adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Dilinin bəlasına düşən şöhrətli yazıçı

SAMİRƏ ƏŞRƏF
54393 | 2013-10-04 15:34

"Qeyri-mümkünlüyün mümkünlüyü, arzular vəilluziyalar-mənim romanımın əsas predmeti məhz bunlardır” deyən Portuqaliyayazıçısı Joze Saramaqo 1922-ci ildə Lissabon yaxınlığındakı Azinaqa qəsəbəsindəçox yoxsul bir ailədə dünyaya göz açmışdır. Ailələrinin Souza soyadı daşımasınabaxmayaraq, onun soyadı doğum şəhadətnaməsində tünd xasiyyətli atasına verilənSaramaqo (yabanı, acı turp) kimi yazılır.

Sonralar balaca Jozenin ailəsi Azinaqanı tərk edibLissabon şəhərinə köçürlər. Jozenin soyadı ilə bağlı narahatlıqlar o məktəbəgedən dönəmlərdə baş qaldırır. Lakin, ailənin bütün cəhdərinə rəğmən Saramaqosoyadını dəyişdirmək mümkün olmur.

İbtidai məktəbi bitirdikdən sonra Saramaqotəhsilini kollecdə davam etdirməyə başlayır. Ancaq, ailələrinin yoxsulluğunəticəsində o, kolleci yarımçıq buraxmaq qərarına gəlir. Ailəsinin maddidurumuna yardım etmək məqsədi ilə avtomobil emalatxanasında usta köməkçisiişləməyə başlayır. Gündüzlər işləyən Saramaqo gecələr kütləvi kitabxanalarınbirində mütaliə edib dünyagörüşünü və savadını artırmağa başlayır. Və ömrününsonuna qədər heç bir ail təhsilə yiyələnmir.

Joze Saramaqo çox gənc yaşlarında 22 yaşında rəssamİlde Reyşlə ailə həyatı qurur. 1947-ci ildə onların qız övladı dünyaya gəlir.Elə həmin ərəfədə Saramaqo özünün ilk "Dul” adlı romanını oxucularına təqdimedir. İlk kitabının sevincini yaşayan yazıçı həvəslənərək daha bir neçə romanüzərində işləməyə başlayır. Lakin çox keçmir ki, yazıçı böyük ruh düşkünlüyüyaşayır və daxili dünyasında dərin bir boşluq olduğunu hiss edir. Belə olanhalda Saramaqo yazmaqan əl götürür və düz iyirmi il Portuqaliya ədəbiyyatındankənarda qalır.

Yazıçının ədəbiyyata ikinci əsaslı gəlişi 1966-cıildə baş verir. Ard-arda üç şeirlər kitabını çap elətdirən yazıçı çox keçmirki, yenidən nəsr aləminə baş vurur. Yazıçılıq fəaliyyəti zamanı o həm dəjurnalistika ilə də sıx təmasda olur. "Diareo de Lisboa” qəzetində işlədiyizamanlarda yazıçı cəmiyyətlə, insanlarla daim ünsiyyətdə olur. Ən yaxşı əsərlərininyazılması dövrü də məhz həmin vaxta təsadüf edir.

Joze Saramaqo "Gecə pyesi”, "Torpaqdan ucalanlar”,"Baltazar və Bilmunda”, "Rikaro Reyşin ölüm ili”, "Monastr xatirələri”, "Daşbərə”, "Lissabon müharibəsinin tarixi”, "İsanın incili”, "Korluq”, "Mağara”,"Bənzər”, "Təxirə salınmış ölüm” kimi əvəzsiz əsərlərə öz imzasını atır.

Bu müddət ərzində yazıçının ilk nikahı uğursuzluqlanəticələnir. O, İlda Reyşlə yollarını ayırır. 1980-ci ildə Saramaqo ikinci dəfəəslən İspaniyadan olan jurnalist Pilar del Rio ilə ailə həyatı qurur.

Ədəbiyyata ikinci dönüş edən yazıçının adı qısa zaman ərzindəədəbiyyat sevərlərin dilinə düşür. Dəfələrlə Nobel mükafatına namizəd kimiirəli sürülsə də, bu mükafata 1998-ci ildə, qalmaqallı "İsanın incili” əsəriniyazdıqdan cəmi bir il sonra layiq görülür.

Özü üçün bu mükafata layiq görülməsi gözlənimləzolsa da bir çox ədəbiyyatşünaslar və tənqidçilər üçün çox sevindirici olur.

Müəllifin yaradıcılığında xüsusi mərhələ təşkil edən 1998-ci ildəNobel mükafatına layiq görülmüş "İsanın incili” romanı olur. Bu roman son onilliklərin ən söz-söhbətli romanı olur. Portuqaliyanın hakim dairələri romanınyayımını dayandıqrdıqdan sonra Saramaqo ailəsi ilə birlikdə dövlət katibivəzifəsindən istefa verib ölkəsini tərk edir. Və ömrünün sonuna qədər Kanaradalarında yaşayır.

Ölkəsindən ayrı düşməsinə səbəb olan "İsanınincili” romanının nəşri ilə katolik kilsənin qəti etirazları başlanır. Dinxadimləri yazıçının küfrdə, insanları xristian dininə və onun peyğəmbərinə olaninamsızlıqda günahlandırırlar. Lakin bütün bunlara baxmayaraq, çox tənqidlərəvə senzuralara məruz qalan roman əlliyə yaxın dilə tərcümə olunub ən çoxmütaliə olunun əsərlər sırasına düşür.

Yazıçı özü haqqında isə belə deyir: "Mən, əslində,pis adam deyiləm, amma həmişə dilimin bəlasına düşürəm”.

Əsərdə İsa adi insanlardan heç nə iləfərqlənmir. O, qiyamçıdır, özündənəvvəlki qanunları və peyğəmbərləri təkzib edir. Həmin əsərdə Saramaqo ateist düşüncəli biri olduğunu gizlətmir,əksinə daha da qabardır.

Yazıçıya dünya şöhrəti qazandıran romanlarındanbiri də "Korluq” olur. Adı məlum olmayan bir ölkənin şəhərində avtomobil idarəedən bir adam qırmızı işıqda avtomobilini saxladığı zaman gözləri kor olur.Ətrafdan keçən insanlardan biri onu evinə gətirir. Lakin, çox qısa zamanərzində kor olan adamın ailə üzvləri, getdiyi xəstəxanadakı həkimlər,xəstəxanada gözləyən insanlar, onun avtomobilini oğurlayan insan, bir sözlə ilkkorun təmasda olduğu hər kəs kor olmağa başlayr. Xəstəlik bütün şəhəri özcaynağına alır. Ölkənin yarıdan çoxunu işıqdan məhrum edən "ağ fəlakət” adlıxəstəlik hakim dairələri narahat etməyə başlayır. Və karantin elan olunur. Korinsanlar evlərindən təcrid olunub vaxtilə ruhi xəstəxana kimi fəaliyyətköstərən binaya köçürdülürlər. Burada öz başlarına qalan kor insanlar silahlıəsgərlər tərəfindən qorunmaya alınırlar. Xəstəxanaya giriş və çıxış yasaqlanır.Əks təqdirdə silahlar işə düşür. Xəstəxanada yalnız bir nəfərin gözləri görür.O da kor olmuş ərinə kömək etmək üçün yalandan kor olduğunu deyib xəstəxanayagələn qadındır.

Romanda heç bir qəhrəmanın adı olmur. Korların cəmolunduğu məkan zamanla əsl ruhi xəstəxanaya çevrir. Tezliklə xəstəxanada üsyanbaş verir. Və üsyan nəticəsinə xəstəxanada yanğın olur. Yanğın zamanı korlarıniçərisində tək görən qadın xəstəxananın qapılarını açıb bütün korların çöləçıxmasına köməklik edir. Lakin, xəstəxanadan bayırda onun gördüyü mənzərələrqorxunc olur. Hər tərəf kor və ac insanlarla qaynayır. Ətraf, natəmizlik vədağınıqlıq içərisindədir. Görməsindənistifadə edən qadın bir neçə kor insanı da özü ilə götürüb evinə gedir.

Möcüzə isə həmin anda baş verir. İlk kor olan kişigörməyə başlayır. Və onun ardınca da o biri insanların gözləri açılmağabaşlayır.

Böyük yazıçının ən yaxşı tərəflərindən biri dəəsərlərinin sonluqlarının gözəl olmasıdır. O, öz oxucusunu üç nöqtə ilə bitiribsirli sual qarşısında qoymağı qətiyyən sevmir. Romanlarını parlaq, dinamik vəibrətamiz sonluqlarla bəzəyən Joze Saramaqo 2010-cu ildə səksən yeddi yaşında Kanar adalarındakıevində dünyasını dəyişir.


TƏQVİM / ARXİV