ANA SƏHİFƏ / YAZARLAR

QARDAŞLIĞA TOXUNMAYIN!

24049    |   2013-09-28 01:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Anons edirəm: müəyyən səbəblər üzündən ertələdiyim "Çalıquşu" köşə-pritçamı, eləcə də "Fərari", "Çuğul", "Sirr" adlı köşələrimi və başqa yazılarımı yaxın vaxtlarda hazırlayıb bəzi nədənləri oxucularım və "səbəbkarlarla" bölüşəcəyəm. Biriləri elə bilməsin ki, susub sakit dayanmaq, sənə tərəf uçuşan zərbələrin fitvasını və acısını "duymamaq" vəziyyətlə razılaşmaq əlamətidir. Və ya gönüqalınlıqdır, evfemist əhvalda avamlıqdır...
Mən eşitdiyimi eşidib, gördüyümü görmüşəm, ey dost!
Mən həyatımın, dünya görüşümün və əxlaqımın elə bir səviyyəsində, yaşımın elə bir həddindəyəm ki, heç kimdən, heç nədən çəkinən, qorxan yerim yoxdur. Əziz qardaşım, sənin də məndən heç nigarançılığın olmasın. Sevimli qardaşım, özümə iş-gücümə, əqidəmə cavabdehlik mənasında xəcalət çəkəsi bir hərəkətə yol verməmək üçün də həmişə oyaq olmağa çalışmışam. İşimi, iş yerimi və peşəmi namusum bilmişəm. Əqidəsini, peşəsini, iş yoldaşını və ya rəhbərini 5-10 manata dəyişənlər, satanlar bizdən bir dünya qədər uzaqdadırlar.
Sənə olan rəğbətimi, sevgimi, etibarımı sən özün hər yerdə bəyan etmisən, ümumi işimiz uğrunda fədakarlığımı hər yerdə öyüb qədrimi bilmisən. Bütün bunlara görə mən səndən heç vaxt heç nə ummamışam. Yəni bir mükafat, bir tərif mənasında.
Bəzən anlaşılmazlıqlar da olub, ancaq heç vaxt kin-kudurət yaranmayıb. Allah adamın başına daş salar, bu qədər diqqət və qayğı unudularsa...
...Ancaq o gün ki, sən, səhərin o alaqaranlığında məni oyadıb "getməli yerimiz var" deyə tələsdirdin, o gün ki, sən mənə məlum olmayan və əvvəl-əvvəl bir yuxu təsiri göstərən o müqəddəs yerdə o mübarək hərəkətləri etdin, başa düşdüm ki, bu dünyada elə məsələlər var ki, sən onları yalnız mənim görüb bilməyimə razılaşarsan. Yoxsa sən mənimlə o müqəddəs yerə qədər gedib çöldə gözlədərdin. O vaxtdan da gör bir neçə il keçib.
...Mən çaşıb qalmışdım axı! Sən o səhər, o gün kim idin, hardan gəlmişdin? Heç bilmədim kimin ruhu ilə danışırdın. Heç bilmədim Tanrıya üz tutub nələr söyləyirdin.
Məni ağlamaq tutdu. Gözlərimdən yaş damcılandı. Bu dahiyanə sevgini və kədəri zədələməmək üçün tez çölə çıxdım. Həyatımdakı bütün səhv və günahlarım gözlərim önünə gəldi.
Yenidən məni ağlamaq tutdu. Bu dəfə içəridə səni çarmıxa çəkilmiş kimi təsəvvür edirdim. Sən onda mənə hər gecə özünə cismani əzab verən o məşhur Misir fironunu xatırladırdın.
Bu sənin böyük bir zəfərin idi.
Min illərdir davam edən ilahi zəfərlərdən birinin də bu dəfə sənin şəxsində təcəssümünə ən yaxın şahid mən idim.
Həmin gündən sonra sənə olan qardaş münasibətim tamam başqa bir qismətə döndü. Mən birlikdə olanda səni adi bir görkəmdə, ayrılıqda isə tamam başqa görkəmdə görürdüm.
Bax, qardaşım, həmin o payız səhərindən, həmin o dahiyanə kədərdən və dahiyanə zəfərdən sonra sən həyatımda ilk və yeganə insan oldun ki, bütün qayğılarımı, bütün istəklərimi, bütün əziyyətlərimi, azacıq qismətim olan sevinclərimi səninlə bölüşə bilmək ərkinə kökləndim. O vaxtdan sənə həmişə çox böyük bir ərklə yanaşdım. İşdə də, şəxsi münasibətlərdə də.
Mən səndən ehtiyacım olan məqamlarda çoxlu pul istədim - verdin, hətta istəməyəndə də vəziyyətimi duyub köməklik etdin. Doğmalarımdan kimsə məni çətinə saldı - hər şeyi yoluna qoydun, nə istədim, nə arzuladım "yox" demədin.
Bütün bunları bilən, qanan adam üçün...
Eh, qardaş, qardaş... Sən əgər bilsən ki, mənim parça-parça olmuş bu ürəyimin dərinliklərində hansı ağırlıqda kədər yaşayır. Sən əgər bilsən ki... Bu dünyada daha mən heç nəyə sevinə bilmirəm!
Gərək heç mən bu köşəni yazmayaydım. Elə bir sirr kimi qalaydı. Necə ki, həmin o payız səhərində sən idin, mən idim...
Bir də başımız üstündəki Ulu Tanrımız!

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK