ANA SƏHİFƏ / MƏMLƏKƏT

“ Dərslik portalı” yaradıldı

11210    |   2013-10-10 11:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Azərbaycanda "Dərslik portalı”nın yaradılması haqqında əmr imzalayıb. TQDK-nın mətbuat xidmətindənAdalet.az -a verilən məlumata görə, əmrdə dərsliklərin daim təkmilləşdirilməsinin vacibliyi nəzərə alınaraq,yeni dərsliklər çap olunanadək,Təhsil Nazirliyi ilə birgə elektron "Dərslik portalı”yaradılması qeyd olunub.

Əmrdə göstərilib ki, ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi nəticəsində formalaşmış yekun rəylər ölkədə tətbiq edilən dərslik siyasətinə görə yalnız 4 ildən bir yeni hazırlanacaq dərsliklərdə nəzərə alına bilər. TQDK tərəfindən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin aparılmış elmi-metodiki monitorinqi nəticəsində hazırlanmış yekun rəylər və müəllimlərə dərsliklərlə işləməkdə metodiki köməklik göstərmək üçün nəzərdə tutulmuş materiallar bu portalda yerləşdiriləcək.

Portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəlliflərinin, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlərin mütəmadi olaraq aydınlıq gətirməsi təşkil ediləcək.

Bundan başqa, tədris prosesində yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış və ilk dəfə nəşr olunmuş dərslik və dərs vəsaitlərinin bölmələri, fəsilləri üzrə materiallara dair qeyd və təkliflər portalda hissə-hissə onlar keçildikcə yerləşdiriləcək, həmin materiallarla bağlı portala qeydlər, təkliflər daxil olarsa, onlar mütəmadi olaraq müzakirələrə çıxarılsın və bu barədə portalda məlumat veriləcək.

Əmrə əsasən, elektron portal istifadəçiləri anonim olmamalı, bunun üçün "Dərslik portalı”nın istifadəçiləri qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsinin seriyası və PİN kodunu müvafiq sahələrə daxil etməlidirlər. Bu məlumatların həqiqiliyinin yoxlanılması "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçiriləcək.




İmza:
SON XƏBƏRLƏR
2017-02-22
2017-02-21


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda məşhur bir Çayçı Zeynal vardı. Adi bir çayçı olmasına baxmayaraq, rayonda böyük hörmət- izzət sahibi idi. Bir gün anası deyir ki, ay oğul, bir yır-yığış edin, vallah, mən ölürəm.

Çayçı Zeynal:

- Saa qurban olum, qışın bu şaxtasında ölüb-eləmə. Vallah, bu qarda-qiyamətdə yasa gələnlər söyə-söyə gəlir.

Bir az keçir. Anası deyir ki, a bala, vallah, ölürəm.

- Saa qurban olum, ay ana, Novruz vaxtıdı, camaat bayram edir, deyir-gülür, qonaq gedir. Camaatın bayramını korlama da.

Bir az keçir, arvad yenə deyir, ay bala, ölürəm axı!

- Rəhmətliyin qızı, yayın bu cırhacırında, hərə bir tərəfdə, istirahətdə, kefində- damağında, heç mağar qurmağa adam da tapılmır. Özü də sənin yasını kim aparacaq? Molla Rəşid əmi də odey Yesentukidədi.

Üstündən bir az da vaxt keçir, arvad deyir, a köpəyoğlu ölürəm axı?!

- Ay arvad, bu dəqiqə toyların qızğın vaxtıdı, qonum-qonşu, qohum-əqrəba bu dəqiqə hər yerdə toydu. İndi kimin toyuna vay salaq, kimin toyunu saxlayaq bu payız vaxtı? Adamın goruna söyərlər.

Anası bir az baxır-baxır və deyir:

- Vallah, bu gədə məni avara qoyub.





digər lətifələr
ARXİV
FACEBOOK