ÖGEY ANA

ƏBÜLFƏT MƏDƏTOĞLU
42883 | 2012-12-07 23:28
Mənim düşüncələrimə görə, Adəm babayla Həvva nənə ailənin bünövrəsiniqoyandan sonra bu dünyanın bir çox bulanıq suları durulmağa başladı. Yənisevginin üzərində yaranan, sevgidən bəhrələnən yeni birlik, həmrəylik, birgəyaşam forması gəldi dünyaya və dünyanın işığı, təmtərağı bir az da artdı.Arılar, kəpənəklər çiçəklərin başına bir az da çox, bir az da artıqfırlandılar, pərvanələr şamın oduna bir az daha çox yandılar. Beləcə, dünyanınartan işığı uzun zaman bir-birindən ayrı düşmüş iki cinsi, iki planetibir-birinə yaxınlaşdırdı, onların iç dünyalarını, ürəklərini bir az da artıqişıqlandırdı. Birgə yaşayış, yəni bir ailə olmaq haqqını qazanan insan övladıəlavə dözüm də, güc də əldə etdi və beləcə dünyanın ilk ailə modelitəkmilləşməklə, zamanına, tarixinə uyğun formalardan keçib üzü bizlərə tərəfgəldi...

Dünyaya gələn ilk övladın adının nə olduğunu dəqiq bilmirəm. Deyəbilmərəm ki, Həvva nənə ilə Adəm babanın ilk züryəti kim olub. Amma onu bilirəmki, dünyaya gələn həmin övlad ilk öncə ana deyib. Əgər o, ana deməsəydi, bəlkədə dünya indi tamam fərqli bir şəkildə, tamam fərqli bir istiqamətdə fırlanardıvə biz də bu fərqli dünyanın fərqli düşüncəli, fərqli görkəmli, fərqli iddialıbəndələrindən olardıq. Çox şükürlər ki, dünyaya gələn ilk övlad ana deyib.Zaman-zaman da bütün millətlərin, bütövlükdə bütün insanların dilinin ən şirin,ən əziz, ən unudulmaz sözünə çevrilibdir ana sözü. Maraqlıdır ki, hansı dildəifadə edilməsindən asılı olmayaraq, bu söz, yəni ana sözu adama çox doğmagəlir. Şəxsən mən adicə televiziya verilişini seyr edəndə dilini bilmədiyimhansısa bir insanın söhbət əsnasında ifadə etdiyi kəlmələrdən ana sözünü seçəbilirəm. Bu sözün mayasında nə varsa, onu bir Allah bilir, amma doğrudan şirinsözdür...

Hə, biz ana sözünün işığında yaşaya-yaşaya onun başqa bir formasınıyaratmağa çalışmışıq. Amma yenisini tapa bilməmişik, yarada bilməmişik. Gücümüzəslində nə dilə, nə ürəyə, nə düşüncəyə yatmayan o böyük varlığın bütünçalarlarını ifadə etməyən bir qondarma, bir yamaq sözə çatıbdır. Ana sözünün əvvəlinə pərçimləmişik, yapışdırmışıqonu və demişik: Ögey ana!

Mən anlaya bilmirəm, ana necə ögey ola bilər. Bəli, təbii ki, söhbəthansısa bir qadının hansısa bir uşağı dünyaya gətirməsindən getmir. Söhbət anasözündən, ana adından gedir!!!

Bütün hallarda bu adın altında, bu adın işığında və bu adıniçərisində yaşayan qadın kimin dünyaya gətirməsindən asılı olmayaraq, körpəüçün anadır. Bax, bu anlamda mən "ana"sözünə "ögey" sözünü heç cür yapışdırabilmirəm və mənim bu fikrim "Azərfilm"in məşhur "Ögey ana" filmində də sonluq kimi öz təsdiqini tapıb...

