adalet.az header logo
  • Bakı 17°C

GEDİŞLƏR SƏHV OLANDA...

BABƏK YUSİFOĞLU
45561 | 2012-11-27 00:15
Azərbaycanın son illər yeritdiyi siyasət Cənubi Qafqazda öz nüfuzunubərpa etməyə çalışan, neft və qaz imkanlarıyla Qərbə təsir rıçaqlarını itirməkistəməyən Moskvanı son dərəcə qıcıqlandırır. Hələ Türkmənistan neftinin vəqazının da Xəzərdən keçməklə Azərbaycan vasitəsi ilə Avropaya çıxma perspektivləriKreml tərəfindən təhdid kimi qəbul edilməyəbaşlayıb. Bununla bağlı bütün variantlarını işə salsa da Azərbaycanıyeni qaz kəməri ilə Avropaya bağlayacaq layihənin hərəkətə keçməsini əngəlləməyi bacarmadı.

Məlum olduğu kimi iyunun 26-da Türkiyə və Azərbaycan arasındadaha bir tarixi saziş imzalandıqdan, yəni Trans Anadolu Qaz Boru Kəməri (TANAP)layihəsinin reallaşdırılmasından sonra aydın oldu ki, Bakı birbaşa, özü dəbütövlükdə Avropa ilə geniş iqtisadi əlaqələryaratmağı bacarıb: bütün təzyiqlərə, əngəllərə baxmayaraq. Əslində bu, Azərbaycanüçün strateji mənada böyük uğur idi. Çünki burada daha bir vacib məqamı yaddançıxarmaq olmaz. Belə ki, dünyanın ən nüfuzlu ekspertləri TANAP-ı heç də sadəcə iqtisadi sazişadlandırmırlar. Onların fikrinə görə, buzahirən qaz boru kəməri kimi görünsə də onun əsaslı siyasi və strateji köklərivardır.

Avropa Birliyinin prezidenti Herman vanRompey Azərbaycanla Türkiyə arasında TANAP layihəsi üzrə imzalanan sazişialqışlayaraq belə demişdi: «Cənub dəhlizi və Transxəzər qaz kəmərinə dair davamedən danışıqlar Azərbaycan və Avropa Birliyi üçün strateji əhəmiyyət kəsb edir.Bu saziş Azərbaycanın, həmçinin bizim Cənub dəhlizi layihəsininreallaşdırılmasına bağlılığımızı daha da möhkəmlədir».

ABŞ-ın rəsmi sözçüsü, Dövlət Departamentinin energetika məsələləriüzrə xüsusi nümayəndəsi Karlos Paskual Atlantika Şurasının forumundabildirmişdir ki, Türkiyə ərazisindən keçən qaz kəmərləri, xüsusən də TransAnadolu qaz kəməri (TANAP) layihəsi Avropa üçün enerji təhlükəsizliyinin təminedilməsində unikal şansdır. Əlbəttə, burada Azərbaycanın atdığı addımlarınböyüklüyü və vacibliyi heç də hansı dövlətlərinsəmüsbət bəyanatlar səsləndirməsi ilə ölçülmür. Burada əsas amil Azərbaycanın buiqtisadi layihələrdən maksimum yarar əldə etməsidir. İstər iqtisadi, istərsə dəsiyasi.

Məhz bundan sonra Azərbaycana qarşıŞimaldan olan təzyiqlər intensivləşməyə başlayıb. Moskva əlində olan bütünvasitələrdən istifadə etməyə çalışır ki, Bakı Rusiyanın maraqlarını yaddançıxarmasın. Elə son dövrlər Kremlin Azərbaycan sərhədləri yaxınlığına əlavəqoşun, çoxlu sayda ağır texnika yığması, Xəzərdə hərbi gəmilərin sayını vəgücünü artırması, işğal edilmiş torpaqlarımızdakı təmas xəttində ermənilər tərəfindəntəxribatların intensivləşməsi, Yerevanla birgə hərbi təlimlərin keçirilməsi,Ermənistanda daha bir AES-in tikintisinin planlaşdırması... ondan xəbər verir ki, Moskva Bakının beynəlxalqnüfuzunun artmasından çox narahatdır və bunu istəmir.

Ruslargözəl anlayırlar ki, illərlə Avropaya, eləcə də Ukraynaya və Belorusiyayagöstərdikləri davamlı qaz təzyiqlərionları qitənin söz sahibinə çevirmişdi, indi isə bu hakimiyyətləriniitirmək üzrədirlər. Moskvaya elə gəlirdi ki,yuxarıda sadalanan və sadalanmayan təzyiqlərə, eləcə də işğal altındaolan torpaqlara görə Azərbaycan üzüyola bir siyasət yeridəcək. Yəni həm DağlıqQarabağ problemin bundan sonra da beləcə davam etməsinə razı olacaq, həm dəRusiyanın maraqlarını nəzərə alacaq. Lakin indi bunun tam tərsi ilə üz-üzəqalıb.

Amma proseslər heç də bunlarla bitməyib.Moskva cındır içərisində boğulan ermənilərəseparatizmi yürütmək üçün hər cür yardım göstərməklə hələ də nəyəsə nailolacağını düşünür. Amma unudur ki, başqa bir ölkəyə düşmənçilik mövqeyisürdürürsə, mütləq qarşılığını alacaq. İndi Belorusiyadan Rusiyaya tərs birmesaj da ünvanlanıb. Belə ki, Minsk Kremlə xəbərdarlıq edib ki, əgər növbətiildə Belorusiyanın təlabatları yerinəyetirilməzsə, onlar Venesuela və Azərbaycan neftinə üz tutacaqlar.

Vitse-baş nazir Vladimir Semaşko bildiribki, ölkəsi adları keçən ölkələrlə neft tələbatlarını ödəməyə hazırdırlar. Əlbəttə, ruslar onu da anlayırlar ki, buradasöhbət heç də təkcə Belorusiya ilə əlaqələrin korlamasından getmir, məlumolduğu kimi Rusiyadan əsasən Şərqi Avropayaqazın nəqli məhz bu ölkə vasitəsi ilə həyata keçirilir. Və bu məsələdə böyük problemlərlə qarşılaşabilər ki, bu da indiki vaxt üçün onlara böyük zərbə olardı. Çünki hazırda Rusiyanın iqtisadi durumu heç də ürəkaçandeyil. Hələ Putinin yenidən hakimiyyətə gəlişindən sonra siyasi proseslərin gərginləşməsininəzərə almırıq.

Məlum olur ki, avrozonada başlayan böhranRusiyada da iqtisadi proseslərə ciddi təsir göstərib. Rəsmi qaynaqlar rəqəmlərixeyli dərəcədə yumşaldıb təqdim etsələrbelə geriləmə göz önündədir. Rəsmi məruzədə bildirilir ki, 2012-ci ildəiqtisadiyyatın inkişafı 4,5 faizdən 3,4 faizədək enib. Və bu tendensiyanındavamlı olacağı ehtimal edilir. Analitiklərə görə, bunun da səbəbiinvestorların Rusiyanın daxili bazarının perspektivinə inamlarının olmamasıdır.Onu da nəzərə alsaq ki, ötən illə müqayisədə bu il üçün nəzərdə tutulaniqtisadi-maliyyə proqnozları daha optimist görünürdü, onda prosesin hansı tərəfəistiqamət götürdüyünü asanca təyin etmək olar.

Amma deyilənlər heç də o anlama gəlmir ki,bütün bunlardan sonra Kreml Ermənistana yönəlik siyasətində ədalətli mövqetutmağa məcbur qalacaq, Azərbaycanla qardaşlaşacaq. Xeyr. Moskva CənubiQafqazdakı ənənəvi siyasətini sürdürməyə davam edəcək. Çünki onlar əsrlərlədavam edən yanlışı hələ də doğru bilirlər. Sadəcə proseslərin bu şəkildə inkişafetməsi və davamı, Azərbaycanın iqtisadi gücünün artması və beynəlxalq aləmdənüfuzunun güclənməsi, Qərb üçün vacib bir dövlətə çevrilməsi... proseslərin dəyişik planda irəliləməsinə şəraityaradacaq. Azərbaycan üçün əlverişli olan yeni bir situasiya meydanaçıxacaq...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV