adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Məni unutma, və ya Sezen Aksunun yalanı...

SAMİRƏ ƏŞRƏF
48554 | 2012-11-30 23:26
Ötən həftəoxuduğum kitabları, baxdığım filmləri bir kənara qoyub, yerli kanallarımızdagedən bir neçə sosial tipli verilişlərə baxdım.

Özhəyatlarını düz-əməlli qura bilməyən insanların, başqalarının həyatını ekspertqismində müzakirə etdiklərini görəndən sonra, özüm üçün müəyyən bir nəticə kəşfetdim. Belə verilişlərin tərtibatından, yayımlanmasından gün kimi aydın olurduki, teleməkanımızda saç ağardanların işi məmləkət insanının necə miskin, yazıqvə rəzil vəziyyətdə olmasını açıb göstərməkdən ibarətdi. Efirə gedən həminverilişlərin aparıcıları əsas gəlir mənbəyi olan, reklam etdikləri şey-şüylərinarxasından boylanaraq insanların həyatına fitva verdiklərini görmək çox iyrəncidi.

Həminaparıcılar tərəddüdsüz olaraq, kirli-paslı, pırtlaşıq saçlı, yoxsul geyimliadamları efirə çıxarıb ağlatmaqdan xüsusi zövq alırdılar. Yəni bu kişinin, yaqadının bir koması, o komasının bir küncü yoxuydu ki, gedib orda ağlasın?!

Dindarındantutmuş, müğənnisinə qədər hamı efirlərə çıxmış əlacsız insanlara ağılverməkdən, boğazdan yuxarı, çeynənmiş sözlərlə vaxt aparmaqdan başqa heç nəbacarmırdılar. Nədənsə heç kim bu faciələrin, qohum-qonşu, ailə qırğınlarınınkökündə nələrin dayandığını dilə gətirmək istəmirdi.

Tərifiçoxdan tarixə qarışmış kanala dəvət olunan kişi «sənətçi»lərimizdən biri vaxtıilə çox yoxsulluq çəkdiyini, gecələr ac-susuz ağlayıb yatdığını, ardınca da «mənhəyatda öz ata-anamdan başqa heç kimə əl tutmaram, bu həyatda hərə özü üçünyaşamalıdır» kimi fikir bildirdi.

Toy-düyünlətəsəlli tapıb sevinən, kitabları, qəzetləri ayaq altına atan, xalqın öpüb, əlüstündə gəzdirdiyi, toylarına bəzək etdiyi müğənnisinin efirdən insanlaraverdiyi mesaj da bundan artıq ola bilməzdi.

Sosialverilişlər adıyla camaata sırınan, əslində isə şoudan başqa bir şey olmayan buproqramlarda ən çox diqqətimi çəkən o oldu ki, cəmiyyətdə hər zaman olduğu kimiyenə də ən çox işgəncəni qadınlar çəkir.

Qayınatalarınqayınana fitvasına gedib gəlinləri haqqında çıxarmış olduqları hökmlər adamıdəhşətə gətirir. Ən çox qohumluq nikahlarında baş verən belə olaylar, sonradanqarşısıalınmaz uçurumlara yol açır.

Ümumiyyətləmən qohum nigahına birmənalı şəkildə qarşıyam. Kim nə deyir, desin, bu halmənim üçün dözülməzdi.

Ölkədə budəqiqə yüzlərlə gənc belə nigahların qurbanıdırlar. Fərz edək ki, bir oğlanoxuduğu universitetdə öz qrupundan bir qızı sevir. Ancaq nə yazıq ki, iki cüt,bir tək gözü olan evinə, milli mentalitetinə kürəyini söykəyib, güclü sözsahibi olan valideyn bu sevgiyə qarşı çıxır. Əvvəl xoşluqla, bu işə yaramayandaisə bədliklə bu sevdanı məhv etməyə cəhd edirlər.

Buyaxınlarda belə hikkənin qurbanı olan sevginin tənəzzülə uğramasının şahidioldum. Lap təsadüfən, türk qardaşlarımız demişkən, iki gəncin telefondanışığının qulaq müsafiri oldum.

Çox kədərlisevgi söhbətindən belə məlum olurdu ki, oğlanla qız, bir-birlərini xeyli vaxtseviblər. Lakin bu sevginin bir amması olub. O da bundan ibarətdir ki, oğlanqızla tanışolmazdan əvvəl öz doğmaca xalası qızınanişanlanıb. Və nişanlı ola-ola da telefonda danışdığı bu qıza aşiq olub.

Nişanlı vəya evli olub başqasını sevmək də ürək tələb edən bir məsələdi. Bu da hər insanamüəssir olmur. Adam var, ömrü boyu əsl sevginin nə olduğunu bilmir, öyrənmək dəistəmir. Ailələr var ki, beş, on, iyirmi il bir yerdə yaşayırlar və bu müddətərzində «aşkım, canım» deyərək özlərini aldatmaqla məşğul olurlar.

Nə isə,qayıdaq telefonda zülm çəkən iki gəncin söhbətinə...

Oğlanınzillətlə dediyi sözlərdən belə məlum olur ki, anası sağalmaz xəstəliyə düçarolub və ananın ömrünün sona yetməsinə sayılı günlər qalıb. Ancaq bu gethagetdəonun oğlundan tək diləyi, oğlunun sevdiyi qızla münasibətlərini pozub, nişanlıolduğu xalası qızıyla evlənməsidi.

Çoxacınacaqlı bir taledi. Bir yanda xəstə ana, bir yanda sevdiyi qız, o biri yandaisə bunlardan birini seçmək kimi çarəsiz vəzifə.

Əndözülməzi isə odur ki, ölüm ayağında olan ananın oğlundan yeganə istəyi, onunömürlük bədbəxtliyidir.

Nakamsevgililər telefonda sağollaşarkən, qızın boğuq, hıçqırığa bənzər pıçıltısınıeşidirəm.

- Məniunutma...

Telefondəstəyini yerə qoyuram. Qızın sonuncu sözlərini xatırlayıram. «Məni unutma,məni unutma». Deyəsən, bu sözləri hardansa eşitmişəm axı.

Keçirəmmətbəxə bulaşıq qabları yuyuram, paltarları maşından çıxarıb sərirəm. Dənizinsahilində tikilən otelin qaranlıqda bərq vuran, varlılara xoşbəxtlik vəd edənişıqlarına tamaşa edib, otağa keçirəm. Birdən yadıma Sezen Aksu düşür. Onunbelə sözlərlə dolu olan yanıqlı mahnısı olmalıdı. Tez telefonu axtarıb, mahnınıtapıram.

Beniunutma, unutma, beni unutma.

Biılirsinunutulmaq dokunur ya her insana

Sen dekendi payından bir hatıra seç.

Ve o benolayım unutma, beni unutma.

Minik sərçəbütün mahnılarında olduğu kimi bu mahnıya da ürəyinin, ruhunun gözəlliyini bəxşedib. Amma sevgilərdən yaranan intəhasız əzablarını qatmağı da unutmayıb

Oysa, SezenAksu hələ keçən həftə verdiyi müsahibələrin birində demişdi: «Mən həyatdayaşadıqlarımı, acılarımı heç vaxt sənətimə daşımadım».

Ah, Sezenabla, ah!!! Axı sən həqiqəti sevən, güclü xasiyyəti olan bir qadınsan?!

Bəs,bir-birindən nisgilli, əzabla oxuduğun,nakam məhəbbətlərin himninə çevrilən mahnılara qarışdırdığın bu qədər qəm-kədərharadan yaranıb görəsən?!

Mahnınıdinləyə-dinləyə bayaqkı gəncləri düşünürəm. Yəqin indi oğlan siqaretçəkəndirsə, dalbadal siqaret çəkir,bəlkə də içir. Qız, evlərində yuxusunun gəlməsini bəhanə edib ac-susuz özotağına çəkilir, işığı keçirib, qaranlıqda göz yaşları axıdır.

Ürəyimsıxılır. İstəyirəm pəncərələri açıb möhkəmdən çığırım: «Siz, ey insanlar, əl çəkin buhikkələrinizdən, tamahınızdan, dedi-qodularınızdan. Bir-birinizə rahat yaşamaqimkanı verin. İnsanların xöşbəxtliyi naminə çalışın. Qoyun, doğmalarınız,qohumlarınız, dostlarınız xöşbəxt olsunlar».

Lakin mənbütün bu hayqırışları cəsarətsizlikdən xal-xal olmuş ürəyimdə edirəm. Pəncərələri açıb səsiminçata biləcəyi qədər bağıra bilmirəm. Çünki... Çünkilər isə çoxdur, həm də lapçox!

SamirəƏşrəf

TƏQVİM / ARXİV