Azərbaycanın dəyərli aydınlarından biri də Əhməd Elbrus idi. ƏhmədElbrusun yaradıcılığında bir fikrə qoşulmalar var idi. Mərhum şair və filosofƏhməd Elbrus Azərbaycanın ən ünlü söz adamlarının bir misrasına kifayət qədərmisralar qoşa bilirdi. O fikri ifadə edən sözlərdən yeni fikirlər ortayaqoyurdu. Bu xatırlatmaqda da məqsədim var. Nə yazımın başlığında, nə də bir azöncə xatırlatdığım məqamda mən "Ögey ana" filmini nəzərdə tutmamışam. Sadəcə, söz sözü çəkdi və mən də ofilmin adını dilə gətirdim.

***

Həyatın yazılı və yazılmamış səhifələri hər kəsə bir cürə görünür.Kimi yazılanı oxuyur, kimi yazılmamışı yazır, kimi də ümumiyyətlə bu səhifələriqatışdırır bir-birinə və sonra da qalır axtara-axtara, vərəqləyə-vərəqləyə. Buda təbiidir. Ona görə təbiidir ki, hər bir insanın özəl baxışı var vəmaraqlıdır ki, həmin o özəl baxışlar heç vaxt bir-birini təkrar etmir. Yadımadüşmüşkən onu da xatırladım ki, elə bu günlərin söhbətidi. Bilikli adamlarınbirindən eşitdim ki, yer üzərində mövcud olan bütün insanların barmaq izlərinimüayinədən keçiriblər, heç biri digərinin təkrarı olmayıb. Düzdür, bunun nəqədər həqiqət olduğunu mən sübut edə bilmərəm, babalı deyənin boynuna, amma çoxmaraqlı bir faktdır...

Hə, həyatdan danışırdıq axı. Həyatda bütün insanların özəl səhifələrivar. O səhifələrdə təkcə doğum, ölüm tarixləri yazılmayıb. O səhiflərdə həm dəyaşananlar, yaşadılanlar qeydə alınır. Sevinc də, kədər də, nəşə də, ələm də,sevgi də, həsrət də, hicran da, vüsal da... bir sözlə, bütün duyğular, hopur ovərəqə. Bəzən buna qayıtmaq istəyirik...oxumaq istəyirik. Onda köməyimizəyaddaş çatır və biz adını xatirə qoyduğumuz o ilahi duyğunun köməyi iləqayıdırıq həmin səhifəyə, oxuyuruq həmin səhifəni... olanları, olmuşlarıtəzədən yaşayırıq, təzədən təkrarlayırıq...

Mən tez-tez üz tuturam xatirələrə, tez-tez itib qalıram o səhifələrinarasında. Bilmirəm niyə? Bəlkə sən bilirsən və bilib də demirsən? Niyə? Suallaryorucu, ittihamedici, üzücü təsir bağışlaya bilər. Yaxanı qurtarmaq istəyərsən,bəhanə axtararsan, amma nə qurtara bilərsən, nə də tapdığın bəhanə, uydurduğunbəhanə bir işə yaramaz. Çünki ortada göz önündə şahid var. Şahid isə lap qaradaş olsa belə həmişə gerçəyi pıçıldayır, həmişə gerçəyi əks etdirir. Odur ki,yaxanı qurtarmaq, bəhanə uydurmaq istəyirsənsə, öncə şahiddən qurtulmalısan,özün özündən xilas olmalısan...

Eh, görünür bu sənin üçün dildə asan görünsə də, sözdə asan yazılsada, amma həyatda mümkün deyil. Yəqin bunun da səbəbini bilirsən. Onu dademirsən. Neynək, hər halda sənin və mənim bildiyim əslində elə bizimbildiyimizdi. Bizim bildiyimiz isə mənim sənə, sənin mənə və yaxud da bizimbir-birimizə ögeyliyimiz deyil. Biz əslində doğmayıq. Sadəcə, bir-biriningözündə, könlündə olan doğma. Bu doğmalığı yalnız Tanrı bilir, Tanrı görür. Eləona görə də soruşmaq istəyirəm:

mən indicə

elə bu an

düşündüm ki,

hər şey yaxşı

hər şey gözəl

ola-ola...

xəyalımda

niyə yoxsan sən yanımda?

gün də xoşdu

təbiət də gülümsünür

iş də yoxdu

əlim boşdu

gözlərimi çəkib alan

neçə çiçək

gül isinir

bu məqamda

bu halımda

niyə yoxsan sən yanımda?

işi-gücü bəlli olan

kəpənəklər, arılar var

uçuşurlar sağa-sola

hətta quşlar

civildəşir

bir yuvada ola-ola

mənsə cavab axtarıram

ürək sıxan sualıma-

bu anımda

niyə yoxsan sən yanımda?

yol bağlıdı, yoxsa uzaq

bəlkə hələ tərəddüd var?

ətrafımda bir çal-çağır

bir büsat var

içimdəsə

həsrət adlı bir yalquzaq

çox çətindi bu halımda

bir söz söylə, məni qurtar

niyə yoxsan sən yanımda?

***

Mən bütün hallarda həmişə özümü günahkar saymışam. Özü də hamınınqarşısında yox, bir Sözün, bir də Sənin qarşında. Mənə elə gəlib ki, həmin oyazdığım, dediyim sözlə həmişə arayıb-axtardığım, həmişə yanında gəzdiribyanında gördüyüm, özümün bir parçama çevirdiyim sən əslində həmin sözün də birparçasısan. Elə o söz də sənin bir parçandı. Biz bir yerdə olanda - yəni söz,sən və mən baş-başa qalanda hər şey gözəl olur. Elə yaşamaq, elə danışıb gülməkistəyirəm ki, həmin o bir olduğumuz məqamda...heç kim nə o cür danışa bilməsin,nə də o cur sevinib gülməsin... Bunu mənə günah, qəbahət yazma, sayma. Onsuz dahamımız günahkarıq. Hərənin də özünə görə günahı var. Amma mən günahımı etirafedirəm. Başqalarından fərqli olaraq hər yerdə çəkinmədən bildirirəm ki, bizüçümüz baş-başa qalanda dünya cənnət olur. Və bu cənnətdən heç kimə nə birxələl gəlmir, nə də heç kimin haqqına müdaxilə edilmir. Odur ki, niyə bir yerdəolmayaq? Niyə bir-birimizin yanından uzaq düşək?

Yenə suallar çıxdı ortaya... yenə təbii ki, bütün günahlarındaşıyıcısı olan mən verdiyin sualların cavabını da özümdə axtarmalıyam. Çünki osualları özüm yaradıram, özüm əkib-becərirəm.

Deməli, əkib-becərdiyimi də, yaratdığımı da özüm cavablandırmalı,özüm o sualların cavabına çevrilməliyəm. Bunun üçün isə bir ip ucu, təsəlliolacaq azacıq işartı gərəkdi. Neyləyim ki, ən iri ölçülü eynəklə axtaranda da oipucunu, o işartını tapa bilmirəm. Onda gücüm sözə çatır, əlim qələmə uzanır.Və yazıram:

dərdin dibinə enməyə

çatmadı kəndirim, düşüm

dərd də namərdlik eylədi

atmadı kəndirin, düşüm.

qaldım bir qarışıq yolda

tanış dərdlər sağda, solda

qazancım olan "sağ ol"da-

satmadı, kəndirin düşüm.

dedilər enmə ölümə

güldüm, sən gülən günümə...

inan ki, orda əlimə

yatmadı kəndirim, düşüm...

...Yazımın əvvəlindəbaşladığım mövzu yazının davamında ola bilsin ki, alatoran göründü. Eləbilməyin ki, mövzunu qarışdırdım. Yox, sadəcə mən bütün ucalıqlardan ucadaduran, bütün müqəddəslərə həyat verən varlığın yer üzünün işığı kimi yaratdığıanaya heç cürə uyğun görə bilmədiyim "ögey"sözü nə vaxtdı içimdə dolaşırdı, ürəyimisıxırdı. Çalışırdım ki, onu hansısa bir yolla ifadə edim. Köməyimə yaşadığımməqamlar, xüsusilə arabir yanımdan etinasız keçib getməyin çatdı. Ögeylikduydum həmin o gedişdə. Odur ki, içimdəki qarışıq fikirləri bacardığım kimi sıraladım.Necə alındığını deyə bilmirəm. Bircə onu bilirəm ki:

bu qədər həsrət çəkib

bu qədər göynəyirəm...

özümə sitəmləri -

mən özüm eyləyirəm!

Əbülfət MƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV