

Qarışır sevən sevənə.

Mən yaxşı bilirəm, yenə

Nağıla dönən gecədir.

Bu gecə yəqin öləcəm,

Özümə çətin gələcəm.

Cənnətə düşsəm biləcəm

Göy yerə enən gecədir.

M.Baharlının şeirlərinin əksəriyyəti belə romantik duyğuludur, çoxuda sevgidəndir, həm də yaşanılmış hisslərin, duyğuların inikasıdır. Onunşeirlərinin bir məziyyətini xüsusi qeyd etmək olar: bu da təbiət duyğularınınsevgi duyğuları ilə qaynayıb qarışmasıdır."PayızyağışlarıgPayız sevgisi..", "Aydoğanda", "Ay işığı" və s. şeirlər fikrimizi sübutedə bilər.

Yağış yağır heyif ki,

Sən yanımda yoxsan, yox.

Şeirimdə bülbülü

Gül necə də sevirdi!

Elə sarılırdılar,

Sanki ikisi birdi.

Məhəmməd Baharlı güclü yumoristdir desəm, -yanılmaram. Onun "Sevgi ezamiyyəti" povesti və hekayələrifikrimizcə, o qədər də nəzərə çarpmayannəsr əsərləridir, bu yazılarda həyat materialı bədiilik örtüyünə bürünməyib.Yəni bu yazılarda hadisə də var, süjet də, amma obrazlar, xarakterlər bir qədərzəif işlənib və psixoloji ovqat və təhlil nəzərə çarpmır. Amma yumorlarındaM.Baharlı özünəməxsusdur. Bu yumorlar əvvəla, yığcamlığı və lakonikliyi iləseçilirlər. İkincisi, bu yumorlarda təsvir olunan hadisələr mənəviyyat vəəxlaqla bağlı tərbiyəvi xüsusiyyətə malikdirlər. Üçüncüsü, Baharlı bu kiçikyumorlarda müxtəlif bədii priyomlardan istifadə edir, gah nağıl ahəngini seçir,gah dialoqlar vasitəsilə fikrini ifadə edir, gah da əsl hekayəyə xas olan süjetvasitəsilə maraqlı bir hadisə nəql edir. Bir nümunə:

"Özümə qurban olum! Əvvəllər mənəsalam verən kim idi, ə! İndi isə bəziləri az qala təzim də edirlər. Çünkivəzifə sahibiyəm! Pul məndə, hörmət məndə!

Özümə qurban olum! Baş işlətmirəm, güc işlətmirəm. İstəsəm də işlədəbilmirəm. Hay-küy salıram, soyuram, soydururam cibləri mən. Adımla fəxr eləyiryeznəm də! O gün çığırıb qonşuların üstünə ki, hamınızı pul ilə alıb sataram!Düz deyir, alarıq da, satarıq da! Çünki vəzifə sahibiyəm! Pul məndə, hörmətməndə!.."

...Məhəmməd Baharlıya ömrünün 65-ci baharında uğurlu günlər, gözəlsənət əsərləri yazmağı arzulayıb bu yazıya nöqtə qoyuram.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV