adalet.az header logo
  • Bakı 20°C

İNCƏLİ LƏTİFƏLƏRİ - 1

MƏMMƏD DƏMİRÇİOĞLU
59768 | 2012-11-30 23:31

Kəmərlikəndindən evlənib, elə orada da yaşayan Mədəd kişiyə Kəmərlilər-Qaymaqlı Mədəd,gözündə qüsuru olduğu üçün İncəlilər də Kor Mədəd deyərdilər. O zaman QazaxdanAslanbəyliyə, Qaymaqlıya və Kəmərliyə ayrıca avtobuslar işləyirdi. Hər kəndinsakinləri öz avtobuslarıyla gedib gələrlərmiş Qazağa. Bir dəfə necə olursaQaymaqlı avtobusu işləmir, onlar da Kəmərli avtobusuna minməli olurlar. Söhbətəsnasında Kəmərlilər narazılıq edirlər, Qaymaqlılar da onlara söz atır,beləliklə mübahisə yaranır. Kəmərlilər özlərini tərifləyir, Qaymaqlılar daözlərini. Görurlər mübahisə uzanır, əslən Qaymaqlı olub, Kəmərlidə yaşayanMədəd kişidən soruşurlar:

- Ay Mədəd kişi, düzünü sən bilərsən, hansıkənd yaxşıdı?

Mədəd kişihec düşünmədən deyir:

- Derəm buQaymaqlılar niyə ayvına kor olmurlar. Bircə korları varıydi, onu da Kəmərlilərsaxlayırlar..

***

Kəmərlikəndində iki Kor Mədəd varıydı. Onlardan biri yerli, biri isə Qaymaqlıydi.Maraqlı burasıydı ki, hər ikisinin oğlunun adı da Şaiqdi (Yeri düşmüşkən qeydedək ki, son illər Ozan saz yarışınınqalibi olub, «qızıl saz»-ı Qazağa gətirən aşıq Şaiq İncəli Qaymaqlı kor Mədədinoğludur.).

Kəmərli korMədədin (Çöpcüöyünün Mədədi də deyirlər) oğlu Şaiqin də özünəməxsus saz çalıb,oxumağı var. Bir məsələni də bir İncəli olaraq etiraf edim ki, son zamanlar uluövlüyalar, etiqat və bilgi sahibi olan əfəndi mollalar dünyalarınıdəyişdiyindən, sovet dönəmiyasaqlarının ortaya döşdüyündən,son illərdə bu üç kənddə molla qıtlığı yaranmışdı. Bu səbəbdən sonralarordan-burdan öyrənib mollalıq edənlərin çoxunun gəncliyi içki məclisindəkeçmişdi.

Kəmərli korMədəd də o zamanlar kənddə mollalıq edirmiş. Uzun illər Ursetdə yaşamış oğluŞaiq bilgili olduğundan atasının yas məclislərində oxuduğu surələrdə qusurlarıbilsə də atasına irad tutmurmuş. Bir gün evlərində dostlarına qonaqlıq verənoğlu Şaiqin çalıb-oxumasına irad tutan molla Mədəd oğluna deyir ki, a bala, bugülü elə vurmazlar, burasını belə oxumazlar və s. Bir az keflənmiş Şaiq qayıdırki, zamalçi sluşay, Kaqda sən quran çitayeş ya tibe meşayu?

***

MollaMədəd günorta namazı qılırmış. Şaiqinanası qızartdığı çolpa çığırtmasını oğlunun qabağına qoyur. Əllərini bir-birinəsürtən Şaiq anasından xahiş edir ki, ay ciji, o dambıl arağından da verəlli-əlli vurum.

Anasıbarmağıyla ağzını tutub söylənir:

- A bala,yavaş danış, görmürsənmi atan namaz qılır.

Söhbətiqulağı alan molla Mədəd namazını dayandırıb deyir:

-Arvad,uşaq nə istir ver. İndi də namazı gedib o biri otaqda qılaram.

***

Günlərinbirində kəndə yoxlama gəlir. Kəndin sədri Qaymaqlı kor Mədəd kişidən xahiş edirki, aşağı düşürsən, xahiş edirəm, buxalterə çatdır ki, təcili idarəyə gəlsin,yoxlama gəlib. Aşağı enən Mədəd kişi yolda kor adaşıyla rastlaşır. Nolajax,söhbətə başı qarışır, ismarıc yadından çıxır. Bir neçə saatdan sonra sədrləMədəd kişi qarşılaşırlar. Sədr məzəmmətlə:

- Ayə, maşallah olmasın, a Mədəd, ismarıcıbeləmi çatdırırlar?

Mədəd kişi:

- Sədr,başın haqqı, evlərinəcən getdim, tapa bilmədim.

- A Mədəd, heç olmasa yalan danışma.Ortalıqda adaşın kor Mədədlə söhbətə başın elə qarışıb ki, buxalter özü sizinyanınızdan keçib, görməmisən.

Mədəd kişitəhərini belə pozmadan deyir:

- Olar, abala, olar. O Mədədin sağ gözü kor, mənim də sol gözüm kor. Yəqin aramızdankeçıb görməmişik, burda nə var ki.

***

Mədəd kişikəndin ayağında işləyirmiş. Axşamlar evinə dönəndə ortalıqda oturub çay içəncavanlardan biri Mədəd kişiyə söz atır. Üstəlik göz basıb dostlarına deyir ki,deyirlər hazırcavab kişidi, görün onu necə dolayacam.

- Axşamınxeyir, ay Mədəd dayı.

-Aqibətiniz xeyir.

- Hardangəlirsən bu şər vaxtı?

Mədəd kişioğlanı acılamaq istəmir:

- Odünyadan gəlerəm, ağrın alem.

- A Mədəd dayı, oralar nətəridi, mənimbabamı da görörsənmi?

- Hə, oğul,baban elə gözəl dolaner, Hacı Mahmud babamızın qoyunlarını otarer. Vəziyyətilap əladı.

Cavanoğlan:

- Vay səninağrın alem, ay Mədəd dayı, -deyir.

Sabahı günyenə həmin mənzərə təkrarlanır. Həmin oglan yenə soruşur:

- Mədəddayı, indi hardan gəlersən belə yorğun-arğın?

- Dünənsoruşdun dedim da, a bala - o dünyadan gəlerəm.

Bu dəfə necə cavab verəcəyini gözləyə cavanoğlan yenə soruşur:

- Mənim babamı gördünmü, indi necəydi?

Mədəd kişicavan oğlanın fikrini anlayıb bu dəfə də söz altda qalmır:

- Oğul,bilmirəm baban nə qələt qarışdırıbsa Hacı Əfəndinin qoyunundan çıxarıb,erməninin donuzuna çoban qoyublar.

***

Bir gün Yusif müəllimi Şəmkirin Seyfəlikəndinə toya çağırırlar. Daşlı-kəsəkli yollarda kişi birtəhər gəlib özünüməclisə çatdırır. Bu vaxt masabəyinin gözü ona sataşır və danışmaq üçün Yusifmüəllimə söz verir. O da başlayır tərifə: kəndinizin camaatı gözəl insanlardı,hamısı mehribandı...

Dözəbilmir, ayağa durur ki, a kişi, gəldiyin bir saat deyil, bizim camaatınmehribanlığını hardan bilirsən?

Yusifmüəllim hazırcavablıqla deyir:

- Yollarındaşından. Əgər bizim Kəmərlidə bu qədər daş olsaydı, vallah, bir nəfərin dəbaşı sağ qalmazdı...

***

Bir günYusif müəllimgilə qonaq gəlir.

Hal-əhvaldansonra Yusif müəllim deyir:

- Siz tərəflərdə qapı istəyən yoxdumu? Bizqapımızı satırıq.

- Niyə, ay Yusif müəllim? -deyə soruşurlar.

- Çünkibizim evdə qapını örtən yoxdu. Bizimkilər qapı işlətmir.

***

Bir gün həmkəndlisi Dursunla həyətdə oturanYusif müəllim həyat yoldaşı Şövkəti çağırıb deyir:

- Ay Şövkət, - zu gəlib, - piş gəlməyib.

Şövkət xalaheç nə başa düşmür.

- A Dursun,sən bilərsən bu kişi nə demək istəyir?

- Ay Şövkətxala, Yusif müəllim demək istəyir ki, quzu gəlib, çəpiş gəlməyib, - deyə Dursuncavab verir.

***

Bir günYusif müəllimgilin uzunqulağı itir. Hər yeri axtarırlar, tapa bilmirlər.Qonşusuna rast gələn Yusif müəllim soruşur:

- A qonşu,bəlkə bizim uzunqulağı görəsən?

- İki günbundan qabaq bizim qarğıdalıya bir uzunqulaq düşmüşdü, bizim arvad damasalıb, - deyə qonşu isnad verir.

Yusifmüəllim gəlib baxıb görür ki, damdakı uzunqulaq onlarınkıdı. Sevincəkqonşusuna təşəkkür edir:

- Sağ ol aqonşu, nə halal adamsan, özgəsi olsaydı çoxdan basıb yemişdi...

***

Bir gün Yusif müəllim bir maştağalı ilə Bakıyayol gedirmiş. Hər cümləsində danışıb-gülən maştağalı oğlan Yusif müəllimə:

- Qədeş,vur bura, mən ölüm, - deyib Yusif müəllimin əlinə bir-beş vururmuş. Bu işdənbezən və yorulan Yusif müəllim axır oğlana deyir:

- Bala, mənyatdım, əlimi açıq qoyuram, lazım olduqca vurarsan..

***

Bir günkənddə yaxşı pendir satılırmış.Yusif müəllimə rast gələn bir uşaq deyir:

- Ay Yusifmüəllim, yaxşı pendir satılır, istəmirsiniz ki?

- O yanarədd elə, a bala, yaxşı pendir çörəyin öynü yıxır. Bizimkilərə demə.

***

Səhərtezdən evindən çölə çıxan Yusif müəllim görür ki, oğlu ayaqyolunda siqaretçəkə-çəkə tüstülədir. Yoldaşı Şövkəti çağırıb deyir:

- Ağız, a Şövkət, oğlun səhər tezdənayaqyolunu xoddayıb hara gedir belə?

***

Ağamalı Sadiq bir gün kəndimizə toya gedir.Gec gəldiyindən məclisin lap seyrək vaxtına düşür. Onunla yanaşı oturan İrvamkişi (Kşem İrvam) yaxşıca vurubmuş. Noolajax, yanaq qızarıb kefi kök kepqasıyana əyilmiş formada oynayanlara tamaşa edirmiş. Birdən ona tərəf dönür.Əyin-başından, qalstukudan hiss etdi ki, qonaq şəhərdən gəlib. Əslində kefliolmasa tanıyardı. Təfərincə bir də qonağı aşağıdan yuxarı süzüb:

- Aqrinalem, o qırmızı daldan barındımı? - deyir.

Bir şeyanlamayan şair soruşur:

-Ay İrvamdayı, qırmızı dal nədi, nə istəyirsən?

- Ayə,babrız deyirəm dana, babrız ( paprız, siqaret).

Ağamalıİrvam kişinin mətləbini anlayır. Qırmızı filtirli siqaret istəyirmiş. Çıxarıbbirini verir. Yanqılı-yanqılı siqareti dodaqlarının arasına alır. Amma siqaretitərsinə-filtir tərəfi ağzına almışdı. Kefli adam ola, kibrit ola. Bir dəfəçaxır, sorur, sorur siqaret yanmır. Təzədən bir də, bir də. Nəhayət bir təhəralışdırıb ha sortuqlayır, ağzına bir şey getmir. Özünü saxlaya bilməyən Ağamalıdilə gəlib deyir:

- Ayə, ayİrvam dayı. Ayə, siqareti dal-qabaq qoyubsan.

Kişigözünün altıyla baxır ki, doğrudan da tərsinədi. Qətiyyən özünü sındırmadan:

- Aqrinalem, biz nə hərrəyirik dalını, qabağını, - deyib eyni cəhdlə yenə də kibritiçaxmağa başlayır.

***

AşıqNazimgil həyətlərində həmişə «çubuş» iti saxlayrdı. Amma o itlərin heç biriözlərininki olmazmış. Qonşularında kimin iti küsərmiş, onların evinə gələrmiş.Necə olursa uzun müddət Rustavişəhərində yaşayıb, sonra kəndinə dönmüş qonşularının da iti onlara mehir salır.Günlərin birində qoca rəfiqələriylə dərdləşən Gülüstan arvad (Nazimin anası)böyürlərini kəsmiş itə sərtlənərək «ay it, o yana sürük» deyir. İt ona məhəlqoymur, Rüstavidən gəlmə rəfiqəsi» paşol» deyən kimi it aralanır. Sonralar Gülüstan nənə «paşol» deyərmiş itəsərtlənəndə. Bir gün Nazim gürör ki, anası itə «paşol» dedi, it də ona əhmiyyətvermədi, anasına yaxınlaşıb məsləhət verir:

-Ay ciji, «paşol»yox, «paşol na x...» deynən.

(Ardı var)

MəmmədDəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV