adalet.az header logo
  • Bakı 20°C

İNCƏLİ LƏTİFƏLƏRİ

MƏMMƏD DƏMİRÇİOĞLU
30602 | 2012-12-07 23:34
(əvvəli ötən şənbə sayımızda)

Xurroy Musa bazara gedibmiş. Bazardan xeyli ayın-oyun alıb yaxınlaşırlobya satan xanıma:

- A bajı, bu lovyalar neçəyədi?

Lobya satan xanım başını qaldirmadan:

- Qardaş, bax bu lovya bir manatadı, bunlar isə səksən qəpiyə.

Musa kişi lobyalarda bir fərq görməyib bir də soruşdu:

- Ağrın alem, bunlar eyni şey döymü, niyə bu lobyanı baha satersən?

Satıcı xanım başını qaldırib kişiyə baxır:

- Ay qardaş, bir manata olan atlı lobyadı, səksən qəpiyə olan isəpiyada lobyadı, hansından çəkim?

- A bala, lobyanı minib səyirdəsi deyiləm ki, o piyada lobyadan bərielə.

***

Röyşən Ursetdən gələndə özü ilə bir avçarka iti gətiribmiş. Günlərinbirində iti ilə gəzintiyə çıxan Röyşən Çoban Məmmədlə rastlaşır. Çoban MəmmədRöyşənin itinin eninə, uzununa baxıb deyir?

- A Röyşən bala, gəlsən itlərimizi boğuşduraq.

- Nə derəm, Məmməd əmi, boğuşduraq dersən, boğuşduraq.

Məmməd kişi qoyun itlərindən birini açıb qısqırır avçarkanın üstünə.Məmməd kişinin iti qovur, Röyşənin iti ora-bura qaçıb özünü qoruyur. Məmmədkişi lovğa-lovğa:

- Ayə, a bala, nə qorxaq itin var, - deyir. Məsələni belə görənRöyşən: - "a nuka vzyat", - deyib itinə komanda verir.Bunu eşidən avçarka bir həmlədə Məmməd kişinin itini iki parça edir. İndiRöyşən lovğalanaraq:

- Məmməd əmi, gətir o biri itinlə də boğuşduraq, -deyir. İşi beləgörən Məmməd kişi mızıldanır:

- Bir şərtlə boğuşduraram ki, "Ziyad"deməyəsən.

***

Moskvada alverlə varlanmış Məmməd atasını dəfn etdikdən sonra gedirbaşdaşı sifariş etməyə. Daş yonan kəndçisinə yaxınlaşıb deyir ki, a Sarı qağa,atamın daşını hamınınkından iri elə, yan tərəfində də bir beşaçı0lan şəkli çək.Sarı kişi behini alıb:

- Baş üstə ağrın alem, qırxına beş gün qalmış daş hazırdı, - deyir.

Vədə tamam olur, daşa baxan Məmməd beşaçlanın başıaşağı çəkilməyindənnarazı qalır:

- A Sarı dayı, bu tüfəngi niyə başı aşağı çəkmisən?

Sarı kişi vəziyyətdən çıxmaq üıün deyir:

- Dərdin alem, elə atanda başıaşağı bir kişiydi, durub atasıha döyül,tüfəngdi dana.

***

Dülgər Əhməd Qazaxdan gəlirmiş. "Uşaqlara bir az mer-meyvə alım" deyib bazara girir. Alma satan gəlinə yaxınlaşıb soruşur:

-A qızım, ağrın alem, almalar neşəyədi? Gəlin almaları göstərərək- bubir manata, bu bir yarıma, bu da iki manatadır, - deyir.

-A bala, bunun hamsı eyni şey döymü ki?

-A kişi, heç görübsənmi barmağın beşi də eyni olsun, almalarda eynideyil.

Barmaqlarının onunu da dəzgahda eyniləyən Dülgər Ənməd:

-A bala, mən görmüşəm, sən görməmisən bax, - deyib əllərini gəlinəgöstərir.

***

Babasının damazlığa verdiyi xoruzu qoltuğuna vurub, sevinə- sevinəevlərinə tələsən balaca Məmməd "Sapojnik Məhədin" budqasının yanından keçirmiş. Baməzəlikdə ad-san qazanmış SapojnikMəhəd bıçağını itiləyə-itiləyə uşaqla məzələnmək istəyir və budkanın balacafortuçqasından qışqırır:

-Əmməd, o nə qorxulu şeydi qoltuğundakı. Bir az aralıdan get,qorxorom ondan.

Məmməd şirnikib, fortuçqya yaxınlaşir, xoruzun başını ona tərəfuzadaraq "xox"- deyə Məhədi duayşı eləməkistəyir. Məhəd:

- Qorxuram! Qorxuram! - deyib bir az da geri çəkilir. FərəhlənənMəmməd xoruzun başını bir az da içəri soxur, geri çəkəndə baxır görür xoruzunbaşı yoxdu.

***

İncəli meşələri ermənilərə verilməzdən öncə, hamı yeyib-icməyəmeşələrimizə, bulaqların başına yığışardılar.

Bir qrup Aslanbəyli dostlar Qurumsunun üstündə yerləşən "Battaqlı bulağa" yeyib-içməyə gediblərmiş.Sapojnik Məhəd kefli olduğundan bir kolun kölgəsində yatıb qalır, oyanandagörür dostları maşına doluşub gediblər. Kor-peşiman axsaya-axsaya Qurumsukəndinə çatanda görür bir "ES"buldozerigəlir. Əl edib saxlayır. Sürücü erməni soruşur ki, Akbercan nə lazımdı? Məhədyuxarı qalxıb deyir:

- Dığa can, bulduzerlik işim var, nə qədər istəsən pul verəcəm, gedəkmənim işimi gör.

Pul adına şirnikən erməni razılaşıb bulduzerin ağzını çevirir İncəDərəsinə. Nə isə, gəlib çıxırlar Asdanbəyliyə. Məhədə də elə bu lazım idi.Erməni yerə düşən Məhətdən soruşur:

-Akber can mənim işim nə olacaq?

Məhəd "Cindərəsi"ni göstəribdeyir:

-Dığa can, baax bu iki təpənin arasını kəs, burda su anbarıdüzəldəcəm.

Dığa mat-mat sapojnik Mədədə baxıb işin nə yerdə olduğunu anlayaraqkor-peşiman geri dönür.

***

Həmşəri müəllim (əsil adı Alı idı) yazdığı şeirləri oxumağa adamgəzərmiş. Özü yaxşı bilirdi ki, şagirdləri-Pənah, (indi kəndin baş həkimidi),Rüstəm (Qazaxlı Rüstəm) və aşıq Nazim əsil şeir xiridarlarıdırlar. Odur ki,hərdənbir hinduşka kəsdirib onları evinə qonaq çağırar, şeirlərini onlaraoxuyarmış. Dostlarım da hinduşkadan yeyib, zoğal arağından vurar, sonra daHəmşəri müəllimi tərif leysanlarına qərqedərlərmiş. Bir gün də belə bir məclis qurur Həmşəri müəllim. Yenə tərifleysanları başlayır. Vəcdə gəlmiş Həmşəri müəllim üzünü Nazimə tutub soruşur:

-Aşıq Hazim, düzünü de görüm Səməd Vurğun yaxşı şairdi, yoxsa mən?

Könlünü qırmasın deyə Nazim çox ehtiyatla deyir:

-Ustad, sən özün çox böyük şairsən, amma Səməd Vurğun azacıq səndən yaxşı yazır.

Cavabdan pərt olan Həmşəri müəllim:

-Off, of a quloyşa (yaltaq) Qaymaqlılar, həm çörəyimi yeyirlər, həndə məni bir Salahlı gədəsinin ayağına verirlər, - deyib bərk qəzəblənir.

***

Toyda Hazim, Rüstəm, Pənah üçlüyü bir masa arxasında oturublarmış.Gözəl toy məclisi ola, bir də bu üçlük. Nolajax, vurhavur, Pənah olurlül-qənbər. Dostları onu bir təhər aparıb çıxarırlar evlərinə. Oğlunu bu haldagörən İrvam müəllim - a başınızı yerə soxom, bunu belə meymin halına niyəsalıbsınız- deyib Hazim gili danlayır. Kəndin həkimi olduğundan vaxtlı, vaxtsıztez-tez Pənahın evinə gələnlər olurdu. Hazim gil gedəndən az sonra kimsəPənahgilə gəlib onu çağırır. Səsə çixan İrvam müəllim- Pənah yoxdu, Pənah ölüb,- deyib hirsini tökür gələnlərin üstünə. Gələn adam əl çəkmir ki, a kişixəstəmiz var, bizimlə məzələnmə.

İrvam müəllim səsini bir azda qaldirır:

-Ayə, niyə qoymorsunuz ölümüzü ağlayaq, nə istersiniz məndən.

***

İncəlidə çoban qıtlığından, kimliyindən aslı olmayaraq hamı vaxtı çatanda sirə ilə qoyun sirəsinəgedir. Günlərin birində içki həvəskarı olan bir İncəli sirəyə gedəsi olur. Hamısəhər tezdən qoyunlarını sirəyə qatıb, sürünü ona əmanət edirlər.

Qoyunları örüşə haylayan Məmməd (ad şərtidir) özünü bir qaratikənkolunun kölyöyünə verib, xamralı çörəyi ilə qoyun pendirini yavanlıq edib,özüylə götürdüyü başıxamırlının yavaş-yavaş başını əzir. Kefi kökələn Məmmədhəmin kölgədəcə uzanır və yuxuya gedir. Bir zaman gözlərini açan Məmmədbaxıb görür nə? Sürüdən əsər-əlamətyoxdu. Ora teylənir, bura teylənir, sürünü tapa bilmir. "Bə camaata nə deyəcəm" xəyallarıyla kor-peşiman kəndədönür. Kəndə az qalmış görür ki, döşdə xeyli mal-qara otlayır. Ağlına nəgəlirsə bu malları qabağına qatıb kəndə qayıdır.

Məmmədin sürüsünü gözləyən camaat ondan soruşurlar ki, Məmməd,qoyunlar hanı? Məmməd ciyinlərini çəkərək:

- Nə qayun? Qoyun nədi?- deyib təəcüblə camaata baxır.

- Məmməd, bu gün sənin qoyun nobatınıydı. Qoyunlarımız hanı?

- Qoyun nədi ayə? Hası köpəkoğlu deyir, mən qoyuna getmişəm. Mən mal nobatına getmişdim, bu da mallar -deyib qabağına qatdığı malları haylayır.

***

Ömrünün çox hissəsini dağlarda çobanlıq etmiş Çoban İrva (haqqındaqımqımı da var) qocalığında kəndə dönür. Böyük hörmət-izzət sahibi olan İrvamkişi ortalıqdan evə dönəndə 11-12 yaşlarında bir oğlan uşağı ona salam verir:

-Salam ay İrvam bava.

-Ay əleyküm salam.Ayə, ağrin alem, kimin oğlusan, adın nədi?

-Qonşünam dana, ay İrvam bava. Əhmədin oğlu Röyşənəm.

- Maşallah, maşallah, ayə nə qəşəng oğlansan, ay halal olsun sənə,-deyib evinə dönür.

Bir neçə gündən sonra Çovan İrvam evinin qənşərində həmin uşaqla birdə qarşılaşır. Yenə Rövşən həmin şövqlə İrvam bavasına salam verir. İrvam kişiuşağın salamını alıb soruşur:

- Kimin oğlusan ağrın alem? Maşallah nə qəşəng oğlansan, adın nədi?

-Ayə, ay İrvam bava, bə o gün demədimmi? Adım Röyşəndi, qonşun Əhmədin oğluyan.

-Bıyy, hə, hə Ayə, maşallaha, maşallah nə tərbiyəli oğlansan - deyib,yenə öyünə qanrılır.

Üçüncü dəfə də bu hal təkrarlanır. Bu dəfə balaca Rövşən əsəbləşibdeyir:

-Ai İrvam bava deyəsən məni dolamısan. Ayə bununla üçüncü dəfədiadımı soruşürsan. Adama neçə dəfə deyərlər- adım Röyşəndi, Röyşən. Əhmədin oğluRöyşən.

Uşağın əsəbləşdiyini görən Çovan İrvam deyir:

-Dərdin alem, niyə hirslənirsən ki? Qoyun deyilsən, quzu deyilsən,kərən, kürən, saqqalın yox, ənin, nişanın yox, mən səni hardan tanıyım?

***

Kəmərli kəndi yuxarıda yerləşdiyindən yağmurlu olan illərdə ot, taxılbu kənddə bol olarmış. Bir ili yenə bolluq olur və Kəmərlilər belə qəraragəlirlər ki, biçilmiş otlardan iri bir ilanyalı (uzun ot tayası) qurub,Qaymaqlı və Aslanbəylilərə qıjıt versinlər. Nolasıydı, gətir-götür, çox hündürbir ilanyalı tayası qururlar. Sonra qürurla ilanyalıya baxıb - həə, indi gedəkyemək-içməyə-deyib tayadan aralanmaq istəyəndə uzaqdan bir səs eşidirlər:

- Ayə, bə məni burdamı qoyub gedirsiniz?

Pahoo, baxdılar ki, Məmməd qalıb tayanın başında. Məsələ qəlizləşir,ağsaqqal-qarasaqqal məşvərət edirlər ki, bə Məmmədi oradan necə düşürək?

Biri deyir, - ay qardaşlar, gəlin bir uzun nərdivan düzəldək, birideyir, - evin yıxılmasın, bütün Kəmərli meşəsini qırsaq da bu uzunluqdanərdivan düzəldə bilmərik. Biri də özünü hamıdan ağıllı sayıb deyir ki, - ayəcanınız üçün mən tapmışam, gəlin Bakıdan vertalyot çağıraq. Bir başqası da onulağa qoyur ki, başın batsın, bu ot tayasını satsaq da vertalyotun xərciniödəməz... Nə isə, baş sındırırlar, tədbir tğkürlər, bir yana çıxara bilmirlər.Nəhayət ən ağıllıları- tapdım- deyib sevinir:

- Qardaşlar, başımızı niyə yoruruq axı. Aslanbəylidə bir baş bilənvar, gəlin onu çağıraq.

Belə də edirlər. Aslanbəylidən gələn "başbilən" bir ilanyalıya baxır, bir başında qalıb qorxudan əsən cavan oğlanabaxıb soruşur:

-Ayə, a bala, ayə ora necə çıxmısan?

-Otu yığa-yığa birdə onda gördüm göyün üzündəyəm.

Başbilən bir az fikrə gedir, nə düşünürsə:

-A cavanlar, gedin uzun bir sicim(kəndir) gətirin, -deyir.

Sicim gəlir. O, cavanlara əmr edir ki, sicimin başına bir daşbağlayıb atsınlar Məmmədə. Özü isə hündürdən bağırıb Məmmədə əmr edir ki,sicimi belinə bağlasın. Əməliyyat başa çatan kimi ipin bir ucunu əllərindətutmuş cavanlara əmr edir ki, mən bir, iki, üç deyəndə kəndiri çəkin. Elədə edirlər.Məmməd budu ha, -gəlir kəlləmayallaq aşağı. Guppultu ilə yerə dəyən Məmmədcanını tapşırır. Camaat görür Məmməd öldü, kor peşiman aparıb basdırırlar.Camaat baxıb görür ki, Aslanbəyli "başbilən" də bir tərəfə çəkilib ağlayır. Ağsaqqalardan biri deyir- ayə ölübizimdi qoy biz ağlayaq, sən niyə ağlayırsan?

Başbilən köks ötürüb deyir:

-Ağrın alem, mən ölən üçün ağlamerəm haa, bu üç kəndin halınaağlerəm. Derəm məndə qöcalmışam, bu gün-sabah öləjəm, İncə Dərəsi başbilənsizqalacaq.

***

"Yenidən qurma" zamanları İncə Dərəsinə Bakıdanbirbaşa avtobus işləyir. Kəndə gələn avtobus iki mərtəbəli imiş. Birincimərtəbəsi Kəmərlidə dolur, Qaymaqlılar məcbur olub ikinci mərtəbəyə minəsiolurlar. Atasıyla Bakıya gedən Məmmədin atası ikinci, özü isə birinci mərtəbədəqalmış sonuncu yerdə oturur. Hörmət əlaməti olaraq atasını yuxarıda oturtmuşMəmməd arada yuxarı qalxıb atasına baş çəkir. Oturacacağa qısılmış kişi oğlunugörüb sevinir və təəccüblə soruşur:

- A bala, sizin avtobusun şoferi varmı?

- Ay qağa, şofersiz maşınmı olar.

- Ağrın alem, vallah bizim şoferimiz-zadımız yoxdu, elə Allahumudunaca gedirik, - deyir.

***

Məhəmməd kişi arvadı Cavarla Tiflisə yumurta satmağa gediblərmiş.Bazarın bir küncündə sumkasını yerə qayan Cavar xanım yumurtaları qabağınadüzüb müştəri gözləyir. Məhəmməd kişi arvadına məsləhətlərini verib, gedir pivəiçməyə. Cavar xanıma yaxınlaşan gürculər "yayso paçom"- deyib yumurtanın qiymətini soruşurlar. Mat-mat gürcülərə baxanCavar arvad- çox sağ olun, yaxşıdır-deyir. Bir şey anlamayan o birisi gürcüdostuna- idi, idi- deyib oradan aralanırlar. Beləliklə, hər gələn eyni sualıverib, eyni cavabı alırlar və Cavar arvad bir dənə də yumurta sata bilmir. Geriqayıdan Məhəmməd kişi yumurtaları görüb arvadına söylənir ki, yumurtaları niyəsatmayıb. Mat-mat ərinin üzünə baxan Cavar xanım deyir:

-Ay kişi, yumurta cəhənnəm, mən bir şeyə mat qalmışam.

-Nəyə mat qalmısan, a Cavar?

-Ədə, derəm bu gürcülərin yanında bizim Yay Usufnan, oğlu Hidinin(kənd sakinləridirlər) nə yaman hörməti varıymış. Elə yaxınlaşan Yay Usufpoçyom, bir başqasıda Hidi, Hidi deyib onları məndən xəbər alırlar. Bunlarnağayrıflar ki, bütün gürcülər məndən onları xəbər alırlar?-deyir.

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV