ANA SƏHİFƏ / YAZARLAR

O İLLƏRİN... ÖDÜLÜ

45243    |   2013-10-05 09:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan həyatının elə anları olur ki, uzun illər ötüb keçsə belə unudulmur, yaddaşında həmişə işıqlı, əlvan xatirələrlə canlanır. Təbii ki, söhbət sevinc doğuran anlardan, psixolojinin klassik "unudulmazlıq" aksidensiyasından gedir. Baxmayaraq, bu cür yanaşmanın özündə də təsadüfülik, keçicilik hiss etmək mümkündür.
Ancaq fərdin həyat tərzinin və dünya görüşünün səviyyəsindən asılı olaraq yaddaşında əbədiləşən bəzi "qızıl fondlar" çox vaxt tərəddüdlü sxolastik məqamlardan fərqli yerdə dayanır və ayrıca qavranılır. Hamı üçün söylənilə bilinməyən əhvalatlar kimi...
Dahi şairimiz Məmməd Arazın 80 illik yubiley ilində belə nadir əhvalatlardan birini indi mən tez-tez xatırlayıram, o qüruru elə o illərdəki kimi yaşayıram.
O vaxtlar mən ilk cəhdlərimdə universitetə qəbul ola bilməsəm də, komsomol işində çalışır, eyni zamanda tanınan-tanınmayan işıqlı tay-tuşlarımla, vətənsevər gənclərlə, müstəqil və şimalsız-cənubsuz vahid Azərbaycan uğrunda canından keçməyə hazır olan insanlarla dostluq edirdim. Bu, sonralar tələbəlik illərimdə də beləcə yaşanırdı.
...Və mənim poeziya adlı mələyin ovsununa düşməyim də bir ayrı əhvalat idi. Yazdığım şeirləri qəbul edirdilər də. 17-20 yaşlarında 20-22 şeir yazmışdım və bu şeirlərdən biri qəzetdə dərc olunmuşdu, biri də radioda oxunmuşdu, vəssəlam.
O vaxtlar "bizim dəstə"nin iki böyük şairi vardı - Əli Kərim və Məmməd İbrahim, yəni ki, Məmməd Araz. Biz Əli Kərimi doyunca görüb dinləyə bilmədik...
Hələ 30-35 yaşlarından canlı klassik adlandırdığımız Məmməd İbrahimi isə qəzetlərdə, müxtəlif görüşlərdə, tədbirlərdə, Baksovetdə, dəniz kənarında... görə bilirdik. Hətta yaxınlaşıb salam da verirdik. Biz onun şeirlərini əzbər bilirdik, bütün görüşlərimizdə mütləq həmin şeirlərdən nümunələr söyləyirdik, biz ona həm böyük bir şair kimi, həm də böyük bir insan kimi pərəstiş edirdik. Biz onu elə ikinci kitabından - "Ömür karvanı"ndan sonra bütöv bir Azərbaycan kimi görürdük. Elə bilirdik bu şeirlərin, bu kitabların, bu böyük şairin adı Məmməd Araz deyil, Azərbaycandır...
Gizlin ağrılarımız, düşüncələrimiz sanki mistik bir əhvalla böyük şairin sinirlərindən keçirmiş. Çünki elə o aylardan, bəlkə də o günlərdən Məmməd İbrahim daha Məmməd Araz olaraq sevilirdi. Bu hadisənin isə gerçəkdən çox böyük bir mənası vardı.
...Mən bilən rəsmi olaraq Məmməd Araz mükafatı yoxdu. Yəni ədəbiyyat sahəsində. Amma nə vaxtsa dahi şairin adına layiq bir statusda təsis olunacaq yəqin ki. Həm də yaradıcılıqları bu adı bütün mənalarda doğrulda biləcək şairlər üçün. Həmin xoşbəxt və layiq insanları indidən təbrik edirəm.
Mənim də taleyimdə Məmməd Arazla bağlı çox xoşbəxt bir məqam olub. Yox, siz elə düşünməyin ki, mən bu yazıda böyük şairin poeziyasından, hansısa silsilə şeirlərindən və ya yazdığım şeirlərimə münasibətindən söhbət açacağam. Buna gücüm və cəsarətim çatmaz.
Mən kiməm ki, böyük Məmməd Arazın yaradıcılığı haqqında fikir söyləyim. Mən sadəcə həmin o uzaq illərdəki kimi xalqımın dahi şairinə pərəstiş edir və onunla əbədi qürur duyuram.
Ancaq... Bəlkə də heç kəsə qismət olmayan orijinal bir mükafatım da var. Rəsmi olmayan bir təşkilat 20 yaşım tamam olanda məni "Ömür karvanı" kitabı ilə təbrik edib mükafatlandırmışdı. Şeir yazdığıma görə deyil... Vətənin xoş sabahları üçün yaşayan və düşünən Azərbaycan vətəndaşı olduğuma görə!
Bu, həm də simvolik bir məsələ idi, mənə görə qeyri adi bir hadisə idi.

P.S. Bu kitabı, mənim öz-özlüyümdə "Məmməd Araz ordeni" adlandırdığım bu mükafatı mənə yığcam bir məclisdə o vaxt universitetin tarix fakültəsini yenicə bitirmiş Fəzail Ağamalıyev təqdim etmişdi. Təbii ki, böyük əksəriyyətin razılığı və təklifi ilə...
... Və mən bu kitabı heç şəxsi kitabxanama da yerləşdirməmişəm. Ona Məmməd Araz bölməsində də rast gəlmək mümkün deyil, orada o adda başqa bir nüxsədir. "Məmməd Araz ordeni" adlandırdığım həmin o kitab isə indiyə kimi aldığım xüsusi hədiyyələr və mükafatlar üçün ayırdığım guşəni bəzəyir.

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK