adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR ALTMIŞINCILARIN ƏN DOĞMA HAMİSİ

TOFİQ ABDİN
32556 | 2012-11-30 23:34
«Altmışıncılar»proyektimizə ara davam edir.

Bu günlərdə(3 dekabr) Azərbaycanın qəzetçilik, jurnalistika və yazarlıq dünyasında 1950-ciillərdən 1990-cı illərə uzanan bir tarixi məkanda unudulmaz xidmətləri olan çoxsevimli bir İNSANIN və ZİYALININ 85 illiyi bu aranın davam etməsinə vəsiləoldu. Əslində bu gözəl şəxsiyyəti də elə ALTMIŞINCILAR ruhunda sevməkmümkündür. Çünki, o illərin ən demokratik ziyalılarından və baş redaktorlarından biri olan CəmilƏlibəyov həqiqətən o illərin yaradıcılarının bir çoxunun hamisi olmuşdur.

***

Buqəsəbənin adı da məni heç sevindirmir: 8-Cİ KİLOMETR QƏSƏBƏSİ. Ada bir bax və buradaəskidən bir prospekt də vardı: Nefteperarotçikov (məhz hamı rusca deyirdi onunadını) Yazdım, yazdım, axırda adını dəyişdilər. Elədilər Qara Qarayev prospekti. İndi şəstlə deyəbilirəm: mən Qara Qarayev prospektində (Caddəsində) yaşayıram. Haqqında yazıyazacağım adamla, bizim sənət dünyamızda, ziyalı aləmimizdə, ədəbi camiəmizdəçox geniş tanınan bir insanla, yaradıcıylabu adın heç bir əlaqəsi yoxdur. Bilmirəm haradan çıxdı bu qəsəbənin adıortalığa. (Məhz belə yazı üslubu da haqqında yazdığım insandan qaynaqlanır) Haradan çıxdı. Bilirsiniz, bu qəsəbədəki 9mərtəbəli bir binanın doqquzuncu mərtəbəsindən baxıram, bura mənim evim və bundan öncə kompüterdəyeni səhifə açmaq və indicə haqqında yazacağım insan haqqında yazıya başlamaqistəyirdim və birinci cümləni də fikirləmişdim. Beləydi: haqqında yazacağım insan barədə əliminaltında heç bir məlumat yoxdur, amma bilgim dünya qədərdir. Yox, kiçik bir məlumat var : «525-ci qəzet»inyazarı Qalib Toğrulun bir yazısı. Adı da belədir: ÖRNƏK ZİYALI. Yazı «525-ciqəzet»də də çap olunmuşdu.

Mən özyazımın ilk cümləsini düşünə-düşünə bir də baxıram ki, kompüteri qapatmışam.

Bu nə iş,Allahım! Haqqında yazacağım ziyalı elə bir insan ki, (mən onun heç bir əsərinin təhlilini verəndeyiləm) iri hərflərlə yazıram: BU ADAM HEÇ BİR ƏSƏR YAZMASAYDI BELƏ, BİR İNSAN,BİR ÖRNƏK ZİYALI, BİR BAŞ REDAKTOR KİMİ YADDAŞLARDA QALMAĞA LAYİQDİR. Vəkompüterin vəfasızlığı, yəni bu insan haqqında yazıya başlamaq istədiyimdəxilaf çıxması mənə yer eləyir və bir azdaha inadlanıram. Buna hirs də demək olar.

Əslində buinsan haqqında bu yazını çox-çox illər qabaq yazmalıydım. Təkcə bir yazı yox,bəlkə də bir neçə yazı yazmalıydım. Çünki, mənim həyatımda və mənim az-çoxədəbiyyat dünyasında tanınmağımda bu adamın şəxsən birbaşa olmasa dadolayısıyla rolu olub. Bu adam mənim yaxın buraxılmadığım illərdə şeirimi çapeləyib öz qəzetində, elə bir qəzetdə ki, o zaman o qəzeti barmaqlagöstərirdilər və ən mübahisəli yazılarvə ən demokratik müdafiələr həmin qəzetdə baş verirdi. O zaman gənc jurnalistlərbu qəzetdə çalışmaq üçün can atırdılar. Onlardan biri gözəlqələm sahibi, məhz qələm AdilQaçayoğlu sonralar yazacaq: «Başqalarınıbilmirəm, mən bu şəhərə «Azərbaycan gəncləri»nin (doğrudanmı nə vaxtsa belə birqəzet olub) eşqiynən gəlmişdim. Əgər «Azərbaycan gəncləri» Gəncədə çıxsaydıyəqin ki, mən gəncəli olardım, Bərdədə çıxsaydı bərdəli olardım, Ağdamdaçıxsaydı lap əla olardıg Amma «Gənclər»qəzeti Bakıda çıxırdı».

Məhz buyazıçının baş redaktor olduğu qəzetdə elə bir şeirim çap olundu ki, oşeiri o zaman abstrakt və ya nə bilimxunveybin düşüncə olaraq qələmə versələr də,bu insan mənim üzümü görmədən o şeiri çap elədi və o şeirhaqqında indi çox böyük hörmətə sahib və çox gözəl qələm sahibi yazıçı MəmmədOruc bir yazı da yazdı və mən Məmməd Oruc üçün hələ də o şeirlə varam.

Bu insanınmənim ömrümdəki yeri araşdırılsa, bunu xatırlamaq yetər ki, ömrümün çox böyükbir hissəsini Azərbaycan radiosunda qoymuşam, orda işləməmişəm, həftəlik birverilişim olub: MELODİYA radio klubu. O veriliş o zamanın çox haylı-küylü vəçox populyar bir verilişiydi. Nəvaxtsa «Üç nöqtə» qəzetindən BƏXTİYAR adlı bir gənc yazar mənə telefonaçacaq və deyəcək ki, sizinlə bir sorğu keçirmək istəyirəm. Sorğu olacaq vəömrümdə ilk dəfə, mənimlə söhbət edən bir jurnalist, 70-lərdə, 80-lərdəaparıdığım o radio verilişləri haqqında məndən soruşacaq. Mən onun yaşının nəqədər oluduğunu bilmirəm və kimdən informasiya almışdı onu da bilmirəm, amma buveriliş və mənim radiodakı o fəaliyyətim haqqında soruşacaq:

Sual:Oxucular sizi orijinal üslub və fikir müəllifi kimi tanıyır və məhz belə dəqəbul edirlər. Bu özünəməxsusluqla hələ sovetlər dönəmində radioda verilişaparmaq sizə çətinlik yaratmırdımı ki?

Cavabverəcəm: Keçən əsrin 70-ci illərində «Melodiya» radio klubunu aparmışam. Overiliş həyatımda çox böyük rol oynayıb. Oradakı o ab-havanı və demokratiyanımənə verən isə gözəl insan CƏMİL ƏLİBƏYOV olub. Çox kiçik bir detalı deyim:Cəmil müəllim mənə və o biriyaradıcılara da o qədər sərbəstlikvermişdi ki, verilişin montaj işlərinə də qarışırdıq (m). Çalışırdım ki,montajda da nə isə bir yenilik, bir orijinallıq olsun. Bu da birmənalıqarşılanmırdı təbii ki. Yadımdadır, bir dəfə məşhur saksafonçu PərvizRüstəmbəyov haqqında veriliş hazırladım. Həmin veriliş başlayanda 2-3 dəqiqəsəssiz lent fırlanırdı. Çoxları belə bir fasiləni mənasız şey sayaraq qəbul edə bilmirdi. Ancaq busəssizliyin bir anlamı vardı. Ən əziz xatirəyə bir törən ifadəsi kimi. Busəssizliyi duyanlar lazım idi. Cəmil müəllim bir «yenilik xəstəsi» kimi bu cürşeylərin işıqforu rolunu oynayırdı».

gBU ADAM (CƏMİL ƏLİBƏYOV) BİR ƏSƏR YAZMASAYDIBELƏ, BİR İNSAN, BİR ZİYALI, ÖRNƏK ZİYALI KİMİ YADDAŞLARDA QALMAĞA LAYİQDİg

İlahi,nədən unudulur bu işlər! Nədən? İndi böyük söz sahibi olan insanlar, vaxtiləonun başçılıq etdiyi «GƏNCLƏR» qəzetində əbədi nümunələrini çap etdirən yazarnəsli sadəcə əllərini telefona uzadıb, bu insanın ovqatından nədən xəbər tutmurlar. (Günahabatmayım, bəlkə mən yanlışam!)

Təbii ki,Cəmil müəllim heç kimdən heç nə ummur. Amma bir həqiqət var ki, bəzi insanlarvar, onlar unudulanda, həm də başqa insanlar da yara alır. Açıq ürəklə deyirəm:Cəmil müəllimə münasibətdə yara alan insanlardan bir də mən özüməm. Bumünasibət mənim də içimi ağırıdır, məni də incidir, amma mən heç kiməm təbii.Mənim əlimdən yazı yamaq gəlir ki, onuda çox gec yazıram. Nədən? Vallah, izah etməyə gücüm çatmır. Nəyi gözləmişəm?Və ya bu yazı o insana bir şeylər verəcəkmi? Biz çox zaman deyirik ki, nə olsununudulub, sənətkar öləndən sonra bilinir(?!) Yox, bizim cəmiyyətdə insan amiliöləndən sonra da heçdir. Bilinməz bir macəra yaşayan cəmiyyətdə öləndən sonrakiminsə qədri bilənəcək deyə bir qarantıyox.

Təbii,mənim çox hörmətli Cəmil Əlibəyovun bir çox fəaliyyət sahələrini yada salmağaimkanım olmasa da, bu fenomen insanınAzərbacan mətbu tarixində həqiqətən iki kişidən biri olduğunu deməyə məcburam.Baxın, yaradıcı yazıçı, nə bilim nəg bunlar var bu adamın həyatında vəxislətində, amma KİŞİ olmaq məsələsimənim qənaətimcə tamam ayrı bir şeydir.Məhz Cəmil Əlibəyov adlı bu insan hara getdisə (bunları mən sadalamaq istəmirəm ki, söz artsın.Haralarda nə işləyəb, bunu bilmək üçün mənbə verirəm: Qalib Toğrulun «525»-ci qəzetdə çap olunan ÖRNƏK ZİYALIyazısı) orada bir KİŞİLİK ab-havasıyaradırdı ki, belə mərdlik və ya kişlik ab-havasını da o məhz elə Azərbaycanradiosunda yaratmışdı. O illərin televiziyası, radiodan arxa plana keçmişdi. Bir çoxorijinal verilişlərin adının yaranması və uzun ömürlü fəaliyyətibelə bu yaradıcının adıyla bağlıdır.Uzun illərdən bəri radioda əməkdaşlıq edən yazar İntiqam Mehdizadə «525»-ciqəzet də çap etdirdiyi SƏMƏNDƏR BULAĞIyazısında o günləri xeyirxahlıqlayada salaraq yazacaq: « Ötənəsrin 60-cı illərinin sonundan başlayaraq Azərbaycan radiosu efirində əvvəlcə «Çeşmə»,sonradan «Bulaq» adıyla bir proqram yayımlanmağa başladı. Görkəmliyazıçı-jurnalist, o zaman Dövlət Televiziya və Radio Verilişləri Komitəsininsədr müavini işləyən Cəmil Əlibəyovun ideyası kimi meydana çıxmışdı».

O cür bir ab-havanın və ortamın yaradılmasıindi bəlkə də heç bir şey demir, ancaqhara gedirsə-getsin Cəmil Əlibəyovun özüylə o zaman belə bir ab-havanıgətirməsini mən artıq izah etməkdən acizəm.

gTəbii ki,o cür bir ab-havanın və ortamın yaradılması indi bəlkə də heç bir şey demir,ancaq hara gedirsə-getsin CəmilƏlibəyovun özüylə o zaman belə bir ab-havanı gətirməsini mən artıq izahetməkdən acizəm.

Heç birməclisdə Cəmil müəllimlə olmamışam. Ammamənə, bir adi kəndçi balasına, onun simpatiyasının olduğunu hər zaman müşahidəetdim. Bu haradan qaynaqlanırdı, bunu mən bilmirəm. Ola bilsin, o zaman Cəmil müəllimin ətrafında işləyən birçox gəncin mənə simpatiyası da burada bir rol oynayıb. Sağ olsunlar. Baxın, bu da az deyil. Ətrafına inamla yaşamaq və işləməkhər yaradıcı adamın taleyinə yazılmır.

Altmışlardan,bəlkə də lap əllilərdən bu yana Cəmil Əlibəyovbütöv bir demokrat yazar nəsilinə yol açmış ki, bunu məncə çox insan,çox yaradıcı bilir, amma DÖVLƏTDƏN başqa.

AmanAllahım, bütöv bir epoxa. Cəmil Əlibəyovun «GƏNCLƏR» qəzeti demokratikədəbiyyatın və altmışıncıların müdafiəsinə qalxan ilk qəzetlərdən idi. Halbuki,bu qəzet heç də ədəbiyyat qəzetideyildi, sənət qəzeti deyildi.

( Davamedəcək)

Tofiq Abdin

[email protected]

www.tofigabdin.com

TƏQVİM / ARXİV