adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

SEHR, QƏRİBƏLİK, YOXSA MÖCÜZƏ?..

BABƏK YUSİFOĞLU
67488 | 2012-11-27 23:14
Tanrıtərəfindən yaradılmış bu dünyada, bu kainatda nələr qəribə, nələr sirli deyilki? Nə qeyri-adi deyil ki? Bizi əhatə edən, gördüyümüz hər şey. Hətta hər güntəmasda olduğumuz torpaq, su, hava, qaranlıq, gündüz, səslər belə...Deyəcəksiniz, bunlar ki, adları, xassələri məlum, daim təmasda olduqlarımızdı.Onda niyə qəribə, sirli olsunlar ki?..

Bir anlıqtəsəvvür edin ki, biz Yerdən tamam fərqli olan kənar bir məkandan burayagəlmişik. Onda qarşılaşdığımız, təmasda bulunduqlarımız adi olacaqdımı bizimüçün? Təbii ki, yox. Sadəcə, biz dünyaya gəldiyimiz zamandan fasiləsiz şəkildəətraf mühitlə təmasda olduğumuzdan insan övladının gözündə hər şey adiləşir,bəsitləşir, qəribəlikdən çıxır. Amma bu heç də o anlama gəlmir ki, su, torpaq,Allahın yaratdığı hər şey öz tərkibini, xassələrini, forma və məzmununudəyişdiyi üçün adiləşir. Hərçənd insanlar bunların fərqinə varmır.

Kim bilir,bəlkə də elə bu «adiləşmə» prosesi üzündəndir ki, ən qəribə, ən sirliyaradılışlardan biri olan bəni-insan təəccüblənməyə, heyrətlənməyə,həyəcanlanmağa inanılmaz dərəcədə meyillidir. Mənə elə gəlir ki, elə həmin meylbəşəriyyətin təkamül prosesində də böyük rol oynayıb.

Bundanbaşqa, bu meyl o qədər güclüdür ki, bəzi insanlar - maqlar, kahinlər,illüziyaçılar, ekstrasenslər... insanların belə təbii psixoloji tələbatlarınıtəmin etmək üçün yollar, üsullar arayıblar. Hətta belələrinin sırasındaYaradanın istedad bəxş etdikləri də az olmayıb. Zahirən adi görünsələr də,başqalarından fərqlənməslər də elə onlar da mahiyyətcə qəribə, sirlidirlər...

Uri Qellerkimi...

(Əvvəliqəzetin 27 noyabrsayında)

Bəli,Urinin özü də bilirdi ki, İsraildə əslistedadını göstərmək, dünya arenasına çıxmaq, daha böyük səhnələrdə görünməkşansı yoxdur. Bundan ötrü Avropaya, Birləşmiş Ştatlara yol almalıydı. Ammanecə? Bunun üçün kasıb Qellerlər ailəsinin həmin imkanları mövcud deyildi. Ohələ uşaqkən valideynləri boşanmışdı. Başqa birisinə ərə gedən, lakin sonradanonu da itirən anası ailəni çoxçətinliklə dolandırırdı. Qərbə getməksə sadəcə oraları gəzib, görüb gəlməkdeyildi. Ürəyindəki arzuları gerçəkləşdirmək üçün Uri müəyyən işlərinöhdəsindən gəlməliydi.

Əslindəpuldan başqa, ona həm də kömək edəcəkbir adam, yəni prodüser deyilən bir şəxsdə lazım idi. Uri bunu hələ yeniyetməlikvə erkən gənclik illərində göstərdiyi sadə seanslar zamanı hiss etmişdi. Həmindövrlər o, hər kəsin Şipi deyə çağırdığı12-13 yaşlarında olan Şimşon Ştranqlatryuklara çıxırdı. Niyəsə Şipi iləonun istədikləri daha yaxşıalınırdı. Amma daha böyük arenalarda o,bu işə yaramayacaqdı.

DÜNYAYA AÇILANYOL

Həminməsələnin həllində də həyat onun üzünə güldü. Belə ki, anomal hadisələrintəhqiqatçısı, serb əsilli amerikalı psixoloqAndrea Puhariç bu işin öhdəsindən layiqincə gələ bilərdi. Özü dəpsixoloq özü Uriylə yaxından maraqlanırdı. Belə olan halda işbirliyi üçün bircəproblem qalırdı. Puhariç əvvəlcə özü Urinin istedadına əmin olmalıydı.

Onda1971-ci ilin payızı idi. Qeller haqqında kifayət qədər məlumat alan amerikalıpsixoloqu ilk razı salan əslində gənc ekstrasensin dünyaca məşhur ZiqmundFreydlə ana tərəfdən qan qohumu olmasıydı. Mümkün idi ki, həmin genetik koddadaha bir fenomen şəxsiyyət özünü büruzə versin. Uri Qelleri yoxlamaq Puhariç üçün kifayət edəcəkdi. Ona görə dəpsixoloq yenicə parlamağa başlayan bu telepatı müxtəlif eksperimentlərlə,cürbəcür testlərlə sınaqdan keçirdi. Və nəticə parlaq idi. Puhariç əmin olduki, Qeller psixokinetik gücə, yüksək bioenerjiyə malikdir. Bundan sonra UriQeller üçün amerikalı psixoloqun köməyi ilə şans ulduzu göründü. Amma heç dəhər şey tezliklə baş vermədi. Bir qədər gözləmək lazım gəlirdi.

Həmingörüşdən təxminən iki il sonra, yəni 1973-cü ildə Uri Qellerin dünyaya yoluaçıldı. Belə ki, Uri ilk dəfəmilyonlarla izləyicisi olan Bi-Bi-Ci-də onun qeyri-adi bacarığna həsrolunmuş xüsusi bir proqrama dəvət edildivə həmin vaxt o, dünya tamaşaçısı üçün doğuldu. Necə deyərlər, adi insan kimiyatıb, məşhur kimi oyandı. Teleefir zamanı artıq studiyaya ara vermədən zənglərdaxil olurdu. Uri Qeller yalnız barmağının ucu ilə toxunduğu qaşıqları,çəngəlləri əyir, hətta bəziləri onun daxili enerjisinin təsiri nəticəsindəqırılırdı da. Yaxud, bu metal cisimlər toxunuşsuz öz yerlərindən belə havayaqalxırdı. Bu möcüzə idi.

BÖYÜK ŞÖHRƏT VƏ SINAQLAR...

Yəqin o özüdə inanmazdı ki, bacarıqlarını təkcə bir dəfə televiziya vasitəsi ilə nümayişetdirməklə belə şöhrət sahibi ola bilər. Amma olmuşdu. Bu hadisəni Qellersonralar belə xatırlayırdı: «Mən BritaniyanınBi-Bi-Ci telekanalında özümün məşhur nömrəmi - metal qaşıqlarla olanseansı göstərdim. Bu zaman əlimi onlara sürtüb səsləndim, «Əyil!» Və onlar tapşırığıma «əməl etdilər», ardınca isə qırıldılar. Bu proqrama baxanminlərlə tamaşaçı mənə məktublar və müraciətlər göndərdilər. Və mən beləcəulduza çevrildim. Qaşıqlarla olan seans xüsusi rol oynamışdı. Ona mahnılarbəstələndi, populyar «Matritsa» blokbasterdə istifadə edildi, Elvis Presli, ConLennon, Salvador Dali, Maykl Cekson mənə qaşıq hədiyyə etdilər. Belə hədiyyələrin sayı 5 minə çatdı. Və mənhəmin qaşıqlarla şəxsi «Kadillakı»mı bəzədim».

Onun özünündediyi kimi, bütün bunlardan sonra Uri Qeller dünyada tanındı və onun başqa ölkələrəgedərək teleproqramlarada çıxışı asanlaşdı. Çünki istənilən ölkənin istəniləntelekanalı məmnuniyyətlə qeyri-adi telepata efir vaxtı verməyə hazır idilər. Odaha Təl-Əvivdə anasıyla birgə kasıblıq içərisində yaşayan, məşhurluqdan uzaqbir adam deyildi.

Lakin qeydedim ki, şöhrətlə bərabər onun əleyhdarları da getdikcə çoxalır, bəziləritelepatın haqqında xoşagəlməz şaiyələr yaymaqdan, hətta onu fırıldaqçıadlandırmaqdan belə çəkinmirdilər. Elə bu üzdən də Uri Qeller dəfələrləmüxtəlif institutlarda yoxlamalardan, testlərdən keçməli oldu. Bu o həddə qədərgəldi ki, Uri bütün bunlardan bezdi. Açıqlamaların birində Uri Qeller özühaqqında həqiqətləri sübut etməkdən yorulduğunu söylədi. «Bunlar məniiyrəndirir. Bu zaman mən özümü sınaq üçün istifadə edilən heyvan kimi hissedirəm».

1972-ciildə amerikalı kosmonavt Edqar Mitçellinmaddi və mənəvi dəstiyi ilə Uri Qellerin paranormal imkanları KaliforniyaStanford təhqiqat institutunda tanınmışfiziklər X. Puthoff və R. Tarqtərəfindən diqqətlə araşdırıldı. «Möcüzələrin» səbəbləri müəyyən edilməsə dətəsdiqləndi ki, Uri Qeller qeyri-adi imkanlara malikdir. Əslində hər dəfəkeçirilən sınaqların, yoxlamaların nəticələri bir-birinə çox bənzəyirdi: UriQellerin etdikləri hipnoz, illüziya, təlqin effekti deyildir. Bunlar realpsixofizioloji təzahürlərdir.

O,həqiqətən də özüylə bağlı sirlərin səbəbini bilmirdi. Dəfələrlə - «Bütün bunlar məndə necə alınır, indiyədəkheç özüm də anlaya bilmirəm» - söyləsədə bir sıra adamlar hər şeyi anlaşılmaz məqamlara bağlamaqdan əl çəkmirdilər.İngilis jurnalisti Mariya Styuarta müsahibəsi zamanı onu gözü götürməyənlərə cavab olaraq Qeller belə demişdi:

«...Birneçə ilə əvvəl özümə söz vermişəm ki, bir daha heç kimə heç nəyi sübutetməyəcəyəm. Mənim bacarığıma inanmayanlarla mübahisəyə girməyəcəyəm. Elmadamlarına isə bunları pulsuz olaraq sübut edəcəyəm. Ona görə ki, əgər onlar busirri aça bilsələr, onda bu, bütövlükdə insanlığın xeyrinə olar».

ONUN «HÖKMÜ»İLƏ BİQ-BEN DAYANDI

Uri Qellerdaha böyük səhnələrdə insanları şok vəziyyətdə saxlayan seansları ilə çıxışetməkdəydi. Bu qeyri-adi insan ondan xəbərsiz gizlədilən əşyaların yerini səhvsiz deyir, qarşısında dayananadamın nə düşündüyünü, bağlı qutunun içərisində tullanan oyun zərlərinin neçətinli olduğunu söyləyir, işlək kompasın əqrəblərini toxunmadan istədiyi səmtəyönəldir, kənardan elektron tərəzidəki yükün çəkisini dəyişir, hamının gözüönündə əşyanı itirə və yenidən öz yerinə«qaytara « bilirdi. Yaxud, uzun müddət işlək vəziyyətdə olmayan saatlarıhərəkətə gətirir, normal qaydada işləyən saatları isə psixokinetika, sahib olduğu daxili enerji vasitəsi ilədayandırmağı bacarırdı. Artıq ona möcüzəli insan kimi baxırdılar.

UriQellerin ən möhtəşəm seanslarından biri Londondakı məşhur saatı - Biq-Beni saxlamaq oludu. Ondaşöhrətinin, eləcə də başhərləndirici seanslarının ən parlaq dövrləri, 1991-ciil idi. Ekstrasens çoxsaylı tamaşaçıların gözü qarşısında qurulduğu tarixdənindiyədək heç vaxt dayanmayan məşhur Biq-Beni durdurdu. Əslində bunu növbətiseans yox, bir sensasiya da saymaq olardı. Bütün alimlər, paranormalhadisələrin təhqiqatçıları təəccüb içərisindəydi. Nələr baş verirdi?..

Amma bunlarheç də onun qeyri-adi seanslarının hamısı deyildi. Qellerin elə imkanları varidi ki, hətta hökumətlər, çox böyük iş adamları belə Urinin bacarığındanyararlanmağa səy göstərirdilər. Belə ki, telepat ərazilərin üzərində müşahidəaparmaqla torpağın dərinliklərində olan faydalı qazıntıların, neftehtiyatlarının, qızıl yataqlarının yerini müəyyənləşdirə bilirdi. Məsələn, UruQeller Meksikada neft yataqlarının yerini tapdığına görə ölkə prezidenti şəxsənöz əli ilə Meksikanın fəxri vətəndaşı pasportunu ona təqdim etmişdi. Bu hipnoz,illüziya ola bilərdimi? Əlbəttə ki, yox.

Və bütünbunlar hər mənada onun həyatını dəyişdirmişdi... Təbii, şöhrətlə bərabər Urininmaddi vəziyyəti də yaxşılaşmaqdaydı. Çox keçmədi ki, o Təl-Əvivdə özlərinəgözəl bir ev aldı. Avtomobillərə, Britaniyada, Amerikada mənzillərə, bankhesablarına sahib oldu... Burada maraqlıbir nüansa diqqət çəkmək məncə yerinə düşər. Uri Qeller milyonların gəldiyivaxt, hətta indi də pullarıyla, eləcə də şöhrətiylə başqalarının qarşısındaöyünmür. Əksinə, özünün ən kasıb günlərini unutmamağa çalışır. Pula, sərvətə qarşı qəti həvəsli deyil.Bəlkə də bu xarakterindən doğan haldıki, Uri xeyriyyəçilik etməyi sevir,kasıb xəstə uşaqların müalicəsinə maliyyə yardımları göstərir.

O,BELƏ DEMİŞDİ...

Rusiyadasəfərdə olarkən onun rus auditoriyasıüçün verdiyi müsahibələrin birində özü ilə bağlı bir sıra ilginc məqamlardanaçıqca bəhs etmişdi:

«...

- Sizinhəyatınızda qara zolaqlar olmuşdurmu?

- Mənhəyata çox çətinliklərlə başlamışam.Yoxsulluğun nə olduğunu çox yaxşı bilirəm. Uzun zaman anamla birotaqlı, balaca mənzilimizdə yaşamağımızı heç vaxt unutmuram. Sonralar, yəni məşhurlaşandansonra mən varlılıqla sınağa çəkildim. Bu təxminən 70-ci illər idi. Bu ozamanlar idi ki, nefti, digər qiymətli təbii sərvətləri haralarda axtarmaq lazım olduğunu söyləməyəbaşlamışdım. Onda maşınları, evləri dəyişir, restoranlarda vaxtımı keçirirdim,bulimiya belə qazanmışdım. Restoranda menyudə olan bütün yeməkləri sifarişverir, bacardığım qədər yeyir, sonra isə ayaqyoluna gedib mədəmi boşaldır,qayıdıb təzədən yeyirdim. Bu ağılsızlıqdan məni Con Lennon xilas etdi.

- Con Lennonuyaxşı tanıyırdınızmı?

- Obaşqalarından fərqlənirdi. Mənim kimi idi. O gördü ki, cibimə tökülən pullarlamən məhv oluram, dedi: «ruhuna sahib ol!» Ləzzətlər heç vaxt insanı doydurabilməz. Çünki insan çox olduqca daha çox istəyir. Daha çox pul, daha çoxhəzz... Bunun sonu yoxdur. Bəzən bu yolda adamı peşimançılıqlar da gözləyir. Həyat yolunu, işini, zövqünü ruhənzənginləşdirmək lazımdır».

Belə deməkmümkünsə, Uri Qeller heç də qeyri-adi bacarığını, enerjisini seanslar keçirməyə, tamaşalar göstərməyə,teleproqramlarda çıxış etməyə həsr etməyib. Daim yaxşıya, pozitiv enerjiyə canatan, insanlara da bunu aşılamağa çalışan böyük telepat həm də qələm adamıdır.Özünü yaradıcılığa həsr etdiyi zamanların nəticəsidir ki, indi onun işlərisırasında yazdığı bədii və sənədli kitabların sayı 16-ya çatır.

SON OLMAYANSON

Qellerartıq yaşlanıb və uzun zamandı ki, kütlə qarşısında seanslar göstərmir.İngiltərənin cənubunda - Berkşir qraflığında, Temzanın sahilində, sakit birguşədə yerləşən villasında həyat yoldaşı Hanna ilə birlikdə səssiz bir həyatyaşayır. Maraqlıdır ki, gənc yaşlarında ailə quran Uri Qeller nə vaxt ailəsindən söz düşəndə ömür yoldaşınıçox sevdiyini, bu insanın onun üçün çox əziz olduğunu təkrarlamaqdançəkinmir.

UriQellerin iki övladı - oğlu Daniel, qızıNatali isə valideynlərindən uzaqda -Birləşmiş Ştatlarda yaşayırlar. Və qeyd edim ki, atalarının qeyri-adiistedadından heç nə onlara keçməyib. Bir zamanlar özünü dünyaya göstərməyə canatan Qellerin indi demək olar ki, istəkləri adiləşib. Bir dəfə «Sizin indiarzunuz varmı?» sualına böyük ekstrasens belə cavab vermişdi:

«- İstərdimki, bütün qeyri-adi bacarığı olan şəxsləri Las-Veqasa toplayam və oradaaydınlaşsın ki, bu sahədə ən möhtəşəm kimdir. Bu mənim peşəkar arzumdur. Lakinsadəcə insan kimi istərdim ki, daha çox adam mənim kimi dini ehkamlarla yaşasın, özlərindən büt,pərəstişgah düzəltməsinlər».

Uri Qellerkimi...

BABƏKYUSİFOĞLU

[email protected]

www.babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV