ANA SƏHİFƏ / YAZARLAR

SİZ YIXILAN UCALIQLAR HARADADIR?

44071    |   2013-07-13 00:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Yazıq neyləsin, dostlardan biri başa salıb göndərmişdi ki, get, bəlkə Məzahirin sənə bu işdə köməyi dəyə. Necə olsa nüfuzlu bir qəzetin əməkdaşıdır. Ədəb-ərkanla dərdini danışdı. Məlum oldu ki, uşağını işə düzəltmək istəyir, ancaq get-gələ salıb məsələni uzadırlar. Ümumiyyətlə fikirləşmirmiş ki, onu incidərlər. Kasıb və imkansız olduğunu da bilirlər. "İndi sən mənə bir ağsaqqallıq elə, bu iş düzəlsin" deyərək tər tökdü.
Məni də xəcalət təri basdı. Bir yandan 7-8 yaş məndən böyük olanın "mənə ağsaqqallıq et" deməsi, bir yandan da həmin məqamlarda ürəyimin ağrıları... Həkimlər də deyirdi ki, əməliyyat olunmusan, özünü gözlə. Bir anlıq bütün bunları yadımdan çıxarmalı oldum. Qonağımın işi düşən məmuru telefonla arayıb tapdım. Səmimi hal-əhvaldan sonra kişinin xahişini öz xahişim kimi ona çatdırdım. Hətta bəzi dini və əxlaqi məqamları da xatırlatdım. Səbrlə dinləyib bütün məsələlərdə mənimlə razılaşdığını bildirdi. Ancaq and içdi ki, bu elə də asan iş deyil. Daha mən də ona heç nə deyə bilmədim. Bu səbəbdən deyə bilmədim ki, həmin məmur başqa vaxtlar mənimlə ünsiyyət saxlayıb, mənə hörmət edib, hətta məclislərdə haqqımda tərifli sözlər də söyləyib. O kişinin düşündüyü ağsaqqallıq isə belə olmur. İstər yaş, istər hörmət-izzət mənasında.
Qısası dərinə gedə bilmədim. Sonunda hansısa bir səbəbdən düzəlsə də, düzəlməsə də bu işi qoyaq başqa tərəfə. İndi belə şeylər çox olur. Əhvalatı doğuran səbəbin özü də cəmiyyətimiz üçün adiləşən sosial-məişət predmetidir.
Ancaq məsələnin başqa tərəfi də var. Burada birbaşa yerinə düşməsə də, yəni dəqiqləşdirilməmiş səlahiyyətə üz tutulsa da hər-halda sözükeçən ağsaqqallıq arzulanır. Normal münasibətdir. Çünki ağsaqqallıq Azərbaycan mentalitetində həmişə diqqət mərkəzində və sirayətedici hərəkətdə olan nüfuz statusu kimi düşünülüb. Rəhbər vəzifələri dövlət təyin etdiyi kimi, ağsaqqalları da cəmiyyət seçib fərqləndirib. Uzaq və yaxın keçmişimizdə onlar bu missiyanı necə yerinə yetiriblər, az-çox məlumatımız var. 2-3 əsr əvvəllərin ağsaqqallıq nümunələrini ədəbiyyatımızdan və müəyyən qədər də tarixi hadisələrdən, nəsildən-nəsilə ötürülən əhvalatlardan öyrənmişik. Orta və yaşlı nəslin nümayəndələri isə bu örnəklərin birbaşa şahidi olublar. Yəni hələ keçən əsrin 90-cı illərinə qədər hər kəndin, hər rayonun sözü keçən ağsaqqalları olurdu. Böyük şəhərin bu mənada praktikasını dəqiq izləmədiyimdən bir sey deyə bilmərəm. Ancaq kəndlərdə və rayon mərkəzlərində belə şəxslər tanınırdı və onlara inam vardı. Belə ağsaqqallara hər ötəri bir iş üçün də üz tutulmurdu. Onlar da hər xırda işə qarışmazdılar. Çünki hamı tərəfindən qəbul edildikləri üçün yüngülsaqqal ola bilməzdilər. Onların sözü düşmənçiliyi söndürürdü, onların sözü haqsızlığın qarşısını alırdı, onların sözü kolxoz sədrini, müəssisə rəhbərini, prokuroru, birinci katibi... eşitməyə, düşünməyə və razılığa çəkirdi.
Məsələ burasındadır ki, o illərin ağsaqqallığı ilə bu illərin ağsaqqallığı arasında ciddi fərqlər meydana çıxdı. Əslində isə biz belə düşünürük ki, mentalitet heç bir ictimai dəyişikliyin və inkişaf mərhələsinin təsir dairəsində olmamalıdır.
Yadıma bir əhvalat düşdü. Mövzuyla əlaqəsi bir qədər uzaq olsa da xatırlanması müəyyən məqamlarda anlaşılacaq. Mərhum professor Nurəddin Babayev bizə oçerk janrını keçən vaxt tanınmış publisistin Pribaltika respublikalarından bəhs edən yazıçı haqqında danışılırdı. Tələbələrdən biri az qala oçerki əzbərdən söyləyirdi. Söhbət bütün ölkədə məşhur olan sağıcıdan gedirdi və müəllif burada təxminən belə bir təsvir verirdi: "Süd satanlar sübh tezdən gəlirdilər. Kimlər ki, süd almaq istəyirdi gecə yatmazdan qabaq küçə qapısının qarşısına qab və qabın içinə nə qədər süd lazımdırsa ona uyğun pul qoyurdu. Səhər nə vaxt qalxırdısa gedib südünü dəqiqliyi ilə götürürdü..." Yəni halalllıq, düzgünlük var imiş. Heç kəsin süd qabı, pulu oğurlanmırmış, dəyişik düşmürmüş. Nurəddin müəllim bu yerdə bərk hirsləndi: "...yalan deyir Siyavuş! Indi belə şeylər yoxdur (söhbət yetmişinci illərdən gedirdi)! Müharibədən qabaq olan gözəl nümunələr çoxdan unudulub. Onda ki rus əsgərləri Pribaltikaya girdi, gecələr süd qablarının içindəki həmin pulları oğurladılar - hər şey bitdi!
PUL!!!
80-ci illərin sonu, 90-cı illərin əvvəlləri kənd və rayonlarımızda ağsaqqal sözünün təsir gücü tədricən zəifləməyə başladı. Tanınmış, oturuşmuş ağsaqqallar çaş-baş qalmışdı. Zəmanənin bu cür gedişi onları pərtləşdirirdi. Getdikcə bu insanların geri çəkilməsi, küskünləşib uzaqlaşması müşahidə olunurdu. Bəziləri isə belə bir deformasiyaya uyğunlaşırdı. Yəni ağsaqqallığın yeni erası başlayırdı. Sən kimi ağsaqqal bilib bir dərdini açıdınsa soruşurdu ki, nə qədər pulun var? (faciənin ardı yoxdur)

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK