ANA SƏHİFƏ / YAZARLAR

XORA

16456    |   2013-09-07 00:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bilmirəm başqaları nə fikirdədir, mən bir yazar kimi oxucularımdan çox razıyam. Sağ olsunlar, bəzən heç müntəzəm yazmasam da, əlaqəni kəsmirlər: telefonumu bilənlər zəng edir, məktub həvəskarları bir neçə cümlə də olsa yazıb fikrini bildirir, bəziləri də dost-tanışlar vasitəsiylə ismarışlarını göndərirlər.gMövzu verənlər də olur. Mərhum məhkəmə hakimi Hüseyn Hüseynovun unikal bir "işə çıxmaq" prosedurunu xatırlatdığım köşədən sonra bu cür hallar bir az da intensivləşib. Ancaq hər bir yazarın öz mövzu bankı olduğundan, hər halda mən də müəyyən oxşar və assosiativ məqamları xatırlayıram.
Mənim doğulub boya-başa çatdığım o gözəl, o doğma çinarlar şəhərinin ən qəribə hadisələri, əhvalatları mədəniyyət evinin ətrafında baş verirdi. Hər tərəfdən bir-birinə qovuşuq olan təhsil şöbəsinin, hərbi komissarlığın, məhkəmənin, "şəhər uçastkovusunun", stomatoloji poliklinikanın, musiqi məktəbinin və g Ələddinin çayxanasının binaları mədəniyyət evinin peykləri kimi buradakı geniş meydana "strateji impulslar" ötürürdülər. Yəni, baməzə müzakirələr, kimlərinsə başına gələn əhvalatlar, şəhərdə nümayiş olunan filmlər, heç nə olmayanda da dəlillərlə mırt vurmaq məhz "Mədəniyyət evi rayonunda" baş tutur, bütün şəhərə və rayona buradan yayılırdı. Hər gün rayonun 3-4 seçmə dəlisi buraya gəlirdi ki, onlardan da ən "ağıllısı və hiyləgəri" Piri idi.
Buradaca, əziz oxucular, xatırlatmaq istəyirəm ki, "Uembli arayışı" kitabındakı bir sıra hekayətlərin qəhrəmanları məhz həmin bu Mədəniyyət evinin daimi sakinləri olub. Ərjəng Xəyyami, Şurik, Murad Muradxanov, Suliko, Robik, Madər...
... Otuz il bundan əvvəl ayrıldığım həmin məkandan indi də ildə iki-üç dəfə yolum düşür. O vaxtlar iyirmi iki-iyirmi yeddi, bəzilərinin otuz-otuz beş yaşı olan o insanlardan neçəsi artıq dünyasını dəyişib, elələri də var, xəstələnib, qocalıb əldən düşüblər. Rayonda yaşayıb sağ qalanlar isə, hətta yaşları əllini, altmışı, yetmişi ötənlər də hər gün yenə bu doğma məkana mütləq baş çəkir, eyni personalar olduqlarından, on illərdir eyni yerə toplaşdıqlarından yalnız bu məkana aid həzzi yaşamadan işə, evə qayıtmırdılar.
"Uembli arayışı"nı oxuyanlar Robiki "Birincidən sonrakı yer" hekayətindən tanıyırlar. Robik Hüseynov 70-ci illərin sonunda rayon uşaq-gənclər idman məktəbinin direktoru işləyən 37-38 yaşlı cavan bir adam idi. Boks üzrə keçmiş respublika çempionu çox güclü və ötkəm olduğundan uzun illər şəhərin "mənəm-mənəm" deyən oğlanlarından çoxu onun yan-yörəsindən əl çəkməyib oturub-durmaq üçün yaltaqlanmışdılar. Robik belə şeylərə o qədər də fikir verməzdi. Görkəmindən və hərəkətlərindən məşhur İtalyan aktyoru Çelentanonu xatırladan Robik də boş vaxtlarını domino və yaxud məzələnməklə keçirirdi. Doğrusu, hamı ona həm hörmətlə yanaşır, həm də ondan çəkinirdi, qorxurdu...
Robikin ən çox məzələndiyi adamlardan biri də "dəli Piri" idi. Özünün ailəsi, uşağı olmayan "dəli Piri" hər axşam mədəniyyət evinin qarşısından ayrılıb ya şəhərdəki bacısıgilə gedər, ya da eləcə rastlaşdığı tanış maşınlardan birinə minib kəndə - Bığıra yol alardı.
Robik Piriyə çox sataşırdı. Piri də ətrafına baxıb özünəməxsus tərzdə yaltaqlanırdı. "Noolub ə, Mamedov, mən ölüm, noolub ə..." Piri "Robik" sözünü deyə bilmədiyindən və Robikin soyadının Hüseynov olduğunu eşitmədiyindən onun üçün ən asan və hörmətli görünən "Mamedov" deyə müraciət edirdi. Elə tez-tez yaxınlıqdakı telefon budkasına girib guya avtomat telefonla "şəhər uçastkovusu" Fərzalı Məmmədovu yığaraq çağırırdı: "Əlo, əlo, Mamedov, əlo, tez gəl, arvaddar İrəhmanı döyüllər, müdürü döyüllər..."
... Şəhərin kino-teatrlarında Jorje Amadunun məşhur əsəri əsasında çəkilmiş "Qum karxanasının generalları" filmi göstərilirdi. O vaxtlar belə filmlər nadir hallarda gəlib çıxardı rayon yerlərinə. Hamımız bir-iki dəfə baxmışdıq. Heç demə, uşaqlar bir dəfə Pirini də içirdib "1 May" kino-teatrının axşam seansına aparıblarmış. Piri də səfil gənclərin yemək və yaşamaq uğrunda basqınlarını, filmin qəhrəmanlarının faciələrini, Doranın ölüm səhnəsini dəli və az-maz olan təbii ağlıyla düşüb qavramağa çalışırmış güman ki. Ancaq belə şeylərə onun ağıl və düşüncəsinin gücü çatmazdı, çata bilməzdi. Çox da ki, hər gün əlindəki meşin zənbili yarıya qədər yeməklə, bir də ona nəzir, elə-belə özünün istəyib aldığı pullarla arxa cibini doldurduqdan sonra tindən ayrılırdı. Piriyə tam dəli demək mümkün də deyildi. Yazmaq və oxumaq bilməyən bu Piri danışığında bic cümlələr qurmağa cəhd də edirdi. O, çörəyin, suyun, içkinin, günəşin, soyuğun, yaxşının, pisin dadını az-çox bilirdi. Bütün bunları mən öz müşahidələrimlə Piridə tutub bəzi məsələlərə təəccüblənirdim də.
Piri kino-teatrda baxdığı, bəlkə də baxmayıb hərdən qulaq verdiyi həmin o filmdəki səslər arasında nə eşitmişdisə, səhərisi gün Robiklə rastlaşanda ona daha Mamedov yox, "Salam ə, Xora!" deyə hırıldamışdı. Belə bir müraciət ikinci-üçüncü dəfə təkrarlananda və ətrafdakılar xısınlaşanda Robik əməlli-başlı hirslənmişdi. Əvvəlcə pis söyüşlərlə Pirini mədəniyyət evinin qarşısından qovmağa çalışmışdı. Döymək istəmirdi, çaşıb bərk bir yumruq vursaydı Piri ölərdi. Onda bəs bu gözəl çinarlar şəhəri, bu sevdalı məkan Pirisiz neylərdi? Pirisiz bu yerlərin nə yaraşığı? Bu səbəbdən Robik növbəti dəfə Piriyə yaxınlaşıb onun arxasına 3-4 yüngül təpik ilişdirmişdi. Piri də hər iki əlləri ilə şalvarının arxasını çırpa-çırpa Mədəniyyət evinin qarşısından uzaqlaşmışdı. Deyinə-deyinə, ağlamsına-ağlamsına...
Bundan sonra Piri nə vaxt tinə gəlirdisə və Robiklə qarşılaşırdısa hər iki əliynən şalvarının arxasını çırpa-çırpa oradan uzaqlaşırdı. Sanki Robik onu elə indicə təpikləmişdi...
Çox keçmədi magistralda Pirini maşın basıb öldürdü.
Ona yas saxlayanlardan biri də Robik idi.

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK