adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

"Sokratlar", "Platonlar" və iki cümləyə çevrilən tarix

ANAR ALBƏNDƏYEV
378702 | 2013-10-05 03:57

Fransız filosof, nəzəriyyəçi, kritikRoland Barthes Kriton dialoqunu 1990-cı ildə "Kritonun sahilində” başlığı iləyenidən yazır. Yazı Sokrat ilə Phaidrosun dialoqu ilə bitir.

Phaidros"Bəs tarix?” deyə bir sual verər Sokrata. Sokrat gülümsəyərək: "Tarix?” deyə təkrarlayarvə əlavə edər: "O işi Platon yoluna qoyacaq...”

Yazıçınınsayəsində Sokrat bu ironiya ilə öz tələbəsi Platondan  (ondan sonra onun yazılarını "yolunaqoyaraq”  zamanın tələbinə uyğun bir şəkildətarixin qəbul edəcəyi bir formaya saldığı üçün) öz qisasını almış görünür.

Tarixdediyimiz, olub bitənlərin zamanın tələbinə uyğunlaşdırılmasının təməliniPlaton qoyub, sən demə. Sokratı tarixin özü, Platonu isə onun yenidən yazanı(rewriter) kimi şərh etsəm yanılmaram, fikrimcə.

Tarixindili yoxdur. Tarix sadəcə zaman adlandırdığımız, nə sonu, nə başlanğıcı olanbir yolun üzərində döşənmiş hadisələrdən ibarət bir sonsuz mozaikadır.Yaradılışdan bəri baş vermiş hər şey bir istiqamətdə, bu mozaikanın üzərində həkkolunub. Heç nəyin yeri səhv düşməyib. Orada hər şey necə var elədir. Heç nə dəyişməyib. Bu tarixdir. Olduğukimi durur.

"Sokratları” gözləyir. Bu yolun əksiistiqamətdə yalnız, Sokratlar səyahət edə bilirlər. Gedə bildikləri qədərgedir, görə bildikləri qədər görür və gətirə bildikləri qədər təəssürat gətirirlər.Tarix danışa bilmir, "Sokratlar” danışır. Yazır. Bəzən susur, bəzən susdurulur,bəzən çox tez ölür, bəzən getdiyi səyahətdən geri dönmür. Hər "Sokratın” da bir"Platonu” olur. Bəzən birdən daha çox. Geri getmək çətinləşdikcə "Sokratlar”azalır. "Sokratlar" azaldıqca "Platonlar" çoxalır.

"Platonlar”çoxaldıqca isə olduğu kimi duran tarix unudulur. "Sokratlar”-ın tarixiemalatxana üçün xammala çevrilir. "Platonlar” tərəfindən yonulur, qəlibəsalınır. Zaman keçir, başqa bir "Platon” ona nələrsə əlavə edir, zamanın tələbinəuyğunlaşdırır, nələrisə artıq bilib götürür. Beləcə "Sokratlar”-dan qalan sadəcə"Tarix” kəlməsi olur. Hiss olunmadan o səyahətlərdən gələn təəssüratlar itir vəPlatonarın redaktləri tarix adını daşımağa başlayır. Sonra yenə bir "Sokrat”peyda olur və "Platonların” əsərlərindəki "Tarix” kəliməsini götürüb geriqayıdır. Yenidən qayıdır və öz "Platonları” üçün təəssüratlar gətirir. Beləcə hərşey təkrarlanır. Bir təəssürat üzərində "Platonların” milyonlarca kitabı nəşrolunur  və üzərlərinə "Tarix” yazılır. Beləcə,bəzən qəsdən, bəzən səhvən Tarixlə aramızda bu kitablardan ibarət bəzənideoloji, bəzən adi bir divar əmələ gəlir.

Misalçəkəcəm:

1453-cüildə İstanbulun fəthindən təəssüratlar gətirmiş Oruc Bəyi "Sokratlar”-dan birikimi qəbul etmək olar.  Onun "Platonu” isəXVI əsrdə meydana çıxmış "Tacü't Təvarix” əsəri ilə Xoca Sadəddin Əfəndidir.

OrucBəy adi bir qazi, Xoca Sadəddin isə Sultan III Mehmed-in məsləhətçisi olub. Hərikisi bir əsrlik ara ilə İstanbulun fəthindən yazıb.

OrucBəy yazır:

"Ədirnədə əjdaha kimi toplar tökdürübhazırlatdıqdan sonra Murad Xan oğlu Sultan Mehmed topları İstanbul üzərinəyeritdi. Topları qurdurub, hər bir tərəfdən atəş açdıraraq İstanbul qalasınınbürclərini, divarlarını dağıtdı. Kafirlər içəridən müqavimət göstərdikləri üçünzəfər qazana bilmədi. İstanbul Tekfuru da təslim olmadı. Keşişlər İncildəyazıldığı kimi, "İstanbul işğal oluna biməz” dedilər. Hər tərəfdən toplar vətüfənglər qurdular. Adamları qala divarlarına çıxaraq müxtəlif dualar oxudular.Bu məğrurluqlarına baxmayaraq Haqq Təala onlara bu bəlanı verdi. Murad Xan oğluSultan Mehmed özü də əl-ayağa düşərək "Haqq yolu, fisəbilillah” deyib,"talayın” qışqırdı. Qazilər qalanın uçmuş divarlarından içəri girdilər.Yağmaladılar, talan etdilər. Sultan Mehmed evlərə belə yağma buyurdu. İstanbulunqurulduğundan 2400 ildən bəri toplanan bütün sərvət müsəlman qazilərə nəsiboldu. Üç gündən sonra yağma və talan qadağan edildi.”

XocaSadəddin Əfəndi isə "Platon” rolunu öz üzərinə götürərək, Sokratın dediyi kimidesək, tarixi belə yoluna qoyub. Zamana, içində yaşadığı saraya və dövrün tələblərinəuyğun bəzəyib-düzədiyi tarixi bu cür yazır:

"Padşah isə uğurlu ayaqları ilə Ədirnə taxtı-şəhrinəşərəf verdi...  Toplar tökdürməyəbaşladı... O ilan vücudlu, əjdaha ağızlı toplar, hansılar ki, qalaları yıxacaq,bürcləri devirəcək div kimi toplar idi...Zəfər bayraqlarını əllərində tutan əsgərlərqabarmış, ucsuz-bucaqsız dəniz kimi qalanı qurudan mühasirəyə aldılar. İlana bənzəyən,əjdaha başlı toplar İstanbulun divar və qapılarını aşiqlərin inildəyən könüllərikimi, şüşə kimi parçalayırdı... qalada gözləyən dinsiz cəhənnəmliklər cəsarəttapıb qaladan baş çıxarıb, dil uzatmağa və qarğalar kimi qırıldamağabaşladılar...”

OrucBəyin olduqca soyuqqanlılıqla yazdığı bir neçə cümləni Xoca Sadəddin bu cür bəzəyib-düzəyir.Oruc Bəyin "Murad Xan oğlu Sultan Mehmed”deyərək sadə dildə ifadə etdiyi sultanı "imperator” sözünə sinonim olan"padşah” ifadəsi ilə təsvir edir. Belə davam edir:

"Padşah əsgərlərə üç günlük yağma haqqıverdi. Onlar istdiklərini boyunlarına dolayıb şirin dilli gözəllər, huri kimicariyələrlə könül bağlarını gül üzlərinə kəmənd etdilər...Beləcə bahadırlıq sənətindəəzmli igidlərin qoyunları qənimətlə doldu...”

Düşünürəmki, bu "Platonlar”-la bağlı uğurlu bir misal oldu. "Platonlar”ın yazdıqları butarix bir zaman sonra əzbərlənmiş, sıxıcı bir nəsnəyə çevrilir. Bir yazıçınındili il desəm "divara asılmış köhnə bir portretə çevrilir” bəzən tarix. "Dönübbaxmarsan hətta...”

Sokratlarıçatışmayan cəmiyyətlərin tarixi "Platonlar” tərəfindən yazılmağa məhkumdur. Bubir növ intihara bənzəyir. Tarixin mozaikasındakı yerindən xəbərsiz bir cəmiyyətöz kökündən qopur. Tarix şablonlaşır. Kökü tarixin bilinməyən başlanıcınadayanan bir məmləkətin tarixi qəlibə salınmış, hər dövrdə bir formaya düşən birvasitəyə çevrilir. Tarixin mozaikasında bu cür məhv olub gedən tayfalara, məməkətlərə,dövlətlərə aid nümunlər də kifayət qədər var əlbəttə ki.

Tarixordaca gözləyir. "Platonlar”ın yazdıqlarına zidd bir tarix. Tələblərə cavabverməyə çalışan, bizə dövrün tələblərini tarix kimi yedirən "Platonlar”ınyazdıqlarından tam fərqli bir tarix var. Bunu indi də görə bilərik. Bir əsrsonra da. Heç görməyə də bilərik. Görüb görməzdən də gələ bilərik. Amma o tarixorda gözləyir. Dostlar da ordadır, düşmənlər də. Hər şey ordadır. "Platonlar”ınolmadığı bir tarix. İçərisində azıb qaldığımız, ad qazanmaq üçün hətta"Platonlar”ın tarixini belə cızma qara edən kimlərinsə yazdığı, qiymət almaqxatirinə oxuduqlarımızdan fərqli, əsl tarix.

Tarixşabonlaşır. Çünki heç kim Sokrat ola biləcək cəsarəti özündə tapmır. Və beləcədivardan asılmış köhnə bir portret kimi, tarix simvolik bir iki cümləyəsığdırılır.

Narazı"Platonlar” "Torpaqlarımız satıldı” (!) deyir...

XocSadəddin kimi " Platonlar” isə "28 May” günü tarix dərslərində "Müstəqilliyiqoruyub saxlamaq onu qazanmaqdan daha çətindir” (!) deyir. Guya biz bilmirik?!

Və üzərində"tarix” sözü yazılan kitabların içi "Platonlar”ın bəzəyib düzədikləri bu ikitezisdən ibarət olur. Və bazası məlum olmayan analizlərdən. Və parklarda qocababaların əsəbi "asıb-kəsmələrindən” , qonşu qadınların dedi-qodularından,taksi sürücülərinin yuxusu qaçsın deyə başladığı söhbətlərdən...

PS:  Tələbələr isə bir tarix elmləri doktoru,professorun qalın kitablarından birini oxuyurlar. 244-cü səhifəyə çatanda"diplom işində əsas vəzifə...”  İlkbaxışdan gülməli, nəticə etibarı ilə ağlamalı...

 

 

TƏQVİM / ARXİV