adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Çexov və Monteskyönün böyük insanları

FƏRHAD ŞABANOV
35305 | 2012-11-30 23:28

Ötəngünlərin birində qarşıma çox maraqlı bir layihə çıxdı. Layihənin adı «BolşiyeLyudi»-dir. Sosial məzmunludur. Deyirlər ki; «Hər bir insan xəstələnə bilər.Demək olar ki, heç kəs öz müalicəsi üçün lazım olan milyonları başqalarınınköməyi olmadan tapa bilməz. Məhz buna görə də Rusiyada yüzlərlə xeyriyyəcəmiyyəti var. Amma bunlardan sadəcə bir neçəsi 18 yaşdan böyük insanlara daxidmət edir. «Bolşiye Lyudi» proyekti ona görə yaradılıb ki, siz böyüklərəkömək edən xeyriyyə fondlarından xəbərdar olasınız».

Sondövrlərdə sosial şəbəkələrdə siz də qarşılaşmısınız yəqin ki, müalicəsi üçünböyük məbləğlər tələb olunan xəstəliklərə tutulan insanlar dostlarından yardımistəyir. Sosial şəbəkələrin bu baxımdan çox ciddi köməyi olur çarəsizinsanlara. Səslərini daha çox insana çatdıra bilirlər. «Bolşiye Lyudi» də eləsosial şəbəkələrdə populyar oldu.

Bulayihənin çox maraqlı bir videoçarxı var. Küçənin ortasında yerə uzanmış birqadın və bir uşaq var. Onların şüuru yerində deyil, özlərindən gediblər. Ölümləyaşam arasında mübarizə aparırlar. Daha sonra hər ikisinin yanına təcili yardımmaşını gəlir. Həkim hər ikisini həyata qaytarmaq üçün müdaxilə edir. Bu andavideo dayanır və sənə seçim şansı verilir; uşağıyoxsa qadını həyata qaytarmaqsənin əlindədir. Seç! Kimi seçsən, o həyata qayıdır və sənə təşəkkür edir.Əksəriyyət isə seçimini uşaqdan yana edir. Layihənin isə məqsədi böyüklərə olandiqqəti artırmaqdır.

Yəqin ki,videonun qısa məzmunundan sonra layihənin məqsədini daha yaxşı anladınız. Çoxuğurlu alınıb videoçarx. Çünki son vaxt sosial şəbəkələrdə ən çox paylaşılanvideolardan biridir. «Bolşiye Lyudi» layihəsi səsini duyura bildi.

Seçim insanüçün həm çox böyük rahatlıq, həm də çox dəhşətli bir əzab ola bilir. İnsançalışır ki, həmişə özünə görə ən yaxşısını seçsin. Özünə görə deyirəm çünkiyaxşılar və pislər nisbidir. Bəzən isə seçim çox böyük əzabdır. Yuxarıdakı misaldainsan seçərkən çox böyük əzab çəkir. Bunun bir video çarxdan ibarət olduğunubilsə belə, ürəyi əsir adamın. İnsanı istər - istəməz düşünməyə vadar edir.Həyatda belə bir hadisə ilə qarşılaşsam nə edərdim görəsən?!

Azərbaycandakıkimi düşüncə və anlayış tərzi inkişaf etməmiş cəmiyyətlərdə bu seçim əzabı hələkiçik yaşlardan insana aşılanır. Ananı çox sevirsən, yoxsa atanı? Qardaşını çoxistəyirsən, yoxsa bacını? Balaca uşaq bu suala nə cavab versə, o «seçim»baxımından səhv cavab olacaq və uşağın içində çox ciddi psixoloji yaralaraçacaq. Ya da uşaq ilk yalanını danışmağa məcbur olub, ikisini də eyni qədərçox istəyirəm deyəcək.

Mözumuzaqayıtsaq, bəs siz kimi seçərdiz, uşağıyoxsa qadını? Uşağı seçərəm deyənlər,qadını öldürmüş olur. Deməli, qadının uşaqlarını da öldürmüş olur. Qadınıseçərəm deyənlər, uşağı öldürmüş olur. Deməli, uşağın atasını, anasını öldürmüşolur. Burada kiminsə yaşayacağına dair qərar vermək, əslində digərinin ölümünəqərar verməkdir. Bu dilemma insana çox böyük əzab verir. Vicdan əlinə bir kötükalıb başlayır səni döyməyə. İnsanın öz vicdanı tərəfindən döyülməsi çoxağrılı-acılı bir prosesdir.

Bəziinsanlar vicdanla heç tanışolmadı. Olsaydılar, qələmlərini qırıb məhkumları edam etdirməzdilər.

ÇexovunVanya Dayı əsərində çatdırmaq istədiyi - ya da çatdırmaq istəmədiyi - «bilinməzlik»mövhumu bəlkə də elə bu seçimin ədalətsizliyinə etiraz idi. Bəs Monteskyö «ənpis qərar belə qərarsızlıqdan yaxşıdır» deyəndə bu variantı heç ağlının ucundankeçirirdimi? Zənn etmirəm... Keçirirdisə belə, onunla razı deyiləm. O zamaninsanlığından şübhə edirəm. İstəyir dünyanın ən ağıllı adamı olsun, əgər onunduyğuları yoxdursa o insan deyil.

FərhadŞabanov

[email protected]

TƏQVİM / ARXİV