adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

SÖZÜMÜZÜN ƏKRƏM ƏYLİSLİSİ

VAQİF YUSİFLİ
71725 | 2012-11-30 23:42
(ƏkrəmƏylislinin 75 yaşına)

ƏkrəmƏylislinin 75 yaşı tamam olur. İlk dəfə 38-40 yaşlarında gördüyüm bu yazıçısanki heç nə olmayıbmış kimi elə o yaşda, o görkəmdə bu yaşına gəlib çatıb.Zahirən çox az dəyişib. Amma mənim 38-40 yaşında gördüyüm Əkrəm Əylisli buillər ərzində yazıçılığın və ziyalılığın çox enişli-yoxuşlu yollarını keçib.Ə.Əylisli Azərbaycan nəsrini yeni, orijinal nəsr nümunələri ilə zənginləşdirib,təkcə Azərbaycan ədəbi mühitində deyil, ondan kənarda da öz məşhurluğunu hifzedə bilib. Sovet dövrü və sovet ədəbiyyatı kontekstində götürməli olsaq, Ə.Əylislininitirməli bir yazısı olmayıb, çünki onun nəsri dövrə, zəmanəyə uyğun yox,müxalif ədəbi nümunələr idi və Ə.Əylisli də bir çox ədəbi silahdaşları kimigəmidə oturub gəmiçi ilə dava eləyənlərdən biri idi.

ƏkrəmƏylislisiz XX əsr (lap elə XXI əsr) Azərbaycan nəsrini təsəvvür eləməkqeyri-mümkündür. Təsəvvür edək ki, 75 il bundan əvvəl Ordubadın Əylis kəndində,Nəcəf kişinin ailəsində belə bir adam dünyaya gəlməyib. Təsəvvür edək ki, buada nə orta məktəb, nə də ali məktəb bitirib, sonra nə Moskvada oxuyub, nə dəaz müddət Türkmənistanda yaşayıb. Təsəvvür edək ki, ilk yazılarını əllinciillərin sonlarında-altmışıncı illərin əvvəllərində çap etdirən, elə ilk hekayəvə povestlərindən istedadlı bir nasir kimi ədəbi ictimaiyyətin diqqətini cəlbedən Əkrəm Əylisli adlı bir yazıçı ollmayıb və əgər beləydisə, nə «Adamlar vəağaclar»,»Kür qırağının meşələri», «Bir misranın yuxusu», «Ürək yaman şeydir», «Ağdərə», «Büllur külqabının nağılı», «Ürək yaman şeydir», nə də digər gözəl nəsrnümunələri heç yerli-dibli meydana gəlməyib.gO zaman son əlli ilin Azərbaycannəsri çox şey itirərdi. Nəsrimizdə Buzbulaq dünyasının mənzərələri, müxtəlifsəciyyəli insanların mənəvi aləmləri canlanmazdı, biz ağappaq gecələrin, ayişığının, gilənar çiçəklərinin, badam ağaclarının, uca-uca dağların Ə.Əylisliyəməxsus təkrarsız boyalarının həsrətini çəkərdik.

«...hərşeydən çox dağlar yadımda qalıb.

Bir dəgünəş yadımda qalıb.

Bir dəorası yadımdadır ki, bir zaman gün çıxanda dağlar gülümsərdilər.

Dağlarıngülümsəməyi hərdən yuxuma girir və hərdən yuxumda dağlar gülümsəyəndə, məndünyada saysız-hesabsız rənglər görürəm. Mənə elə gəlir ki, o rənglərinhamısını haçansa, doğrudan da, görmüşəm. Mənə elə gəlir ki, o rənglərinçoxusunu yavaş-yavaş itirmişəm. Hər dəfə əlimə qələm götürəndə o rənglərinhansınısa tapacağıma ümidim olur. Mən kəndə, uşaqlıq çağlarıma bilə-biləqayıtmıram. O çağlar özü məni çağırır. Oçağlar ki, dağlar gülümsərdilər, o çağlar ki, dünyada saysız-hesabsız rənglərvardı».

«Mənimnəğməkar bibim» povesti bu lirik etirafla başlanır və Əkrəmin bütün nəsri boyuhəmin etirafdan doğan hisslər, həyəcanlar təkrarsız lövhələrə çevrilir.

Doğrudanda, Əkrəm Əylisli nəsri sözün həqiqi mənasında sehrli, musiqili bir nəsrdir vəəgər 60-70-ci illərin nəsr üslubları içərisində seçilməsəydi, ədəbiyyatımızdabelə bir lirik, şairanə üslubun, yazı tərzinin gözəlliyini duymazdıq. Əkrəminözünü, boyunu-buxununu min adam içərisindən seçib ayırmaq, tanıyıb görməkmümkün olduğu kimi, onun deyim və duyum tərzini, yazı manerasını, üslubunu daelə ilk cümləsindən bəlirləmək mümkündür.

Ə.Əylislinəsri lirikdir, emosionaldır, az qala nəğmə kimi oxunur. Lakin təbii ki, buəlamətə görə ona dəqiq qiymət vermək olmaz. Nəsrimizdə həddən artıq lirik, gözyaşardan, hətta hind filmlərindəki kimi sırf hissiyyat üstündə qurulantəsvirlərə az təsadüf etməmişik. Ancaq həmin təsvirlər yalnız zahiri forma kimidiqqəti cəlb edib, necə deyərlər, elə vəzncə yüngül olub, ağ pambıq kimi...Əkrəmin nəsrində isə dünyanın ağrıları, dərdləri, öz kiçik kəndinə sığmayan,bir genişlik arayan insanın duyğu və düşüncələri də öz əksini tapır.

«Opişpişəyə deyərsən ki, Əjdər ölür! Və birdən-birə Sərvər gördü ki, Əjdəringözləri dolub, gördü ki, Əjdər ağlayır, gözlərinin gildir-gildir yaşıpencəyinin yaxasına tökülür».

«Ürək yamanşeydir» hekayəsinin qəhrəmanı Əjdər «hökumətin üç min manat pulunu götürübaradan çıxdığı üçün» bir daha Buzbulağa qayıda bilmir. Günlərini Bakıbazarlarında alverlə keçirir. Ancaq alverçi olsa da, restoranlarda yeyib-içsədə, Əjdər təmiz adamdır. Bu təmizliyi ürəyi kimi qoruyur. Vaxtilə ElçinƏfəndiyev «Hekayə janrı: İmkanlarımız və iddiamız» adlı məqaləsində bu hekayəbarədə yazırdı: «Ürək yaman şeydir» hekayəsi janr etibarilə ənənəvi lirikhekayədir və Ə.Əylisli bu ənənəni məhz lirik boyalar hesabına inkişafetdirərək, dünənin yox, bu günün hekayəsini-mübariz janr nümunəsi yaratmışdır.Əjdər «hökumətin üç min manat pulunu götürüb aradan çıxdığı» və Buzbulaqkəndinin yaxınlığında, «ilan mələşən» bir yerdə çör-çöpdən özünə koma düzəldibgizləndiyi vaxtlar, gecələr yatanda onu ilan vurmasın deyə kirpi saxladığı vəbu vəfalı kirpi ilə yeganə həmdərd olduğu günlər bir şeir yazmışdı:

«Yetimkirpi, çək mənim keşiyimi,

Doğma yurdaqaçaq düşüb gəlmişəm.

Buraxmışamevimi-eşiyimi,

Tülkü kimikol dibinə girmişəm»

Əjdər başqaşeirin də bir misrasını yazmışdı: «Zalım dünya, göylərə bax, ay çıxıb...». Vəkomasının qabağında oturub aya baxa-baxa bu misranı öz-özünə elə hey təkraretmişdi, amma ardını deyə bilməmişdi, çünki Əjdər şair deyildi.

Düzdür, oözü şair deyil, lakin onun ürəyi şair ürəyidir, hər şeyi duyur, hiss edir vəbuna görə də Buzbulaqdan qaçıb Bakı bazarlarında alverçiliklə məşğul olduğuvaxt-xeyli illər keçdikdən sonra deyir: «Ürək yaman şeydir...».

«Ürək yamanşeydir...» -bu sözlər bizi də yandırır, çünki bir bədii xarakter kimi, Əcdərdolğun, bütöv və yenidir».

ƏkrəmƏylislinin dəli-dolu, yerinə-yatağına sığmayan çaylar kimi «nadinc»qəhrəmanları keçən əsrin 60-80-ci illərinin mənəvi ab-havasını bütün reallığıilə gözlərimiz qarşısında canlandırır. Ancaq bu qəhrəmanların heç də hamısıdəli-dolu, üsyankar, ipə-sapa yatmayan deyil, onların arasında ürəyi iləbaş-başa verən, dərdini ağaca, suya, ay işığına danışan həssas təbiətli adamlardaha çoxdur və Əkrəm Əylisli elə bir yazıçıdır ki, öz qəhrəmanlarının taleyinibaşlı-başına buraxmır, onların kənddən başlanan yolunu dünyanın hansı bir nöqtəsindəsə davametdirir. İllər uzunu qatardan-qatara, təyyarədən-təyyarəyə bu dünyanı dolanan qəhrəmanlar axır ki,qəribçilikdən sıxılıb Buzbulağa can atırlar. Əkrəmin qəhrəmanları yaşadıqlarımühitdə çətin anlaşılan, hətta bəzi məqamlarda qəbul olunmayan qəhrəmanlar kimidiqqəti cəlb etmişlər. «Kür qırağının meşələri» povestinin qəhrəmanı Qədiripə-sapa yatmayan, yaşadığı mühitdə hamının birmənalı şəkildə qəbul etmədiyibir şəxsdir. Halbuki, onun dəli-dolu hərəkətləri ilə ürəyinin təmizliyi,niyyətinin saflığı arasında ziddiyyət var. Hərbi xidmətə getməmişdən əvvəlQədir adamları «çox söymüşdü, çox incitmişdi. Həm də təkcə özlərini yox,allahlarını da, peyğəmbərlərini də! Həm də təkcə allahlarını, peyğəmbərləriniyox, qızlarını da, arvadlarını da. Bir dəfə qəhqəhə çəkib gülməkdən ötrü Qədirmaşının kabinindən əl atıb, yolla gedən qızların başından yaylığını qapmışdı;hörmətli-izzətli kişilərin üstünə maşın sürmüşdü, arvadların su dolu vedrəsinəqum atmışdı, qoz qabığı atmışdı, papiros kötüyü atmışdı...O bu adamları çoxsöymüşdü, çox incitmişdi, hətta döymüşdü..Ancaq altı il bundan qabaq». Qədirin bu kəndə gəlməyə heç bir üzü yox idi.Amma Qədir tamam dəyişmişdir.Bircə o qalır ki, arvadı Səltənət və kənd camaatıonun dəyişdiyini, tamam başqa adam olduğunu başa düşsünlər.Amma Qədirin dəyişdiyiniheç kəs anlamır. Ona görə də Qədir bu kənddən baş götürüb gedir.

Ə.Əylislininbu tipli qəhrəmanları az deyil. Ancaq öncə qeyd etdiyimiz kimi onun düşünənqəhrəmanları da var. «Güllü paltar mövsümü»ndəki Uanəli müəllim, «Büllurkülqabının nağılı»nda Mirzə Manaf, «Ağ dərə»də Ramazan belə obrazlardandır.Ə.Əylislinin qəhrəmanlarını səciyyələndirən oxşar xüsusiyyətlər onlarınhamısına xas olan etirazçılıq, həyatdakı mənfiliklərə qarşı barışmazlığıdır.Xüsusilə, «Dəhnə» povestində sovet cəmiyyətinin iç üzü açılır, quruluşun artıqçürüməyə başladığı bədii-publisistik düşüncənin obyektinə çevrilir.

Əkrəmintəsvir etdiyi Buzbulaq və bu kəndin adamları bir də ona görə maraqlıdır ki,Buzbulaqdan bütün Azərbaycan görünə bilir. Mərhum tənqidçi Arif Hacıyevindüzgün müşahidə etdiyi kimi: «Buzbulaq kəndi Azərbaycan torpağınınümumiləşdirilmiş poetik və rəmzi obrazına çevrilir. Buzbulaqlılar isəAzərbaycanın hansı konkret hissəsində yaşamalarından asılı olmayaraq.Azərbaycanlılardır».

ƏkrəmƏylisli haqqında dünyanın tanınmış yazıçılarının bir çoxu ürəkdən gələn sözlərdeyib və bu kiçik yazıda onları xatırlatmağa ehtiyac yoxdur. Bircə onu deyə bilərəm ki, Şukşin, yaRasputin rus nəsri üçün nədirsə, Əkrəm Əylisli də bizim nəsr üçün odur. Yazıçıvar ki, yazdıqları elə hey torpaqdan, kənddən danışır, amma torpaq və kəndqoxusu yoxdur bu əsərlərində. Əkrəmin əsərlərindən isə əsl kənd havası gəlir,torpaq qoxusu gəlir. Və Əkrəmin əsərlərinin heç birində kəndlə şəhərqarşılaşdırılmır. Sadəcə olaraq kənd xalqla bağlı əxlaqi sərvətlərin qoruyucusukimi diqqəti cəlb edir. Bu əxlaqi sərvətlərin aşınma dövrünü də o, «Ətirşah Masan» romanında təhlilhədəfinə çevirib.

ƏkrəmƏylislinin ədəbiyyat haqqında da çox maraqlı fikir və mülahizələri var və buyazıda qismən də olsa, onlara müraciət etmək istəyirik. O,yazıçılığın necəməsuliyyətli bir sənət olduğundan söz açaraq yazır ki: «Dünyanın çox-çox şirinnemətlərindən şüurlu surətdə imtina eləməyi bacarmayanlar bədii yaradıcılığınmahiyyətini heç vaxt dərk eləyə bilməzlər... Məsələ çox gəzməkdə, çox görməkdədeyil, baxılan, görülən şeyə yazıçı münasibətinin aktivliyində,passivliyindədir. Yazıçının öz iş stolunun arxasında keçirdiyi vaxtınbəhrəsini, məncə, heç nə əvəz eləyə bilməz. Yazıçı öz iş stolunun arxasında, özlaboratoriyasında, özünün əzablı-işgəncəli saatlarında yetişir. Şeir yazmağı,hekayə yazmağı riyazi düsturları həll etməkdən, kimyəvi reaksiyalara cavabtapmaqdan asan bilib, şeir, hekayə yazmağa başlayanlar, məncə özlərinə olduqcamaraqsız və mənasız bir həyat hazırlayırlar».

Ə.Əylislininbədii dili Azərbaycan ədəbi dilinin qüdrətini və müasir durumunu əks etdirir.Onun tənqidi və publisistik yazılarında Azərbaycan dilinin saflığı, gözəlliyihaqqında maraqlı fikirlərlə qarşılaşırıq. O yazır: «Mən əlbəttə, yazıçılarıoxuculara layla deməyə çağırmıram. Yalnız onu demək istəyirəm ki, bədii duyğu,bədii düha bizə qandan keçir-heç bir bilik və savad onu əvəz edə bilməz. Mənbir də onu demək istəyirəm ki, yazıçı olmaqdan ötrü xalqın əsrlər boyuncayaratdığı bədii sərvəti ana südü, ana laylası kimi qavramaq, həzm eləməklazımdır. Mənim əqidəmə görə, bədii sözlərin ən doğrusu, ən safı, ən səmimisi və təsirlisidir. Yazıçı,hər şeydən əvvəl, o adamdır ki, qəlp sözlə saf sözün fərqini öz fəhmi ilə duyabilir».

Ə.Əylislininmüasir ədəbi proses, bu prosesin fəal iştirakçıları olan ayrı-ayrı görkəmli sözustaları haqqında fikir və mülahizələri də öz orijinallığı və obyektivliyi ilədiqqəti cəlb edir. Onun İsa Hüseynov, Sabir Əhmədli, Yusif Səmədoğlu, MəmmədAraz, Ramiz Rövşən, Ələkbər Salahzadə yaradıcılığı ilə bağlı fikirləri bunamisal ola bilər.

75 yaşlıböyük sənətkarımıza yeni yaradıcılıq uğurları arzulayaq...

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV