ANA SƏHİFƏ / YAZARLAR

İNKİŞAFIN UĞUR STRATEGİYASI

42114    |   2012-11-27 11:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən sayımızda)

Yeraltı su mənbəyi olmayan kəndlərin içməli su ilə təminatında problemlər vardır. Bu kəndlərdə sutəmizləyici qurğuların quraşdırılması işlərinin sürəti aşağıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2013-cü ilə qədər içməli su mənbəyi olmayan bütün kəndlərdə təmizləyici qurğuların istifadəyə verilməsi nəzərdə tutulduğu halda yalnız iki kənddə əhali bu qurğuların xidmətindən istifadə edir...
İl boyu aqrar sahənin inkişafı, əkin torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması və torpaqların münbitliyinin artırılması üçün müəyyən tədbirlər həyata keçirilmişdir.

Kənd təsərrüfatına qayğı inkişafı təmin edir

Rayonda 2012-ci ilin məhsulu üçün 21450,1 hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini aparılmışdır ki, bu da ötən illə müqayisədə 504,5 hektar və ya 2,4 faiz çoxdur. Bu il rayonda 14381 hektar sahədə taxıl biçilmiş, taxıl istehsalı 35668 ton, hər hektardan məhsuldarlıq 24,8 sentner olmuşdur ki, bu da ötən ilə nisbətən müvafiq olaraq 1504 ton və 0,3 sentner çoxdur.
Heyvandarlıq sahəsində məhsul istehsalında, həmçinin mal-qaranın baş sayında dinamik artım vardır. 2012-ci ilin yanvar-sentyabr aylarında ət istehsalı 0,5 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 6,1 faiz, yun istehsalı 2,3 faiz artmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın baş sayı 419 baş artaraq 47296 başa, qoyunların baş sayı 385 baş artaraq 64846 başa çatmışdır. Kənd təsərrüfatında ümumi məhsul istehsalı 2011-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artmışdır.
Rayonda kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin genişlənməsinə və məhsul istehsalının artımına "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamı böyük təkan vermişdir. 2012-ci ildə rayon üzrə istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 6777 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 826,3 min manat yardım verilmişdir.
Əkin torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması, torpaqların münbitliyinin qorunması, kollektor-drenaj şəbəkələrinin təmizlənməsi istiqamətində də xeyli işlər görülmüşdür.
Yanvar-iyun aylarında rayonun kollektor-drenaj şəbəkələrinin 33,9 km-lik hissəsində 78,9 min kub.m. həcmində lil və çöküntülərdən təmizlənmə işləri aparılmışdır. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 188 km. uzunluğunda suvarma arxları lil və çöküntülərdən təmizlənmiş və arxların su ötürmə qabiliyyəti artırılmışdır. İkinci Kənd investiya layihələri çərçivəsində İnçə, Qaraxıdır, Mırtı, Şəkər, Yeniarx, Ləkçıplaq, Məlikkənd kəndlərində kənddaxili şirə kanallarının təmizlənməsi işləri aparılmışdır.
Bütün bunlarla yanaşı aqrar sahədə mövcud imkanlardan heç də səmərəli istifadə edilmir. Kənd təsərrüfatının bəzi sahələrində, xüsusən taxılçılıqda məhsuldarlıq aşağıdır. Əkinə yararlı torpaqların heç də hamısından istifadə edilmir. Kənd əməkçiləri "Aqroservis" müəssisəsinin istifadəsində olan kənd təsərrüfatı texnikalarından lazımınca yararlana bilmirlər.

Həyat səviyyəsini yaxşılaşdıran səbəblər

Bu il rayon əhalisinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 9,7 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 13,9 faiz artmışdır.
Ötən müddət ərzində işləyənlərin orta aylıq əməkhaqqı 225,3 manat olmuşdur ki, bu da 2011-ci ilin ötən dövrü ilə müqayisədə 11,2 faiz çoxdur.
Rabitənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür.
Rayonda ilk dəfə tətbiq olunan müasir rabitə texnologiyaları əhalinin beynəlxalq standartlara cavab verən informasiya-telekommunikasiya xidmətlərindən səmərəli istifadəsinə şərait yaratmış, abonentlərin beynəlxalq rabitə xəttinə çıxışını tam təmin etmişdir.
Mirzəhüseynli kəndində 128 yerlik elektron ATS istifadəyə verilmiş, Bığır, Məlikkənd, Qaraman və Qarabaqqal kəndlərində mövcud ATS-lərin gücünün artırılması üçün kabelləşdirilmə işləri tam başa çatdırılmışdır.
Rayon əhalisinin elektrik enerjisi, təbii qaz və digər yanacaq növləri ilə təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür.
2012-ci ilin yanvar-sentyabr aylarında rayon büdcəsinin mədaxil hissəsinə 104,2 faiz, məxaric hissəsinə 97,3 faiz əməl edilmiş, əməkhaqlarının və digər zəruri xərclərin vaxtında maliyyələşdirilməsi təmin olunmuşdur. Yerli gəlirlər üzrə proqnozada 128,2 faiz əməl edilmiş, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait vaxtında köçürülmüşdür.
Abadlıq, quruculuq,
yaşıllaşdırma

Abadlıq, quruculuq və yaşıllaşdırma sahəsində xeyli işlər görülmüşdür. Şəhərin mərkəzində inşa edilən bayraq meydanının abadlaşdırılması işləri davam etdirilir. M.Ə.Rəsulzadə küçəsində çoxmənzilli yaşayış binasının fasad hissəsinin müasir tələblər səviyyəsində üzlənməsi işləri başa çatdırılmış, hazırda H.Əliyev prospektində binaların fasad hissələri qaydaya salınır.

(ardı gələn sayımızda)


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK