adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

SUSUZ DƏNİZ

VƏSİLƏ USUBOVA
29007 | 2012-11-30 23:33

Sən demə, su olmayan yerdə də boğulmaqolurmuş. Nəfəs almaqçün təkcə oksigen bəs eləmirmiş adama... Mən bilmirdim.Eh... mən nə bilirdim ki... Az-maz oxuyub öyrəndiklərim də işə yaramadı...

Mənmidəyişdim, zamanmı dəyişdi?! Alışdığımız qayda-qanunlar, mizan-tərəzilərmiitirdi ilkinliyini, təbiiliyini?!. Zamanın axarı, dünyanın gərdişimi pozuldu?!Bilmirəm. Amma bildiyim tək bir şey var ki, ona da alışa bilmirəm...

Heç nəbilmədən, duyub-anlamadan yaşamaq nə xoş bir şeymiş... Hərdən içinin boşalmasıda, beyninin kütləşməsi də, bədəninin keyləşməsi də adama ləzzət verir. Yəqinbu da lazımdı. Düşünməkdən şişib partlamaq istəyən başına, gərginlikdən tarımaçəkilən bədəninə rahatlıq gətirməkçün gərəkdi...

Bəlkə hərşeydən bezib laqeydləşməkdi bunun adı?!.

Başımda oqədər cavabını axtaran suallar var ki... Bilmədiklərim çarmıxa çəkir ruhumu.Bildiklərim ondan da çox ağrıdır canımı. Bu boyda Kainatda sabun köpüyü,dəryaların qoynunda saman çöpü (heç olmasa, bir boğulana kömək olaydım, barı) kimi duyuramözümü...

***

Birzamanlar dərdləşmək istəyirdim kiminləsə. Qarşımda ağıllı, canıyanan, qərəzsizbirisini görmək idi ən böyük istəyim. Baş açmadığım, təkbaşına qərar verəbilmədiyim o qədər müşküllər vardı ki, həyatımda. Boğula-boğula qalmışdım.Kimsə məni anlayar, yol göstərər deyə ümidlənirdim... Görmədim... Görə bilmədimbeləsini... Bütün yanaşmalar məqsədli, təmənnalı oldu. «Bax, mən gəldim!İnsanam! Səni duyacaq, anlayacaq, innən belə dərd çəkməyə qoymayacaq bir insan!Darıxma, mən varkən kimsə səni incidə bilməz!» deyə özünü təqdim edəntapılmadı... Hamı bir-birinə oxşadı, bir-birindən gözəl danışdı... Sözününarxasında duran gəlmədi...

Dahaaxtarmıram... Gözləmirəm... «Ümid», «İnam!» deyilən sözlər çoxdan dəyəriniitirib məndən ötrü. Öldürmüşəm içimdə...

Eləboğmuşam ki, çətin bir də baş qaldıralar...

***

Hər kəs dərdlərini asanlıqla yükləyə bilirmənə. Həm də elə adi, bəsit şeyləri dərd eləyirlər özlərinə, bilmirəm, onlarıqınayım, yoxsa, qibtə eləyim. Milçəkdən fil düzəldirlər, əhəmiyyət verilməsikərəkməyən xırdalıqları problemə çevirib bəxtlərindən gileylənirlər. Yəqin yadərdləri yoxdu, ya da səbirləri, deyə düşünürəm...

O gün, Allah bilir, neçənci dəfə televizorda «TopalTeymur» tamaşasına baxırdım. Məğlubiyyətdən beli bükülmüş İldırım Bəyazidinkədərli çöhrəsi yuxuda da rahatlıq vermirdi mənə. İçdən gələn yanğıynan dediyisözlər dünyalarımı qaranlığa boğmuşdu: «Çal, bəxtəvər çoban, çal! Nə Sivas kimişəhərin əldən getmiş, nə də Ərtoğrul kimi oğlun...»

***

...Başımınüstündə biri dayanıb. Susur... Yazılarımı oxuyana bərk hirslənirəm,əlyazmalarımı heç kəsə oxumuram. Ancaq bu adama qızmıram indi. Xasiyyətinəbələdəm. Bilirəm, heç nə deməyəcək. Ya mənalı-mənalı üzümə baxıb başınıbulayacaq, ya da... Elə indi də ikincini eləyir. Dinməzcə əlini uzadıb qələmimialır, dəftəri özünə tərəf çevirib həmişə qibtə elədiyim səliqəli xəttiynənyazır:

Xəyallaqardaştək

əkizyaşaram

Ümmanlariçində

olsam da,yalqız.

Gecələrhəsrətlə

yuxulasam da,

Səhərlərümidlə

dururamyalnız...

Qələmimi qaytarıb otaqdan çıxır. Şeirin nəadını, nə müəllifıni yazmır...

Mən buşeiri çoxdan bilirəm. Lap çoxdan. Orta məktəbdə şəkil albomumun birincisəhifəsinə də yazmışdım. Elə özüm də şeirin adını, müəllifini unutmuşam. Amma çox dadıma çatıb bu bir bəndşeir. İnandırıb, ruhlandırıb zaman-zaman. İndi gücü çatmır içimdəki ağrılarıazaltmağa. Seyrəldə bilmir qəlbimdəki qatı dumanları. Şeir gücünü itirməyib,yox. Mən bərkimişəm, daşa dönmüşəm. Daha hər oxuduğu cümləyə inanan, hərmisradan xəyallar quran on dörd-on beş yaşlı qız deyiləm... Amma qibtəeləməliydi o qız. Saçını oxşayan küləklərin təmasından, gül ləçəyinə qonan birdamla şehdən, ürək titrədən bir baxışdan xoşbəxt ola bilirdi. Heyrətlənirdi,sevinirdi, qorxurdu, ürəyi istəyəndə ağlaya-gülə bilirdi. Sabahlarının bugünündən də gözəl olacağına inanırdı...

Bilmirəm,indi o qızı necə geri qaytarım... Necə ovundurum, necə inandırım, necə təsəlliverim...

***

Yaxanı kədərə tanıtdırmaq da heç yaxşı iş deyilmiş.Addımbaşı tapacaq səni. Fırlanacaq dördbir yanında, fürsət bulan kimi çökəcəksinənə. Sən də öyrəşəcəksən ona. Sonra da... özündən uzaqlaşdırmaqda çətinlikçəkəcəksən. Uzaqlaşdırmaq nədi, gəlməyəndə darıxacaqsan, axtarıb tapacaqsanonu...

Kədər ikinci xasiyyətinə çevriləcək sənin...

Bir qadıntanıyırdım. Çox az-az adamın alnına yazılan faciə yaşamışdı. Amma sınmamışdı.Bəlkə də içindən sınmışdı, amma üzə çıxarmırdı. Hər halda, mənə belə gəlirdi.Deyirlər, insanın taleyi də xarakterinə uyğun olur. Bu sözlər sanki onun boyunabiçilmişdi. Ağladığını, sızladığını görən olmamışdı... Bir dəfə... dərd ürəyinideşəndə əlimdən tutub gözlərimin içinə baxdı: «Lap uzaqlara getmək istəyirəm.Əldən-ayaqdan uzaq, ucu-bucağı bilinməyən bir səhraya. Heç kəs məni görməsin,səsimi eşitməsin. Orada bərkdən hönkürüb ağlamaq istəyirəm. Ağlamaq yox ey,dəvə kimi bozlamaq, yalquzaq kimi ulamaq istəyirəm...» .

O qadınindi haradasa, uzaqlardadı. Görəsən, istədiyi yeri tapa bildimi? Doyuncaağlayıb-bozlayıb ürəyini soyutdumu?!

İnanmıram...

Ağlamaqla ürək boşalsaydı, Yer üzündə birnəfər də dərdli qadın tapılmazdı...

Bir də... deyirlər, «səhra» sözü ərəbcə «susuzdəniz» deməkdi...

Yaxşı sözdür... Susuz dəniz...

Otur, başını əllərinin arasına alıb düşün.Düşünə bildikcə düşün...

Ta ki, boğulanacan...

VəsiləUSUBOVA

[email protected]

TƏQVİM / ARXİV