ANA SƏHİFƏ / YAZARLAR

GİLAS MÜRƏBBƏSİ

24150    |   2013-07-20 10:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu hadisə, hadisə deyəndə ki, bazar-məişət münasibətinin doğurduğu ironik əhvalat təxminən 15 gün bundan qabaq baş verib. Digər analoji məsələlər kimi bunu da unudacaqdıq, gedəcəkdi işinin dalıycan. Ancaq bir daha rastlaşdıqda baxıb gördüm ki, heç nə dəyişməyib, hər şey "qaydasındadır" elə.
İndi də 15 gün əvvəlki həmin o əhvalatı nəql edim. Bazara girib gilas soruşdum. Qiymətinin 5 manat olduğunu bilib tərəddüd etsəm də (bu qiymət elə nübar vaxtının qiyməti idi, indi hara baxırsan gilas satırlar), yarım kilo istədim. Malın yiyəsi, əslində indi biznes mənasında guya arxaikləşmiş formada desək, həmən bu alverçi sırtıq bir əda ilə "Yarım kilo?" deyə sual etdi. Yəni ki, nəyə görə 2-3 kilo yox, yarım kilo?
...Bahalı ev-eşiyin, bahalı avtomobilin, dəst-dəst bahalı pal-paltarın olmaya bilər. Hamının varlı, dəbdəbəli yaşaması da mümkün deyil. Ancaq son vaxtlar bazarların "od tutub yanması", bahalığın tüğyan etməsi aşkar çaşqınlıq yaradıb. Bu mənada ki, bəzi qiymətlərin anormal səviyyəsi meyvələrin nübar vaxtlarında necə idisə, ən bol, aşıb-daşan vaxtlarında da eləcə pik həddində qalıb enmədi. Bu bahalıq tapılmayan malların qıtlığından yaranmayıb. Azərbaycanda ən bol olan meyvə məhsullarının qiymətinin pis mənada stabil qalması heyrət və təəccüb doğurmaqdadır. Baxmayaraq ki, əslində respublikamızda bağçılıq aqrar sahənin doğru-dürüst lideri sayılır. Azad iqtisadiyyat, bazar qanunları məsələnin sivil proyeksiyasında belə aşkarlanmamalıdır. Tənzimlənmənin özü də yeni bazar münasibətləri ilə paralel yaşamalıdır. Çünki bu hal kapitalizmin nə başlanğıcında, nə də inkişafında təcrid olunmur.
Əgər xatırlayırsızsa 2004-cü ildən sonra qəfil bahalaşan qoz-fındıq məhsulları sonradan nə qədər bollaşsa da ucuzlaşmadı. Daxili bazarın möhkəmlənməsi zəruridir. Ancaq bütün yay fəslini münasib qiymətlərə meyvə-tərəvəz məhsulları ilə qidalanan Azərbaycan insanının məhz bu il gilas, albalı, gavalı, ərik, şaftalı... yeyə bilməməsi, yəni doyunca dadmaması, mürəbbələr bişirməyə imkanı olmaması ciddi anlaşılmazlıq yaradıb. Doğrudan da doyunca yeyə bilmədiyin meyvədən mürəbbəni necə bişirəsən ki? Albalının kilosu tükənənə qədər 2-3 manatdan aşağı düşmədi. Gilas hələ də 4-5 manata satılır. Bu o deməkdir ki, orta imkanlı Azərbaycan vətəndaşı mövsüm ərzində uşaqlarını sevindirmək və özünün də dad yaddaşını itirməmək üçün yalnız 2-3 dəfə həmin meyvələrdən ala bilib. İndi İrana gediş-gəliş çox asanlaşıb. Gedib görənlər and içirlər ki, orda gilasın kilosu bizim pulla 20-30, ən bahalı vaxtında 50 qəpiyə satılır. Yadıma gəlir ki, bir vaxtlar bizdə də belə olub.
İndi hər şey bir yana, gerçəkdən azərbaycanlı evini mürəbbəsiz təsəvvür etmək mümkündürmü? Axı mürəbbəsi bişirilən meyvələrin ən bol olduğu ölkə bəlkə də elə Azərbaycandır. Bu il əksər evlərdə mürəbbə bişmədi və güman ki, bişməyəcək də. Bu ilki bahalığa nə qədər bəhanələr axtarılsa da, real olmayan görüntülər uydurulsa da, bol meyvə-tərəvəz ilinin belə qiymət anormallığını cəmiyyət heç cür həzm edə bilmədi.
...Meyvə, mürəbbə demiş, çoxdankı bir əhvalatı indi bütün təfərrüatı ilə xatırlamalı oldum. Fevral ayının sonları idi. "Kənd həyatı" jurnalında çalışırdım. O vaxt Türkiyə inşaatçıları respublikamızda ilk kərpic zavodlarından birini tikməyə başlamışdılar. Məsləhət oldu ki, əsas leytmotiv Türk qardaşlığı olmaqla material hazırlayım. Obyektdə olub bu müəssisənin gələcəyini, perespektivini öyrəndim, görülən işlərlə tanış oldum. İşgüzarlığa heyran qaldım. Fəhlə və mühəndis-texnik heyəti ilə birgə şəkillər də çəkdirdim. Qısası, tikintinin baş mühəndisi Əli bəylə (səhv etmirəmsə soyadı Cansevər idi) daha geniş söhbətimiz oldu. Nahar vaxtı ikimiz tək qalmışdıq və o məni çay içməyə dəvət etdi. O vaxtlar məndən 10-12 yaş böyük olan bu mütəxəssisin söhbətləri xoşuma gəlmişdi. Təbiiliyi, səmimiliyi ilə. Təkid etdim ki, çay içməyə bizə, evimizə gedək. Müəyyən tərəddüdlə razılaşdı.
Sözsüz ki, süfrəyə əvvəlcə çay gəldi. Təsadüfdən günortaya iki adda xörək də bişmişdi. Qonağa hörmət mənasında biz özümüzü yaxşı tanıdığımızdan əlavə effekt yaratmayım. Çay süfrəsinə üç cür mürəbbə qoyulmuşdu. Əli bəyə özünün seçməsini xahiş etdim. Hamısından az miqdarda götürdü. Ancaq içində qoz ləpəsi olan gilas mürəbbəsindən yenə götürmək istədiyini bildirdikdə pərt oldum. Bəlkə qonağa diqqətçillik göstərməmişdim? Süfrəyə yeməklər də gəldi. O vaxt uşaqlarım orta məktəbin aşağı siniflərində oxuyurdular. Otaga keçərək "nuş olsun" deyib getdilər analarının yanına. Əli bəyin gözləri yaşardı: nəvələri yadına düşübmüş. Və bu arada biz bahalı "Popov" arağından içə-içə Əli bəyn vətənindən, ailə-uşağından da söhbət edirdik. Ankarayla Bursa arasında başqa böyük şəhərlərə nisbətən kiçik olan Çorumda yaşayırmış. Dünyanın 40-dan artıq ölkəsində bu cür kərpic zavodları tikib. Çorumdakı üçmərtəbəli 18 otaqlı evinin qarşısında çəkilmiş nəvəsinin şəklini də cibindən çıxarıb göstərdi. Və görün həyat yoldaşı müəllim işləyən ortabab Azərbaycan jurnalistinə nə dedi: "Siz çox zəngin yaşayırsınız, siz Türkiyəyə gəlsəniz mən evimdə belə süfrə aça bilmərəm..."
Qonaq üçün hər dəfə belə süfrə açmağı biz hansı imkanımız və ya əxlaqımızla bacarırdıq? Əslində o vaxtlar adi bir çayçı və ya "bakkuş" satan hər ikisi ali təhsilli olan bizim ailədən çox qazanır və daha yaxşı yaşayırdı.
İndi biz o vaxtlarda olduğundan heç də pis yaşamırıq. Bəlkə də daha yaxşı imkanlara malik olmuşuq.
...Ancaq bu il bizim evdə bircə banka da mürəbbə bişirilmədi. Çünki o meyvələrdən elə bir-iki dəfə nübar etmişdik.
Heç o yarmarkaların da məsələyə bir elə dəxli yoxdur...

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-10-08 : PİS ADAM YOLDA
2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK