ANA SƏHİFƏ / YAZARLAR

SƏNDƏN NƏ ƏCƏB?..

50954    |   2013-08-31 00:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Orta məktəb illərindən tanış olub, sonralar tələbəlik dövründə dostlaşaraq bu yaxınlığı davam etdirdiyim sevimli Cahangir Hüseynovun başı olmazın bəlalar çəksə də o, ayaqda qalmağı bacaran mətin insanlardandır. Təbii, burada genetik məqamlar da böyük rol oynayır və Cahangirin xarakterini də elə bu amillər müəyyənləşdirir. Hələ gənc yaşlarından polis rəisi vəzifəsinə yüksələrək müxtəlif illərdə respublikanın dörd ayrı-ayrı rayonunda bu postda çalışan, sonralarsa iki müddətə Milli Məclisin deputatı olan Cahangir Hüseynov həm də tədqiqatçı alimdir. Məqsədim onun tərcümeyi-halını tam xatırlamaq olmadığından keçirəm əsas mətləbə.
Cahangir Hüseynov bu yaxınlarda mənə Türkiyədən telefon açıb hal-əhval tutdu, səhhətimdəki problemləri bildiyindən sağlamlığımla maraqlandı. Baxmayaraq özü neçə dəfə ölümdən dönüb, cinayətkarlar tərəfindən üzərinə tuşlanan avtomat güllələrinin yaralarından bədənində salamat yer qalmayıb. Ancaq bütün bunlara dözüb və Tanrının köməyi ilə ölümə qalib gəlib.
Həmişəki nikbin əhval-ruhiyyədə idi. Bir az biznesdən-filandan danışandan sonra, yeni kitab üzərində işlədiyindən söz saldı. Cahangir bir neçə elmi və publisistik kitabların da müəllifidir. Tanınmış yazıçı və naşir Mustafa Çəmənlinin redaktorluğu ilə müxtəlif illərdə çap olunmuş bu kitablar maraqla qarşılanıb.
Cahangir bu dəfə mərhum atası, Respublikanın əməkdar hüquqşünası, ötənlərin məşhur məhkəmə hakimi Hüseyn Hüseynov haqqında kitab hazırladığını bildirdi. Əlbəttə respublikanın Göyçay, Ağdam, İsmayıllıg kimi böyük rayonlarında məhkəmə sədri vəzifəsində çalışmış Hüseyn müəllimin nurlu xatirəsi onu tanıyan hər kəsin yaddaşında yaşamaqdadır. Bunun başqa bir səbəbi isə Hüseyn müəllimin əsl xalq adamı, sadə, səmimi, bir az da özünəməxsus tərzdə baməzə və yumorlu insan olması idi. İndi Cahangir də istəyir ki, məşhur hakimin həyatı, iş prinsipləri ilə yanaşı, onunla bağlı unudulmaz lətifələrə çevrilmiş bəzi əhvalatları da həmin kitaba əlavə etsin. Bunlardan bir çoxu hətta lətifələri də ötüb keçsə də, gerçəkdən olmuş əhvalatlar idi və mənim özümün şahidi olduqlarım, iştirak etdiklərim də az deyildi. Hüseyn əmi oğlunun dostlarına qarşı da çox istiqanlı və zarafatcıl idi. Dostum məndən xahiş edirdi ki, yaddaşımda qalan belə əhvalatları yazıya köçürüb, hazılayıb ona çatdırım.
Mən bu işə başladım. Ancaq həm də düşündüm ki, həmin əhvalatlardan bəzilərini kitabdan əvvəl öz qəzetimizdə dərc edim, onu tanıyanları qabaqcadan sevindirim...
* * *
Səfa Məmmədov tarix-ictimaiyyət fənlərindən dərs deyirdi. Hündürboy, yaraşıqlı və mehriban adam idi. Ancaq hərdən etiraz qarışıq bir qəzəblə əsib-coşmağı da vardı. Məktəb rəhbərliyinə, təhsil şöbəsinə söz demək, irad tutmaq onun üçün çətin bir iş sayılmazdı. Səfa müəllimi rayonda tanımayan çox az adam olardı. Bəzən təhsildən, camaatın dolanışığından, nə bilim, ticarətdəki özbaşınalıq və başqa neqativ hallardan ictimai yerlərdə, iclaslarda çıxışlar edib, ətrafındakıları cəsarətli olmağa səsləyirdi. Bəzən rayon rəhbərliyinə də "ilişirdi" - müxtəlif atmacalarla...
Nəhayət başbilənlər bunun "çarəsini" tapdılar. Onu rayonun ortabab kolxozlarından birinə sədr göndərdilər. Səfa müəllim allahçünə kolxozu düzəltməyə, birincilər sırasına çıxartmağa, şöhrət qazanmağa çox çalışdı. O, yeyib içməyindən də qalan deyildi. Çörəkdən az istifadə edirdi. Daha çox qızardılmış kənd çolpası, qoz-fındıq yeyər, keyfiyyətli çaxırlar içərdi. Belə yeyib-içəndən sonra bir-iki dəfə ispolkomda keçirilən axşam hesabatlarında bəzilərinə söz atmışdı, yəni şuluqluq salmışdı. Bir dəfə də ona irad tutub ağır söz deyən ispolkom sədrinin üstünə stul tolazlamışdı. Stulun bir küncü rayonun ikinci şəxsinin başını zədələmişdi. Təbii ki, bundan sonrakı hay-küy və haray-həşirin sonu Səfa müəllimin milisə aparılıb üstündəki "kəsici-deşici alətlərin" və kəmərinin (?) götürülməsi ilə nəticələnmişdi.
Sonra hadisəyə qiymət verilərək təcili cinayət işinə başlanılmış, Səfa müəllimi istintaq etmişdilər. Bunun üçün çox az vaxt lazım gəlmişdi və yayın və pambıq yığımının qızğın vaxtında Səfa müəllimi əlləri arxasında qapalı milis maşınından düşürüb məhkəməyə gətirmişdilər.
Məhkəmə "tamaşaçı" çox olduğundan və istinin şiddəti səbəbindən zalda deyil, həyətdəki bağçada qurulmuşdu. Burada hakimin və iclasçıların, eləcə də prokurorun, vəkilin, katibin əyləşəcəyi məxsusi guşələr və bir də "qara stul" deyilən vahiməli künc yox idi. Skamya, stul, taburetka tapanlar əyləşmişdi, qalan "tamaşaçılar" isə ayaq üstə sıralanmışdı. Siz "tamaşaçı" sözünə təəccüblənməyin, əziz oxucular, Hüseyn əminin əksər məhkəmə iclasları sonda qanunların aliliyinin qorunmasına, ədalətin zəfər çalmasına baxmayaraq, qorxulu məhkəmə istintaqlarından daha çox əsl tamaşaya, melodrama bənzəyirdi.
Bizlərdən çoxumuz Səfa müəllimin xətrini istəyən gənclər olduğumuzdan arzulayırdıq ki, onun işi yüngül keçsin, Hüseyn əmimiz onu ciddi cəzalandırmasın.
...Budur, hakim və dövlət ittihamçısı və məhkəmə iclasının digər rəsmiləri həyətə daxil olurlar. Hamı əl çalır! Səfa müəllim də. Hakim öz yerinə tərəf addımlayarkən başının üstündə milis serjantı Ağaşərifin dayanmış olduğu Səfa müəllimi "görür". Evdə və ən yaxın çevrədə Səfa müəllimi Safı deyə çağırırdılar çox zaman. Hüseyn müəllim də eləcə Səfa müəllimə əl uzadaraq:
- Xoş gördük, ay Safı, səndən nə əcəb istinin bu tüğyanında bizi yad eləmisən? (Guya xəbəri yoxdur, başqa işə baxacaqmış...)
Hüseyn müəllim bununla da kifayətlənmir. Bəlkə də dünya məhkəmə praktikasında heç vaxt olmayan başqa bir hadisə də baş verir və ətrafdakıları heyrətə salır. Hakim müttəhimi ən yaxın bir dost kimi qucaqlayıb bağrına basır...
Təcrübəli hakim əlbəttə əvvəlcədən çox gözəl bilirdi ki, bu hansı məhkəmə işidir və məsələ nə yerdədir. Sadəcə o, özünü elə aparırdı ki, guya ...
... Arxasına fikir verin. Səfa müəllim təbii ki, hakimin bu jestindən ürəklənərək əhvalatı qısaca anladır. Hüseyn müəllim də sanki indi xatırlayırmış kimi deyir:
- Sən heç narahat olma, bir xətadır, kişinin başına iş gələr. Sənə kömək eləyəcəyik...
Məhkəmə iclası zahirən öz havasını dəyişmədən davam etsə də sonda dövlət ittihamçısı Səfa müəllimə 5 il həbs cəzası istədi. Hakim bunu xeyli yüngülləşdirə bilərdi. Ancaq ortalıqda rəhbər işçiyə qarşı xuliqanlıq cinayəti vardı. O üzdən də Hüseyn müəllim müttəhimə 3 il 6 ay həbs cəzası kəsdi və milis Səfa müəllimi apararkən onlar yenidən qarşılaşdılar. Hələ eyforiyada olan Səfa müəllim hakimə elə hey minnətdarlıq edirdi. Hüseyn müəllim də Səfa Məmmədova ürək-dirək verib deyirdi ki, möhkəm ol, kömək edəcəyəm, uzağı bir ilə səni buraxacaqlar.
Alqış sədaları yenidən məhkəmənin həyətini teatr salonuna döndərdi.
Sonralar necə oldusa Səfa müəllim 8 ayın tamamında şəhərin küçələrində, mədəniyyət evinin tinində göründü. Gerçəyi bu idi ki, özü ora-bura, yuxarı təşkilatlara, xüsusən də Moskvaya çoxlu şikayətlər yazmışdı...

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK