adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

GERİYƏ BAXANDA: İKİNCİ DÖNƏM

TOFİQ ABDİN
40057 | 2013-09-14 00:36
Zaman o Zaman idi... O Zaman ki, unudulmaz dramaturqumuz İlyas Əfəndiyev demişdi: "GERİYƏ BAXMA, QOCA..." Amma insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. GERİYƏ BAXANDA proyektimizin İKİNCİ DÖNƏMində də ömrün müəyyən məqamları öz yazılarımla birlikdə, zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda da son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
YUXU - 4 (DƏVƏTNAMƏ. ARDI ) VƏ YUXU - 5 (SAYIN DEMİRELLE GÖRÜŞÜM)

"Röyalar gerçək olsa...
Röyalar gerçək olmur... "

...Qəzetin yazarları mənim bir əcnəbi yazar olaraq çox şeylərimi bilmirlər. Bəzi yazılarımda mən öz şəxsi həyatımı anlatsam da, çox zaman gözdən qaçmış ola bilər bu anlar. Bu qəzetin insanları bütün işini-gücünü buraxıb mənim yazılarımın hamısını oxuyan deyillər ki... Heç öz yazılarını belə oxumurlar. Sağ olsunlar, məni şəxsən görüşə dəvət eləyiblər.
Heç şübhəsiz, şəklimi çəkəcəklər və bir xəbər də yazacaqlar: "Ünlü yazar arkadaşımız türk kökənli azeri yazarı Tevfik Abidin Muharremoğlu dün qazetemizin konuğu oldu. Oldukca sıcak və şakalı-makalı geçen bu görüşte yazar soruları yanıtladı, yeni yazılarıyla okurları tanış etti ve memleketi üstüne konuştu. Okurların yoğun talebiyle yeni şiirlerini okudu".
Heç şübhəsiz, belə bir xəbər çap eləyəcəkdilər. Təkrar eləyirəm: belə bir dəvətin özü mənə çox böyük bir hörmətdi, sayqıdı, müqayisə olunmayan bir yanaşmadı və hətta heç gözləmədiyim bir şeydi.
Ədəbiyyatın, şeirin, sənətin, musiqinin bir zamanlar öncülü olan dünyaya Fizuli, Nizami, Xəyyam, Neçip Fazıl, Nazim Hikmət, Adsız kimi insanlar verən bir məmləkətdə, indi sənəti və ədəbiyyatı çox bədbəxt bir vəziyyətdə olan ölkədə, mənə olan bu hörmət məni xoşbəxt etməyə bilməz. Bunu anlamayan gərək nankor olsun.
Və mən də bunu çox gözəl anlayıram...
Düşünürəm: heç şübhəsiz, bu qəzetdə çalışan yazarlardan biri məni təqdim edəcək, biri tanış eləyəcək məni buradakı adamlarla. Amma düşünürəm yenə də: kim eləyəcək bunu? Kim məni tanıyır ki, təqdim eləsin. Bu hörmət etdiyim yazarlardan heç biri məni bu üç ildə bir dəfə də olsun görmədi ki... bunu eləsinlər. O zaman mən özüm-özümü təqdim eləməliyəm. Özüm-özümü tanıtmalıyam. Çətin olsa da, obyektiv olmasa da bunu eləməliyəm. Olmasa, bu ağrılarımın nə dəyəri var ki... bu yazılarımın nə dəyəri var ki...
Amma, yenə də düşünürəm. Bu tanışlıq olmasa da olar. Bir şeylər soruşarlar, mən də cavab verərəm və beləcə də çox canlı, çox təbii bir görüş alınar. Belə daha gözəldir.
... Dəvətnaməyə bir də baxıram: yox. Vallah, bu bir yanlışlıq olmalı. Bəlkə birisi məni dolayır. Zarafat eləyirlər mənimlə. Yox, canım mənim kimim var ki, elə yaxın adam yox ki, mənimlə belə bir zarafat eləsin. Mən bu ölkədə elə bir adam tanımıram ki, mənə zarafat edəcək qədər yaxın olsun.
Yox, bu bir zarafat və dolamaq, ələ salmaq kimi bir şey deyil. Hardan ağlıma gəldi bu zarafat və dolamaq. Yox, baxıram dəvətnaməyə və bədənimi soyuq tər basır. Bu soyuq tər get-gedə istiləşir və mən sanki od tutub yanıram.
Nəfəsim tıxanır. Ağlıma soxulan bu "dolamaq", "bu zarafat" məsələsi məni təngnəfəs eləyir. Düşünürəm: bu işin sonuna varmaq üçün ən yaxşısı qəzetə telefon açım. Soruşum, varmı belə bir şey. Amma olmasa nə eləyərəm. Biabır olaram onların yanında... Ayıb olar mənə...
Qəzetə zəng eləmək üçün qan-tər içində qalxıram və yavaş-yavaş telefona yaxınlaşıram.
Nömrəni yığıram. Gözləyirəm. Kimsə cavab vermir. Saata baxıram. "Saat.... Niyə kimsə cavab vermir, Allahım! Demək yalanmış bu. Demək mənimlə oyun oynayırlar bu qərib məmləkətdə... Demək məni dolayırlar".
Bir dəfə də nömrəni yığıram... Gözləyirəm... Səs-səda yox. Yenə də kimsə cavab vermir.
Və birdən görürəm ki, kimsə mənə tərəf gəlir. Ayaq səsləri get-gedə yaxınlaşır mənə və bu ayaq səsləri get-gedə sıxlaşır. Üstümə tökülür bu ayaq səsləri... Mən qan-tər içindəyəm. Ayaq səsləri yaxınlaşır.
- Ata, - deyə məni səsləyirlər.
Qızımın səsidi bu.
- Nə var qızım, mənə dəvətnaməmi gətirdin?
- Qalx, ata, qalx, vaxt keçir... Nə dəvətnamə?..
...Mən qan-tər içindəyəm. Uzaqdan, çoooooooox... çoooooooooox uzaqdan azan səsi uçalır. Səs ucaldıqca... ucalır...
"Ya rəb, şükürlər olsun sənə, - deyirəm. Nədən bu gözəl röyadan oyandım?"
Son illərdə qürbətdə gördüyüm ən gözəl röya idi bu...

