Oqtay Salamovun alın yazısı və yazısı

ETİBAR CƏBRAYILOĞLU
94305 | 2012-12-07 23:30

Oqtay Salamov "Ədalət"dəkibütün dostları kimi məni də çətin durumda buraxdı.

Tofiq Abdin məni lap çətin vəziyyətdə qoydu. Tofiq abinin OqtaySalamova həsr etdiyi silsilə yazıdan sonra nəsə təzə söz demək ağırdı. OqtaySalamovun ailəsindən, əzizlərindən, dostlarından, oxucularından həmişəlik ayrılmasıkimi ağır.

Tanrı Oqtay Salamov üçün fərqli bir alın yazısı yazmışdı. Aliməktəbdə tələbələrə dərs deməyi qəzetdə oxucuları ilə həmsöhbət olmağa dəyişənOqtay bəy də başqa cür yazırdı. Fərqli üslub, özünəməxsus manevrlər... Daimioxucuları bu fikrimi təsdiqləyərlər ki, onun üçün nədən yazmaq problem deyildi.Necə yazmağı da heç vaxt problem saymırdı. Çünki Oqtay müəllim necə yazmağıgözəl bacarırdı.

Bunu detallı aydınlaşdırmaq üçün necə deyərlər dağa-daşa düşməyəehtiyac yoxdu. "Ədalət"in masamın üstündəki bəzisaylarını vərəqləmək, qəzetin internet versiyasında Oqtay Salamovun yazılarınagöz atmaq kifayətdi. "Həyat zırıltı şeydi", "Avqustmacəraları", "Fobiya", "Bizdədə var, olub, olacaq", "Qarımışlar", "Bəd yuxy", "Tire"...

Üç nöqtəni qoyaq bir kənara. Elə "Tire"dənbaşlayaq: "Şair Əli Əkbərbəlkə də yeganə adamdır ki, özünü əclaf sayır. Tənqidçilər deyirlər ki, o daorijinallıq naminə belə deyir, amma özünü əclaf-zad saymır. Heç mən dəsaymıram. Amma güzgüdə özümə baxanda tanıdığım yaxşı adamlar arasında da, ənəclaflar arasında da fərqlənmədiyimi görürəm. Qəribə bir ifadə ilə rastlaşdım: "Gözəl qəlbin sifəti uşaqsifətidir"... Hansıuşağın? Dilənən uşağın, oğru uşağın, yoxsa maşın təkəri qaraldan uşağın qəlbiuşaq sifətidir?..

Əclafı nədən tanıyırsan? O keçmiş hind kinoları idi ki, müsbətqəhrəmanın sifəti də qəşəng olurdu. İndi o qədər qəşəng sifətlər arxasındaəclaflar gizlənib ki..."

Digər yazılarından sitatlar verməyə ehtiyac görmürəm. Oqtay müəlliminbütün yazıları bu cür gözlənilən və gözlənilməz gedişlərlə dolu idi. Ona görədə bir nəfəsə oxunurdu, yorucu deyildi. Hətta toxunduğu mövzular üçün seçdiyişəkillərə də qəribə mətn yazırdı. Şəkilaltı yazılarının da maraqlı bir üslubuvar idi.

"Ədalət"də həmişə yeri görünəcək Oqtay Salamov son illər səhhətindəkiproblemlər üzündən çox ağır günlər keçirmişdi. Necə deyərlər, bir neçə dəfə odünyanı görüb gəlmişdi. Hər qayıdışı ilə təkcə ailə üzvlərini, doğmalarını,dostlarını deyil "Ədalət"dəki iş yoldaşlarını dasevindirmişdi. Niyə də sevinməyəydik? Çünki Oqtay Salamov bütün çətinlikləriarxada qoyub yaşamağa davam edirdi və bu qayıdışlardan sonra redaksiyayahəmişəki kimi maraqlı yazılar göndərirdi.

Oqtay müəllim haqqında düşünəndə dahi şairimiz Məmməd Arazınmisralarını xatırlayıram

Yazda ölüm asan olur,

Saxla məni yaza, Allah!

Oqtay müəllim oxucularının ürəyincə olan yazıları yazmaq üçün yazaqədər qala bilmədi. Alın yazısı buna imkan vermədi. Amma "Ədalət"in səhifələrində, mətbuatımızda Oqtay Salamovun imzası və onun sondərəcə istedadla qələm aldığı yazıları qaldı.

Oqtay müəllim son yazılarından birində gəlimli-gedimli və son ucuölümlü dünyadan ləyaqətlə getməyin vacibliyindən yazmışdı: "...Kim bilir ki, adam necə ölür?Ani ölümün axınına nələr sığır, hansı ağrı çəkilir? Bəlkə bu sürət uzunmüddətli ölümdən daha dəhşətlidir? Kim bilir? Hər halda bu, bizdən asılı deyil.Amma bizdən asılı olan başqa məqamdır-sonumuz çatanda ölümü ləyaqətləqarşılamaq..."

Daha bir yazısını tamamlayarkən də yazı üslubuna sadiq qalmışdı: "Vaxt olacaq ki, dirilər ölülərəhəsəd aparacaqlar!"

Oqtay Salamovun yazısı düz çıxmaqdadı. Biz dirilər artıq həsədaparmağa başlamışıq...

Etibar Cəbrayıloğlu

TƏQVİM / ARXİV