Soruşa bilərsiniz ki, Arif Quliyevin ATƏT-ə nə dəxli var? Yerində vəhaqlı sualdı və bu haqlı sualdan mən yaxamı kənara çəkmirəm. Sadəcə, başadüşdüyüm şəkildə cavab verirəm. İstəsəniz qəbul edin, istəməsəniz qəbuletməyin. Gəlin birinci Arif Quliyevdən başlayaq. Bildiyinz kimi, Arif müəllimAzərbaycanın çox istedadlı gülüş ustalarından biridi. Hörmətli Arif müəllim özustalığı ilə müxtəlif obrazları çox mükəmməl yaradır və tamaşaçıya sevdirəbilir. Biz də sevdiyimiz bu obrazlara ürəkdən gülürük. Burda Arif müəlliminxətrinə dəyəsi bir şey yoxdu. Çünki o, istedadını ortaya qoyur, bu istedad dagülüş və alqış tələb edir. Hər halda, "varını verən utanmaz" deyiblər. Bu məsələnin birinci tərəfi. Yəni burda şübhəyə yerqalmayıb. Ammag
Məsələnin əmması ondadı ki, Arif müəllim bu günə kimi ATƏT-in Minskqrupundan olan təlxəklərin obrazını yaratmayıb. Şəxsən mən Arif müəllimi oobrazlarda mükəmməl görürəm. Sadəcə, anlaya bilmirəm ki, Arif müəllim onlaraniyə səhnə ömrü bəxş eləmir. Özü də çox mükəmməl bir əsər də var. Bu əsərimillət vəkili Aqil Abbas yazıb. Böyük Cəlil Məmmədquluzadənin "Ölülər"i əsasında hörmətli Aqil Abbas müasir "Ölülər"iyazıb qoyub ortaya. Görünür, hələ ya teatrlarımız, ya da Arif müəllimin özü dəhələlik bu əsərlə ilgilənməyiblər. İnşallah, bir gün bu məsələ ilə məşğulolarlar. Onda əvvəldə dediymin həmin o gülmək məsələsi yəqin ki, çin olarg
Qayıdaq ATƏT-in bizi sevindirən, çaşdıran xəbərinə. Axı, yazımızınadı "Şad xəbər"di. Deməli, mətbuatın yazdığınagörə, Dubində ATƏT-in üzvü olan ölkələrin Xarici İşlər Nazirlər Şurasının XIXiclası keçirilir. Mətbuatın verdiyi bilgiyə görə, artıq bu iclasa qatılmaq üçünATƏT-in Minsk qrupunun hər üç həmsədri artıq Dubinə təşrif buyurub.Deyəcəksiniz ki, burda sevinməli nə var ki? Adi protokol iclasıdı, həmişə olub,yenə də olmaqdadı. Xeyr, tələsirsiniz, bu heç də adi iclas deyil. Bu iclasınəvvəlkilərdən fərqli olaraq həmsədrlər şura üzvləri ilə birlikdə Dağlıq Qarabağməsələsindən danışacaqlar. Bax, məsələnin, yəni iclasın ən yadda qalan və bizi sevindirən, şadyanalığabüyürən tərəfi də elə budur. Bu şad xəbəri də bizə ATƏT-in mətbuat katibivəzifəsini icra edən Maroyeviç verib. Onun açıqlamasından bəlli olub ki, budəfəki iclasda 50-dən artıq nazirlə yanaşı, ABŞ-ın dövlət katibi HillariKlinton, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, eləcə də Avropa Birliyininxarici məsələlər və təhlükəsizlik siyasəti üzrə komissarı iştirak edəcəkdir.
Göründüyü kimi, iclasın iştirakçıları çox yüksək ranqlı məmurlardı.Onların qarşısında həmsədrlərin Qarabağdan danışması artıq bir addım "irəliləyiş" deməkdi. Lakin hara və nəyədoğru, onu deyə bilmərəm. Çünki həmin iclasda iştirak edənlərin hamısıayrı-ayrılıqda məsələnin mahiyyətini çox gözəl bilirlər. İndi gözləyək görək,ayrı-ayrılıqda çox gözəl bildikləri məsələni birlikdə necə çözəçəklər?! Əgərçözə bilsələr, əsl şad xəbər də bax, o olacaq. Onda bizi o gic gülmək dətutmayacaq.
Əbülfət MƏDƏTOĞLU