YUXU - 5
SAYIN DEMİRELLE
GÖRÜŞÜM...

(Yazı Türkiyənin "ORTADAOĞU" qəzetində çap olunduğu kimi verilir)
...İnanın, bu işin şakası-makası yok. Görüyorum ki, sayın Cumhurbaşkanı Süleyman Demirel:::in kabulündeyim, huzurundayım ve sayın Cumhurbaşkanı:::nın da elinde bir qazete var, bu da bizim "Ortadoğu" qazetesi. Sayın Demirel qazeteye bakıyor ve tam o sayfaya bakıyor ki, orada benim bir yazım yayınlanıp ve bu sayfada da tam o yere bakıyor ki, o Köşe:::de benim "Bir politik yazı" isimli makalem var. Ve malum ki, bu yazıda da ben Sayın Cumhurbaşkanı:::nın halk oyuyla seçilip-seçilmemesi konusunda düşüncelerimi aktarmışım. Ama Vallahi bana göre öyle bir şey yok bu yazıda ve düşünüyorum ki,sayın Demirel hakkında öyle şeyler yazıyorlar ki, bu güzelim memlekette benim yazım o yazılarla eşitleştirildikte,mukayese edildikte bir fuflo,yani boş ver gitsin motifleri üstünde bir yazı. Ve düşünüyorum ki, yani bu yazı sayın Demirel:::i kırmış mı Allah:::ım,bu nedenle mi beni buraya davet etmişler ve düşünüyorum ki, şimdi ne olacak benim halim. Ben bu ülkenin vatandaşı değilim ve hiçbir hakka da sahip değilim ki, böyle durumlarda ağzımı açıp da bir söz deyim. Hatta diken üstünde oturmuş gibi bir adamım bu memlekette,bir gün bir polis bana yaklaşıp bir şey isterse yalnız ve yalnız zorum yettikçe koşup canımı kurtarmaktan başka bir çarem yok. Çünkü Bahlul Danende gibi birisiyim...
Sayın Cumhurbaşkanı gözaltı bir bana bakıyor ve bir de qazeteye bakıyor, bir az dudakları kaçıyor, bizlerde derler, yani hafifçe gülümsüyor. Ben bir az rahatlıyorum ve vahim bir şey olmayacağını düşünüyorum. Kendimi avutuyorum tabii,kendimi avutuyorum da, akabinde ne olacak şunu bilmiyorum ve bir az da qazeteyi zor duruma soktuğum için kendimi kınıyorum tabii...
Sayın Cumhurbaşkanı yardımcısını ve Basın Müşaviri:::ni çağırıyor. Ben tamı tamına işin ne yerde olduğunu şimdi daha güzel anlıyorum ve hiç kuşkusuz bu makale için neler söyleneceyinin hazırlığını yapıyorum ve kendimi savunacak bir şeyler düşünüyorum.
...Vakit zor geçiyor ve şunu da belirtiyim ki, bütün hayatım, yaşamım boyu ilk kezdir ki, böyle bir duruma düşüyorum, yani böyle bir adamın huzurundayım, hiç bir deneyimim yok, hiç bir tecrübem yok... şimdi anlarsız benim halimi...
...Yardımcısı geliyor ve Basın müşaviri de hemen hazır bulunuyorlar. Ben oturmuşum, onlar ayak üste... Böylece de durup bakıyorlar ve benim kim olduğumu bilmiyorlar tabii, bakıyorum ki, aradabir de bir-birilerine bakıp omuzlarını oynatıyorlar ki, Ya Rab bu ne iştir.
Sayın Demirel elindeki qazeteyi gösteriyor ve soruyor:bu qazetede bir yazı yayınlanıp Aradabir köşesinde, "Bir politik yazı" isimli, okudunuz mu bu yazıyı? Okumamış olsunlar gerektir ki, yine de omuzlarını oynatıyorlar ve bu kez Sayın Demirel kendisi devam ediyor: bu adam bizim kardeş Azeri yazar, qazeteci ve burada kendi köşesinde bir yazı yazmış ve beni de bir az eleştirmiş... Canı sağ olsun,kardeşimizdir ve üstelik de biliyorsunuz,ben sayın Haydar Aliyev:::le can bir kardeşiz ve nasıl biri-birimizi seviyoruz bunu tüm dünya biliyor ve bu adam da benim kardeşimin memleketinden gelmiş buraya ve yazıyı okudum, hiç de fena deyil, üslubu iyi, ortak Türkçe ile yazıyor, biz de bunu alkışlamalıyız ve savunmalıyız. Şimdi tüm bunlar güzel,ama bu adam yazının sonunda bir yürek acıtan şey yazıp. Yazıyor ki... (aynen okuyor)... Okuduğunu bitirip-bitirmez yüzünü önündeki adamlara tutup: neden ilgilenmiyorsunuz bu adamla? Neden bu ülke kendi soyundan olan adamlara böyle duyarsızdır? Ne kadar qazeteci var bizim bu memlekette Azeri dostlarımızdan... parmakla saymak mümkündür bence, şimdi böyle olduğu bir durumda, neden siz bu adamın bu yazdıklarını okuyup üstünden geçiyorsunuz veya hiç okumuyorsunuz? Neden bir yardımda bulunmuyorsunuz...
Görevliler biri-birilerine bakıyorlar ve ben o andaca Çalar Saatin sesine uyanıyorum...

Tofiq Abdin
[email protected]
www.tofigabdin.com

TƏQVİM / ARXİV