adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

PƏRDƏNİ GÖTÜRƏ BİLSƏM...

VƏSİLƏ USUBOVA
31310 | 2012-12-07 23:35

Yaxşı ki, adamların beynimdəkilərdən, ürəyimdəkilərdən xəbərləriyoxdu, deyirəm. Yoxsa, ya gülməkdən uğunub gedər, ya da dünyanın ən qəribəadamı, ən güclü illüziyaçısı kimi adımı Ginnesin rekordlar kitabına salardılar.Məsələ burasındadı ki, mən reallığı görüb duymaqda, qiymətləndirməkdə, nəticəçıxarmaqda həmişə çətinlik çəkirəm. Arabir görəndə də onu öz fantaziyalarımabələyib reallıqdan çıxarır, olduğundan qat-qat artıq yüksəkliyə qaldırıram.Yanımda birisinin torpağa bir çubuq basdırması yetər ki, beynimdəucsuz-bucaqsız ormanların bənzərsiz mənzərəsi canlansın. Kiminsə haqqında birxoş söz eşitməyim onu dünyanın yeganəsi, Allahın Yer üzünə lütfü saymağımçınkifayətdi. Qısası, bir stəkan suda elə bir fırtına qopararam ki, neçə-neçə "Titanik"i qoynunda məhv edə bilər. Yaxşıki, xəyallarımın bu aşırı "səxavət"indənözümdən başqa kimsə zərər çəkmir. Özümə də bircə faydası olur; öz xəyalımdayaratdıqlarıma aşiq olub, heyran qalıb xoşbəxt də ola bilirəm. Ancaq çox qısabir sürədə. Tezliklə bu mənfur reallıq üzündən niqabı götürüb boz, sərt sifətiilə qarşımda dayanır. Bundan sonrası da əsl cəhənnəm əzabıdı ki, var. Ona görə ki,gözümdə mənfilikləri yox, müsbət olanları böyüdürəm mən. Bilərəkdənmi,bilməyərəkdənmi (bunu özüm də anlamıram) aldadıram özümü. İnsafsız, acımasızbir zülm verirəm qəlbimə də, cismimə də. Biryolluq anlamıram ki, heç kim, heçnə göründüyü kimi, özünün və başqalarının təqdim etdiyi kimi deyil. Hər şeydəbir şişirtmə, məqsəd, təmənna var. Gözəl, bəlağətli nitq ustaları bürüyübdördbir yanımızı. Qulaq asdıqca heyran olmamaq, çaşmamaq mümkün deyil.Dedikləri kimi olsaydılar, nə vardı ki,g Sözlərin altındakı məna ya illər, onillər ötəndən sonra məlum olur, ya da ömürlük sirr olaraq qalır. Biz də ki,hələ bir-birimizin ürəyindən keçənləri oxuya bilmirikg Saray yaltağı Poloni ("Hamlet") demişkən:

Əzəldən belədir; dünyada insan

Mömin görkəmində, pir libasında

Hətta şeytanı da aldada bilir...

Bir görün, Şeytanı da aldada bilənlərin qarşısında nə qədər acizəmmən..

***

Təbii xislətinə görə kimsəni qınamaqda haqlı deyilik. Hər kəs öz "qutu"sunda gəzir...Öz içinin "qəfəs"indəboğulur...Olduğu kimi görünmək istəyənlər də var. Ancaq bacarmırlar, olabilmirlərgQəbul oluna bilməyəcəklərindən, "qəribə"damğası vurulacağından qorxurlar. Vasili Şukşinin bir fikrini oxumuşdum nəvaxtsa. Deyirdi, bəlkə də əsl insanlar elə bizim qəribə saydıqlarımızdıg

Neyləyəsən ki, hamı özünü olduğu kimi deyil, cəmiyyətin "güzgüsü"ndə göründüyü kimi təqdim etməkistəyir. Lap ağzı-burnu əyilsə də, görkəmi eybəcər hala düşsə də...Təki onuqəbul eləsinlərg

Dərd təkcə bunda deyil ki,...Dərd həm də ondadı ki, mənim gözümdəkipərdə hər cür maskadan, niqabdan qalındı. Elə qalındı ki, özüm də onu yırtıbəsl həqiqətləri görə bilmirəm. Öz əleyhimə olanları heç görmürəm. Kimsə bunaavamlıq, sadəlövhlük donu geyindirməsin. Çəkdiklərim özümə bəsdi. Çox başsındırıram bunun üstündə. Hətta fikirlərimə qadağalar qoymaqdan da çəkinmirəm.Amma nə olsun ki,...Sözümə baxmırlar fikirlərim, düşüncələrim. Cilovuboşaldılmış at kimi şahə qalxırlar, istədikləri yerə istədikləri qədəruçurlargAmma mənzilə çatmırlar, yarı yolda qırılırlar. O gözəl düşüncələrin, xəyallarınyerini yandırıcı təəssüf, peşimançılıq tutur. Beləcə ötüb keçirmi?! Yox! Bütünağrılar, acılar düşür binəva ürəyin üstünə. Yeganə dostumuzun, sirdaşımızın...Oqədər ağırlaşır ki, döyüntüləri də eşidilməz olurg. Hər şeyi qoruya bilirikondan başqa.

Ən gərəksizlərin yükünü belə ən gərəklimizə çəkdiririk...

***

Gözüm baxa-baxa, düz üzümə adam dilində, öz ana dilimdə yalanlarsöyləyirlər. Ehtiyac duyulmayan, olduğu kimi deyilməsi mümkün olanyalanlar...Necə anlayım, necə dözüm, necə yaşayım?!...

Nodar Dumbadzenin "Kukaraça" əsərindən bir epizod yadımadüşür. Kukaraçanın "bu qədər dili öyrənməyə necə vaxt çatdırmısınız?" sualına Anna İvanovna belə cavabverir: "gBiz, bütündünyanın insanları, əslində, bir dildə danışırıq, intəhası, bir-birimizi onagörə anlamırıq ki, birimiz o birimizə qulaq asmağı bacarmırıq!"g

Kim bilir, bəlkə də bir-birimizə qulaq assaydıq, bu qədər yalanlar daeşitməzdik...

***

Gözümdəki pərdədən danışırdım yazının əvvəlində. Çox düşündüyümü,ondan qurtula bilmədiyimi deyirdim. Bəlkə çox inanmaqdan yaranır bu pərdə. Çoxinanmağımız da çox oxumağımızdan. Oxuduqlarımız gözlərimizi qapadı, qoymadıreal olanı görməyə. "Allaha inanmaq asandı. İnsana inanmaq lazımdı. Sən çalış insana inan". Çexovun sözləridi. Niyə çalışmalıyam? Özümü məcbur eləməyimə nəehtiyac var ki?!... Elə bu "çalış"sözü daha çox çaşdırır adamı?!...

Bəlkə heç bu pərdəni götürməyə ehtiyac yoxdu? Bəlkə mənə çox gərəkdibu pərdə?! Çox iyrənclikləri görməyimə mane olur. Bütün çirkinlikləri bir gözəlxəyali duvaqla örtür. Qəlbimin, ruhumun tab gətirə bilməyəcəyi çox şeylərigörməkdən qoruyur məni. Axı, elə şeylər var ki, onları görmək, bilmək çox davacib deyil. O şeylər ki, qəlbinin bir küncündə qoruyub saxlaya bildiyin birparça tərtəmiz dünyanı qaralaya bilərg

Və elə şeylər də var ki, onu heç kəslə bölüşmək olmur. O bakirəduyğuların kirlənməsindən qorxur ürək...

Kimsəyə açmaq istəmir...

Nə olur-olsun gözümdən götürmək istəyirəm o pərdəni...

Dünyanı və adamları olduğu kimi görə bilməkçingBəlkə bundan sonrarahat yaşaya bildim...

Çox istəyirəm bunu. Amma...hərdən qorxuram...

Hər şeyi olduğu kimi görməkdən qorxuram...

Vəsilə USUBOVA

[email protected]


TƏQVİM / ARXİV