adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

37 ölüb, casusluq qalıb

CƏLİL CAVANŞİR
41197 | 2013-07-17 12:39

Aşağıdaoxuyacağınız yazını Kamal Abdullanın mənə bağışladığı bağ evində, yenə onunmənə aldığı yumşaq kresloma yayxanıb qələmə alıram.

Qətiyyənsəhv oxumadınız, "Əsəd Cahangirin suqqestivi” yazısından sonra hörmətliyazıçımız Kamal Abdulla mənə bağ evi, avtomobil, yumşaq mebel dəsti,bilgisayar, bir də kiçik bir dükan bağışlayıb. Söz verib ki, əgər bu cür davametsəm mənə xüsusi təqaüd də ayıracaq ki, işləməyə ehtiyacım qalmasın.

İnanınki, bu qədər hədiyyənin qarşısında cild-cild kitablar yazsam, Kamal müəlliminşərəfinə gecə-gündüz təriflər yağdırsam yenə də azdır.

Hazırda"Ruby Red”kokteylindən udumlaya-udumlaya, masamın üstündəki Kuba siqarından biriniyandırıb, müdrikcəsinə düşünürəm: "Yaxşı ki, o yazını yazdım”.

Bəli, bəli, yaxşı ki,mənə yaraşdırmasalar da o yazını yazdım.

İşotağımın pəncərəsindən ulduzları seyr edirəm. Siqarın acı tüstüsü, "Ruby Red”intəsəvvür edə bilməyəcəyiniz tamı başımı gicəlləndirir.

Sərfəli olduğu üçünistedadlı tənqidçimiz haqqında tənqidi fikirlərimi davam etdirirəm.

Bu yazıdan sonra, Qaradəniz sahillərində vəd olunan villanın ulduzlarla bəhsə girən işıqlarınıdüşünüb, fərəhlənirəm.

"Yengəsi gülüm olanın...”

TənqidçiƏsəd Cahangir haqqında yazdığım ilk yazıdakı fikirlər bir-bir özünü doğruldur.Zatən həqiqəti yazdığıma, doğru bildiyimi müdafiə etdiyimə əmin olmasam bircümlə də yazmaram.

Nədənsəyazının mahiyyətini anlamayan bəzi dostlar mənə o yazını "yaraşdırmayıblar”.

Anlamayıblarki, mən Kamal Abdullanın müdafiəsinə qalxmamışam.

Ortalıqdahamının açıq aydın gördüyü bir həqiqət var: Əsəd Cahangir dünən Kamal Abdullayayarınmaq üçün, ətrafındakı gənclərə onu təriflətdirir, müsahibələr təşkiletdirirdi, Kamal Abdullanın əfvindən yararlana bilmədikdə isə şantaja başlayır.

Məntənqidçinin, bu cür ucuz və düşük yollara əl atmasından iyrəndim və bütün buoyunbazlıqlara etirazımı bildirdim. Amma nə oldu?

Əsədcahangirpərvərgənc şantajın ikinci hissəsinə keçdi. Tanınmış bir yazıçını cinayətdəgünahlandırıb, böhtan atdı.

Ammaonun sözlərinə heç kim inanmadı. Ustad Oynayan məşqçi özü hakimə işarə verdi,özü oyuna daxil oldu.

Mürid-mürşidaspektindən yanaşdıqda, bu davranış qayət normaldır. Müridin başarmadığınımürşid edər.

Eləbu açıqlaması da onun nə qədər qərəzli, mənim nə qədər haqlı olduğumuisbatladı.

Açıqlamadanməşum və mənhus 37-ci ilin qoxusu gəlir.

"KamalAbdullaya çatdırmaq istəyirəm: Sizə olan bütün hörmətimə baxmayaraq,əgərEmin Piri məsələsi ilə bağlı işçilərinizin və özününüzün təhqir və böhtan doluyazılarınız dayandırılmasa, bəyənmədiyiniz "Dəmirbaşlar" essemdəkisizə aid iki kitab səhifəsini ən azı iki qəzet səhifəsi həcminə çatdırmaq vəmətbuatda dərc etdirmək zorunda qalacağam.Nəzərə alın ki, sizin haqqınızdakıməqaləm Prezident Adminstrasiyası rəhbərinin Şah İsmayıl Xətai haqqındakıməşhur məqaləsinin tezislərinə əsaslanacaq.”

Allahdantelefonlarımızın ekranında 1937-ci il yox, 2013-cü ildir.

Ammabu kafa həmin o 1937-ci il kafasıdır.

Şantajo şantajdır, donos o donosdur.

Sadəcəbu donosla adamları həbsə, sürgünə göndərən Sovet sistemi yoxdur.

TƏQVİM / ARXİV