ANA SƏHİFƏ / YAZARLAR

ƏN BÖYÜK... QƏSSAB!

46328    |   2013-10-19 01:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötənlərdə hüquq-mühafizə orqanlarında bir dostumuz var idi. Ünsiyyətcil və xeyir-şər adamı olduğuna görə biz onun xətrini çox istəyirdik. Böyük vəzifə sahibi olmasına baxmayaraq, ictimai yerlərdə, camaat arasında özünü sadə və səmimi aparırdı. Eynən bizim kimi.
Mobil telefonun da ölkəmizdə təzə vaxtları idi. Kimin əlində, cibində görünürdüsə, başqasının diqqətini cəlb edirdi, kimə zəng gədirdisə, nömrəyə baxmadan tez cavab verirdi. Kimliyindən asılı olmayaraq, mobil telefonla danışmaq bir prestij məsələsi idi. ... Və o vaxtlar mobil telefonu söndürmək proseduru kimsənin ağlına belə gəlməzdi, bütün sutkanı "zaryatka" yığa-yığa açıq qalardı. Hətta bəziləri mobil telefona təzə maşın, təzə ev, təzə vəzifə... kimi baxırdı. Bir nəfər də vardı, özü etiraf edirdi ki, gecələr telefonu qucaqlayıb yatır. Sanki...
İndi çoxlarının unutduğu o dövranlar, Ayaz müəllim demiş, alayı bir zamana idi.
Həmin o rəhbər vəzifəli hüquqşünas dostumuz rayonda hörmət sahibi olan imkanlı bir zavod direktorunu indiki üslubda yazaraq ifadə etsək, saxlatdırmışdı. Təbii ki, "bizim dəstəyə" də yaxın olan zavod direktoru Onun daha çox görüşdüyü, çörək kəsdiyi, lap dəqiqi "çörəyini yediyi" şəxs idi. Saxlanılan, yəni polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasına salınan o hörmətli direktor içəridən gizlin şəkildə məhz bizə xəbər çatdırmışdı ki, bu məsələ ilə məşğul olaq. Ona görə "gizlin şəkildə" ki, O, bayırla əlaqəyə icazə vermirmiş və bu məsələni xüsusi nəzarətə aldırıbmış.
Onda biz nə etməli idik? O, kabinetində, evində və güman gələn bütün yerlərdə tapılmadı. Nə məqsədlə gizlənirdi, bilmirdik. Və görünməmiş hadisə idi ki, mobil telefonu da söndürülmüşdü. Yəni o vaxtlar üçün nadir hadisə.
Bu çox uzun məsələdir, əziz oxucular, gerisini hələ qısa təfərrüatı ilə yazsam belə səhifə aşıb-daşar. Bu səbəbdən də qayıdaq gül kimi indiki dövrümüzə. O dövrümüzə ki, şükürlər olsun Allaha, indi də mobil telefonu olmayanlar az-az tapılar. Ancaq nə olsun ki, bu səfər ayrı oyuna düşmüşük. Necə ki, belə oyunlardan biri ziyalı qohumun başına gəlib.
Müəllim builki Müqəddəs Qurban Bayramına ortabab bir qoç alıb buraxıb həyətə ki, sabah tezdən qəssab tapıb kəsdirsin. Neçə ilin başında Allah yolunda qurban kəsdirmək imkanı tapan hörmətli müəllim qardaşımızın xəbəri yoxmuş ki, əvvəllər baxanda son illər qurban kəsənlərin sayı artıb. Günortadan axşama doğru ondan soruşublar ki, qəssab danışmısanmı? Cavab verib ki, xeyr, yadımdan çıxıb, səhər taparam. Onda sevimli müsəlmanımızı başa salıblar ki, bu, çox müşkül məsələdir, qoyun kəsən qəssablar neçə gün əvvəldən müştərilərini növbəyə yazıb saathesabı dəftəri bağlayıblar. Gözəl insan bunu bir şişirtmə sanaraq deyilənlərə inanmayıb. Ancaq evdə məsləhətləşəndən sonra arvad-uşaq da narahatlıqla yalvarıb ki, sən də elə bu gün birini tapıb dəftərə düş.
Gerçəkdən belə imiş, qurbanlıq qoyun kəsən qəssabları tapmaq müşkül imiş. Həmin gün onları gördüm deyən yanılarmış. Yazıq neyləsin, hansının evinə gedibsə, naümid qayıdıb. Deyiblər ki, evdə yoxdur və biz də yerini bilmirik və yerini bilsək belə deyəmmərik, çünki özü tapşırıb ki, bütün yerlər dolub... Yəni dəftərdə saathesabı yer qalmayıb, əziz oxucular.
Çar-naçar evə dönən müəllimin üz-gözündən hiss ediblər ki, qəssab tapılmayıb. Belədə gözəl insan bir neçə yaxın bildiyi adamın evinə zəng vurub dərdini danışıb. Xətrini çox istədiklərindən təskinlik verib deyiblər ki, baxaq görək neyləyirik. Gecə düşür, heç kimdən xəbər çıxmır. Yatmaq vaxtı Allaha təvəkkül deyib, girirlər yerlərinə. Az keçməmiş qoyunun mələrtisi hamını yerindən qaldırır. Həyətə çıxan kimi qoyun sakitləşir. Evə girirlər, qoyun mələyir. Onda hərə alt paltarının üstünə bir şey atıb düşür həyətə - kimi qoyunu əzizləyib ağac yarpağı yedizdirmək istəyir, kimi su vermək istəyir, uşaqlar da tumarlayır, deyirlər ki, mələmə, gözəl qoçumuz, mələmə, vallah papa qəssab tapıb səni də kəsdirəcək, mələmə...
Gecə yarısı şad xəbəri qonşu çatdırır. Deyir, naəlac qaldığınızı görüb bir qohumumdan xahiş elədim, sabah gəlib sizin qurbanlığınızı kəsəcək. Ancaq o, çoxdandır işləmir, qoyunu yıxanda, qaldıranda kömək edərsən, qrıjası var...
Təşəkkürlər, gözəl qonşu! Var ol səni, mehriban qonşu! Daha bundan da böyük şad xəbər olarmı?
Qoyun kəsən qəssabların mobil telefonları isə bir gün sonra da "əhatə dairəsindən uzaqda" oldu. Bir neçə günlük də olsa bütün məsələləri qəssablar idarə edirdi.

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (42.86%)
"Real" Madrid (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda «Jaqa» ləqəbi ilə tanınan «Dostluq» kino-teatrının direktoru Fazil Qasımov (məşhur yazıçı Əlfi Qasımovun qardaşı) kabinetində oturub «Fillər mənim dostumdur» filmindən qazandığı pulları sayır:

- Üç min dörd yüz, üç min beş yüz, üç min altı yüz əlli…

Fazil müəllimin də «Paxan» ləqəbi ilə tanınan Bəxtiyar adlı bir oğlu vardı, dava-şavasız günü keçməzdi.

Elə pulları saydığı yerdə ki üç min altı yüz əlli, administrator girir içəri, deyir:

- Fazil müəllim, indicə paxan Mədəniyyət evinin qabağında bir nəfəri bıçaqlayıb.

Fazil müəllim stolun üstündəki pulu əlinin arxasıyla sıyırıb tökür döşəməyə, deyir:

- Fillər də belə getdi ey…





digər lətifələr
ARXİV
FACEBOOK