adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
03 Sentyabr 2013 17:05
18896
MƏMLƏKƏT
A- A+

İlham Mustafayev işdən çıxarılması xəbərinə münasibət bildirdi

Təhsil Nazirliyinin idarə rəisi İlham Mustafayev işdən çıxarılması xəbərinə münasibət bildirib. İ. MustafayevLent.az-a açıqlamasında ilk öncə başqa bir vəzifəyə keçdiyini bildirdi: "Başqa bir vəzifəyə təyin olunmuşam”. Lakin idarə rəisi dəqiq hansı vəzifəyə təyin olunduğunu açıqlamayıb və hər şeyin yaxın 2-3 gün ərzində açıqlanacağını bildirib.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun daha bir idarə rəisini işdən çıxardığı deyilir. Etibarlı mənbənin musavat.com-a verdiyi məlumata görə, adı bir neçə aydır mətbuatda hallanan Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili idarəsinin rəisi İlham Mustafayev vəzifəsindən azad edilib.