Hər kəs bir anlıq da olsa mütləq fikirləşir. İş-güc başdan aşsa da, vaxt qıtlığı yaşasa da, hətta obrazlı desək, başını qaşımağa macal tapmasa da, gecələr də olsa düşünür, fikirləşir, xəyala dalır. Bax, o düşündüyü, fikirləşdiyi, xəyala daldığı məqamda keçmişi bir anlıq gözü önündən keçirir. İndi sabiq olan həmin keçmiş onunla bir anlıq üz-üzə dayanır. Üzünə bir təbəssüm qonur, gözləri parıldayır, dodaqları səyriyir və sanki kimsə ona deyir:
- Eh, günlər var idi...g
Ağcabədidəydim. Dostlarla, doğmalarla xoş ovqatlı bir gün yaşadıq. Həmin o günün içərisində iş elə gətirdi ki, bir mərasimə də qatıldım. Və həmin mərasimdə gözləmədiyim halda qəribə nüanslarla qarşılaşdım...
Bir vaxtlar çox mötəbər dövlət qurumunda rəhbər olan iki şəxslə ayrı-ayrılıqda üz-üzə gəldim. Necə deyərlər, bir-birimizin əlini sıxıb, həmsöhbət olduq. Əlini sıxdığım və əlimi sıxan hər iki insandan sanki içimə iki ayrı-ayrı axın oldu: biri müsbət, biri miyanə. O müsbət axının sahibi tanıdığım bütün illər boyu elə beləcə də olmuşdu. Onda da deyib-gülürdü, onda da zarafatından qalmırdı, onda da əlimi məhz bu cür kişiyana sıxmışdı, dost kimi. Və mən də bu sıxılan əlimin ağrısını yox, gücünü, güvəndiyi ünvanı rahatlıqla canıma hopdurmuşdum.
İkinci qarşılaşdığım şəxs də mənimlə üz-üzə gələndə əlimi sıxıb, halımı soruşub. Amma onda da, elə indi də mən o əldə istilik duymadım. O əl mənə heç nə demədi. Sadəcə bir etik qaydanı xatırlatdı. Sanki bir vacib, zəruri proseduru yerinə yetirirdik. Halbuki mən onun evində - ocağında da çörək kəsmişdim, başqa bir dostuma görə. Nə isəg
İndi bu iki şəxsin dövlət qurumlarında heç bir yerləri yoxdu, yəni vəzifələrini başa vurublar, artıq sabiqdilər. Və onların hər ikisi ilə bağlı həmsöhbət olduğum insanlar az qala elə mənim düşündüklərimi deyirdilər. Rayonda elə bir imza atmayıblar ki, adları ilə bağlı olsun!
Bəli, həyat doğrudan da qəribədi. Vəzifə, kreslo, hökm! Bu bütövlükdə insanı xarakterizə etmir, əksinə, bu insanın içini açıb ortaya qoyur. Məlum olur ki, o göründüyü kimi deyil, onun daxilində vəzifənin, hökmün çox əzazil, amansız, həris və bir az da sürüşkən bir nəsnələr yaşayır - vəzifəyə uyğun, hökmə uyğun. O da məqama köklənib. Deməli, bu adamlar məqamın, əllərində olan imkanın, səlahiyyətin adamlarıdılar. Ona görə də onların sabiqliyi arzuolunandı və bu sabiqlik bəlkə də onları daha çox qınaq ünvanı olmaqdan qoruyur. Çünki adamlardan qaçırlar, adamların gözünə görünmürlər. Və beləcə unudulurlar. Ammag
Bir vaxtlar bu məmləkətdə dövlət işlərində çalışan elə insanlar olub ki, onların adı bir bölgəni, bir vəzifəni şərəfləndirib, tanıdıb-sevdirib. Məsələn, Rüstəm Səfərəliyevdən söhbət düşəndə, hər kəs Bərdə rayonunu göz önünə gətirib. Ehtiyatda olan polis polkovniki Məhi Quliyevdən və yaxud, mərhum polis polkovniki Rəşid Məmmədovdan söhbət düşəndə hər kəs Yevlaxı, Cəbrayılı göz önünə gətirib. Mərhum Vahid İsmayılovdan söz düşəndə Ağcabədi, Beyləqan göz önünə gəlir. Cavanşir Məmmədov barəsində hansısa bir məclisdə kiçicik bir kəlmə dilə gətiriləndə bu insanın bütün xarakteri rahatlıqla, səmimiyyətlə, sevgiylə sərgilənibdir, açıqlanıbdırg
Bilmirəm, bunları niyə xatırladım, amma yox, deyəsən bilirəm. Bilməsəydim yazmazdım. Axı bu gün vəzifədən istefaya göndərilən elə məmurlar var ki, elə iş otaqlarının açarlarını təhvil verən kimi doğulduqları bölgəni birdəfəlik tərk edirlər. Çünki el dilində desək, adamların yanında üzə çıxarası üzləri olmur. Amma tarix də, həyat da göstərir ki, el yanında üzü olanın dövlət yanında da, xalq yanında da həmişə üzü olubdur. Və onlar barəsində də ancaq şirin xatirələr, səmimi sözlər dilə gətirilib. Elə 70 yaşını arxada qoymuş atam da məhz yuxarıda adını çəkdiyim kişilərin bəzilərinin rəhbərliyi altında adi təsərrüfat işçisi olduğunu böyük ürəklə ağızdolusu xatırlayıb həmişə deyir ki:
- Ay oğul, kişilər var idig Günlər var idig
***
Bəli, mən Qarabağ bölgəsində olduğum son günlərdə çox qəribə məqamların xatirə kitablarını vərəqlədim. Necə deyərlər, özümə də, çevrəmə də, iç və çöl dünyama da səyahət etmək, kənardan özümə baxmaq imkanı qazandım. Ağdamın Evoğlu kəndindən boylanıb başını bu ilin ilk qarı örtmüş Kirs dağını, Ziyarət dağını həsrətlə, ürəyi ağrıya-ağrıya seyr edib, onun ətəyində keçən günlərimi xatırladım. Şuşanın küçələrindən keçdim, doğulduğum Tuğ kəndindəki ən dadlı suyu ilə sevilən, hər kəsi özünə çəkən Başbulağın diz çöküb gözündən öpdüm. Onun buğlanan suyunun aynasında uşaqlıq izlərimi, şəkillərimi axtardım. İlk sevgimin ünvanını soruşdum. Və bütün sorğularıma da yalnız sükut cavab verdi. Səsim əks-səda vermədi. Çünki o dağlar da, o bulaqlar da, o izlər də, o küçələr də, bir sözlə, hər şey küsmüşdü məndən. Heç kim başını qaldırıb üzümə baxmaq istəmirdi. Bu da mənə ikinci bir qəm oldu, ikinci bir əzab oldu. Sayılmamaq, dindirilməmək, lap kobud desəm, adam yerinə qoyulmamaq mənə yaman təsir etdi. Bu qəmin içində sıxıldım. Və özüm də bilmədən pıçıldadım:
Qəmi elə çəkirsən
Nuş olsun! - demək olmur.
Gedib özgə bir kəsə
Tuş olsun! - demək olmur.
Könlündən könlümə hay
Gəlib, xoşbəxt oldun tay!
Elə sərindi bu yay,
Qış olsun! - demək olmur.
Ömrümün içindəsən,
Əkində, biçindəsən.
Kətməni seçəndə sən,
Xış olsun! - demək olmur.
Bəli, doğrudan da günlər var idig O günləri necə əritdik, necə üyütdük, necə xırdaladıq və necə yola verdik, bax, bunların fərqinə varmadıq. Düşünmədik ki, bu günlər ömürdən gedir və bu günlər həm də ömrümüzdən gedir. Yəni bizim ömrümüz də o günlərin içində əriyir. Bax, bunu bilmədiyimiz üçün, daha doğrusu, bunun fərqinə varıb, ona qiymət vermədiyimiz üçün indi sadəcə uzaqdan baxa-baxa "günlər var idi..." deyirik. Görəsən, o günlərin içində biz də varıqmı?!
Əbülfət MƏDƏTOĞLU
[email protected]